Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1869/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, Cavabdeh1, vəkili-nümayəndəsi Vəkil və digər Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçı tərəfindən ümumilikdə 8000 (səkkiz min) manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Nəsimi RİH-nin 10 mart 1992-ci il tarixli 230/31 sərəncamına əsasən İddiaçı adına rəsmiləşdirilmiş, sonradan isə özəlləşdirilmişdir. Bakı şəhər İH Başçısı X1 və Mülkiyyət hüquqları qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixli texniki pasport hazırlanmışdır. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “özəlləşdirmə ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, dövlət qeydiyyatının və onun nəticələrinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-1(103)-1277/2020 nömrəli qərardadı və Ali Məhkəmənin 2-1(102)-2077/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 iddiası təmin edilməmişdir. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və məhkəmə qaydasında mübahisələndirilsə də, məhkəmə iddiaçının mülkiyyət hüququnu tanımışdır. Buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyd olunan evin bir hissəsində yaşadığı üçün İddiaçı ev üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Uzun müddətdir ki, cavabdeh və ailə üzvlərinə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq imkanı tanınsa da, artıq onların evdə yaşaması iddiaçı üçün çətinliklər yaradır. Belə ki, iddiaçı daşınmaz əmlaka dair hüquqlarını, Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüquqlarını tam qaydada həyata keçirməkdə çətinlik yaradır. Həmçinin, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvlərindən başqa şəxslər də yaşadığına görə iddiaçı mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Cavabdehlər faktiki olaraq fərdi yaşayış evin iddiaçının xüsusi mülkiyyətinə keçdiyi andan mənzildən istifadə etmək hüququnu itirmişlər. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun məhrum edilməsi zəruridir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müəyyən müddətə yaşamaq yerinin təmin edilməsi üçün kompensasiya ödənilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə istinad edərək, cavabdehlərə 8000 (səkkiz min) manat kompensasiya ödənilə bilər. Belə ki, icarə elanlarında yerləşdirilmiş elanlardan və ekspertiza rəyindən göründüyü kimi, iddiaçıya məxsus evə yaxın ərazidə yerləşən 2 (iki) otaqlı mənzillərin aylıq icarə haqqı təxminən 200-220 manat təşkil edir. Əgər 3 (üç) illik icarə haqqı bu məbləğə uyğun hesablanarsa, bu zaman iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 8000 (səkkiz min) manat məbləğində kompensasiyanın ödənilməsi ədalətli hesab olunur. Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil) tərəfindən iddia tələbinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh iddia tələbini qəbul etmir. Həmin tələb əsassızdır. Belə ki, tərəflər arasında daha öncə də bu mübahisəyə məhkəmə qaydasında baxılmış və Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-4781/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçı Cavabdeh1 və onun ailə üzvlərinin istifadəsi ilə əlaqədar cavabdeh İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzildən iddiaçının və onun ailə üzvlərinin maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdeh İddiaçı qadağan edilməsi qət edilmişdir. Həmçinin, həmin qətnamə ilə qarşılıqlı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 10000 manat kompensasiya verilməklə, Cavabdeh2 isə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi barədə tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10905/2017 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)- 4781/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti üzrə prosessual müddətlər üzrsüz səbəbdən ötürüldüyü üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-10905/2017 saylı qərardadı ilə müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-4781/2017 saylı qətnaməsinin qismən təmin edilməsinə səbəb bu olmuşdur ki, iddia tələblərindən biri də Cavabdeh1 həmin mənzilə özünün və ailə üzvlərinin istifadə hüquqlarının tanınması tələbi olmuşdur. İşə baxan məhkəmələr belə qənaətə gəlmişdirlər ki, iddiaçı (hazırkı iş üzrə cavabdeh) Cavabdeh1 həmin mənzilə dair istifadə hüquqları mənzilə köçdüyü andan qanuni şəkildə əmələ gəldiyindən həmin hüququn təkrar tanınmasına heç bir zərurət yoxdur. Qarşılıqlı iddianın, yəni kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə tələbin təmin edilməməsini isə işə baxan məhkəmələr kompensasiya məbləği ilə bağlı deyil, özəlləşdirmə prosesi ilə əlaqəli olan vətəndaşın Konstitusiya ilə qorunan və mülki qanunvericiliklə tənzimlənən mülkiyyət hüquqları ilə izah etmişdirlər. Belə ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)- 4781/2017 saylı qətnaməsində deyilir ki, “...Cavabdeh1 mübahisə predmeti olan fərdi yaşayış evinin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün həmin evin mülkiyyətçisi İddiaçı tərəfindən gələcəkdə mülkiyyət hüququndan ailə üzvlərinin bu evdə yaşamaqla bağlı hüquqlarına hər hansı bir formada zidd şəkildə istifadə etməyəcəyinə etimadın və güvənin ifadəsidir. Belə olduğu təqdirdə, İddiaçı Abid oğlunun həmin fərdi yaşayış evinin mülkiyyətçisi olmağına baxmayaraq, o cümlədən belə bir “etimad və güvən prinsipi” əsasında ifadə edilmiş razılığa zidd olaraq həmin evə dair qanuni əsaslarla yaranmış istifadə hüququna malik olan şəxs kimi Cavabdeh1 və onun arvadı Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə yaşayış sahəsindən çıxarılması tələbi öz mülkiyyət hüququndan sui-istifadəsi hesab edilir...”. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini xx.xx.2017-ci il tarixli qətnamə ilə təmin etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Habelə, apellyasiya instansiyası bildirir ki, “...mübahisəli yaşayış evinin Cavabdeh1 və ailə üzvlərinin yeganə yaşayış yeri olduğunu nəzərə alaraq, təklif edilən kompensasiyanın məbləği ədalətli olmadığından qarşılıqlı iddia təmin edilməməlidir.” Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı hələ 6 il öncə belə bir iddia qaldırmış, həmin iddia tələbində kompensasiya kimi 10 000 manat təklif edilsə də, bu məbləğ məhkəmələr tərəfindən ədalətli və ağlabatan hesab edilməmişdir, məbləğdən əlavə, məhkəmələr qeyd etmişdirlər ki, iddiaçı tərəfindən bu tip iddianın qaldırılması “mülkiyyətçi hüquqlarından sui-istifadədir”. Daha sonra Cavabdeh1 tərəfindən “özəlləşdirmənin ləğv edilməsi” barədə qaldırdığı iddialarla sübuta yetirilmişdir ki, mübahisəli fərdi yaşayış evinin özəlləşdirilməsi zamanı İddiaçı tərəfindən saxtalakarlığa yol verilmişdir, xüsusən də Cavabdeh1 evin qardaşının adına özəlləşdirilməsinə dair hər hansı ərizə verməmişdir. Təəssüf ki, bir sıra prosessual pozuntulara görə həmin qətnamələr qanuni qüvvəsini almadan ləğv edilmişdir, amma iş məhkəmələr tərəfindən baxılarkən kifayət qədər mötəbər sübutlar toplanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (qüvvədən düşmüş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin (qüvvədən düşmüş) Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, istifadə hüququ yaranan dövrdə qüvvədə olan qanunvericiliklə hər hansı məbləğdə kompensasiya təklif edilməklə istifadə hüququna xitam verilməsi nəzərdə tutulmamışdır. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddia tələbinin kompensasiya hissəsinin 12000 manat kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən 8000 manat kompensasiyanın məbləğinin dəyişdirilərək 17000 manat olaraq qeyd olunmasını və nəzərə alınmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, kompensasiya məbləğinin 17000 (on yeddi min) manatdan dəyişdirilərək 20000 (iyirmi min) manat kimi qeyd olunmasını və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, xəstəliyi ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan prosesin keçirilməsinə etiraz etmədiyini bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib bildirdi ki, iddiaçı tərəfindən ödənilməsi təklif edilən 20000 (iyirmi min manat) məbləğində kompensasiyanı qəbul etmir, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına ümumiyyətlə heç bir yüksək məbləğ qarşılığında xitam verilməsini istəmir, əskinə həmin evdə yaşamaq istəyir. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib bildirdi ki, cavabdehlər ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qalmaq istəyir. Həmin evin divarlarından atalarının iyi gəlir. Həmçinin, qətnamə var ki, iddiaçıya cavabdehlərə evdən istifadəyə maneçilik törədilməsi qadağan edilib. Bu iddianı qaldırmaqda iddiaçı həmin qətnaməyə zidd hərəkət etmişdir. Mübahisə predmeti olan ev demək olar ki, plana düşmüş və yaxın müddətdə söküləcək. Bu halda cavabdehlərə də yeni binadan ev veriləcək. İddiaçı tərəf həmin evi qanunsuz olaraq öz mülkiyyətinə keçirib. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Fabrik küçəsi, ev 48-dir. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh1 yaşayış yeri Bakı şəhəri, Ş.Abdullayev küçəsi, ev 48-dir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh2 yaşayış yeri ünvan 2-dir. Cavabdeh1 08.07.97-ci il tarixli ərizəsindən görünür ki, o, yaşadığı Fabrik küçəsi, 48 nömrəli evin qardaşı İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1997-ci il tarixli texniki pasportdan görünür ki, Nəsimi rayonu, Fabrik küçəsi, ev 48 İddiaçı Abid oğlunun şəxsi mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsində istifadədə olan 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli binada 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı - nömrəli mənzil (reyestr nömrəsi: **********38-05101-093001) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 283 nömrəli reyestr kitabının 27100 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə (qeydiyyat nömrəsi: 1********) qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-4781/2017 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən evdən iddiaçı Cavabdeh1 Abud oğlunun və onun ailə üzvlərinin istifadəsi ilə əlaqədar cavabdeh İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzildən iddiaçının və onun ailə üzvlərinin maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin cavabdeh İddiaçı qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı cavabdehlər Cavabdeh1 Abud oğluna və Cavabdeh2 qarşı ünvan 4 ünvanında yerləşən evdən cavabdeh İddiaçı 10000 manat kompensasiya verilməklə, Cavabdeh2 kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10905/2017 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(008)-4781/2017 saylı 04 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2018-ci il tarixli 756 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 81-ci vərəqəsində olan 8 iyul 1997-ci il Cavabdeh1 Abud oğlunun adından olan razılıq ərizəsində “İmza:” yazısı önündə imza Cavabdeh1 Abud oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-494/2018 saylı, 05 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsində yerləşən 48 saylı evin İddiaçı adına özəlləşdirilməsinə dair iddiaçı Cavabdeh1 adından verilmiş xx.xx.1997-ci il tarixli ərizənin etibarsız hesab olunması, həmin evə dair İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-7682/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-494/2018 saylı, 05 mart 2018-ci il tarixli qətnaməsinin onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-7394/2018 nömrəli qərardadından görünür ki, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Abid oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı özəlləşdirmə ilə bağlı verilmiş ərizənin və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 20 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mübahisənin inzibati məhkəməyə aid olduğu üçün iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2019-cu il tarixli 27639 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh1 Abud oğlunun adından xx.xx.1997-ci il tarixli razılıq ərizəsində (kserosurəti işin 70-ci vərəqəsində Р.hагвердийев” yazısından əvvəl yerləşən imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2020 nömrəli 18 mart 2020-ci il tarixli qərarından görünür ki, iddia tələbinin təmin edilməsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin üçüncü şəxs İddiaçı adına özəlləşdirilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və bununla əlaqədar aparılmış xx.xx.2007-ci il tarixli, ********* saylı qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (seriya MH № 0051695) etibarsız hesab edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(103)-1277/2020 nömrəli qərardadından görünür ki, 3-cü şəxs İddiaçı Abid oğlunun apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-128/2020 saylı 18 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-2077/2020 nömrəli qərarından görünür ki, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 26 avqust 2020-ci il tarixli 2-1(103)-1277/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 52 saylı MKİS tərəfindən verilmiş 225 nömrəli arayışdan görünür ki, İddiaçı Abid oğlu (həyat yoldaşı X2, oğlu X3, oğlu X5, qardaşı Cavabdeh1, qardaşının həyat yoldaşı Cavabdeh2, qardaşı uşaqları - Cavabdeh3 və Cavabdeh4 ünvan 2 ünvanında qeydiyyatdadırlar. "xxxx" MMC-nin daşınmaz əmlakın kirayə qiymətləndirilməsi üzrə mütəxəssisi X4 12 yanvar 2023-cü il tarixli 08 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev (Fabrik) küçəsi (xüsusi mülkiyyət) 0.03323 ha torpaq sahəsində yerləşən 48 nömrəli, 1 mərtəbəli bina 57.9 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı mənzilin hazırki kirayə bazar qiyməti 200-220 AZN arasında qiymətləndirilir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. Bakı Avrasiya Universitetinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh4 həmin universitetin “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin “Marketinq” ixtisası, əyani təhsilalma forması üzrə birinci kurs tələbəsi olmaqla onun ixtisas üzrə təhsil haqqı məbləği 2000 AZN (iki min manat) təşkil edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh3 həmin universitetin Kulturologiya fakültəsinin bakalavriat səviyyəsi üzrə Sosiologiya ixtisasının əyani təhsilalma formasının İV təhsil ilində ödənişli (t/h 1800 AZN) əsaslarla təhsil alır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixindən “tibbi nümayəndə” vəzifəsində çalışır. Hal-hazırda onun aylıq əmək haqqısı 0,5 ştat olaraq 270 (iki yüz yetmiş) manat təşkil edir. Vətəndaşın iş yeri haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi Xətai Rayon Mühafizə İdarəsində MMX üzrə mühafizəçi vəzifəsində işləyir, aylıq əmək haqqının məbləği 402 manatdır. Mülki işin obyektiv və ədalətli baxılmasını təmin etmək məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1869/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev (Fabrik) küçəsi, 48 ünvanında yerləşən evin orta bazar qiymətinin və evin yerləşdiyi ərazidə eyni şəraitli evin hazırkı aylıq kirayə haqqının məbləğinin müəyyən edilməsi məsələsi qoyulmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli 10/3635-9/3798 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev (Fabrik) küçəsi, 48 ünvanında yerləşən evin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 85000.0 manat məbləğində müəyyən olunur. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev (Fabrik) küçəsi, 48 ünvanında yerləşən 57.9 kv.metr evin və həmin ərazidə yerləşən ona oxşar şəraitli evin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 300,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Ş.Abdullayev (Fabrik) küçəsi, 48 saylı mənzilin yerləşdiyi ünvan pilot layihə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarına aid olmadığından Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir Sərəncam verilməmişdir. Odur ki, tələb olunan məlumatların əldə edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəfindən iş materiallarına, tərəflərin izahatlarına, işin faktiki hallarına və Bakı Apellyasiya Məhkəmənin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan münasibətlər barəsində mübahisəsiz hallar kimi müəyyən edilmiş faktlara əsasən müəyyən edildi ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi dövlət mənzil fonduna aid olmuş, xx.xx.1992-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, İddiaçı və Cavabdeh1 digər ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyata alınmış, 1997-ci ildə mübahisəli mənzil orada qeydiyyatda olan digər şəxslərin, o cümlədən Cavabdeh1 razılıq ərizəsi əsasında İddiaçı adına özəlləşdirilmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2002-ci ildən, Cavabdeh4 isə 2004-cü ildən bəri mübahisəli evdə qeydiyyatdadırlar. xx.xx.2007-ci il tarixdə ******* qeydiyyat nömrəli çıxarış ilə ev İddiaçı adına qeydiyyata alınmışdır. Mübahisə predmeti olan evdən Cavabdeh1 Abud oğlunun və onun ailə üzvlərinin istifadəsi ilə əlaqədar İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin mənzildən Cavabdeh1 Abud oğlunun və onun ailə üzvlərinin maneəsiz istifadəsi ilə bağlı hər hansı hərəkətlərin edilməsinin İddiaçı qadağan edilməsinin təmin edilməsi; İddiaçı Cavabdeh1 Abud oğluna və Cavabdeh2 qarşı ünvan 4 ünvanında yerləşən evdən Cavabdeh1 10000 manat kompensasiya verilməklə, Cavabdeh2 isə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbinin isə əsassız olduğu üçün təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, qətnamələr qanuni qüvvəsini almışdır. Tərəflər arasında evlə bağlı olan digər işlər isə nəticə verməmiş, belə ki, “İddiaçı adına verilən ərizənin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” ilə bağlı mübahisə inzibati məhkəməyə aid olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, inzibati qaydada qaldırılmış iş isə iddia müddətinin ötürülməsi səbəbindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış Bakı Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Hazırda iddiaçı qardaşının ailə üzvləri ilə birlikdə ona məxsus evdə yaşamalarının mülkiyyət hüquqlarının həyata keçirilməsində çətinlik törətməsi səbəbindən 20.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Cavabdehlər isə iddia tələbini qətiyyən qəbul etmirlər və istənilən məbləğdə kompensasiya verilsə də, evdə yaşamağa davam etmək istədiklərini bildirirlər. İddia tələbi və etirazla bağlı ilk öncə məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmağa iddiaçının subyektiv hüququnun olması işin mübahisəsiz halıdır. Belə ki, bu Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışla sübut olunur. Tələblə bağlı aparılan araşdırma zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazıki iş üzrə preyudisial əhəmiyyətə malik olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsidə ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisəli evdə 1992-ci ildən qeydiyyatda olmaqla həmin evdən istifadə hüququna malik olması, Cavabdeh2 isə həmin evdə 2002-ci ildən qeydiyyatda olmaqla istifadə hüququna malik olmaması mübahisələndirilmir. Bu fakt tərəflər arasında olan əvvəlki mülki mübahisə ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və hazırki iş üzrə də mübahisələndirilməmişdir. Məhkəmə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli evdən istifadə hüquqlarının olub-olmaması ilə bağlı isə onu qeyd edir ki, Cavabdeh3 xx.xx.2002-ci ildə anadan olmuş və mübahisəli evə qeydiyyata alınmış, Cavabdeh4 isə xx.xx.2004-cü ildə anadan olmuş və mübahisəli evə qeydiyyata alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən hesab edir ki, onların 14 yaşına çatana qədər yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yaşayış yeri ataları Cavabdeh1 yaşayış yeri olan mübahisəli ev olduğundan və 14 yaşlarına çatdıqdan sonra da istifadə hüquqları başqa əsaslarla itirilmədiyindən, hazırda evdən istifadə hüquqları saxlanılmışdır. Məhkəmə iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləğinə münasibətdə isə qeyd edir ki, cavabdehlərə 20.000 manat məbləğində kompensasiya verilməklə onların evdən istifadə hüquqlarına xitam verilməsi ədalətli hesab oluna bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə hələ 2017-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi qarşılığında İddiaçı 10.000 (on min) manat məbləğində kompensasiya təklifi məhkəmə tərəfindən ədalətli kompensasiya məbləği kimi qiymətləndirilməmişdir. Məhkəmə hazırda həmin qətnaməni sadəcə müqayisə məqsədilə misal göstərərək vurğulamağı zəruri hesab edir ki, kompensasiya məbləğinin ədalətli olub-olmamasını müəyyən etməkdə məhkəmə qiymətləndirmə sərbəstliyinə malikdir. Məhkəmə hesab edir ki, qeyd olunan qətnamənin qəbul edildiyi tarixdən ötən 6 il ərzində daşınmaz əmlak bazarında nəzərəçarpan dərəcədə qiymətlərin yüksəlməsi hamıya bəlli olan faktdır. Məhkəmə tərəfindən mübahisənin obyektiv həllinə nail olmaq və ədalətli kompensasiyanın məbləğini müəyyən etmək məqsədilə iş üzrə ekspertiza təyin edilmiş, lakin verilən ekspert rəyi cavabdehlər tərəfindən mübahisələndirildiyindən, mübahisə predmeti olan evə yerli baxış keçirilməsi zərurəti yaranmış və yerli baxış zamanı təqdim edilən ekspert rəyinin ziddiyyətli olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə ədalətli hesab etdiyi 35.000 (otuz beş min) manat məbləğində kompensasiya verilməsi təklifini iddiaçı tərəfə bildirmiş və tələbin dəqiqləşdirilərək 35.000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə cavabdehlərin istifadə hüququna xitam verilməsi məzmununda qoyulması üçün iddiaçı tərəfə vaxt vermişdir. Belə ki, bu barədə qeydin olduğu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məhkəmə bildirişləri həmin tarixlərdə iddiaçının vəkilinümayəndəsi Nümayəndə məxsus elektron kabinetə yerləşdirilmiş (həmçinin məhkəmə tərəfindən məsələyə dair həmin tarixdə iddiaçının vəkili-nümayəndəsi Nümayəndə telefonoqram verilmişdir (mülki işin materiallarında 2-ci cild, səh. 39)) və eyni zamanda, iddiaçının “ünvan 8 ünvanına rəsmi qaydada göndərilmişdir. Lakin iddiaçı tərəf 20.000 manat kompensasiya məbləği barədə olan yekun tələbini dəyişdirməmiş, iddiaçının vəkili-nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizəsi ilə isə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin ərizəni məhkəmənin təklif etdiyi kompensasiya məbləğinin iddiaçı tərəfindən qəbul edilməməsi kimi qiymətləndirir. Məhkəmə ədalətli kompensasiya məbləği barədə qənaətə gələrkən işin diqqətəlayiq hallarını nəzərə almış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsaslanmışdır. Belə ki, formalaşmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verilməli, bununla yanaşı, həmin hüququn real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmalıdır. Lakin eyni zamanda işin faktiki halları da nəzərə alınmalıdır. Bununla bağlı qeyd olunur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən kompensasiya qismində təklif olunan 20.000 manat məbləğində pul vəsaitinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə, daha yaxşı və sərbəst şəraitdə yaşamaq imkanı verilməsi üçün kifayət etməsi qənaətinə gəlməyə əsas deyildir. Çünki daşınmaz əmlak bazarında olan mövcud qiymətlər nəzərə alındıqda, təklif olunan kompensasiya məbləği göstərilən meyarlar çərçivəsində cavabdehlərin iddiaçının hesabına yaşaması üçün kifayət edəcək ağlabatan məbləğ hesab oluna bilməz. Bu məbləğin kifayətedici olub-olmaması yalnız bir cavabdehə münasibətdə deyil, ailəyə münasibətdə, yəni digər cavabdehlərdən olan arvadı və işləməyən, təhsil alan 2 uşağının olması, mübahisəli evin iddiaçının mülkiyyətinə keçməsində Cavabdeh1 razılıq ərizəsinin rolu, onun qardaşına olan güvən və etimadının göstəricisi olması, cavabdehlərin bundan sonra təkbaşına mənzil əldə etmək imkanının inandırıcı görünməməsi və sairə bu kimi hallar nəzərə alınmaqla qiymətləndirilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, mübahisəli ev iddiaçının şəxsi vəsaiti hesabına, alqı-satqı yolu ilə deyil, özəlləşdirmə yolu ilə əldə edilmişdir. İddiaçı evə qardaşı və ailəsi ilə birlikdə köçən zaman ev mənzil fondunun mülkiyyətində olmuşdur. Daha sonra mənzilin iddiaçının mülkiyyətinə keçirilməsinə Cavabdeh1 razılığı da əsas olmuşdur. Məhkəmənin qeyd olunan bu diqqətəlayiq halları nəzərə almaması ədalətsizliyə səbəb olar. Cavabdehin bu razılığı iddiaçının mülkiyyətinə keçəcək evdə yaşamasının gələcəkdə ona problem yaratmayacağına dair iddiaçıya olan güvəni və etimadının nəticəsi olmuşdur. Bu hal isə mülkiyyətçinin hüquqlarından sui-istifadə etməsinə gətirib çıxarmamalıdır. Təbii ki, iddiaçının mülkiyyət hüququ konstitusion formada qorunur və o, öz mülkiyyət hüququndan irəli gələn digər hüquqlarının sərbəst formada reallaşdırılmasına mane olan halları aradan qaldırmalıdır. Lakin bu zaman mülkiyyətçi digər şəxslərin qanunla qorunan hüquqlarına da xələl gətirməməlidir. Məhkəmə iddia tələbinə etiraza münasibətdə qeyd edir ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmiş və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. (R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən “yaşayış sahəsi üzərində mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə onu da qeyd edir ki, mübahisəyə daha əvvəl baxılıb yekun məhkəmə qətnaməsinin qəbul edilməsinə baxmayaraq, istifadə hüququnun əmlak hüquqlarından biri olmaqla davamedici xarakter daşıması və əvvəlki məhkəmə qətnaməsində ədalətli kompensasiya məbləğinin dəqiq müəyyən edilməməsi, eyni zamanda, həmin vaxtdan ötən müddət ərzində yeni əsasların meydana gələ bilməsi hazırkı mübahisəyə məhkəmə tərəfindən baxılmasına əsasdır. Məhkəmə iddia tələbinin və iddia tələbinə etirazın dəlillərini yuxarıda qeyd olunan diqqətəlayiq hallarla yanaşı araşdıraraq hesab edir ki, iddianın təmin edilməməsi ağlabatan, ədalətli və məqsədə müvafiqdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ-İİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X9rşı” işi üzrə qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93) X8 Məhkəməsində Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Roman-alman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.1-157.2-ci maddələrinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsi): 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara işin faktiki halları ilə birgə, məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia təmin edilmədiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1869/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1869/2023
20.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver