Məhkəmə qərarları › İş №2(006)-1812/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1812/2024

09.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1812/2024 09.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «bəraət almış şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «bəraət almış şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə əsassız olaraq onun şübhəli şəxs qismində cəlb edilməklə 2 gün müddətində həbsdə saxlanıldığı, daha sonra 1 il 6 ay müddətinə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməklə bağlı ona dəymiş maddi ziyana görə 20.000 manat, mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 30.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi, tələbin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə əsassız olaraq onun şübhəli şəxs qismində cəlb edilməklə 2 gün müddətində həbsdə saxlanıldığı, daha sonra 1 il 6 ay müddətinə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməklə bağlı ona dəymiş maddi ziyana görə 20.000 manat, mənəvi ziyana görə 20.000 manat olmaqla, cəmi 40.000 manat və 180 manat dövlət rüsumu, vəkilə xidmət haqqı olaraq ödədiyi 320 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Son olaraq dövlət rüsumunu 10000 manata deyil, 20000 manat münasibətdə hesablamaqla əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumunun da nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsində baxılmış və o, həmin məhkəmənin 12 yanvar 2023-cü il tarixli 1(039)-6/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 4 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, onun üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək yaşayış yeri olan ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, onun cəzasının əvvəlinin Yevlax rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, işdə olan 100 manat ekspertiza tədqiqatının dəyərinin ondan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, hökmün icrasının onun yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşrılması hökm edilmişdir. Yevlax rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(039)-6/2023 saylı hökmündən müdafiəçisi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Eyni zamanda zərər çəkmiş X10 və onun nümayəndəsi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hər iki apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmış və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-3/2024 saylı hökmünə əsasən müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş X10 və onun nümayəndəsi X1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Onun Azərbaycan Respublikası CM-nin 118.3-cü maddəsi ilə məhkum edilməsinə dair Yevlax rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(039)-6/2023 nömrəli hökmü ləğv edilmiş, onun Azərbaycan Respublikası CM-nin 118.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi, barəsində seçilmiş «polsin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin ləğv edilməsi, onun Azərbaycan Respublikası CPMnin 56 və 63-cü maddələrinə əsasən cinayət prosesini həyta keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin ödənilməsindən onun azad edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(107)-3/2024 saylı qərarı elan olunduğu andan qanuni qüvvəyə mindiyindən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, o, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə şübhəli şəxs qismində iki gün, yəni 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək həbsdə saxlanılmış, eyni zamanda 11 iyun 2022-ci il tarixdən 11 yanvar 2024-cü il tarixədək barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. O, Yevlax rayonu Qaraməmmədli kəndində yaşadığı halda, hər gün Yevlax RPŞ-nin inzibati binasına gələrək orada imza etmək məcburiyyətində olmuşdur. O, sahibkardır. Mal-heyvan saxlayır. Barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçildiyindən həmin fəaliyyəti həyata keçirə bilməmişdir. Belə ki, hər gün Yevlax rayonuna gedib-gəlməklə yanaşı, təsərrüfatı idarə etmək mümkün deyildir. Xüsusi olaraq diqqətə çatdırmaq istəyir ki, heyvandarlıqla məşğul olan təsərrüfat sahibi kimi Dövlətdən 30.000 manat kredit pul vəsaiti götürərək 100 baş qoyun almışdır ki, təsərrüfatını böyütsün. Barəsində cinayət işi açıldığı, o cümlədən «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçildiyindən təsərrüfatını işlədə bilməmişdir. Çünki, heyvandarlıqla məşğul olan təsərrüfatçı 24 saat təsərrüfatının üzərində nəzarət etməlidir. Ona görə də, 300 manata aldığı qoyunları 250 manata satmaq məcburiyyətində qalmışdır. Habelə, əvvəlcədən özünə məxsus olan 100 baş qoyunu da satmaq məcburiyyətində qalmışdır. Belə ki, ailədə ondan başqa təsərrüfata nəzarət edə bilən şəxs yoxdur. Atası birinci qrup əlildir. O, ailə başçısıdır. Ailənin yeganə qazanc gətirən üzvüdür. Bir azyaşlı övladı var. Eyni zamanda həyat yoldaşı hamilədir. Anası vəfat etmişdir. Çox yaşlı və çox xəstə atası vardır ki, atası onun himayəsindədir. X3 insult xəstəsidir. Yeriyə bilmir, əynini geyinə bilmir, çörək doğrayıb yeyə bilmir. Atasını tam olaraq o idarə edir. Barəsində gedən cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı, o, dəfələrlə öz günahsızlığını diqqətə çatdırmışdır. Nəhayət, ədalət bərqərar olmuş və o, yuxarıda qeyd etdiyi kimi, Şəki Apellyasiya Məhkəməsinin hökmü ilə məsuliyyətdən azad edilmişdir. O, qanunsuz və əsassız olaraq 2 gün şübhəli şəxs statusunda həbsdə saxlanılmışdır. 1 il 6 ay müddətində isə təqsirləndirilən şəxs stasunda olmuşdur. 1 il 6 ay müddətində barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Bütün bu hallara görə daim gərgin, həyacanlı bir həyat yaşamışdır. İşləyə bilməmişdir. Mütəmadi olaraq Yevlax RPŞ-yə, Yevlax Rayon Məhkəməsinə və daha sonra Şəki Apellyasiya Məhkəməsinə dəvət edilmişdir. Kənd içərisində hər dəfə poçt vasitəsilə hüquq-mühafizə orqanlarından və məhkəmələrdən bildirişlər alaraq həmin orqanlara dəvət edilmişdir. Kənd içərisində cinayətkar hesab edilərək nüfuzdan düşmüşdür. Ailə üzvləri, xəstə atası və körpə uşaq anası, eyni zamanda hamilə həyat yoldaşı ona görə narahat olmuş, üzülmüş və hər an qorxu içərisində yaşamışlar. Bununla da ona həm maddi, həm də mənəvi ziyan dəymiş, əldən çıxmış qazancları olmuşdur. O, xx.xx.1984-cü il təvəllüdlüdür. Həqiqi hərbi xidmət borcunu yerinə yetirmişdir. Ailənin yeganə qazanc gətirən üzvüdür. Şübhəli şəxs qismində saxlanılanadək həmişə işləmişdir və ailəsinin dolanışığını təmin etmişdir. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində tanınması və məsuliyyətə cəlb edilməsi onu və ailə üzvlərini ağır maddi duruma salmışdır. O, ən ümdə hüquqlarından olan azadlığının əsassız olaraq müəyyən bir müddət ərzində əlindən alınmasını, o cümlədən azadlığının məhdudlaşdırılmasını özünə qarşı ən böyük zərbə hesab edir və bununla bağlı mənəvi ziyanının məbləği hesaba gəlməzdir. O, əsassız olaraq bir gün də olsun belə, azadlığının itirilməsini və məhdudlaşdırılmasını qəbul edə bilmir. Necə böyük ədalətsizlik, haqsızlıq və özünə inam olmalıdır ki, Konstition hüququ olan azadlığı əlindən alınsın. Ona qarşı olan qeyd edilən işdə cinayət prosesi ədalətlilik tələblərinə cavab verməmişdir. O, özünə dəymiş mənəvi ziyanın məbləğini 10.000 manat qiymətləndirir və həmin məbləği cavabdehdən tələb edir. Yuxarıda qeyd edilən səbəblərdən o, həmçinin ailəsi ağır günlər keçirmişlər. İki gün ən qatı cinayətkarlarla günlərini keçirmək məcburiyyətində olmuşdur. Ailəsi başsız qalmışdır. Daha sonra bəraət alanadək 1 il 6 ay müddətində işindən, gücündən olmuşdur. Mülkiyyəti məhv olmuşdur. Özü və ailəsi hədsiz iztirablara məruz qalmışlar. İddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək iddia ərizəsində qeyd olunanlara əlavə edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilir ki: ona ittiham verilmişdir ona görə ki, X6 məxsus xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışla verilmiş 2.9937 ha torpaq sahəsinin 1.17 ha torpaq sahəsini və Yevlax rayonu Qaraməmmədli Bələdiyyəsinə məxsus 0.58 ha torpaq sahəsini zəbt etmişdir. Əslində, bəraət hökmündən göründüyü kimi, o, heç bir sahəni zəbt etməmiş, həmin torpaq sahəsi həmkəndlisi Əhmədovlar ailəsinə Respublikada torpaq islahatı keçirilən zaman, o cümlədən Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə verilmiş, eyni zamanda təhkim aktı ilə həmin sahə Əhmədovlar ailəsinə təhvil verilmişdir. 2012- 2013-cü illər arası qarşılıqlı razılaşma əsasında əldə edilmiş icarə müqaviləsi əsasında həmin torpaq sahəsi onun istifadəsində olsa da, 2014-cü ildən etibarən mülkiyyətində -sahibliyində və istifadəsindədir. O, cinayətin obyekti hesab edilən torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdə vicdanlı alıcı olmuşdur. Lakin barəsində cinayət işi qaldırıldıqdan sonra, zərər çəkmiş şəxs Yusif Vəliyev cinayət işi üzrə mübahisə edilən (cinayətin obyekti hesab edilən) torpaq sahəsini JN 0173 saylı 90108018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətçilər olan Hüseyn Əhmədovdan və onun ailə üzvlərindən satın aldığı 1.98 ha torpaq sahəsini (əslində ona ittiham Yusif Vəliyevə məxsus 1.17 ha sahəyə görə verilmişdir) istifadə etməyə başlamışdır. Bunu Yevlax RPŞ İstintaq Bölməsinin müstəntiqi Elton Kərimov etmişdir. Elton Kərimov ona bildirmişdir ki, onun barəsində cinayət işi başlamışdır, torpaq sahəsini təhvil verməlidir. Artıq iki ildir ki, X10 həmin torpaq sahəsindən - 1.98 ha torpaq sahəsindən istifadə edir, orada taxıl əkir. Bununla da, onun əldən çıxmış faydası vardır. Belə ki, 2 il müddətində X10 ona məxsus 1.98 ha torpaq sahəsində taxıl əkməklə - 1 hektar torpaq sahəsi 5 ton buğda verdiyi üçün 1 kq buğdanın qiyməti - 0.40 qəpik olduğu təqdirdə, ümumilikdə ona, məhz bu məsələ ilə bağlı 7.920 manat ziyan vurmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X7 iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, şəxs həftədə bir dəfə gedib imza atıb. Şəxsin gəlirləri barədə və tələb etdiyi zərərin cinayət işi ilə bağlı olmasına dair sübutlar təqdim edilməmişdir. Həmçinin iddia bötüvlükdə əsassızdır və rədd edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə elektron kabinet vasitəsilə təqdim etdiyi iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işinin başlanmasını, barəsində qətimkan tədbiri seçilməsini və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 10.000 manat, maddi ziyanın əvəzi olaraq 20.000 manat, ümumlikdə 30.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obvektiv tədaia edilməsi, aanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikası Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və va hərəkətsizliyə vol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bununla yanaşı qeyd edir ki, iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də əsassız hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onun işləməsi, aylıq gəlir və qazancını sübut edəcək faktlar təqdim edilməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Bundan başqa, Cinayət-Prosessual Məcəllənin 407.2-ci maddəsində apellyasiya instansiya məhkəməsinin qərarı elan olunduğu andan sonra dərhal qanuni qüvvəyə minməsi qeyd edilsə də, həmin Məcəllənin 410.1.2-ci maddəsinə görə bəraət hökmündən kassasiya şikayəti və ya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən 3 ay müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 254.1.4-ci maddəsinə əsasən mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırmalıdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarından kassasiya protesti verilməsi müddəti gözlənilməli və həmin müddət ərzində iddia ərizəsinə mahiyyəti üzrə baxılması həmin müddət bitənədək təxirə salınmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə uyğun olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiasının tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(039)-6/2023 saylı hökmündən görünür ki, Vəliyev X4 Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; İddiaçı 10 iyun 2022-ci il tarixdən 11 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsəsən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 4 gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış; İddiaçı üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 06:00-dək yaşayış yeri olan Yevlax və Bərdə rayonlarının ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş; İddiaçı cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmış; işdə olan 100 manat ekspertiza tədqiqatının dəyərinin təqsirləndirilən şəxs İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməsi; hökmün icrasının təqsirləndirilən şəxs İddiaçı yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılması; təqsirləndirilən şəxs İddiaçı Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 16 saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi; məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 manatın dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi barədə göstəriş verilmişdir. Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 11 yanvar 2024-cü il tarixli 1(107)-3/2024 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, zərər çəkmiş şəxs X10 və onun nümayəndəsi X1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş; İddiaçı Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair Yevlax rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 1(039)-6/2023 nömrəli hökmü ləğv edilmiş; İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş; İddiaçı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilmiş; İddiaçı Azərbaycan Respublikası CPM-nin 56 və 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmiş; iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin ödənilməsindən İddiaçı azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə bəraət verilmiş İddiaçı barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 30 may 2024-cü il tarixli **********828200 saylı məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) əsas fəaliyyət növü və gəlirlərinə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli müraciətə aidiyyatı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, vergi ödəyicisi İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əsas fəaliyyət növü «Digər qruplara daxil edilməyən sair informasiya xidmətləri» fəaliyyəti, xx.xx.2019-cu il tarixdən hal-hazırki tarixədək əsas fəaliyyət növü «Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi» fəaliyyəti, digər fəaliyyət növü «Digər qruplara daxil edilməyən sair informasiya xidmətləri» fəaliyyəti olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi uçota alındığı xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyəsi 2.448,80 manat olmuş və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində dövriyyəsi olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X14 İnkişaf Mərkəzinin 13 may 2024-cü il tarixli məktubundan görünür ki, Yevlax rayonu ərazisində torpaq-iqlim şəraitinə uyğun olaraq əsasən pambıq, taxıl, günəbaxan, qarğıdalı və yonca bitkiləri əkilir. Yevlax rayonu üzrə 2023-cü təsərrüfat ilində aşağıda göstərilən bitkilər üzrə hər hektardan götürülən gəlir orta hesabla təxminən aşağıdakı kimi olmuşdur: pambıq 1 ha ***-**** manat, taxıl 1 ha 700-800 manat, günəbaxan 1 ha 2200-2300 manat, qarğıdılı 1 ha 1000- 1200 manat, yonca 1 ha 1100-1200 manat. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 27 may 2024-cü il tarixli məktubundan görünür ki, 2023-2024-cü əkin ilində İddiaçı EKTİS-ə daxil etdiyi məlumatlara əsasən Yevlax rayonu Qaraməmmədli kəndi ərazisində yerləşən 25,62 ha torpaq sahəsində həyata keçirdiyi 1.858 ha payızlıq arpa və 23.7588 hektar yonca əkinlərinə görə hesablanmış 2071,87 manat subsidiya məbləği onun kart hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli 3040***-*******01L/İ1 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan İddiaçı arasında eyni tarixli əsas kredit limiti razılaşmasının təminatı kimi Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən ümumi sahəsi 4,52 ha olna xüsusi mülkiyyətli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bank qarşısında yüklü edilmişdir.Eyni tarixli əsas kredit limiti razılaşmasından görünür ki, bank borcalana 120 ay müddətində 100000 manat məbləğində illik 30 faiz dərəcəsi ilə kredit limiti ayırmışdır. Şəki İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2-1(116)-1257/2023 nömrəli qərardadından görünür ki, inzibati iş üzrə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çox sayda çıxarışların surətlərindən müəyyən edilir ki, İddiaçı mülkiyyətində Yevlax rayonu, Qaraməmmədli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur. Məhkəməyə təqdim edilmiş Yevlax rayon Prokuroru tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ittiham aktından müəyyən edilir ki, araşdırma xx.xx.2022-ci il tarixdə başlamış və 07 iyul 2022-ci il tarixdə ittiham aktı tərtib edilməklə araşdırma başa çatmışdır. Məhkəməyə təqdim edilmiş Yevlax rayon Polis Şöbəsinin DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax rayon X9 bölməsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş İddiaçı barəsində Şöbənin “polisin nəzarəti altına verilən şəxslərin qeydiyyatı jurnalı”nda olan məlumatların kserosurətindən aydın olur ki, nəzarət altına verilən şəxs-İddiaçı qeydiyyat üçün müəyyən edilmiş vaxt və günləri 5-ci gün müəyyən edilmiş, şəxs xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il tarixlərdə qeydiyyat jurnalında imza etmişdir. xx.xx.2024-cü il tarixli BPM**********82 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Yevlax şəhər Vəkil Bürosuna xidmət haqqına görə 320 manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2-ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinə əsasən bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Dövlət rüsumu haqqında qanunun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, İddiaçı barəsində qanuni qüvvəyə minmiş bəraət hökmündə cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmiş və o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının ibtidai araşdırma müddətində 2 gün həbsdə olması, bəraət aldığı günədək barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin qüvvədə olması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, şəxsin təqsirli olmadığı əməl görə 2 gün həbsdə saxlanması və həmçinin də barəsində prosessual məcburiyyət tədbirinin seçilməsi nəticəsində iddiaçıya mənəvi ziyan vurulması halı öz təsdiqini tapır. İddia ərizəsinin məzmunundan aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə təqsirləndirilərək, iki gün həbs edilmiş, «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, uzun müddət ərzində törətmədiyi cinayət əməlinə görə ittiham edilməsi ilə əlaqədar mənəvi iztirab çəkmiş, iddiaçı ailəsindən, rahatlığından məhrum olmuş, heç bir təqsiri olmadan keşməkeşli və təlatümlü dönəmdən keçmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının həbsdə saxlandığı 2 gün müddəti və barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvədə olduğu 1 il 7 ay müddət üçün mövcud məhkəmə təcrübəsində müəyyən edilmiş həddə mənəvi zərərə görə kompensasiyanın tutulması mümkündür. Belə ki, məhkəmə bu qənaətə gəlir ki, qeyd edilən 2 gün həbsə görə 100 manat və 19 ay polisin nəzarəti altına vermə qətimkan tədbiri üçün 5.700 manat olmaqla, mənəvi zərərə görə cəmi 5.800 manat məbləğində pul kompensasiya qismində dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 5.800 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Belə ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki, qane olma səviyyəsi hamıda eyni deyil. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, yəni 5.800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçının maddi ziyanın ödənilməsi tələbi bağlı vurğulayır ki, iddiaçı maddi ziyanın vurulması tələbini onunla əsaslandırmışdır ki, o, təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxs kimi barəsində məhz polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq hər gün və gün ərzində iki dəfə Rayon Polis İdarəsinə gedərək qeydiyyat jurnalında imza etməsini irəli sürmüşdür. Həmçinin sanki təsərrüfatını idarə edə bilməməsinə görə mal-qaranı dəyərindən aşağı qiymətə satmaq məcburiyyətində qalmışdır. Lakin məhkəmə araşdırması zamanı bu dəlil qətimkan tədbirini icra edən Yevlax Rayon Polis İdarəsinin müvafiq qeydiyyat jurnalında aparılan qeydiyyatla tam təkzib olunmuşdur. Belə ki, həmin qeydiyyat jurnalında aparılan qeydiyyatdan aydın olur ki, iddiaçı yalnız həftənin cümə günləri və yalnız ibtidai araşdırma müddətində idarəyə gedərək qeydiyyat jurnalında imza etmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı həftənin cümə günü idarəyə gedib qayıtmağa sərf etdiyi vaxtdan əlavə bütün ibtidai araşdırma müddətində sərbəst olmuşdur. Üstəlik də ittiham aktı xx.xx.2022-ci il tarixdə təsdiq edilərək cinayət işi məhkəməyə göndərildikdən sonra və xx.xx.2022-ci il tarixdən sonra isə ümumiyyətlə qətimkan tədbirinin icrası ilə əlaqədar müvafiq qeydiyyat jurnalında imza etməmişdir. İddiaçı say hesabı ilə cəmi 6 dəfə olmaqla müvafiq qeydiyyatdan keçmişdir. Odur ki, iddiaçının yeganə qazanc mənbəyi hesab etdiyi təsərrüfat fəaliyyəti ilə məhz barəsində aparılan ibtidai araşdırma və qətimkan tədbirinin seçilməsi ilə əlaqədar yaranan məhdudiyyətlərə görə məşğul ola bilməməsinə dair dəlilləri tamamilə əsassızdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin mülkiyyətində kifayət qədər sayda torpaq sahələri olduğu halda və sərbəst şəkildə həmin sahələrdə kənd təsərrüfatı fəaliyyəti məşğul ola biləcəyi təqdirdə bunu etməmişdir. Nəzərə alınmalıdır ki, kənd təsərrüfatı fəaliyyəti kifayət qədər zəhmət tələb edən sahədir və bu fəaliyyətlə məşğul olan şəxs bacardığı qədər təsərrüfatının tələf olmasına biganə qalmaz. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə bu nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilə bilməz. İddiaçı 10.000 manat dəyərində kiçik buynuzlu heyvanları, hər birini 300 manata alaraq, 250 manata satmasına, eləcə də bundan öncə özündə olan digər kiçik buynuzlu heyvanları satmaq məcburiyyətində qalmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Habelə məhkəmə araşdırması zamanı irəli sürdüyü maddi ziyanın məhz barəsində aparılmış cinayət təqibi əlaqədar olmasına dair səbəbli-nəticə əlaqəsi müəyyən edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.800 (beş min səkkiz yüz) manat, vəkilə hüquqi yardıma görə ödədiyi 320 manat olmaqla, cəmi 6.120 (altı min yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd edilməlidir ki, bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Lakin, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 180 manat və 30 manat olmaqla, cəmi 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında qanunun tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsində azad edilmiş iddiaçıların iddiası təmin olunduğu təqdirdə dövlət rüsumuna görə pul dövlət rüsumunun ödənilməsindən azad edilməmiş cavabdehdən dövlət büdcəsi hesabına tutulmalıdır. Hazırki halda cavabdehin özünün də dövlət rüsumu ödənilməsindən azad olan şəxs olması nəzərə alınmaqla ödənilmiş rüsum məbləği dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 5.800 (beş min səkkiz yüz) manat, vəkilə hüquqi yardıma görə ödədiyi 320 (üç yüz iyirmi) manat olmaqla, cəmi 6120 (altı min yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu (büdcə təsnifat kodu: 14221104, xəzinə hesabı AZ17CTRE********************, mədaxil qəbzi **********, xx.xx.2024, 11:27:31) və 30 (otuz) manat məbləğində dövlət rüsumu (büdcə təsnifat kodu: 14221104, xəzinə hesabı AZ17CTRE********************, mədaxil qəbzi **********, xx.xx.2024, 14:20:38) dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar