Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1836/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" ASC və X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan və idarə etdiyi ** FB *** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» markalı minik avtomobili ilə Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən Muğanlı-İsmayıllı yolunun 37-ci kilometrində "xxxx" Sığorta Şirkətində icbari sığorta olunmuş və etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə olunan ** CC *** dövlət qeydiyyat nişanlı «Kia Rio» markalı minik avtomobili tərəfindən İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, qeyd olunan avtomobil iddiaçının avtomobilinə sağ yan tərəfdən dəymiş, zərbənin təsirindən idarə etdiyi avtomobil qarşıda hərəkət edən «Mercedes» markalı yük avtomobilinə dəymiş, daha sonra isə yolun hərəkət hissəsindən çıxmışdır. Hadisə yerinə gələn YPX əməkdaşları tərəfindən inzibati xəta protokolu tərtib edilmiş, Cavabdeh2 təqsirli olması müəyyən edilmiş və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş. Daha sonra iddiaçı evakuator vasitəsilə avtomobili hadisə yerindən Bakı şəhəri, Babək pr.43A ünvanında yerləşən rəsmi «Hyundai» servisinə gətirmişdir. İddiaçı avtomobili xx.xx.2022-ci il tarixdə salondan almışdır və avtomobil cəmi 150-200 km.yol getmişdi. Servisdə tərtib olunmuş AA041600 nömrəli xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən avtomobilə dəyən ziyan 10.279 manat təşkil etmişdir. Lakin sığorta şirkəti iddiaçıya zəng edərək cəmi 3500 manat sığorta ödənişi təklif edilmişdir. Göründüyü kimi avtomobilə dəymiş ziyanla iddiaçıya təklif edilən ödəniş arasında kəskin fərq mövcuddur. Cavabdeh2lə əlaqə saxlayaraq zərərin qalan hissəsi üzrə subsidiar qaydada məsuliyyət daşıdığını izah etsə də, o, iddiaçıya qulaq asmadı. Belə olan halda iddiaçı nəqliyyat xərclərini də nəzərə alaraq avtomobili şəxsi vəsaiti hesabına təmir etdirməyə başlamış və hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh2 tərəfindən törədilmiş inzibati xəta nəticəsində mülkiyyətində olan ** FB *** dövlət qeydiyyat nömrəli «Hyundai Accent» markalı minik avtomobilinə AA041600 nömrəli, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən dəymiş 10279 manat zərər və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 121 manat dövlət rüsumu cavabdehlərdən tutularaq xeyrinə ödənilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 və üçüncü şəxslər "xxxx" ASC-nin nümayəndəsi və X3 məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, lakin Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan ANR DİN BDYPİ Qİİ tərəfindən verilmiş BB200667 nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, ** FB *** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır.
8. İş üzrə İV Tağım YPX inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. 9.İş materiallarında olan «AutoColors» şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AA041600 nömrəli aktın surətindən görünür ki, «Hyundai Accent» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 10279 manat vəsait hesablanmışdır.
10. İş materiallarında olan İddiaçı tərəfindən A-Qroup Sığorta Şirkətinə ünvanlanmış məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan və idarə etdiyi ** FB *** dnn «Hyundai Accent» markalı minik avtomobili ilə Qəbələ rayonu istiqamətində hərəkətdə olarən Muğanlı-İsmayıllı yolunun 37-ci kilometrində şirkətdə ibari sığorta olunmuş və etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə olunan ** CC *** dnn «Kia Rio» markalı minik avtomobili tərəfindən İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, qeyd olunan avtomobil onun avtomobilinə sağ yan tərəfdən dəymiş, zərbənin təsirindən idarə etdiyi avtomobil qarşıda hərəkət edən «Mercedes» markalı yük avtomobilinə dəymiş, daha sonra isə yolun hərəkət hissəsindən çıxmışdır. Hadisə yerinə gələn YPX əməkdaşları tərəfindən inzibati xəta protokolu tərtib edilmiş və Cavabdeh2 təqsirli olması müəyyən edilmişdir. Daha sonra evakuator vasitəsilə o, avtomobili qəza yerindən Bakı şəhərində yerləşən rəsmi «Hyundai» servisinə gətirmişdir. Qeyd edir ki, o, avtomobili xx.xx.2022-ci il tarixdə salonda almışdır və avtomobil cəmi 150-200 kv. yol getmişdi. Servis tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən avtomobilə dəyən ziyan 10279 manat təşkil etmişdir. Lakin şirkət tərəfindən ona cəmi 3500 manat sığorta ödənişi təklif edilmişdir. Hazırki vəziyyətdə o, avtomobilsiz qaldığı üçün əlavə nəqliyyat xərcləri yaranır. Odur ki, o, tez bir zamanda avtomobilin təmirinə başlamalıdır. Qeyd edilənləri nəzərə alaraq sığorta ödənişinin artırılmasını tələb edir. Əks təqdirdə dəymiş ziyanın tam həmdə ödənilməsi məqsədilə hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalacaqdır. Məhkəmə zamanı dəymiş ziyanla birlikdə məhkəmə xərclərinin də cavabdeh tərəfindən tutulmasını tələb etmək hüququndan da istifadə edəcəyini bildirir.
11. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-də «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin İcbari sığortası» növü üzrə PAG********** saylı şəhadətnamə nömrəsi ilə sığortalanmış Cavabdeh2 idarə etdiyi «Kia Rio» markalı ** CC *** DQN avtomobillə İddiaçı tərəfindən idarə olunan «Hyundai Acccent» markalı ** FB *** DQN-li avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Muğanlı-İsmayıllı yolunun 37-ci km-də sığorta hadisəsi baş vermiş, nəticədə İddiaçı avtomobilinə maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi üzrə zərərçəkən avtomobilə 4000 manat zərər müəyyən olunmuşdur. Odur ki, qeyd edilmiş qiymətləndirmə aktı ilə bağlı hər hansı sualı yarandığı təqdirdə "xxxx" ASC-nin müştəri xidmətləri (*0909) ilə əlaqə saxlaması xahiş olunur.
12. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 may 2022-ci il tarixli, 9/2476 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə «Auto Colors» şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qəsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı «Hyundai Accent» markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9498,0 manat müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
13. İş materiallarında olan yol patrul xidmətinin baş inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatın surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan və hadisə zamanı avtonəqliyyat vasitəsini X3 tərəfindən idarə edən ** ZE *** dövlət qeydiyyat nişanlı, «Krone» markalı yarımqoşquya zərər dəymişdir.
14. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ilkin aktının təsdiq edilmiş surətinə əsasən «X9» markalı ** ZE *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təmir işlərinn və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 50 manat vəsait hesablanmışdır.
15. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yekun aktının təsdiq edilmiş surətinə əsasən «Hyundai Accent» markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işlərinin və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 4000 manat vəsait hesablanmışdır.
16. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş arayışın surətindən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan **-ZE-*** DQN-li yarımqoşquya dəymiş zərərin məbləği: 1. Arxa panel dəmiri - 400 manat, 2.Arxa stop işığı - 50 manat; 3. Buynuz işığı - 40 manat; 4. Dəmirçi (usta) - 60 manat; 5. Elektrik (usta) - 50 manat, cəmi 600 manat təşkil etmişdir.
17. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 9/6566 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı, «X9» markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı yarım qoşqunun təmir-bərpa xərci təxminən 500 manat müəyyən edilmişdir. Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə "xxxx" Sığorta Şirkətində Sığortalanmış və Cavabdeh2 oğlu tərəfindən etibarnamə əsasında idarə olunmuş “Kia Rio” markalı **-CC-*** dövlət nömrə nişanlı avtomaşınla iddiaçının mülkiyyətində olan «Hyundai Accent» markalı **-FB-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş verdiyindən və həmin yol-nəqliyyat hadisəsində iddiaçı zərərçəkən hesab olunduğundan, onun sığorta hadisəsi ilə bağlı sığorta ödənişi almaq hüququ yaranmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh təşkilat tərəfindən iddiaçıya 4000 manat sığorta ödənişini ödəməyə təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sığorta şirkəti tərəfindən hesablanan sığorta ödənişi ilə razı deyil, ona məxus avtomaşına dəymiş ziyan 10279 manat təşkil edir və iddiaçı vurulmuş ziyanın əvəzi kimi həmin məbləğin ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. AR Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
21. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.
22. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
23. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
24. “İcbari sığortalan haqqında” AR Qanununun 56.1.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğ müəyyən edilmişdir.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.
26. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o, vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı cavabdehlərə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur.
27. Belə ki, sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini 4000 manat hesablamış, iddiaçı isə öz növbəsində avtomaşına 10,279 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir.
28. “İcbari sığortalar haqqında” AR Qanununun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda zərərçəkən şəxsin maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ var.
29. Məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişi kimi 4000 manat məbləğində pul təklif edilsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır.
30. İş materiallarından olan həm iddiaçı, həm sığorta şirkəti tərəfindən avtomaşına dəymiş ziyanla bağlı rəylər təqdim olunmuşdur. Eyni zamanda avtomaşına vurulmuş ziyanla bağlı müxtəlif rəylər olduğu üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi alınmışdır.
31. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, «Auto Colors» şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı «Hyundai Accent» markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə əmsalı tətbiq edilməklə təxminən 9498 manat müəyyən edilmişdir.
32. Məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən ziyan məbləği hesablanarkən xx.xx.2022-ci il tarixli yekun aktı əsas tutulsa da, həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, aktdan görünür ki, həmin akt sığorta şirkətinin əməkdaşları tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Sığorta şirkəti kommersiya təşkilatı kimi sığorta ödənişi ödəyən tərəf olduğu üçün, ziyan məbləğinin hesablanmasında maraqlı tərəf hesab olunur. Digər tərəfdən sığorta şirkəti avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən ehtiyat hissələrinə vurulmuş ziyanı müəyyən etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən rəydən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktından göstərilməyən digər hissələr də zədələnmişdir. Bu səbəbdən məhkəmə həmin rəyi daha mötəbər sübut növü kimi qəbul edir. Lakin ekspertiza tərəfindən həmin rəydə göstərilən hissələrin dəyişdirilməsi və təmir xərcləri nəzərə alınmaqla təmir-bərpa xərcinin 9498 manat məbləğində olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ziyan məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş həddə olması nəzərə alınmalıdır.
33. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
34. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
36. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Məhkəmə həmçinin iddianın "xxxx" ASC-yə münasibətdə yalnız 4500 manat məbləğin tutulması hissəsi ilə bağlı qeyd edir ki, “İcbari sığortalan haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin dispozisiyasını nəzərə alaraq qeyd olunan ziyan məbləğinin maksimum meyarı 5000 manat müəyyən edilmiş, həmçinin yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilindən əlavə digər ikinci avtomobilə də ("xxxx" MMCnin balansında olan) 500 manat məbləğində ziyan dəymişdir. Bu halda 5000 (maksimum hədd) manat məbləğindən 500 (ikinci nəqliyyat vasitəsinə dəyən ziyanın tələb edilməsi ehtimalı nəzərə alınmalıdır) manat çıxılmaqla 4500 manatın tutulması qanuna uyğundur.
38. Beləliklə məhkəmə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğinin 9498 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin avtomaşına vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini (həmçinin qanunla nəzərdə tutulmuş 5000 manat məbləğində ödənilməli olan limitin) nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 4500 manat, geriyə qalan məbləğ isə Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
39. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq cavabdeh "xxxx" ASC-dən 65 manat, Cavabdeh2 69,90 manat iddiaçının xeyrinə tutulmalıdır.
41. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlarla məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 4500 (dörd min beş yüz) manat, Cavabdeh2 4990 (dörd min doqquz yüz doxsan) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdeh "xxxx" ASC-dən 65 (altmış beş) manat və Cavabdeh2 69,90 (altmış doqquz manat, doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
42. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri kimi 200 (iki yüz) manat məbləğində pul cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.
43. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 4500 (dörd min beş yüz) manat, Cavabdeh2 4990 (dörd min doqquz yüz doxsan) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdeh "xxxx" ASC-dən 65 (altmış beş) manat və Cavabdeh2 69,90 (altmış doqquz manat, doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat məbləğində pul cavabdehlər "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov