Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1837/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasını təşkil edilməsi, iddiaçının icazəsi olmadan ona məxsus mülkiyyətin öz qarajında yığılması, mülkiyyətindən istifadə hüququndan iddiaçını məhrum etdiyinə görə onun hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi; Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararsız vəziyyətdə olduğu təqdirdə isə iddiaçıya dəymiş 10 000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunması; Cavabdeh iddiaçının qarajında saxladığı mülkiyyətini ona bu günə kimi qaytarmadığına, onun şərəf və ləyaqətinə toxunduğuna, ona mənəvi və fiziki iztirablar verdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 10 000 (on min) manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi şəhərkənarı bağda olarkən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı Sərəncamına əsasən onun adında olan Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən fərdi avtomobil qarajı xx.xx.2016-cı il tarixində dağıdılmış, qarajda olan minik avtomobili kobud şəkildə qarajdan çıxarılaraq həyətə atılmış və qarajda olan mülkiyyəti yoxa çıxmışdır. İddiaçı hadisə ilə əlaqədar Nəsimi rayon Prokurorluğuna və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Nəsimi rayon Polis İdarəsinin 20-ci PBnin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qarajın dağıdılması Cavabdeh rəhbərliyi altında olan “İrşad” X4 əməkdaşları və Cavabdeh məxsus tikintidə işləyən fəhlələrin iştirakı ilə həyata keçirilmiş, həmin proses “İrşad” X4 əməkdaşı tərəfindən video-kameraya çəkilmiş və qarajda olan mülkiyyət Cavabdeh məxsus qarajda yığılmışdır. Minik avtomobili istisna olmaqla, digər mülkiyyətdən məhkəməyə müraciət etdiyi günədək iddiaçının məlumatı olmamışdır. Qarajda qədimi tikiş maşını, kompüter, yeni il şənliyi üçün hündür yolka və onu bəzəmək üçün xaricdən gətirilmiş müxtəlif bəzək əşyaları və evə lazım olan bir çox dəyərli əşyalar var idi. İddiaçı “İrşad” X4 direktoru Cavabdeh qarajda olan mülkiyyəti qaytarmasını tələb etsə də, o, əşyaları qaytarmamışdır. Onun özbaşına, qanunsuz hərəkətlərinə halhazıradək hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən qarajda saxlanan əşyalar bu günədək yararsız vəziyyətə düşmüş ola bilər. Cavabdeh qəsdən həmin əşyaları iddiaçıya qaytarmaqdan yayınaraq iddiaçının Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Həmçinin, “İrşad” X4 direktoru Cavabdeh iddiaçının əmlak üzərindəki sahiblik hüququnu kobud şəkildə pozmuş və bu hal davam etməkdədir. Bu səbəbdən iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh tərəfindən dəymiş ziyana görə kompensasiya ödənilməlidir. Cavabdeh iddiaçıya məlumat vermədən, onu saymadan qarajının qapısını sındıraraq avtomobilini və digər əşyaları çölə tullamaqla onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu təhqir etməklə ona mənəvi zərər də vurmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi X14 cavabdeh qismində “İrşad” X8 deyil, mərkəzin direktoru olan Cavabdeh cəlb etdiyini bildirir. Beləliklə, cavabdeh qismində Cavabdeh çıxış etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X14 iddianı müdafiə edib iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyib əvvəlki məhkəmə iclaslarında verilən izahatlara uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbi ilə razı olmadığını, iddiaçının əsassız varlanmaq məqsədinin olduğunu, eyni tələblə Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı da iddia irəli sürdüyünü və tələbinin təmin olduğunu bildirdi. Həmçinin, iş üzrə əşyaların cavabdeh tərəfindən daşındığını sübut edəcək hər hansı sənədin olmamasını və buna görə də iddia tələbinin əsassız olmasını qeyd etdi. Bundan əlavə, Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının iddiaçı tərəfindən mübahisələndirilməməsini bildirərək, deməli, iddiaçının həmin qərarla, yəni cavabdehin əməllərində cinayətin əlamətləri olmadığı nəticəsi ilə razılaşdığını vurğuladı. Nəhayət, iddiaçının iddia tələbinin vaxtaşırı icra edilməli olan öhdəlikdən irəli gələn tələb kimi qiymətləndirilməli olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X11 əşyaların daşınmasının Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmədiyini, bunun əksini sübut edəcək hər hansı sənədin olmamasını bildirərək, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 nömrəli sərəncamından görünür ki, M.P.Vaqif prospekti 11 nömrəli evin yaxınlığında yerləşən fərdi avtomobil qarajı həmin ünvanda 6 nömrəli mənzildə yaşayan vətəndaş X2 adına keçirilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2016-cı il tarixli 34 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Vaqif prospekti, 987-ci məhəllədə yaşayış binasının tikintisi məqsədilə “İrşad” X9 Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 02 saylı, xx.xx.2015-ci il tarixli 201 saylı, xx.xx.2016-cı il tarixli 135 saylı və xx.xx.2016-cı il tarixli 167 saylı sərəncamlarına əsasən icazə verilmişdir. Müvafiq qanunvericiliyə uyğun olaraq, hazırda həmin ərazidə mövcud qarajların söküntüsünə başlanılması və qeyd olunan ərazidə X7 istifadəsində olan qarajın mövcud olması bildirilmiş, ona məxsus qarajın köçürülməsi ilə əlaqədar olaraq sənədlərini 13 saylı MKİS-ə təqdim etməsi xahiş olunmuş, əks təqdirdə sərəncamın müvafiq bəndinə uyğun olaraq qarajın söküləcəyi qeyd olunmuşdur. Mülki işin materiallarında olan iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürən 3-cü şəxs qismində “İrşad” X8 cəlb etməklə cavabdeh vətəndaş X12 qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi barədə” iddia ərizəsindən görünür ki, iddiaçı sözügedən iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək “İrşad” İAM tərəfindən müvafiq kompensasiya ödənilməklə Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən cavabdeh A.Muğanlinskinin adına olan mübahisəli avtomobil qarajının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamından görünür ki, vətəndaş Cavabdeh razılıq ərizəsi, “İrşad” X10 1992 saylı xx.xx.2016-cı il tarixli məktubu və 13 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktları əsas götürülmüş, Nəsimi RİH Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilərək ləğv edilmiş, Nəsimi rayonu, Vaqif prospekti, 11 saylı binanın yaxınlığında yerləşən H.Ələsgərov küçəsi, 20 saylı evin həyətinə köçürülərək vətəndaş X7 adına sənədləşdirilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, məsələ ilə bağlı olaraq hazırda məhkəmədə araşdırma aparıldığını, vətəndaş İddiaçı şikayət ərizəsində ona məxsus qaraja ziyan yetirilməsi və qarajda olan əşyaların yoxa çıxması ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsinin olmadığını nəzərə alaraq, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7353/2016 saylı xx.xx.2016-cı il tarixli yerli baxış protokolundan görünür ki, məhkəmə tərəfindən iddiaçının nümayəndəsi, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları təmin edilməklə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən qaraj mövcud yerindən götürülmüş, qarajın mövcud olduğu yerdə tikinti işləri aparılmış, qaraj Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllənin ərazisində yerləşdirilmiş, qapısı plomblanmışdır. Yerli baxış aparılan zaman iddiaçı və üçüncü şəxsin nümayəndələri qarajın yeri dəyişdirilərkən içində olan əşyalara toxunulmadığını və həmin əşyaların qarajın içində olduqlarını bildirmişlər. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(006)-7353/2016 saylı qərardadından görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki işin materiallarında olan iddiaçı X7 cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “mübahisələndirmə haqqında” iddia ərizəsindən görünür ki, iddiaçı sözügedən iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamının ləğv edilməsi, iddiaçıya məxsus fərdi avtomobil qarajının əvvəlki yerində əvvəlki vəziyyətə bərpa edilməsi və iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli iş üzrə cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş iddia ərizəsinə etirazdan görünür ki, xx.xx.2016-cı il tarixdə aidiyyəti ərazi üzrə 13 saylı MKİS-in əməkdaşları tərəfindən Bakı şəhəri, Vaqif prospekti, 11 ünvanında yerləşən A.Muğanlinskiyə məxsus qaraj açılarkən içərisində olan avtomobil və digər əşyalar (içəridə olan əşyaların siyahısı tərtib olunmuşdur) heç bir zərər vurulmadan götürülmüş, yaxınlıqda yerləşən 18 nömrəli qaraja yığılmış və mübahisəli qaraj mövcud yerindən götürülərək həmin ərazidə əvvəlki yerindən 50 metr aralıda yerləşdirilmişdir. Bütün bu qeyd olunanlar aktla rəsmiləşdirilmişdir. Mülki işin materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4025/2016 saylı xx.xx.2016-cı il tarixli yerində baxış protokolundan görünür ki, məhkəmə tərəfindən iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları təmin edilməklə ünvan 1 ünvanında yerləşən əraziyə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həyətə daxil olarkən Vaqif prospektindən Mirəli Qaşqay küçəsindən yolun kəsişməsindən yeni tikilmiş binanın altına düşmüş qaraj sökülüb. İddiaçının dediyinə görə, qaraj qanunsuz olaraq sökülüb və iddiaçının qarajı evin qarşısına qoyulub. Eyni zamanda cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya mübahisəli qaraj əvəzinə yeni qaraj təklif olunub və həmin təklif olunan qaraja baxış keçirilərkən cavavbdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçıya məxsus olan qarajda olan əşyalar icra nümayəndəliyi əməkdaşları tərəfindən akt tərtib edilərək təklif olunan qaraja köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli iddia ərizəsinə əlavədən görünür ki, iddiaçı qarajının sökülməsi nəticəsində 7 aydır ki, ondan təyinatı üzrə istifadə edə bilmir və nəticədə ailəsinə məxsus avtomobil müxtəlif yerlərdə açıq havada qalmış, buna görə əlavə ödəniş etməyə məcbur olmuşdur. Həmçinin, qarajın sökülməsindən yarım il əvvəl iddiaçı tərəfindən qaraja bahalı jalüz darvazası qoyulmuş, məhkəmə və digər hüquqmühafizə orqanlarına məktubların hazırlanması müəyyən məbləğlərə başa gəlmişdir. Bundan əlavə, əvvəlki qarajın sərbəst giriş-çıxışı olmuş, lakin hazırda ona təklif edilən qarajın qarşısında adətən başqa avtomobillər dayandığından ondan istifadə mümkünsüzdür. Qarajın olmaması yalnız orda olan əşyalardan istifadə etmək imkanından deyil (məsələn, tikiş maşını), həm də başqa lazımlı əşyaların saxlanılması üçün istifadəni mümkünsüz edir. Yeni İl rəmzi sayılan şam ağacı (yolka) və bəzək oyuncaqlarının Nəsimi Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən götürülməsi iddiaçının nəvələrinin bayram şənliyinin qeyd edilməsinə mənfi təsir göstərmişdir. Buna görə də onun mülkiyyət hüququ, ədalətli istintaqın aparılması hüququ, qeyri-insani münasibətdən azad olmaq hüququ pozulmuşdur, nəticədə o, cavabdehdən 20000 (iyirmi min) manat məbləğində ədalətli kompensasiya hüququndan istifadə etmək məcburiyyətindədir. Pul kompensasiyası əvəzinə alternativ kimi ikinci qarajın verilməsinə də razı olduğunu qeyd etmişdir. Mülki işin materiallarında olan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarından görünür ki, iddiaçı X7 cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və “İrşad” X13 işə cəlb edilməklə cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən 03 avqust 2016-cı il tarixli 158 nömrəli Sərəncamının ləğv edilməsi, ona məxsus fərdi avtomobil qarajının əvvəlki yerində əvvəlki vəziyyətdə bərpa edilməsi və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədən görünür ki, iddiaçı tərəfindən iddia tələbləri “cavabdeh tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamın qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin ərazidə yerləşmiş qarajlara görə 30 000 (otuz min) manat ödənildiyini nəzərə alaraq, iddiaçıya da 30 000 (otuz min) manat maddi ziyan ödənilməsi barədə və 2 ildən artıq qarajsız qaldığına görə, o cümlədən qarajda olan əşyaları bu günədək iddiaçıya qaytarmadığına görə 20 000 (iyirmi min) manat mənəvi ziyanın cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsinin onun üzərinə həvalə edilməsi barədə qərar çıxarılması” kimi dəqiqləşdirilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-77/2018 saylı qərarından görünür ki, iddiaçı X7 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamı ləğv edilmiş, iddiaçı X3 vurulan maddi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pulun ödənilməsi öhdəliyi Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 6/350 nömrəli cavab məktubundan görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin cari arxivində Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən qarajda olan əmlakların daşınması ilə bağlı akt tapılmamışdır. Mülki işin materiallarında olan “X16” MMC-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı qarajındakı əşyaların köçürülməsinin videoçəkilişi “X16” MMC tərəfindən aparılmamış və belə bir videoçəkiliş “X16” MMC-də yoxdur. Bundan başqa qeyd olunmuşdur ki, İddiaçı qarajındakı əşyaların saxlanılması üçün istifadə olunan qaraj “X16” MMC-yə məxsus deyil. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 6/632 nömrəli cavab məktubundan görünür ki, İddiaçı məxsus qarajın köçürülməsi ilə əlaqədar tərtib edilmiş aktı Nəsimi Rayon İcra Hakimiyyətinin cari arxivində müəyyən etmək mümkün olmamışdır. Odur ki, tələb olunan akt Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4025/2016 nömrəli iş materiallarında saxlandığı üçün aktın əldə edilməsi üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan “X16” MMC-nin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Vaqif prospekti, 11A (103) ünvanının həyətində “İrşad” X5 və ya mərkəzin direktoru Cavabdeh adına 18 nömrəli qaraj mövcud deyil. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 6/720 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh adına H.Ələsgərov küçəsi, 20 saylı evin həyətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli 11/2136 inventar nömrəsi ilə tərtib etdiyi texniki pasporta əsasən qeydiyyatdan keçmiş 20 kv.m. ölçüdə qaraj var idi və həmin qarajı kompensasiya şəklində X12 verməyə hazır idi. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizənin surəti əlavə olunmuşdur. Həmçinin, qeyd edilmişdir ki, həmin qaraja hansı nömrənin məxsus olması barədə Rayon İcra Hakimiyyətində məlumat mövcud deyil. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən fərdi avtomobil qarajı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı Sərəncamına əsasən İddiaçı məxsus olmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil-Kommunal İstismarı Sahəsi xx.xx.2016-cı il tarixdə 34 nömrəli xəbərdarlıq məktubu ilə iddiaçıya müraciət edərək, Vaqif prospekti, 987-ci məhəllədə yaşayış binasının tikintisi məqsədilə “İrşad” X9 Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 02 saylı, xx.xx.2015-ci il tarixli 201 saylı, xx.xx.2016-cı il tarixli 135 saylı və xx.xx.2016-cı il tarixli 167 saylı sərəncamlarına əsasən icazə verildiyi barədə məlumat vermiş, müvafiq qanunvericiliyə uyğun olaraq, hazırda həmin ərazidə mövcud qarajların söküntüsünə başlanılması və qeyd olunan ərazidə X7 istifadəsində olan qarajın mövcud olması bildirilmiş, ona məxsus qarajın köçürülməsi ilə əlaqədar olaraq sənədlərini 13 saylı MKİS-ə təqdim etməsi xahiş olunmuş, əks təqdirdə sərəncamın müvafiq bəndinə uyğun olaraq qarajın söküləcəyi qeyd olunmuşdur. Sonradan xx.xx.2016-cı il tarixdə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürən 3-cü şəxs qismində “İrşad” X8 cəlb etməklə cavabdeh vətəndaş X12 qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “İrşad” İAM tərəfindən müvafiq kompensasiya ödənilməklə Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən cavabdeh A.Muğanlinskinin adına olan mübahisəli avtomobil qarajının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamı ilə vətəndaş Cavabdeh razılıq ərizəsi, “İrşad” X10 1992 saylı xx.xx.2016-cı il tarixli məktubu və 13 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktları əsas götürülmüş, Nəsimi RİH Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilərək ləğv edilmiş, Nəsimi rayonu, Vaqif prospekti, 11 saylı binanın yaxınlığında yerləşən H.Ələsgərov küçəsi, 20 saylı evin həyətinə köçürülərək vətəndaş X7 adına sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra xx.xx.2016-cı il tarixdə həmin qarajın qapısı iddiaçı ailəsi ilə birlikdə şəhər kənarında istirahətdə olduğu müddətdə onun icazəsi olmadan açılmış, qarajda olan minik avtomobili qarajdan çıxarılıb həyətə qoyulmuş, digər əşyalar isə yoxa çıxmışdır. İddiaçı hadisə ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PB-nə müraciət etmiş, lakin Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə məsələ ilə əlaqədar hazırda məhkəmədə araşdırma aparıldığından, vətəndaş İddiaçı şikayət ərizəsində ona məxsus qaraja ziyan yetirilməsi və qarajda olan əşyaların yoxa çıxması ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsinin olmadığını nəzərə alaraq, material üzrə cinayət işinin başlanması rədd edilmişdir və həmin qərar iddiaçı tərəfindən mübahisləndirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2(006)-7353/2016 saylı mülki iş üzrə iddiaçının nümayəndəsi, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları təmin edilməklə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən qaraj mövcud yerindən götürülmüş, qarajın mövcud olduğu yerdə tikinti işləri aparılmış, qaraj Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllənin ərazisində yerləşdirilmiş, qapısı plomblanmışdır. Yerli baxış aparılan zaman iddiaçı və üçüncü şəxsin nümayəndələri qarajın yeri dəyişdirilərkən içində olan əşyalara toxunulmadığını və həmin əşyaların qarajın içində olduqlarını bildirmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin növbəti iclasında isə məhkəmənin xx.xx.2016-cı il tarixli 2(006)-7353/2016 saylı qərardadı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan əlavə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş digər mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçı X15 cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “mübahisələndirmə haqqında” iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamının ləğv edilməsi, iddiaçıya məxsus fərdi avtomobil qarajının əvvəlki yerində əvvəlki vəziyyətə bərpa edilməsi və iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2- 1(81)-4025/2016 saylı iş üzrə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları təmin edilməklə ünvan 1 ünvanında yerləşən əraziyə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həyətə daxil olarkən Vaqif prospektindən Mirəli Qaşqay küçəsindən yolun kəsişməsindən yeni tikilmiş binanın altına düşmüş qaraj sökülüb. Protokolda, həmçinin, qeyd edilmişdir ki, iddiaçının dediyinə görə, qaraj qanunsuz olaraq sökülüb və iddiaçının qarajı evin qarşısına qoyulub. Eyni zamanda, cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya mübahisəli qaraj əvəzinə yeni qaraj təklif olunub və həmin təklif olunan qaraja baxış keçirilərkən cavavbdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçıya məxsus olan qarajda olan əşyalar icra nümayəndəliyi əməkdaşları tərəfindən akt tərtib edilərək təklif olunan qaraja köçürülmüşdür. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edilərək, cavabdehdən 20000 (iyirmi min) manat məbləğində ədalətli kompensasiya və ya pul kompensasiyası əvəzinə alternativ kimi ikinci qarajın verilməsinə də razı olduğu qeyd edilmişdir. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarı ilə iddiaçı X7 cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və “İrşad” X13 işə cəlb edilməklə cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən 03 avqust 2016-cı il tarixli 158 nömrəli Sərəncamının ləğv edilməsi, ona məxsus fərdi avtomobil qarajının əvvəlki yerində əvvəlki vəziyyətdə bərpa edilməsi və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Bundan sonra iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, xx.xx.2018-ci il tarixdə isə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilmiş və cavabdeh tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamın qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin ərazidə yerləşmiş qarajlara görə 30 000 (otuz min) manat ödənildiyini nəzərə alaraq, iddiaçıya da 30 000 (otuz min) manat maddi ziyan ödənilməsi barədə və 2 ildən artıq qarajsız qaldığına görə, o cümlədən qarajda olan əşyaları bu günədək iddiaçıya qaytarmadığına görə 20 000 (iyirmi min) manat mənəvi ziyanın cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsinin onun üzərinə həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Nəhayət, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-77/2018 saylı qərarı ilə iddiaçı X7 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamı ləğv edilmiş, iddiaçı X3 vurulan maddi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pulun ödənilməsi öhdəliyi Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə iddia tələbinin «Cavabdeh tərəfindən məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasını təşkil edilməsi, iddiaçının icazəsi olmadan ona məxsus mülkiyyətin öz qarajında yığılması, mülkiyyətindən istifadə hüququndan iddiaçını məhrum etdiyinə görə onun hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi» hissəsinə münasibətdə qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasını təşkil edilməsi, iddiaçının icazəsi olmadan ona məxsus mülkiyyətin öz qarajında yığılması, mülkiyyətindən istifadə hüququndan iddiaçını məhrum etməsi sübuta yetirilmədiyindən, yəni həmin hərəkətlərin cavabdeh tərəfindən yerinə yetirilməsi məhkəmədə sübut olunmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddia tələbinin « Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararsız vəziyyətdə olduğu təqdirdə isə iddiaçıya dəymiş 10 000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunması» və «Cavabdeh iddiaçının qarajında saxladığı mülkiyyətini ona bu günə kimi qaytarmadığına, onun şərəf və ləyaqətinə toxunduğuna, ona mənəvi və fiziki iztirablar verdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 10 000 (on min) manatın ödənilməsi» hissələrinə münasibətdə qeyd edir ki, hər iki tələb üzrə iddiaçı iddia etdiyi faktların və halların cavabdeh tərəfindən törədildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, hər iki tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Hazırki mülki işdə isə zərərin cavabdehin qanunsuz hərəkətləri və yaxud hərəkətsizliyi nəticəsində vurulmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, digər hüquqi əsaslar da məhkəmə tərəfindən müəyyənləşdirilə bilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia tələblərinin yönəldiyi cavabdeh tərəfindən ona ziyan vurulduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən törədildiyi iddia edilən əməlləri nəticəsində ona maddi və mənəvi ziyan vurulması ilə əlaqədar qeydləri yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə, həmçinin, cavabdehin vəkili-nümayəndəsi Nümayəndə tərəfindən qeyd edilən “iddiaçının iddia tələbinin vaxtaşırı icra edilməli olan öhdəlikdən irəli gələn tələb kimi qiymətləndirilməli olması və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətinin tətbiq edilməsi” məsələsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq, iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulmasının cavabdeh tərəfindən edilməsi müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Bundan əlavə, Mülki Məcəllənin 384.0 və 384.0.4-cü maddələrinə uyğun olaraq, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 150 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1837/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1837/2022
13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver