Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1772/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: N. İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilməyən İİ qrup hərbi xidmət əlilləri üçün nəzərdə tutulmuş 2.750 (iki min yeddi yüz əlli) manat sığorta pulunun ödənilməsinin LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta” brendi altında fəaliyyət göstərən) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N993-cü il tarixdə Biləsuvar rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş, xidmətə Bakı şəhəri Perekeşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə başlamışdır. N ay təlim keçdikdən sonra döyüş əməliyyatlarında iştirak etmək məqsədilə N saylı hərbi hissəyə təhvil verilərək Füzuli rayonuna göndərilmişdir. Orada N ay olduqdan sonra iddiaçını Kəlbəcər rayonunun Yanşaq kəndinə aparmışlar. Murovdağ silsiləsi yanvar-fevral aylarında çox soyuq olduğundan, xx.xx.N994-cü il tarixdə iddiaçının hər iki ayağını don vurduğu üçün onu müalicəyə göndərmişlər. Donvurma travması keçirdiyi üçün uzun müddət xəstə yatağında olmuş, sonra hərbi hissəyə qayıtmışdır. Xəstəliyi ilə əlaqədar iddiaçı hərbi xidmət keçə bilməmişdir. Bu səbəbdən amnistiya qərarı əsasında hərbi qeydiyyata durmuşdur. İddiaçı normal insanlardan fərqli olaraq nəzərə alınmalıdır. Səhhəti nəzərə alınmadan onun sığorta ödənişi barədə müsbət qərar qəbul olunmamışdır. Dəqiq araşdırma aparmadan qəbul edilmiş qərardakı mövqe qanunvericiliyin tələblərinə ziddir. İddiaçının sığorta hadisəsinin xx.xx.N997-ci il tarixdən öncə olduğunu və əlillik səbəbinin hərbi xidmət dövrü ilə əlaqəli olmasını təsdiq etmirlər. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası iddiaçının hər iki ayağının donvurmasını təsdiq edir və xəstəliyi əlaqələndirir. Lakin TSEK xəstəliyi mülki xəstəlik kimi qiymətləndirir. İddiaçı travma aldığı üçün sığorta ödənişini tələb edir. Lakin savadsız və səriştəsiz həkimlərin qərəzli bəhanələri səbəbindən iddia ərizəsi verilən günə kimi hərbi qulluqçulara qrup almamışdan öncə sığorta tərəfindən ödənilən 2.750 manat pul vəsaiti ödənilməmişdir. Ümumi olaraq sığorta hadisəsinin xx.xx.N997-ci il tarixdən öncə olmasını əsas götürürlər. İddiaçı xx.xx.N993-xx.xx.N997-ci il tarixlərdə Milli Ordu sıralarında xidmət etmişdir. Xidmət zamanı xx.xx.N994-cü il tarixdə hər iki ayağını don vurub və miningit olmuşdur. Heç bir fərarilik və ya başqa hərbi cinayətlər törətməmiş iddiaçının barəsində çıxarılan bu qərar əsassızdır. Bu baxımdan, qanunda qeyd edilən məhdudiyyətlər iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 377 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdə Biləsuvar rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.N993-cü ildən xx.xx.N994-cü il tarixə kimi N nömrəli hərbi hissədə, xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixə kimi N72 nömrəli hərbi hissədə, xx.xx.N995-ci ildən xx.xx.N996-cı il tarixə kimi N nömrəli hərbi hissədə xidmət etmişdir. N72 nömrəli hərbi hissənin tərkibində Füzuli, Murovdağ və Kəlbəcər istiamətində gedən döyüşlərdə iştirak etmiş və xx.xx.N994-cü il tarixdə Kəlbəcər rayonunda sağ ayaq barmaqlarını don vurmuşdur. Buna görə əvvəlcə hərbi hissənin tibb məntəqəsində ilkin yardım olunmuş və sonra Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ambulator müalicə almışdır. xx.xx.N996-cı il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli amnistiya qərarı tətbiq edilmiş və xx.xx.N998-ci il tarixdə hərbi qeydiyyata alınmışdır.
7. Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-4N0/202N nömrəli, xx.xx.202N-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 9 saylı regional ərazi filialına qarşı “xx.xx.20N7-ci il tarixdən əvvəlki üç il üçün müharibə veteranı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.202N-ci il tarixli, N8 nömrəli qərarından görünür ki, Biləsuvar RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli amnistiya qərarı ilə tətbiq edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ambulator müayinə və müalicə olunduğu travma – diaqnoz “sağ ayağın İ barmağının İİ-İİİ dərəcəli donvurmasından sonrakı vəziyyət” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 530 nömrəli göndərişi, xx.xx.2020-ci il tarixli 377 nömrəli arayışı, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından verilmiş xx.xx.N994-cü il tarixli çıxarış epikrizi, xx.xx.2020-ci il tarixli 3933 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 350 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.202N-ci ildə verilmiş N8 nömrəli səbəb əlaqəsi haqqında qərar “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. xx.xx.202N-ci il tarixli, N8 nömrəli səbəb əlaqəsi haqqında qərar təkrarən xx.xx.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Hərbihəkim ekspertizası və tibbi şəhadətləndirmə” altsisteminə salınmışdır. Əlillik dərəcələrinin təyin edilməsi və əlilliyin verilməsinə əsas olmuş sənədlər, habelə sosial müavinətlərin, sığorta pulunun, kompensasiyaların, təqaüdlərin təyin edilib ödənilməsi, nəqliyyat vasitələrinin verilməsi Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətində deyil. Bu məsələlər ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza Mərkəzi və Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir. N0. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2007-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaşa xx.xx.20N4-cü il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.20N5-ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonrakı dövrdə İddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.20N6-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.20N5-ci il tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.N-ci bəndinə uyğun olaraq, dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.202N-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.202N-ci il tarixindən sonra vətəndaşa dair Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0234003AANCE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.202N-ci il tarixində elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaşlara dair əlilliyin səbəb əlaqəsinin seçilməsi göndərişi rəsmiləşdirən dövlət tibb müəssisələri tərəfindən vətəndaşların təqdim etdikləri müvafiq sənədlərə əsasən müəyyən edilir. Qiymətləndirmə nəticəsindən narazı olan İddiaçı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə əlaqədar dövlət tibb müəssisəsinin 0234003ASMP nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Vətəndaşa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202N-ci il tarixli, N8 nömrəli qərar verilmişdir. Həmin qərarda “sağ ayağın İ barmağının İİ-İİİ dərəcəli donvurmasından sonrakı vəziyyət (N994)” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, əlilliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.20N5-ci il tarixli 4N3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8-ci bəndinə müvafiq olaraq, xx.xx.202N-ci il tarixli, N8 nömrəli qərarda göstərilən xəstəliklər əlillik səviyyəsində olmadığından, vətəndaşa xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi, ümumi xəstəlik səbəbi ilə isə (diaqnoz: keçirilmiş mielitin davamlı qalıq əlamətləri. Aşağı ətrafların spinal tipli spastik paraparezi) xx.xx.202N-ci il tarixli 5 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim olunmuşdur. NN. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli, 88/390 nömrəli məktubundan görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Biləsuvar rayon mərkəzi xəstəxanasında “sağ ayağın İ barmağının İİ-İİİ dərəcəli donvurmasından sonrakı vəziyyət” diaqnozu ilə müalicə olunmuşdur. Bununla əlaqədar MN MHHK tərəfindən xəsarətin səbəb əlaqəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 “a” bəndinə əsasən, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyli xx.xx.202N-ci il tarixli, N8 nömrəli qərar vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.20N4-cü il tarixli, 269 nömrəli qərarına əsasən, İddiaçı aldığı “sağ ayağın İ barmağının İİ-İİİ dərəcəli donvurması” diaqnozlu xəstəliyin müalicə müddəti 2N gündən çox müddət tələb etməsi nəzərə alınaraq xəsarətin ağırlıq dərəcəsi “az ağır” kimi qiymətləndirilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: N2. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı həqiqi hərbi xidmətdə olduğu xx.xx.N994-cü il tarixdə sağ ayaq barmaqlarını don vurmuş, ona “sağ ayağın İ barmağının İİ-İİİ dərəcəli donvurmasından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.202N-ci il tarixli, N8 nömrəli qərarı ilə onun bu xəstəliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma kimi qiymətləndirilmişdir. N3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyİ tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2007-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə ona xx.xx.20N4-cü il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. İddiaçının ikinci dərəcə əlilliyi xx.xx.20N5ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonrakı dövrdə onun ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.20N6-cı il tarixində dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.202N-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.202N-ci il tarixindən sonra iddiaçıya dair Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0234003AANCE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.202N-ci il tarixində elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Qiymətləndirmə nəticəsindən narazı olan iddiaçı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə əlaqədar dövlət tibb müəssisəsinin 0234003ASMP nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202N-ci il tarixli, N8 nömrəli qərar verilmişdir. Həmin qərarda “sağ ayağın İ barmağının İİ-İİİ dərəcəli donvurmasından sonrakı vəziyyət (N994)” diaqnozlu travmanın səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Yekun olaraq xx.xx.202N-ci il tarixli 5 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçının izahatı əsasında müəyyən edilmişdir ki, onun aldığı hərbi travma ilə əlilliyi arasındakı səbəbli əlaqəyə qiymət verilməsi məqsədilə verdiyi iddia tələbinə hazırda Bakı İnzibati Məhkəməsində baxılır. N4. Məhkəmə araşdırmaları dövründə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli, 88/390 nömrəli məktubu ilə isə iddiaçının “sağ ayağın İ barmağının İİ-İİİ dərəcəli donvurması” diaqnozlu xəstəliyinin müalicə müddətinin 2N gündən çox vaxt tələb etməsinin nəzərə alınaraq xəsarətin ağırlıq dərəcəsi “az ağır” kimi qiymətləndirilmişdir. N5. Hazırda iddiaçı İİ qrup hərbi xidmət əlilləri üçün nəzərdə tutulmuş 2.750 manat məbləğində sığorta pulunun ödənilməsini cavabdehdən tələb edir, cavabdeh isə baş vermiş sığorta hadisəsinin müvafiq qanun qəbul edildiyi vaxtdan əvvələ aid olduğunu, buna görə də qanunun iddiaçıya şamil olunmadığını bildirib, iddianın təmin edilməməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi: N6. İddiaçının həqiqi hərbi xidmətdə olarkən hərbi travma alması mötəbər sübutlarla təsdiqlənərək hazırkı işin mübahisəsiz halı olsa da, iddiaçı barəsində sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən qərarın Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.202N-ci il tarixdə verilməsi (habelə, iddiaçının İİ dərəcəli əlilliyinə səbəbin aldığı hərbi travma olub-olmaması mübahisəlidir, bu barədə iş hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır) nəzərə alındıqda məhkəmə hesab edir ki, LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti hazırkı tələb üzrə əsl cavabdeh deyildir. N7. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” N340 nömrəli, N8 may 202N-ci il tarixli Fərmanına N8 iyun 2022-ci il tarixdə dəyişiklik edilərək 2.8-ci bənd əlavə edilmişdir. Həmin müddəaya əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 3N-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın N-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın N-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hərbi travma almasını təsdiq edən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı da xx.xx.202N-ci il tarixdə qəbul edilmiş və iddiaçıya 2022-ci il yanvarın Ndək sığorta ödənişi ödənilməmişdir. Belə olan halda, iddiaçıya hazırkı tələblə aidiyyəti olaraq Dövlət Sosial Müdafiə Fonduna, Fondun hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə isə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməklə, hazırkı iddia təmin edilməməlidir. N8. Cavabdehin əsl cavabdehlə əvəzləşdirilməsi isə işin mahiyyət etibarilə mülki mübahisədən inzibati mübahisəyə çevrilməsinə (yəni iş üzrə icraata xitam verilməsinə) səbəb olacağından, məhkəmə iddiaçıya cavabdehin əvəzləşdirilməsi barədə təklif edilməsini məqsədə müvafiq hesab etməmişdir. N9. LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti hazırkı tələb üzrə əsl cavabdeh olmadığından məhkəmə hesab edir ki, onun etirazının dəlilinə qiymət verilməsinə zərurət yoxdur. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: N.N-ci maddə. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir. 8.N-ci maddə. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 2N. xx.xx.N997-ci il tarixdə qəbul edilmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.202N-ci il tarixli, N8 nömrəli qərarının verildiyi tarixə qüvvədə olan redaksiyada): Maddə N.N. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Maddə 4. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Maddə 5. Sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda (öldükdə) — N00 faiz; b) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — N00 faiz; c) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — N00 faiz; ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunanın xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlilliyi müəyyən edildikdə: İ dərəcə — 80 faiz; İİ dərəcə — 60 faiz; İİİ dərəcə — 40 faiz; d) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman: ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə — 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə — 5 faiz.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 897.N-ci maddə. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 926.N-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddə. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddə. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” N340 nömrəli, N8 may 202N-ci il tarixli Fərmanına N8 iyun 2022-ci il tarixdə edilmiş dəyişiklik: 2.8-ci bənd. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 3N-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın N-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın N-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə N4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.N-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.N. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə N06.N. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 2N7.3-2N7.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in NN9, 2N6-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən N (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova