Məhkəmə qərarları › İş №2(006)-1859/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1859/2021

02.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1859/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsinə dair qiymətləndirici mütəxəssis rəyindən şikayət” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsinə dair qiymətləndirici mütəxəssis rəyindən şikayət” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən daşınmaz əmlakın qiymtləndirilməsinə dair 29 oktyabr 2018-ci il tarixli, LP-123/18 saylı mütəxəssis rəyinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə izahatında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən, ümumi sahəsi 53,9 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.02.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Sözügedən qeyri-yaşayış sahəsi "xxxx" ASC ilə onun arasında bağlanmış ********** 5 8715/İM-l saylı, 30 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 71 /2019 saylı qətnaməsi ilə tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsaitin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İpoteka predmetinə tutma yönəldilməsi məqsədi ilə Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəmə qiymətləndirmə ekspertizasının təyin edilməsi haqqında 2(004)-522/2018 saylı, 06 avqust 2018-ci il tarixli qərardad qəbul edilmişdir. Cavabdeh MMC-nin qiymətləndiricimütəxəssisləri tərəfindən Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bazar qiymətinin 48000 (qırx səkkiz min) manat olması barədə 29 oktyabr 2018-ci il tarixli, LP-123\18 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyi verilmişdir. Lakin, hesab edir ki, daşınmaz əmlakın bazar qiymətinin müəyyən edilməsi barədə qəbul edilmiş mütəxəssis rəyi əsassızdır və düzgün qiymətləndirilməmişdir. Qiymətləndirici- mütəxəssis tərəfindən verilmiş mütəxəssis rəyi tamamilə əsassızdır, real bazar qiymətinə uyğun deyildir və obyektiv araşdırma apraılmadan qəbul olunmuşdur. Belə ki, sözügedən qeyri-yaşayış sahəsi əlverişli mövqedə yerləşir. Həmçinin bildirim ki, tək bir nəfər qiymətləndirici tərəfindən verilmiş rəy ədalətli şəkildə həqiqəti əks etdirməyə bilər. Bu səbəbdən, daşınmaz əmlak üzrə müəyyən edilən nəticənin kollegial qərarla müəyyən edilməsi daha məqsədəuyğun olardı. Halhazırda mübahisəli qeyri-yaşayış sahəsinin ümumi bazar qiyməti 80000 (səksən min) manat təşkil edir. Bu səbəbdən, “daşınmaz əmlakın qiymətləndirilməsinə dair qiymətləndirici-mütəxəssis rəyindən şikayət” tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış **********58715/İM-l saylı, 30 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən, ümumi sahəsi 53,9 kv.m olan qeyri-yaşayış sahəsi ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-71 /2019 saylı qətnaməsindən görünür ki, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsaitin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən verilmiş 29 oktyabr 2018-ci il tarixli, LP-123\18 saylı daşınmaz əmlakın qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiymətinin 48000 (qırx səkkiz min) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən, ümumi sahəsi 53,9 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli, h/02-PLS hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən, ümumi sahəsi 53,9 kv.m olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 49.000 manat, likvid qiyməti 45.000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM)14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli, h/02-PLS hesabatından göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən, ümumi sahəsi 53,9 kv.m olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 49.000 manat, likvid qiyməti 45.000 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh «Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən həmin yaşayış sahəsinə qoyulmuş qiymət real qiyməti əks etdirir. Belə ki, mənzilin ekspert tərəfindən müəyyən olunmuş real bazar qiyməti ilə cavabdeh tərəfindən qoyulan qiymət arasında fərqin yaranmadığı müəyyən olunur. Göründüyü kimi, cavabdeh tərəfindən müəyyən edilmiş qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti qeyri-yaşayış sahəsinin real qiymətini əks etdirməklə düzgün qiymətləndirilmişdir. Beləliklə, iddiaçı "xxxx" MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş Əmlakın qiymətləndirilməsi barədə hesabatın əsassız olduğunu, yaşayış sahəsinin qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verildiyini, qiymətləndirmənin düzgün keçirilməməsini iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən daşınmaz əmlakın qiymtləndirilməsinə dair 29 oktyabr 2018-ci il tarixli, LP-123/18 saylı mütəxəssis rəyinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 23 ünvanında yerləşən daşınmaz əmlakın qiymtləndirilməsinə dair 29 oktyabr 2018-ci il tarixli, LP-123/18 saylı mütəxəssis rəyinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar