Məhkəmə qərarları › İş №2(006)-18/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-18/2024

23.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-18/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X20 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh1, onun vəkili və digər Cavabdeh6 isə vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdeh7 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “daşınmaz əmlak üzərində hüquqlara kompensasiya ödənilməklə xitam verilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “daşınmaz əmlak üzərində hüquqlara əvəz verilməklə xitam verilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 oğlunun, Cavabdeh9 və Cavabdeh8 ünvan 1-nın üzərində sahiblik, istifadə və digər hüquqlarına xitam verilməsi; cavabdehlərin həmin evdən çıxarılmaqla, mənzilin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinin yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında 105 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi üçün vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış və qeyri-yaşayış tikililəri XX əsrin əvvəlləri inşa edilmiş yaşayış evləri və fərdi yaşayış evləri but daşlarından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyadan inşa edilmiş, yaşayış evləri but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış, kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir, həmin evlərdə bina təmir-bərpa, gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədə uyğun hesab edilmir, mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə və mövcud şəhərsalma tələblərinə cavab vermir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 100-ə yaxın ailə köçürülmüşdür. Buna əsasən və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin ünvan 2 ünvanındakı ümumi sahəsi 88 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1 və istifadəçiləri olan digər cavabdehlər kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayış evləri iddiaçı tərəfindən sökülərək tikinti üçün hazırkı hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Cavabdehin fərdi yaşayış evi Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir, şəhərin görkəminə xələl gətirən bir tikilidir. Baxmayaraq ki, cavabdehin fərdi yaşayış evinin yanındakı ev sahibləri qeyd edilənləri nəzərə alaraq mənzillərin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmişdilər. Həmin sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehin qanuna zidd əməlləri həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Köçürülmüş şəxslərə veriləcək mənzillər barəsində onların mülkiyyət hüququnu təsdiq edən qeydiyyatla təmin edilir. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1.-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı sərəncamda göstərilən tapşırıq və tələbləri olduğu kimi və ləyaqətlə yerinə yetirir. Bundan başqa, iddiaçı Ali dövlət orqanlarının Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq çox sürətlə həmin tələbləri yerinə yetirilir. Həmçinin, Bakı şəhərində olan müasir tələblərə cavab verməyən köhnə və qəzalı evlərin sökülməsi və yerində müasir binaların tikilməsi geniş vüsət almaqla ali dövlət orqanlarının tələbləri yerinə yetirilir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi, ali dövlət orqanlarının tapşırıqlarının yerinə yetirilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda da şəhərin görkəminin gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehin mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə onun mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilinin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada onların mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Lakin cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasından sui-istifadə etməklə yanaşı, yuxarıda qeyd edilən tələbləri kobud surətdə pozmaqla yanaşı ali dövlət orqanlarının Bakı şəhərinin müasir tələbinə cavab verən hala gətirilməsinin qarşısını almış olurlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 vəkili-nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair etiraz mülahizələrini məhkəməyə təqdim edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassız olmaqla yanaşı qanunsuzdur. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh6 uzun müddətdir ki, ünvan 3 ünvanında yaşayırlar, sözügedən yaşayış sahəsi onlara mərhum ataları X10 qanun üzrə vərəsəlik qaydasında keçmiş və onlara verilmiş vərəsəlik haqqında şəhadətnaməyə əsasən onların qeyd olunan yaşayış sahəsinə hüquqları xx.xx.2014-cü ildə dövlət qeydiyyatına alınmışdır. Hazırki iş üzrə İddiaçı MMC heç bir hüquqi əsas olmadan hazırki iş üzrə cavabdehlərin mülkiyyətində olan yaşayış sahəsini sökməklə mülkiyyət hüquqlarına qəsd edərək, mülkiyyətlərində olan sahəyə özlərinin istədiyi dəyəri kompensasiya kimi verməklə onları öz qanuni əmlaklarından məhrum etməyə çalışırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ********* saylı çıxarışından da görünür ki, qeyd olunan yaşayış sahəsinin ümumi ölçüsü 115 kv.metrdir, faktiki sahəsi isə 151.74 kv.metr ümumi və zirzəmi sahəsi 84.7 kv.metr təşkil etməsinə baxmayaraq, iddiaçı tərəf özbaşına olaraq yaşayış sahəsinin mülkiyyətçiləri olan hazırki iş üzrə cavabdehlərin fikri nəzərə alınmadan həmin ölçülərdən qat-qat aşağı olan həmin ərazidə yeni tikiləcək binadan yalnız 105 kv.metr ölçüdə sahənin verilməsini təklif edir ki, bununla mülkiyyətçilər razılaşa bilməz və birbaşa olaraq onların mülkiyyətinə iddiaçı tərəfindən qəsd edilir. Hazırki iddianın qaldırılması ilə bağlı İddiaçı MMC ümumiyyətlə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, hazırki vəziyyətdə iddiaçı öz iddia ərizəsində başqalarının hüquqlarının pozulmasına istinad etsə də, hüquqlarının pozulduğunu iddia etdiyi şəxslərdən heç biri hazırki işdə tərəf kimi iştirak etmir, eyni zamanda, iddiaçının həmin şəxslər adından çıxış etməsilə bağlı həmin şəxslər tərəfindən heç bir səlahiyyət verilməmişdir. Həmçinin, iddiaçının torpağın icarəsinə dair müqaviləsi bu günə qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçirilməmişdir. Belə ki, dövlət tərəfindən dövlət reyestrindən qeydiyyatdan keçmiş hüquqlar qorunur və tanınır. Lakin iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bu günə qədər dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Belə olan halda iddiaçının hər hansı hüququ dövlət tərəfindən tanına və qoruna bilməz. Hazırki işin faktiki hallarından görünür ki, iş üzrə mülkiyyətçilərin mülkiyyət hüququnun məcburi ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hər hansı hal yoxdur. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, iddiaçının öz iddia ərizəsində Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsi haqqında” Plenum qərarlarına istinad edərək, mülkiyyət hüququnun öz mülahizələrinə görə məhdudlaşdırıla biləcəyi qənaətinə gəlməsi tamamilə özlərinin şəxsi mülahizələrindən irəli gələn düşüncədir. Konstitusiya Məhkəməsinin sözügedən qərarında ümumiyyətlə mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dair məsələyə izahının hazırki işin faktiki hallarına heç bir aidiyyəti yoxdur. Belə ki, sözügedən qərarda “mülkiyyət hüququnun məhdudlaşdırılması qanununçuluğun tələbinə cavab verməlidir” ifadəsi artıq onu deməyə əsas verir ki, bu məhdudlaşdırma qanundan irəli gəlməlidir. Konstitusiyada, habelə Konstitusiya Məhkəməsinin göstərilən qərarında qeyd edildiyi kimi məhdudlaşdırma yalnız qanundan irəli gəlməlidir. Qanunla mülkiyyət hüququnun məhdudlaşdırılması isə Mülki Məcəllənin 203.3-cü maddəsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Lakin iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququnun məcburi məhdudlaşdırılmasının heç bir qanuni əsasının olmamasına baxmayaraq, qanunsuz tələb irəli sürülmüşdür. Qeyd edilməsi zəruridir ki, hazırki iş üzrə İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti ilə aralarında bağlanmış torpaq icarəsi müqaviləsini əsas gətirsə də, sözügedən icarə müqaviləsinin bağlanması qanunvericiliyin tələbinə cavab vermir. İş materiallarından göründüyü kimi, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi cavabdehlərin qanuni istifadəsində olmasına baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti onlardan hər hansı razılıq almadan başqasının hüquqları ilə yüklü torpaq sahəsini onların razılığı olmadan təkrar yüklü etməklə qanunsuz olaraq torpaq icarəsi müqaviləsi bağlamışdır. Hazırki vəziyyətdə mülkiyyətçinin öz mülkiyyət hüququnu müdafiə etməsi qanunla ona verilən hüquqdur və heç bir halda sui-istifadə və başqalarının hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilməz. İddiaçı tərəf isə əvvəlki mülkiyyətçilərlə müqavilələrin bağlanması zamanı öz öhdəliyinin icrası ilə bağlı riskləri əvvəlcədən görürdü və ya görməliydi və həmin riskləri nəzərə almaqla qeyd olunan tikinti işini təşkil etməli idi ki, gələcəkdə başqalarının mülkiyyət hüququna əsassız müdaxilə edilməsinin qarşısını almış olsun. İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 Bakı şəhəri, Novruzov Qardaşları küçəsi 63 A nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, X4, X7, Cavabdeh5, X8, X11, Cavabdeh9 və Cavabdeh8 Bakı şəhəri, Novruzov Qardaşları küçəsi 63 A nömrəli fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin ünvan 1 nömrəli fərdi yaşayış evindən çıxarılmaqla, fərdi yaşayış evinin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Novruzov Qardaşları küçəsi 63 A nömrəli fərdi yaşayış evinin sökülməsinə görə 1/2 hissəsinin dəyərinin əvəzi olaraq 105.000 manat məbləğində vəsaitin Cavabdeh1 və digər 1/2 hissəsinin dəyərinin əvəzi olaraq 105.000 manat məbləğində vəsaitin X5 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh9 məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh8 işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili və digər Cavabdeh6 vəkili-nümayəndəsi Nümayəndə2 işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddianın əsassız olduğunu bildirib təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh7 nümayəndəsi X13 işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, işə mahiyyəti üzrə baxılaraq iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Sovet Sosialist Respublikası Zəhmətkeşlərin Xalq Deputatları Rayon, Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış evi şəxsi mülkiyyət hüququ ilə X12 adına qeydiyyata alınmışdır və 13 saylı reyestr kitabında 1894-cü səhifədə 30/1894 qeydiyyat nömrəsi ilə qeyd edilmişdir. Qeydiyyat tarixi: 05 may 1991-ci il, verildiyi tarix: xx.xx.1993-cü il. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan (Seriya: RX, № 0475787) görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi (reyestr nömrəsi: **********22-10301) paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə xx.xx.2014-cü il tarixdə Cavabdeh1 (qeydiyyat nömrəsi: **********), digər 1/2 hissədə isə Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində 273 nömrəli reyestr kitabının 25435 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********46 saylı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, H.Əliyev, Y.V.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən 4.50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçınə ayrılması ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələnin mövcud qanunvercilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçınə ayrılmasına etiraz edilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi haqqında” 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamında qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülməsi yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi, qeyd edilən bəndlərin tələbləri yerinə yetirilməsə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvercilikdə nəzərdə tutulmuş qaydada baxılacağı, torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin müddətinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənməsi, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətə nəzarət edilməsinin Rayon İcra Hakimiyyətinə tapşırılması qərara alınmışdır. Həmçinin, Sərəncamda sifarişçiyə sahəni yerində qəbul etməsi və onun sanitar vəziyyətinə riayət etməsi, sahədən yalnız bu Sərəncamla müəyyən edilmiş məqsədlə istifadə olunmasını təmin etməyi, sahənin qanunsuz zəbt olunmasının qarşısının alınmasını və mövcud yaşıllıqların qorunub saxlanılmasının, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasının təmin edilməsi, torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının, bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi, tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 X1 ekspertiza Baş İdarəsinin müsbət rəyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını və bu Sərəncamın 1-ci bəndinin tələblərinin yerinə yetirilməsinin təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 02/1321 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, X16, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılmış 4,2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi İddiaçı MMC-yə göndərilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli, 1576 nömrəli müqavilədən görünür ki, icarəyə verən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən sahəsi 42258 kv.m. olan torpaq sahəsi 49 il müddətinə illik 121.824 manat icarə haqqı ödəmək şərtilə icarəçi İddiaçı MMC-yə icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti lahiyələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, X16, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində lahiyələndirilən yaşayış kompleksinə (Sifarişçi - İddiaçı MMC, lahiyəçi – Bakı Dövlət Layihə İnstitutu) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 02/767 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, X16, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. Nəsimi RİH Nəsimi rayon MKTB-nin 59 saylı MKİS-in xx.xx.2021-ci il tarixli, 267 nömrəli arayışından görünür ki, Novruzov Qardaşları küçəsində yerləşən 63 nömrəli 1 mərtəbəli ev şəxsi mülk olmaqla, Cavabdeh1 məxsusdur. Həmin evdə evin sahibi ilə yanaşı, həyat yoldaşı Cavabdeh2, oğlu Cavabdeh3, qızları Hətəmova Ülviyyə, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, nəvələri Cavabdeh9 və Cavabdeh8 daimi qeydiyyatdadırlar. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh9 və Cavabdeh3 ünvan 4 ünvanında; Cavabdeh4 ünvan 10 ev 3, mənzil 14; Cavabdeh8 isə ünvan 11 ünvanlarında qeydiyyatdadırlar. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 63 A nömrəli yaşayış sahəsinin (evin) aylıq kirayə haqqı 300 (üç yüz) - 350 (üç yüz əlli) AZN və hazırki dövrə tələblə təkilifin qarşılıqlı təsiri nəticəsində likvid qiyməti 124.8 kv.m x 1510 AZN = 188.448 AZN (bir yüz səksən səkkiz min dörd yüz qırx səkkiz manat) təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 1 ünvanındakı xüsusi mülkiyyətdə olan 0,014460 ha. torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 110 m2 olan fərdi yaşayış evi (reyestr nömrəsi: **********23-10301) paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 (qeydiyyat nömrəsi: **********), digər 1/2 hissədə isə Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamla Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin 4,2258 ha torpaq sahəsinin İddiaçı MMC-yə icarə əsasında istifadəyə verilməsinə dair sərəncamın Cavabdeh1 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak və onun altında yerləşən 0,014460 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi sərəncamda məhz onun mülkiyyətində olan əmlaklar ilə bağlı heç bir göstəriş verilməmiş, inzibati qərar qəbul edilməmişdir. Eyni zamanda iş materialları ilə iddia ərizəsində göstərilən yaşayış evinin qəzalı və ya şəhərin ümumi görünüşünə xələl gətirən bir ev olması, yəni sərəncamın təsir dairəsinə düşə biləcəyi barədə sübut olmadığı halda, qeyd edilən sərəncamla hal-hazırda iddiaçının hər hansı bir hüququnun pozulması müəyyən edilmir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddianın dəqiqləşdirilməsi barədə ərizənin verilməsinə görə 500 (beş yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin obyektiv və ədalətli baxılmasını təmin etmək məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə kompleks (tikinti-texniki və əmtəəşünaslıq) məhkəmə ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdən qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin faktiki ümumi sahəsinin 154 m2 olduğu; həmin ünvanda yerləşən fərdi yaşayış evinin (zirzəmi də nəzərə alınmaqla) ümumi (faktiki) sahəsinin 175 m2, divaraltı sahələr də nəzərə alınmaqla (çöldən çölə) tədqiq olunan fərdi yaşayış evinin sahəsinin 230.29 m2 olduğu; həmin torpaq sahəsinə yaxın ərazilərdə analoji torpaq sahələrinin hazırki orta bazar qiymətlərinə uyğun 1 sotunun qiymətinin təqribən 220000,0 manat, tədqiq olunan 1,54 sot torpaq sahəsinin isə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 339000,0 manat məbləğində müəyyən edilir. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü işləri aparıldığından, həmin ərazidə analoji olan fərdi yaşayış evlərinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İddiaçı MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən tikilinin orta bazar dəyəri 165.000 manat, torpaq sahəsinin orta bazar dəyəri isə 244.800 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1106/2023 nömrəli 19 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, həmin məhkəmənin 2-1(112)-1106/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 Bakı şəhəri İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamla Bakı şəhəri, Nəsimi rayonu Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin 4,2258 ha torpaq sahəsinin İddiaçı MMC-yə icarə əsasında istifadəyə verilməsinə dair sərəncamın Cavabdeh1 mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən daşınmaz əmlak və onun altında yerləşən 0,014460 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qeyd edilən qərardan şikayət verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, ünvan 14 ünvanındakı 0,014460 ha. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 110 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyətdə olmaqla, ½ hissədə Cavabdeh1, digər ½ hissədə isə Cavabdeh6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülməsi, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC tərəfindən həll edilməsi və s. qərara alınmışdır. Həmçinin, Sərəncamda İddiaçı MMC-yə torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının, Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi və s. tapşırılmışdır. Sərəncam əsasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında müqavilə bağlanaraq, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən, sahəsi 42258 kv.m. olan torpaq sahəsi 49 il müddətinə illik 121.824 manat icarə haqqı ödəmək şərtilə İddiaçı MMC-yə icarəyə verilmişdir. Nəsimi rayon MKTB-nin 59 saylı MKİS tərəfindən İddiaçı MMCyə verilmiş arayışda Novruzov Qardaşları küçəsində yerləşən 63 nömrəli 1 mərtəbəli evin şəxsi mülk olmaqla, Cavabdeh1 məxsus olması, evdə evin sahibi ilə yanaşı, həyat yoldaşı Cavabdeh2, oğlu Cavabdeh3, qızları Hətəmova Ülviyyə, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, nəvələri Cavabdeh9 və Cavabdeh8 daimi qeydiyyatda olmaları qeyd edilmiş, lakin AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışlarından Cavabdeh4 ünvan 10 ev 3, mənzil 14; Cavabdeh8 isə ünvan 11 ünvanlarında qeydiyyatda olmaları müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh1 Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2020-ci il tarixli, 51 saylı sərəncamla Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin 4,2258 ha torpaq sahəsinin İddiaçı MMC-yə icarə əsasında istifadəyə verilməsinə dair sərəncamın Cavabdeh1 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak və onun altında yerləşən 0,014460 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə” iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi sərəncamda məhz onun mülkiyyətində olan əmlaklar ilə bağlı heç bir göstəriş verilməmiş, inzibati qərar qəbul edilməmişdir. Eyni zamanda iş materialları ilə iddia ərizəsində göstərilən yaşayış evinin qəzalı və ya şəhərin ümumi görünüşünə xələl gətirən bir ev olması, yəni sərəncamın təsir dairəsinə düşə biləcəyi barədə sübut olmadığı halda, qeyd edilən sərəncamla hal-hazırda iddiaçının hər hansı bir hüququnun pozulması müəyyən edilmir. Qərardan şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı MMC paylı mülkiyyətçi olan cavabdehlərin ünvan 16 fərdi yaşayış evi üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına, digər cavabdehlərin isə ev üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlərin həmin evdən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; iddiaçı tərəfindən evin sökülməsinə görə 1/2 hissəsinin dəyərinin əvəzi olaraq 105.000 manat məbləğində vəsaitin Cavabdeh1 və digər 1/2 hissəsinin dəyərinin əvəzi olaraq 105.000 manat məbləğində vəsaitin X5 verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 (həmçinin, digərləri) isə iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evinin atalarından onlara miras qaldığını, uzun müddətdir ki, onların xüsusi mülkiyyətində olduğunu, iddiaçının əsassız olaraq ədalətli kompensasiya vermədən cavabdehləri öz əmlakından məhrum etməyə cəhd etdiyini, iddiaçının digər mülkiyyətçilərin hüquqlarının pozulması əsası ilə iddia qaldırmağa subyektiv hüququnun və səlahiyyətinin olmadığını, əvvəlcədən belə risklərin olması ehtimalını nəzərə almalı olduğunu, torpaq icarəsi ilə əlaqədar bağlanmış müqavilənin dövlət reyestrində qeydiyyatdan keçmədiyini və həmin müqavilənin cavabdehlərin qanuni istifadəsində olan torpaq sahəsinə dair hissəsinin onların razılığı alınmadan bağlandığını mübahisələndirərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş edirlər. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün istinad edilən əsas Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 nömrəli sərəncamıdır. Belə ki, məhz həmin sərəncamın 1-ci bəndinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, 2.4-cü bəndinə əsasən torpaq icarə müqaviləsinin bağlanması, 2.5-ci bəndinə əsasən torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının təmin edilməsi qərara alınmışdır. Yuxarıda da qeyd olunduğu kimi, həmin sərəncama əsasən Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında 17 aprel 2020-ci il tarixli torpaq icarə müqaviləsi bağlansa da, cavabdeh icarə hüququnun sərəncamda göstərildiyi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını mübahisələndirmiş, sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq, onun tərəfindən icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarında iddiaçının tərəf olduğu başqa bir iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında da iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması məhkəmə tərəfindən müəyyən edilmiş hal kimi qiymətləndirilmişdir. Deməli, həqiqətən də, iddiaçının torpaq sahəsinə dair icarə hüququ reyestrdə qeydiyyata alınmamışdır. Lakin bunun əksinə, iddiaçı tərəfindən kompensasiya ödənilməklə sökülməsi tələb edilən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh6 paylı mülkiyyətində olması hazırkı iş üzrə mötəbər sübutla – çıxarışla öz təsdiqini tapmış mübahisəsiz haldır. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 16 ünvanda yerləşən fərdi yaşayış evi ilə yanaşı, həmin evin yerləşdiyi 0,014460 ha. torpaq sahəsi üzərində də cavabdehlər Cavabdeh1 ilə Cavabdeh6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qanunvericiliyə əsasən torpaq sahəsi üzərində sərəncam verilməsi, o cümlədən sahənin icarəyə, istifadəyə verilməsi isə yalnız onun mülkiyyətçisinin iradə ifadəsi əsasında mümkündür. Göründüyü kimi, hazırki mübahisənin predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin də mülkiyyətçilərii cavabdehlər Cavabdeh1 ilə Cavabdeh6 olduğundan, Bakı şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli torpaq icarə müqaviləsi bu torpaq sahəsinə aid oluna bilməz. Əgər sərəncamın 2.5-ci bəndinə əsasən icarə müqaviləsi əsasında yaranmış icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarsa, məhz hazırkı mübahisənin predmeti olan torpaq sahəsinə münasibətdə bu hüququn qeydə alınması mümkünsüzdür, çünki artıq həmin torpaq sahəsi üzərində cavabdehlərin mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilələr azadlığı prinsipləri çərçivəsində iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə onlara məxsus tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdə isə iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. Belə ki, cavabdehlər iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə qətiyyən razılaşmamışdırlar. Evin və torpağın sahəsi, həmçinin, dəyəri barədə tərəflər arasında mübahisə və fikir ayrılıqları olduğundan, mübahisələndirilən məsələlər isə xüsusi bilik tələb etdiyindən, bu məsələlərlə bağlı məhkəmə tərəfindən müvafiq ekspertizalar təyin edilmişdir. Nəticə etibarilə "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabatda Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 63 A nömrəli yaşayış sahəsinin (evin) həmin dövrə tələblə təkilifin qarşılıqlı təsiri nəticəsində likvid qiymətinin 124.8 kv.m x 1510 AZN = 188.448 manat olması göstərilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən isə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin faktiki ümumi sahəsinin 154 m2 olduğu; həmin ünvanda yerləşən fərdi yaşayış evinin (zirzəmi də nəzərə alınmaqla) ümumi (faktiki) sahəsinin 175 m2, divaraltı sahələr də nəzərə alınmaqla (çöldən çölə) tədqiq olunan fərdi yaşayış evinin sahəsinin 230.29 m2 olduğu; həmin torpaq sahəsinə yaxın ərazilərdə analoji torpaq sahələrinin hazırki orta bazar qiymətlərinə uyğun 1 sotunun qiymətinin təqribən 220.000 manat, tədqiq olunan 1,54 sot torpaq sahəsinin isə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 339.000 manat məbləğində müəyyən edilmişdir. Rəydə, həmçinin qeyd edilmişdir ki, həmin ərazidə söküntü işləri aparıldığından, ərazi üzrə analoji olan fərdi yaşayış evlərinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamış, tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilməmişdir (bununla əlaqədar məhkəmə tərəfindən çağırılmasına baxmayaraq, ekspertlər məhkəmə iclaslarında iştirak etməmişdirlər). Göründüyü kimi, cavabdehlərin xüsusi mülkiyyətində olan torpaq sahəsinin yalnız özünün 339.000 manat məbləğində qiymətləndirildiyi, üzərində ümumi sahəsi 175 m2 (divaraltı sahələr də nəzərə alınmaqla (çöldən çölə) 230.29 m2) olan fərdi yaşayış evi olduğu halda, iddiaçı evin sökülmək məqsədilə ona təhvil verilməsi üçün paylı mülkiyyətçilərin hər birinə 105.000 manat olmaqla, cəmi 210.000 manat məbləğində kompensasiya təklif edir. Məhkəmə təklif edilən bu kompensasiyanı ədalətli kompensasiya kimi qiymətləndirmir. Belə ki, hətta iddiaçının özünün sifarişi ilə özəl şirkət ("xxxx" MMC) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatında da ünvan 1 ünvanında yerləşən tikilinin orta bazar dəyərinin 165.000 manat, torpaq sahəsinin orta bazar dəyərinin isə 244.800 manat təşkil etməsi müəyyən edilmişdir. Belə çıxır ki, iddiaçı cavabdehlərə onların xüsusi paylı mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən evin əvəzinə heç həmin torpaq sahəsinin belə dəyərini ödəməyən məbləğdə kompensasiya təklif edir. Hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır ki, boş torpaq sahəsi ilə üzərində hətta minimum şəraitlə təmin edilmiş ev olan torpaq sahəsinin qiyməti arasında kəskin fərq vardır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər iddiaçının təklif etdiyi kompensasiya ilə qətiyyən razılaşmır və iddiaçının həm torpaq sahəsinin, həm də fərdi yaşayış evinin dəyərini ədalətli şəkildə ödəyəcəyi təqdirdə razılığa gələ biləcəklərini bildirirlər. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə iddiaçı tərəfindən təklif edilmiş kompensasiyanın ədalətli və adekvat olmadığı qənaətinə gəlir və hesab edir ki, cavabdehlərin etirazı əsaslıdır, onların iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılığa gəlməməsi isə mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz, əksinin düşünülməsi məhz cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. Məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəylə iddiaçının sifarişi əsasında "xxxx" MMCnin qiymətləndirici eksperti tərəfindən hazırlanmış hesabatı müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi daha obyektiv olmaqla, mötəbərdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı isə ona görə mötəbər hesab edilmir ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Qanunun 11-ci maddəsinə görə, bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. İddiaçı tərəfindən məhkəməyə hesabatı təqdim edilmiş "xxxx" MMC-yə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə verilməsi, həmin qurumun Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməsi işdən müəyyən edilmədiyinə görə, məhkəmə həmin şirkətin verdiyi hesabatı mötəbər hesab etmir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı iddiasını əsaslandırdığı hallardan biri kimi sökmək üçün tələb etdiyi evin, həqiqətən də, qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı rəy və ya digər sübut iş materiallarında mövcud olmadığından məhkəmə bu xüsusatı da əsassız hesab edir. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarında (əmlakın dövlət ehtiyacları üçün alınması, 203-212-ci maddələrində göstərilən əsaslar və s.) öz əksini tapan mülkiyyət hüququna xitam verilməsinin əsaslarından heç biri hazırkı işdə mövcud olmadığından, yəni iddia əsassız olduğundan məhkəmə hesab edir ki, hazırkı iddia təmin edilməməlidir. Məhkəmə, həmçinin, hazırkı işin faktiki hallarını, işdə olan sübutları, qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin (konvensiyanın) normalarını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi əsassız olmaqla yanaşı, mülkiyyətin ədalətli kompensasiyasına yönəlməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 13-cü maddəsinin İ və İİİ hissələrində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İ-İV hissələrinə müvafiq olaraq, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinin İ-İİ hissələrinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. 71-ci maddəsinin İ-İİ hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1, 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.3-cü maddəsinə müvafiq olaraq, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1, 152.5-152.6-cı maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 241.1, 242.2-ci maddələrinə müvafiq olaraq, torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. 560.1-560.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3, 560.3.5.1-ci maddəsinə müvafiq olaraq, alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə hüquqdan sui-istifadə hesab olunur. 706.2-ci maddəsinin tələbinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 6-cı maddəsinə əsasən, bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətidir. 50.1-ci maddəsinə müvafiq olaraq, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 5.3-cü maddəsinə əsasən, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin müvafiq normasından göründüyü kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün yalnız həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi isə kifayət deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.1-ci maddəsinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlak üzərində hüquqlara kompensasiya ödənilməklə xitam verilməsi və s.” tələblərinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “daşınmaz əmlak üzərində hüquqlara kompensasiya ödənilməklə xitam verilməsi və s.” tələblərinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçınə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar