Məhkəmə qərarları › İş №2(006)-192/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-192/2022

26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-192/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qızının, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili Şirinova Xədicə Seyfəddin qızının, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qızının, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa dəymiş zərərin ödənilməsi və s.” ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “şərəf və ləyaqətinin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qarşı “sağlamlığa dəymiş zərərin ödənilməsi və s.” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 səhvi və məsuliyyətsizliyinə görə sağlamlığına dəymiş maddi ziyanın və mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində pulun alınanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, o, UZİ-də “matkada saçaqdan sallanmış polip” aşkar edilməsi ilə əlaqədar 2018-ci il tarixdə Cavabdeh2ndə işləyən Cavabdeh1 müraciət etmişdir. Cavabdeh1 onu UZİ-də müayinə etdikdən sonra sonuncu da “polip deyil, aybaşı qanı olduğunu və qalınlaşdığını, dərmanla sovrulub gedəcəyəni” bildirərək, “Dyufaston” adlı dərman yazmışdır. Ona qeyd edilən dərmanı 2 ay ərzində qəbul etməsi barədə bildirsə də, o, həmin dərmanı 3 ilə yaxın müddətə qədər qəbul etmşdir. Sonradan başqa həkim-mütəxəssisin yanına getdikdə həkim “polip”in həddindən artıq böyüməsi və dərhal əməliyyat olunmasını bildirmişdir. O, “Oksigen” Klinikasında “polip”in götürülməsi barədə cərrahi əməliyyat olunmuşdur. Sonra həmin həkim məsləhəti ilə əkdirilməyə göndərildikdə “polip”in gec əməliyyat edilməsi ilə əlaqədar “2G” (bəd xassəyə çevrilmiş şiş) diaqnozu qoyulmuşdur. Cavabdeh1 buraxdığı səhvin, düzgün müayinə və müalicə etməməsi nəticəsində “2G”-nin (bəd xassəyə çevrilmiş şişin) olması səbəbindən İddiaçı əməliyyat edilməsi zamanı matka və yumurtalıqları götürülmüş, analıq olma hüququndan məhrum olmaqla bərabər dərin mənəvi sarsıntı keçirmiş və bununla da sağlamlığına ciddi zərər dəymişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə zəruri olduğundan əlavə cavabdeh kimi Cavabdeh2 cəlb edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sağlamlığına dəymiş ziyana görə 20.000 (iyirmi min) manat, ona dəymiş maddi ziyan və mənəvi zərərə görə isə 30.000 (otuz min) manat olmaqla, ümumilikdə 50.000 (əlli min) manat pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “şərəf və ləyaqətinin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı polip diaqnozunu 3 (üç) il müddətinə bilərəkdən gizlətdiyini, qəsdən cinayət törətdiyini, bir gənc xanımın həyatı ilə oynadığını, utanmadan bayram etdiyini, aylıq gəlir yerini qaçırtması, başına daş düşmüşün hələ bayram etdiyi, Rənaya Allahın bəlası verilsin, xəbərlərdə göstərilib biabır olandan sonra üzrə çıxacağı” kimi “güli196620” instaqram hesabı və “elmiraanam” instaqram hesabı vasitəsilə ondan rəsmi qaydada üzr istənilməsi, İddiaçı maddi zərər kimi sağlamlığına vurulmuş zərərə görə 5.000 (beş min) manat pulun tutularaq ona ödənilməsi, mənəvi zərər kimi 100.000 (yüz min) manat pulun tutularaq “Heydər Əliyev” Fondunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2ndə ginekoloq işləyir. 22 yanvar 2021-ci il tarixdə İddiaçı müayinə edərkən sonuncuda “endometriyanın hiperplaziyası və sol yumurtalığın follikulyar kistasının” olduğunu müəyyən etmiş, lakin hər hansı tibbi preparatlar təyin etməmiş və müalicə etməmişdir. Bir müddət sonra İddiaçı özünə məxsus olan “güli196620” instaqram hesabı və “elmiraanam” instaqram hesabından Cavabdeh1 məxsus “renahasanaliyeva” instaqram hesabına “Gülnarəyə polip diaqnozunu 3(üç) il müddətinə bilərəkdən gizlətdiyini, qəsdən cinayət törətdiyini, bir gənc xanımın həyatı ilə oynadığını, utanmadan bayram etdiyini, aylıq gəlir yerini qaçırtması, başına düş düşmüşün hələ bayram etdiyi, Rənaya Allahın bəlası verilsin, xəbərlərdə göstərilib biabır olandan sonra üzrə çıxacağı” kimi ifadələri yazaraq onu şərəf və ləyaqəti alçaldıcı sözlərlə təhqir etmişdir. Tanınmış ginekoloq olmaqla onun bu cür şəkildə təhqir edilməsi cəmiyyət içərisində onu nüfuzdan salır və pasiyentlərin ona qarşı olan inamını azaldır. Bundan başqa, o, işlədiyi illər ərzində heç bir pasiyentlə problem yaşamamış, əksinə müxtəlif şəxslər tərəfindən təşəkkürlər edilməsi onun instaqram və digər hesablarından görünür. Lakin İddiaçı qoyulan “endometriyanın hiperplaziyası” uşaqlığın patoloji morfofunksional vəziyyəti olub, adətən endometriumun funksional, nadir hallarda isə bazal qatında, daha çox vəzili strukturun diffuz və ya lokal böyüməsi ilə özünü göstərir. “Poliplər” endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir. Onlar endometriumun hər hansı bir nahiyyəsinin qalınlaşması və normadan artıq böyüməsi sayəsində meydana çıxır. Polipin özü isə endometriyanın ocaqlı hiperplaziyasıdır. USM müayinəsində “polip” diaqnozunun müəyyən edilməsi zamanı da yalnışlıq ola bilir. Bu zaman sulu ultrasəs (histerosonqrafiya) müayinəsi metodundan istifadə olunur. Poliplər tək və ya çoxsaylı olmaqla uşaqlığın müxtəlif nahiyyələrində yerləşə bilər və onların əsas kliniki əlaməti mensturasiya pozğunluğunun əmələ gəlməsidir. İddiaçı tərəfindən diaqnoz qoyulmuş, hər hansı müalicə dərman preparatları isə yazılmamışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili X2 ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və onun vəkili və nümayəndəsi Nümayəndə qarşılıqlı iddianı təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb barədə məlumat vermədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edlsin. “X10”da X3 adına tərtib edilmiş 20.10.2018-ci il tarixli transvaginal USM cavabından görünür ki, ona “Endometriyanın hiperplaziyası (polip şübhə?)” diaqnozu qoyulmuşdur. Cavabdeh2ndə X3 adına tərtib edilmiş 13.12.2018-ci il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziya əlaməti” diaqnozu qoyulmuşdur. Cavabdeh2ndə X3 adına tərtib edilmiş 07.01.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Patoloji dəyişikliklər aşkar edilmir” diaqnozu qoyulmuşdur. Cavabdeh2ndə X3 adına tərtib edilmiş 08.02.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Patoloji dəyişikliklər aşkar edilmir” diaqnozu qoyulmuşdur. Cavabdeh2 İddiaçı adına tərtib edilmiş 02.08.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziya əlaməti. Sağ yumurtalıqda follikullar izlənilir”. “X12 Mərkəzin”də İddiaçı adına tərtib edilmiş 30.10.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziya əlaməti”. “X12 Mərkəzin”də İddiaçı adına tərtib edilmiş 09.11.2019-cu il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Sol yumurtalıqda follikullar izlənilir”. “X12 Mərkəzin”də İddiaçı adına tərtib edilmiş 02.11.2020-ci il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziyası”. Cavabdeh2ndə İddiaçı adına tərtib edilmiş 22.01.2021-ci il tarixli ginekologiya üzrə müayinə cavabından görünür ki, ona “Endometriyanın hiperplaziyası. Sol yumurtalığın follikullyar kistası” diaqnozu qoyulmuşdur. “X11”da İddiaçı adına tərtib edilmiş 23.01.2021-ci il tarixli transvaginal USM cavabından görünür ki, ona “Endometrial polip. Sol tərəfli follikullyar kistası” diaqnozu qoyulmuşdur. “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş 09.03.2021-ci il tarixli mikroskopik rəyindən görünür ki, nəticə “orta defferensiasiyalı (G2) endometrioid adenokarsinoma. Endometrial polip ilə uyğun fraqmanlar” kimi müəyyən edilmişdir. “Zəfəran Hospital”da İddiaçı adına tərtib edilmiş 10.03.2021-ci il tarixli çanaq MRT rəyindən görünür ki, endometrium qalınlığı 7,5 mm qədər olub. “Milli Onkologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş 16.03.2021-ci il tarixli raportdan görünür ki, uşaqlıq cismində malign xarakterli yüksəl hipermetabolik ocaq, sağ ksternal iliak kikalizasiyalı xəfif hipermetabolik limfa düyünü, yüksək hipermetabolik limfa düyünləri aşkar edilmişdir. “Bakı Patologiya Mərkəzi”ndə İddiaçı adına tərtib edilmiş 06.04.2021-ci il tarixli mikroskopik rəyindən görünür ki, nəticə “uşaqlıq cismində: orta defferensiasiyalı (G2) endometrioid adenokarsinoma” kimi müəyyən edilmişdir. Qeyd: “materialda rezidual tümor (invaziya) izlənməmişdir (karsinoma kütləsi qaşıntı zamanı eksizyon olunmuşdur)”. “X4”nda İddiaçı adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, o, 01.03.2021 -ci il tarixdə müraciət etmişdir. Daxil olarkən şikayəti USM müayinəsində endometrial polip? vaginal qanaxmadandır. A/T-120/80 mm.cv.st, Nəbzi 75 vurğu, ritmikdir. Di! avazımış, qarnı palpasiyada yumşaq və ağrılıdır. Qaraciyər və dalaq əllənmir. 01.03.2021-ci il tarixdə venadaxili anesteziya altında operativ histereskopiya əməliyyatı icra olundu. Polip və mioma xaric edildi. Ağırlaşma olmadı. Xəstə kafi vəziyyətdə 02.03.2021 -ci il tarixdə evə yazıldı. Son klinik diaqnoz: “Endometrial polip? Mioma?”. “X4”nda İddiaçı adına tərtib edilmiş ******* saylı xəstəlik tarixindən görünür ki, 18.03.2021-ci il tarixdə müraciət elmişdir. Daxil olarkən şikayəti biyopsiya nəticəsi endometrium karsinoma olmasındandır. A/T-l40/80 mm.cv.st. Nəbzi 70 vurğu, ritmikdir. Ürək tonları aydın eşidilir. Tromboza meyillik (müalicə almaqdadır). Güzgü-serviks normal, obezitə səbəbilə bimanuel müayinədə uterus hiss edilə bilmədi. Xəstəyə əməliyyat haqqında məlumat verildi, kilo və yanaşı xəstəliklər səbəbiylə sadəcə histereklomiya və overektomiya tövsiyə olundu, limfadisseksiya olunmayacağı bildirildi. 18.03.202l-ci il tarixdə “Total abdominal histerektomiya, ikitərəfli overektomiya, omentum biyopsiya” əməliyyatı icra olundu. Ağırlaşma olmadı, 22.03.202l-ci il tarixdə xəstə evə yazıldı. Son klinik diaqnoz: “Endometrium karsinoması”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 713/KEŞ saylı, 10.09.2021-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1980-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı 13.12.2018, 07.01.2019, 08.02.2019, 02.08.2019, 30.10.2019, 09.11.2019, 02.11.2020, 22.01.2021-ci il tarixlərində Cavabdeh2ndə müayinə edilərkən onun uşaqlığında polip törəmə və ya hər hansı şiş (xoşxassəli və ya bədxassəli) müəyyən olunmamış, bu da USM nəticəsində və USM- fotoprintləri ilə təsdiqlənmişdir. Ümumən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma), yumurtalıqlarında polikistoz, multifalikulyar yumurtalığa məxsus çoxsaylı folikullar (kistalar) aşkar edilmiş, bu da USM nəticə və foto-printlərində öz əksini tapmışdır. 2.İddiaçı 13.12.2018, 07.01.2019, 08.02.2019, 02.08.2019, 30.10.2019, 09.11.2019,02.11.2020, 22.01.2021-ci il tarixlərində “X12 Morkəzi”ndə müayinə edilərkən qeyd edilən tarixlərdəki USM-fotoprintlərinə uyğun olaraq diaqnozlar düzgün təyin olunmuşdur. 3. Endometriyanın hiperplaziyasi ilə polip eyni diaqnoz deyildir. 4. Endometrial polip bəd xassəli proses deyildir. Polipdən bəd xassəli törəmələrin əmələ gəlmə ehtimalı şansı azdı və endometrial polipin 40 yaşdan sonra qadınlarda ən çox rast gəlinən endometri problemlərindən biri olması səbəbi ilə polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir. Kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Konservativ müalicə effektsiz olduqda və polip böyüməyə davam etdikdə əməliyyat göstəriş sayılır. 5. İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə ona 07.01.2019-cu il tarixdə 10 gün, 02.11.2020-ci il tarixdə isə 14 günlük “Dufaston” dərman preparatı təyin edilmişdir. Bu uzun müddətli qəbul hesab olunmur. “Dufaston” dərman preparatı ilə yanaşı xəstəyə nəzarət üçün hormonal testlər həkim tərəfindən təyin edilmişdir. 10 və 14 günük “Dufaston” dərman preparatının qəbulu bədxassəli prosesə səbəb olacaq uzun müddətli hormonal müalicə sayılmır. 6. Bəd xassəli proseslərin yaranma səbəblərinin bir çox nəzəriyyəsi vardır, bu nəzəriyyələrdən ən çox ehtimal olunanı hormonal nəzəriyyə olsa da tam və dəqiq yaranma səbəbləri tibbə məlum deyildir. İddiaçı Cavabdeh2ndə aparılan müayinələrlə onda endometrium karsinomasının əmələ gəlməsi arasında səbəbli əlaqənin olması istisna edilir. 7. İddiaçı üzərində icra olunmuş “Total abdominal histerektomiya, ikitərəfli overektomiya, omentum biopsiya” cərrahiyyə əməliyyatı zamanı götürülmüş uşaqlıq (sağ və sol yumurtalıq) histoloji müayinəyə göndərilmişdir. Müayinə zamanı və əməliyyat öncəsi çəkilmiş PEK/KT müayinəsində bəd xassəli prosesin yalnız mübahisə predmeti olan polipdə deyil, uşaqlığın cismində və bir neçə kənar limfa düyünlərində və s. yerlərdə olduğu öz əksini tapmışdır. 8. 13.12.2018-ci il tarixdən 22.01.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki 13.12.2018-ci il tarixdə qeyd olunan proseslər inkişafa başlamış olsa idi, daha ağır nəticələrə, yəni limfodiseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 149 saylı, 27.01.2022-ci il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, 1980ci il təvəllüdlü X1 adına tərtib edilmiş tibbi sənədlər və iş materiallanna əsaslanaraq, qərarada qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1. İddiaçı 13.12.2018, 07.01.2019, 08.02.2019, 02.08.2019,30.10.2019, 09.11.2019, 02.11.2020, 22.01.2021-ci il tarixlərdə '‘X12 Mərkəzi” MMC-də müayinə edilərkən onun uşaqlığında (sağ və ya sol yumurtalıqlarında) polip, törəmə və ya hər hansı şiş (xoşxassəli və ya bədxassəli) müəyyən edilməmişdir. Bu da onun adına tərtib edilmiş USM nəticədə və usmfotoprintləri ilə təsdiqlənmişdir. Ümumən hormonal disbalansa (pozuntu) məxsus, uşaqlığın daxilində endometri qatında hiperplaziya (qalınlaşma) aşkar edilmiş, yumurtalıqlarında polikistoz, multifollikulyar yumurtalığa məxsus çoxsaylı folikulyar (kistalar) aşkar edilmişdir. (USM nəticə və foto-printlərində əksini tapmışdır). 2. İddiaçı 13.12.2018, 07.01.2019, 08.02.2019, 02.08.2019, 30.10.2019 09.11.2019, 02.11.2020, 22.01.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də müayinə edilərkən qeyd edilən tarixlərdəki USM-fotoprintlərinə uyğun gələn düzgün diaqnoz qoyulmuşdur. 3. Təsnifata görə endometriyanın hiperplaziyasının iki növü vardır: total və ocaqlı. Total hiperplaziya endometriyanın bütün çatının qalınlaşmasıdır. Ocaqlı bir və ya bir neçə ayaqcıqlı polip deməkdir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır. 4. Endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı azdır. Ümumiyyətlə endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometri probləmlərindən biridir. Buna görə də polip aşkar edilərkən birbaşa əməliyyata göstəriş deyildir, kicik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Əgər müşahidə və müalicə effektsiz olduqda polip böyüməyə davam etdikdə əməliyyata göstəriş verilir. 5. İddiaçı adına tərtib edilmiş tibbi sənəd və iş materilannda əks olunan həkim tərəfindən 07.01.2019-cu tarixində 10 gün, 02.11.2020-ci tarixində 14 günlük “dufaston” dərman preparatı təyin edilmişdir. Bu uzun müddətli qəbul deyildir. “Dufaston” dərman preparatı ilə yanaşı nəzarət üçün hormonal testlər həkim tərəfindən təyin edilmişdir. 10 və 14 günük “Dufaston” qəbulu 2G bədxassəli prosesə səbəb olacaq uzun müddətli hormonal müalicə deyildir. 6. İddiaçı sağlamlığının hazırki vəziyyəti onun 13.12.2018, 07.01.2019, 08.02.2019, 02.08.2019, 30.10.2019, 09.11.2019, 02.11.2020, 22.01.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də aparılan müayinələrin düzgün həyata keçirilib-keçirilməsi ilə hər hansı əlaqəsi yoxdur. 7. Götürülmüş uşaqlığın (sağ və sol yumurtalığın) əməliyyatdan sonra histoloji müayinəyə göndərildiyi həkim Qəmbərov Məhəmməd tərəfindən 18.03.2021-ci il tarixində xəstəlik tarixi vərəqəsinə qeyd edilsə də, xəstəlik tarixi vərəqəsində nəticə haqqında hər hansı qeyd və ya histoloji rəy cavabı yoxdur. Lakin iş materiallarında olan “Bakı Patologiya Mərkəzi”nin 06.04.2021-ci il tarixli rəyinin nəticəsindən məlum olur ki, 18.03.2021-ci il tarixdə qəbul olunmuş material üzrə histoloji müayinə aparılmış və mikroskopik rəyin nəticəsinə əsasən materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endometrial polip sapında fokal kompleks arteriyalı hiperplaziya, səthi adenomiozun olduğu müəyyən olunmuşdur. 8. 13.12.2018-ci il tarixdm 22.01.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz» çünki 13.12.2018-ci il tarixdən qeyd olunan proseslər inkişafa başlamış olsa da daha ağır nəticələrə gətirib cixarıb, limfodiseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı. 9. İddiaçı 18.03.2021-ci il tarixdə “Oksigen Klinikasında kliniki diaqnozda endometrial karsinoması və endometriyanın hiperplaziyası sual altında qoyulmuşdur. Afa Kərimova 11.12.2018-ci il tarixdə Gülnarə İmranovaya endometriyanın polipi və endometriyanın hiperplaziya diaqnozunu sual altında qoymuşdur. Nərmin Xasayeva 09.01.2018-ci il tarixdə İddiaçı çanaq nativ və intravenoz KT-nin nəticəsindən məlum olur ki, onda hər iki yumurtalıqların ölçüləri, forması və parenximasının strukturu norma daxilindədir, uşaqlığın ölçüləri norma daxilindədir, strukturu qeyri-həmcins, konturları nahamar olub parenximasının strukturası qeyri-həmcins və heterogendir. Endometrium qalınlaşmış olub daxilində hipodens strukturlu ocaqlar qeyd olunur. Həsən İsayevin 10.03.2021-ci il tarixli çanaq MRT-də İddiaçı endometriyanın qalınlığının 7,5 mm olduğu və dib hissədə bir qədər hitrogen siqnalda olduğunu qeyd etmişdir. Elmar Axundovun 11.01.2018-ci il tarixli USM-nin nəticəsində Gülnarə İmranovanın endometriumunun 16,6 mm, hetrogen, dib nahiyəsində hiperexogen əlavələr izlənildiyini qeyd etmişdir. Max- 3,2mm. “Bakı Patologiya Mərkəzi”nin 06.04.2021-ci il tarixli rəyinin nəticəsindən məlum olur ki, 18.03.2021- ci il tarixdə qəbul olunmuş material üzrə histoloji müayinə aparılmış və mikroskopik rəyin nəticəsinə əsasən materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endometrial polip sapında fokal kompleks atipiyalı hiperplaziya, səthi adenomiozun olduğu müəyyən olunmuşdur. Cavabdeh1 İddiaçı təyin etdiyi diaqnozlar düzgün olmuş və USM fotopritlərdə öz əksini tapmışdır. 10. Təsnifata görə endometriyanın hiperplaziyasının iki növü vardır: total və ocaqlı. Total hiperplaziya endometriyanın bütün qatının qalınlaşmasıdır. Ocaqlı bir və ya bir neçə ayaqcıqlı polip deməkdir. Polip endometriyanın hiperplaziyasının eyni diaqnozunun variantıdır. 11. İddiaçı 2018-ci ilin dekabr ayından 22.01.2021 -ci ilədək Cavabdeh2ndə müayinədə olarkən ona endometriyanın hiperplaziya diaqnozu təyin edilmişdir və bu cavab USM fotoprinterlərdə öz təsdiqini tapmışdır. Cavabdeh2nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olur ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə “Milli Onkologiya Mərkəzi”nə onko-ginekoloqa yönləndirmişdir. “Vita Med” Hospitalın 23.01.2021-ci il tarixli USM-dən bəlli olur ki, İddiaçı endometrial polip, sol tərəfli folikulyar kista aşkar olunmuşdur. İş materialında olan 18.02.202İ-ci il tarixinə aid olan “Oksigen” Tibb mərkəzinin USM nəticəsində uşaqlıq boşluğunda 2-2,5sm olan polip? Mioma? izlənilmiş və histereskopiya tövsiyə olunmuşdur. 12. Menstruasiyanın 5-7-ci günləri arasında endometriyanın 21,5-26 mm olması ilə bağlı şübhənin aradan qaldırılması məqsədilə Cavabdeh2nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olr ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə “Milli Onkologiya Mərkəzi”nə onko-ginekoloqa yönləndirmişdir. Lakin iş materialında xəstənin “Milli Onkologiya Mərkəzi”nə müraciət edib-etməməsi barədə, əgər etmişsə aparılmış müayinə və müalicə barəsində heç bir material əlavə olunmamışdır. Eyni zamanda “Oksigen” Tibb Mərkəzinin 02.03.2021-cİ il tarixli epikrizindən məlum olur ki, İddiaçı sual altında endometrial polip və ya mioma diaqnozu qoyulduğundan ona operativ histeroskopiya əməliyyatı icra olunmuşdur. Bədxassəli proseslərin yaranma səbəblərinin bir çox nəzəriyyəsi vardır. Bu nəzəriyyələrdən ən çox ehtimal olunanı hormonal nəzəriyyə olsada tam və dəqiq yaranma səbəbləri tibbə məlum deyil. 13. 22.01.2021-ci ildə Cavabdeh2ndə aparılmış müayinənin nəticəsində xəstəyə endometriyanın hiperplaziyası və sol yumurtalığın follikulyar kistası dianozu qoyulmuş, USM printlərlə diaqnoz öz əksini tapmışdır. “X12 Mərkəzi’'nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olur ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunaraq, xəstə Milli Onkologiya Mərkəzinə onko-ginekoloqa yönləndirmişdir. 14. Polip aşkar edilərkən birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilməlidir. Əgər müşahidə və müalicə efektsiz olduqda və polip böyüməyə davam etdikdə əməliyyat üçün göstəriş verilir. 15. “Milli Onkologiya Mərkəzi”nin “Nüvə” Təbabət şöbəsinin 16.03.2021-ci il tarixli PET/KT raportundan görünür ki, uşaqlıq cismində maliqn xarakterli yüksək hipermetabolik ocaq, sağ eksternal iliak lokalizasiyalı xəfif hipermetabolik limfa düyünü, sağ infraklavikulyar, sağ üst mediastinal (İR) ilə sağ üst və alt paratraxeal (2R,4R) lokalizasiyada yüksək hipermetabolik limfa düyünləri aşkar olunmuşdur. “Zəfəran” Hospitalda 10.03.2021-ci il tarixli çanağın MRT-dən müəyyən olunur ki, ilik zincirdə çoxu incə korteksli limfa düyünləri ilə yanaşı hər iki tərəfdə bir ədəd external ilikdə orta səviyyədə posterior yerləşmiş qısa ölçülü 7,5mm olan limfa düyünləri qeyd edilir. Son tərif edilən iki ədəd limfa düyününün müşahidəsi məsləhət görülmüşdür. PEK/KT-i nəticələrinə əsasən xəstəyə limfodissensiya əməliyyatı icra olunmalı idi (histoloji müayinə üçün). Lakin həkim Məhəmməd Qəmbərov tərəfindən pasientə histeroektomiya və ovariekiomiya tövsiyə olunmuşdur, xəstə limfodisseksiyadan imtina etmişdir. 09.03.2021-ci il “Bakı Patologiya Mərkəzi”nin rəyində G2, endometriyanın adenokarsenoması diaqnozu qoyulmuşdur, lakin sonuncu 06.04.2021-ci il yekun rəydə materialda rezidual tümör (invaziya) izlənməmişdir. Endometrial polip sapında fokal kompleks atipiyalı hiperplaziya izlənmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin mənasına görə cavabdehin yol verdiyi mülki hüququ pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə iddianın əsaslığını müzakirə edərək ilk öncə Cavabdeh1 hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edir. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı Cavabdeh1 tərəfindən təyin edilmiş “Dufaston” preparatını uzun müddət ərzində qəbul etdiyi və bununla da düzgün müalicə olunmadığı üçün uşaqlığında “2G” bədxassəli prosesinə başlandığına, düzgün müalicə alacağı təqdirdə isə uşaqlıq orqanının götürülməsinə səbəb olan əməliyyata zərurət qalmayacağına istinad edir. İddiaçının iddianın dəlili kimi istinad etdiyi bu halların, yəni İddiaçı sağlamlığında yaranmış problemlər ilə Cavabdeh1 tərəfindən ona təyin olunmuş müalicə arasında hər hansı səbəbli əlaqənin mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-tibbi ekspertizası (ilkin və təkrar) təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 149 saylı, 27.01.2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı 13.12.2018-ci, 07.01.2019-cu, 08.02.2019-cu, 02.08.2019-cu, 30.10.2019-cu, 09.11.2019cu, 02.11.2020-ci, 22.01.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də müayinə edilərkən ona qeyd edilən tarixlərdəki USM-fotoprintlərinə uyğun gələn “endometriyanın hiperplaziyası” diaqnozu düzgün qoyulmuşdur. Ümumiyyətlə İddiaçı sağlamlığının hazırki vəziyyəti onun 13.12.2018-ci, 07.01.2019-cu, 08.02.2019-cu, 02.08.2019-cu, 30.10.2019-cu, 09.11.2019cu, 02.11.2020-ci, 22.01.2021-ci il tarixlərində Cavabdeh2 MMC-də aparılan müalicələr ilə hər hansı əlaqəsi yoxdur. Belə ki, İddiaçı həkim tərəfindən 07.01.2019-cu tarixində 10 günlük, 02.11.2020-ci tarixində 14 günlük “Dufaston” dərman preparatının təyin edilməsi uzun müddətli hormonal müalicə sayılmır və bu cür müalicə “2G” bədxassəli prosesə səbəb ola bilməz. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçı onu müalicə edən həkim Cavabdeh1 tərəfindən uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunmaqla “Milli Onkologiya Mərkəzi”nə onko-ginekoloqa yönləndirilmiş, bu barədə iddiaçıya məxsus ambulator kartında qeydiyyat aparılmışdır. Lakin xəstənin bu göndərişə uyğun olaraq “Milli Onkologiya Mərkəzi”nə müraciət edib-etməməsi barədə hər hansı material İddiaçı ambulator kartına əlavə olunmamışdır. İddiaçı daha sonra “sual altında endometrial polip və ya mioma” diaqnozu ilə həkim Məhəmməd Qəmbərov tərəfindən operativ əməliyyat olunmuş (histeroskopiya), əməliyyat zamanı götürülmüş uşaqlıq (sağ və sol yumurtalıq) histoloji müayinədən keçirilmiş, lakin materialda rezidual tümör (invaziya) izlənmədiyi müəyyən edilmişdir. Bu barədə “Bakı Patologiya Mərkəzi” tərəfindən mikroskopik analizi üzrə müvafiq 06.04.2021-ci il tarixli rəy tərtib edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəylərinə əsasən müəyyən edildiyi kimi, endometrial polip bədxassəli proses deyildir. Polipdən bədxassəli törəmələrin əmələ gəlmək ehtimalı azdır. Ümumiyyətlə endometrial polip 40 yaşdan yuxarı qadınlarda ən çox rast gəlinən endometri probləmlərindən biridir. Buna görə də polipin aşkar edilməsi birbaşa əməliyyata göstəriş deyildir, kiçik ölçülü poliplər həkim nəzarətində saxlanılaraq müşahidə və müalicə edilir. Müşahidə və müalicə effektsiz olduqda, polip böyüməyə davam etdikdə həkim tərəfindən əməliyyata göstəriş verilir. Məhkəmə yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla İddiaçı sağlamlığında yaranmış problemlər ilə Cavabdeh1 tərəfindən ona təyin olunmuş müalicə arasında hər hansı səbəbli əlaqənin mövcud olması müəyyən edilməmişdir. Belə olan halda isə onların üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə iddianın əsaslılığını Cavabdeh1 münasibətdə araşdıraraq həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, iş materiallarından göründüyü kimi o, həmin cavabdehə qarşı iddia qaldırmaqda həm də Mülki Məcəllənin 1099-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə haqlı olmamışdır. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh1 iddiaçını müalicə edərkən faktiki olaraq həkim kimi fəaliyyət göstərdiyi klinikada əmək funksiyalarını yerinə yetirirdi. O, cavabdehlər arasında bağlanmış xidmət müqaviləsinə əsasən klinikanın tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərmişdir. Bu faktlar məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən də öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri həm də Cavabdeh1 iddiaya cavab verməli olan subyekt olmadığından təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Məhkəmə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “şərəf və ləyaqətinin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi”nə dair qarşılıqlı iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Mübahisələndirilən məlumatların qarşılıqlı iddia üzrə iddiaçıya aid “instagram” sosial şəbəkədəki “renahasanaliyeva” adlı publik səhifədə dərc olunmaqla yayılması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilməyən hallarına həmçinin Cavabdeh1 aid “instagram” səhifəsində “güli196620” instaqram hesabından “Siz çərşənbə bayramı da edirsiniz? Gülnarə xanımın başına açdığınız oyundan sonra? Polip görüb qəsdən saxlatdırıb matkada get-gələ hər ay pulunu çəkmişsiniz. Bilirdiniz ki, xırda əməliyyatla polip çıxarılacaq əlinizdən aylıq gəlir yerini qaçırmadınız. O qızın ailəsi bayram nədir bilmir. Siz hələ utanmadan bayram edirsiniz. Halal olsun sizə. 3 il müddətində aparatda özünüz baxaraq görmədiniz guya da”, “Qəsdən törədilmiş cinayətkarlıqdır” və “elmiraanam” instaqram hesabından “Başına daş düşmüş hələ bayram da edir utanmaz Rəna. 3 il polipi görməyib Gülnarə xanımda bəd xassəli şişə çevrilib. Allah bəlanı versin Rəna. Heç darıxma xəbərlərdə də sənin kimi həkimi göstərəndə biabır olanda üzə çıxarsan. Gülnarənin anasının çəkdiyi əzabın ağrısı olsun ürəyinin başına görərsən bir balanın dərd vermək nədir. Səni görüm balanın qabağına çıxsın” ifadələrinin yazıldığı da aiddir. Məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələr ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Yuxarıda qeyd edildiyi kimi zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Belə ki, qarşılıqlı iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehin “güli196620” və “elmiraanam” instaqram hesabı vasitəsilə yazdığı şərhlərin onun şərəfini, ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələdiyini qeyd edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması istinad edilən instaqram hesablarının İddiaçı məxsus olması, bununla da baş verməsi ehtimal edilən zərərin məhz qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Məhkəmə hər iki iddia ilə əlaqədar vurğulayır ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia, tərəflərin irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığından və beləliklə də əsassız olduğundan rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməilidir. Belə ki, məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar