Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-192/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X5, ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, ilk iddia üzrə iddiaçı X5 Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X8 qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı X13 Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 noyabr 2022-ci il tarixdə üzərində aparılmış kosmetoloji manipulyasiyaların qüsurlu texniki icrası nəticəsində sifət nahiyəsində yaranmış assimmetriya ilə bağlı ona yetirilmiş 12.300 manat məbləğində maddi, 10.000 manat məbləğində mənəvi ziyan, ödənilmiş 150 manat dövlət rüsumu olmaqla, cəmi 22.450 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünə məxsus olub, Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16A ünvanda yerləşən obyektdə kosmetoloji fəaliyyətlə məşğul olarkən 2022-ci ilin noyabr ayında üz nahiyəsində təmizləmə işləri gördükdən sonra ağız hissəsinin kənarlarında olan mimika xətlərini götürmək üçün üz nahiyəsində kosmetoloji əməliyyat etmişdir. Əməliyyatın səhəri günündən başlayaraq əvvəlcə dodaqları şişməyə, daha sonra üz nahiyəsi səpməyə başlamışdır. Dodaq hissəsi şişən andan başlayaraq bu bərədə Cavabdeh müraciət etmiş, dəfələrlə qəbulunda olmuşdur. İlk vaxtlardan Cavabdeh sifətinə isti kompres qoymağı məsləhət bilmiş və adını bilmədiyi dərman peraparatları qəbul etməsini tapşırmışdır. Bu tədbirlərə baxmayaraq gözlərinin alt nahiyələri torbalanmağa başlamışdır. Dəfələrlə Cavabdeh ilə əlaqə saxlamağa çalışsa da, onun qəbuluna düşə bilməmişdir. Yaranmış vəziyyətlə bağlı Gəncə şəhər Kliniki Tibb mərkəzində qəbulda olarkən sifət nahiyəsinə süni gel vurulduğunu və bu səbəbdən sifətində patoloji vəziyyət yarandığını bildirmişlər. Cavabdeh sifətini sağaltmaqdan və ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Cavabdeh barəsində vermiş olduğu şikayət ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı təyin olunmuş komission məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 856/ KEŞ nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə üzərində aparılmış prosedurlarla əlaqədar mütləq tibbi sənədlər tərtib edilməmişdir, bu səbəbdən üzərində hansı presudurların icra edilməsi haqqında konkret fikir söylənilməsi mümkün olmamışdır. Araşdırmaya cəlb olunmuş mütəxəssis müayinəsi və MRT müayinəsi ilə üzdə solda infraorbital, hər iki tərəfdə buccal və perioral nahiyədə dərialtı dolğu materialının olduğu müəyyən edilmişdir ki, bunun da aparılmış kosmetoloji manipulyasiya prosedurlarının qüsurlu texniki icrası ilə əlaqədar olması müəyyən edilmişdir. Həmin müayinələrdə həmçinin assimetriyanın aradan qaldırılması üçün hazırda cərrahi yolla dərialtı dolğuların çıxarılmasına ehtiyac olduğu da müəyyən olunmuşdur. İş üzrə aparılmış əlavə araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli KKŞ-982 nömrəli rəyi ilə də ilkin ekspertiza rəyi bir daha təsdiq olunmuş, onda yaranmış patologiyaların xx.xx.2022-ci il tarixdə icra edilmiş kosmetoloji manipulyasiyaların qüsurlu icrası ilə əlaqədar yaranması, assimmetriyaların aradan qaldırılması üçün hazırda cərrahi yolla dolğuların çıxarılmasına ehtiyac olması müəyyən olunmuşdur. Ancaq həmin ekspertiza rəylərinə görə kosmetoloji prosedurlarda sağlamlığına zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmaması səbəbindən Cavabdeh barəsində Nəsimi rayon prokurorluğunda Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd olunmasına dair 17 yanvar 2024-cü il tarixli (qərarda mexaniki səhv olaraq 2023-cü il göstərilmişdir) qərar qəbul olunmuşdur. Araşdırma nəticəsinə görə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğuna görə Cavabdeh inzibati məsuliyyətə cəlb olunmuş və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh onun tərəfindən ilk olaraq 300 manat məbləğində vəsait ödənilmişdir. Sifət nahiyəsindən dolğuların çıxarılması, fəsadların aradan qaldırılması üçün hər biri üç-beş min manata başa gələn üç ədəd cərrahi əməliyyatlara ciddi zərurət vardır. Belə ki, sifət nahiyəsi tamamilə deformasiyaya uğramışdır. Bunun nəticəsidir ki, nə işləyə bimir, nə camaat arasına çıxa bilmir, hələ də şok vəziyyətindədir. Nəsimi rayon prokurorluğunun təqdim etdiyi qərarından da göründüyü kimi, Cavabdeh ona vurulmuş maddi və mənəvi zərəri qarşılamaq istəyində deyil. Cavabdeh tərəfindən törədilmiş əməl nəticəsində ona maddi, əlavə olaraq mənəvi zərər də yetirilmişdir. Bununla bağlı bütün mülki məsuliyyəti də cavabdeh daşımalıdır. Cavabdeh tərəfindən törədilmiş əməl nəticəsində sifət nahiyəsində yaranmış patologiya onu və yaxınlarını sarsıtmış, onda məyusluq hissləri doğurmuş, mənəvi iztirablar, stress hissləri keçirmişdir və bu hissləri hələ də keçirir. Bu hadisənin nəticələri onun, yaxınlarının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiya yaratmışdır. Bu səbəbdən, mövcud qanunvericilik aktları ilə verilmiş hüquqlardan istifadə edərək vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə onun tərəfindən yönəldilmiş tələblər nəticəsiz qalmışdır. O, Cavabdeh təqsirli hərəkətləri nəticəsində sonuncuya ödədiyi 300 manata və tələb olunan cərrahi əməliyyatlara görə ödəməli olduğu və ödəmək qabiliyyətində olmadığı, lakin məcburən ödəməli olacağı 12.000 manat məbləğində maddi ziyan çəkmişdir. Qanunvericiliyin müvafiq tələbinə əsasən o, məruz qaldığı mənəvi zərərin əvəzinin 10.000 manat məbləğində pul vəsaiti ödənilməsi ilə əvəzləşdirilməsi məcburiyyətində qalır. Qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh cəmi 22.450 manat pul vəsaiti tutularaq ona ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Məcidova X6 (Hüseynova) Təranə İsa qızına qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.000 manat borc, 300 manat prosedura görə yaranan borc və ödənilmiş 30 manat dövlət rüsumunun Rəhimova (Hüseynova) Təranə İsa qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Rəhimova (Hüseynova) Təranə İsa qızı ilə 2022-ci ildə yanına kosmetoloji prosedura gələn müştəri kimi tanış olmuşdur. O, yanına ümumi tanışlarının məsləhəti ilə gəlmiş və gələrkən burnunu kiçiltmək, qaş qaldırmaq və dodaq dolğusu üçün müraciət etmişdir. O da İddiaçı (Hüseynova) ya bu prosedurların ümumi qiymətinin 400 manat olduğunu bildirmişdir. İddiaçı (Hüseynova) bildirmişdir ki, üstündə 100 manat var, qalan 300 manatı sonra prokuror olan qardaşından alıb verə bilər. Eyni zamanda söhbət əsnasında ona məlum olmuşdur ki, İddiaçı (Hüseynova) ilə onlar eyni bölgədəndirlər, yəni yerlidirlər. Həm ümumi tanışlarının olması, həm də yerli olmalarını nəzərə alaraq o, cavabdehə inanıb sonuncuya dodaq dolğusu, burun kiçiltməsi inyeksiya proseduru və aparat ilə qaş qaldıma prosedurunu etmişdir. İddiaçı (Hüseynova) onun tərəfindən edilmiş prosedurdan razı qalaraq getmişdir. Üstündən bir müddət keçdikdə İddiaçı (Hüseynova) onun yanına gələrək qəzaya düşdüyünü, ona borclu olduğu 300 manatı ödəyə bilmədiyini və əlavə olaraq ondan bir yerli kimi 1.000 manat borc pul istədiyini bildirmişdir. O, İddiaçı (Hüseynova) ya güvənib, sonuncunun vəziyyətini anlamağa çalışıb bir yerli kimi dəstək olaraq 1.000 manat məbləğində borc pul vermişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh Rəhimova (Hüseynova) Təranə İsa qızı ilə o, borc pulu aldıqdan sonra 2 il ərzində mütəmadi əlaqə saxlamışdır, pulun qaytarılmasına dair söhbətlər aparmışdır, amma müxtəlif bəhanələr gətirib borc pulun qaytarılmasından yayınmışdır. 2023-cü ilin sonlarında o, ümumi tanışları ilə söhbət edərkən İddiaçı (Hüseynova) nın ona iki ilə yaxındır 1.300 manat pul borclu olduğunu, bu müddət ərzrində pulu qaytarmaqdan yayındığını və artıq hüquq mühafizə orqanlarına müraciət etmək istəyini bildirmişdir. Həmin söhbətin üstündən təxminən bir həftə keçmişdir ki, prokurorluqdan zəng gəlmiş və İddiaçı (Hüseynova) nın ondan şikayətçi olduğu bildirilmişdir. Qeyd edir ki, İddiaçı (Hüseynova) onun şikayət edəcəyini bilib, şərböhtan xarakterli şikayət ərizəsi ilə Nəsimi rayon prokurorluğuna sağlamlığına ziyan vurulma ilə bağlı müraciət etmişdir. Halbuki bu müddət ərzində İddiaçı (Hüseynova) nın onun etdiyi kosmetoloji prosedurdan hər hansı şikayəti olmamışdır. Eyni zamanda bildirir ki, İddiaçı (Hüseynova) onun yanında cəmi 1 dəfə prosedurda olmuş, təkrar prosedura gəldikdə o, İddiaçı (Hüseynova) ya borclu olduğu 300 manatı ödədikdən sonra yeni prosedur edəcəyini bildirmişdir. İddiaçı (Hüseynova) da, belə olduqda ayrı kosmetoloqa müraciət etmişdir. Bu hal ona sonradan məlum olmuşdur. O, istintaq orqanına cavabdehin ondan sonra ayrı kosmetoloqa müraciət etdiyini, sonuncunun yanında prosedurlar etdiyinə dair sübutlar təqdim etmişdir. Nəsimi rayon Prokurorluğunda qarşılıqlı iddia tələbi üzrə cavabdehin şikayəti əsasında araşdırma aparılmış və onun əməlində hər hansı cinayət tərkibi olmadığı müəyyən edilərək, cinayət işinin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Onun qarşılıqlı iddia tələbi üzrə cavabdehə verdiyi 1.000 manat borc pulun və kosmetoloji prosedura görə borclu qaldığı 300 manat borcun ona geri qaytarılmasını tələb edir. Belə ki, sonradan ortaq tanışlarından ona məlum olmuşdur ki, İddiaçı (Hüseynova) nın paltar alıb pulunu ödəmədiynəi, telefon alıb pulunu ödəmədiyinə dair hallar mövcuddur. Bu kimi hallar cavabdehin əmlak vəziyyətinin yaxşı olmaması, eyni zamanda artıq insani keyfiyyətləri barədə onun üçün fikir formalaşdırmağa əsas verir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı X13 izahatında bildirmişdir ki, ilk dəfə Xumar xanımın salonuna 2022-ci il tarixində “çistka” (təmizləmə) proseduru etdirmək üçün getmişdir. Sonra Xumar xanım onun üzünün dolğuya ehtiyacı olduğunu bildirib üzünə dolğu etməyi təklif etdi. Ona demişdir ki, diplomu və sertifikatları var, o da inanmışdı. Üz nahiyəsinə 10 qram dolğu etmişdi. Sonra prosedur zamanı da 5 qram əlavə dolğu edib, bunun da hədiyyə olduğunu bildirmişdi. Saat 5-dən axşam saat 12-dək salonda olmuşdur. Prosedurdan sonra səhəri gün üzü qaşınmağa və şişməyə başladı. Xumar xanıma zəng etmiş və o isə bildirmişdir ki normal haldır, buz qoysa keçəcək. Sonrakı günlərdə onun qolu biləkdən sınmış və buna görə rayonda qalmalı olmuşdur. Onun üzünün vəziyyəti getdikcə pisləşmiş və Xumar xanıma zəng etmiş, cavabdeh onun zənglərinə cavab verməmiş, zəngi açdıqda isə onu təhqir etmişdir. Nəhayət 2022-ci ilin yayında onu polisə vermişdir. Özünə də məlumat verdi ki, onu polisə vermişdir. Xumar xanım ona zəng edib dedi ki, polisə ehtiyac yox idi, özləri danışıb həll edə bilərlər. Sonra üzü çox pis hala düşməyə başlamış, üzündə çürümə olduğunu hələ anlamamışdır. Həkimlərə müraciət etmiş, ona müəyyəndərmanlar, antibiotik və s. preparatlar yazmışlar. O, artıq vəziyyətin ciddi olduğunu və Xumar xanımın ona əhəmiyyət vermədiyini görüb, prokurorluğa müraciət etmişdir. Prokurorluqda prokuror köməkçisi ona dedi ki, Xumar xanım sizi çağırır, gedin, onunla ortaq məxrəcə gəlin. O, Xumar xanımın yanına getmiş, öz ofisində danışmışlar. O, söz verdi ki, Amerika Səfirliyinin yanında qaynının oğlu Vüqar adlı həkim onu əməliyyat edəcək. Dediyi adamın yanına getmiş, Vüqar həkim ona bildirmişdir ki, onu boynuna götürə bilməz,həyati təhlükəsi var. Öz xalasının nəvəsi də 1 saylı Şəhər Klinik Xəstəxanasında işləyir. Onun yanına getmiş, o da dedi ki, üzünün bir hissəsini müalicə edə bilər, lakin digər hissəsində isə çürümə gedir. Xumar xanım ona üzünü müalicə edəcəyini demiş, neçə dəfə ona dərmanlar yazmış, öz qohumu vasitəsilə gelləri çıxarmaq üçün əməliyyat etdirəcəyini, düzəldəcəyini vəd etmişdi. O, sadəcə üzünün düzəlməyini istəyir. Üzündə çürümə gedir.Buna görə o, əlavə xəstəliklər tapmış, dərmanlardan asılı vəziyyətdə yaşayır. Tez-tez səhhətində problemlər yaranır, bir neçə həkimin qəbulunda olmuş, həkimlər onun üzündə deformasiyanın əməliyyat gərəkdirdiyini bildirmişlər. Onun həmin əməliyyatları etdiməyə maddi imkanı yoxdur.Xumar xanım isə əməliyyatın xərcini ödəməkdən boyun qaçırır. Düşdüyü vəziyyət onu stressə salıb. Üzünün şişinə görə qohumlarının-qonşularının üzünə çıxa bilməmiş, bir çox qohum mərasimlərində iştirak edə bilməmiş, hələ üstəlik üzündə belə bir hal, çürümənin getməsi onu çox sarsıdıb. Xumar xanımdan tələb edir ki, onu üzünü əvvəlki vəziyyətə qaytarsın. Artıq iki ildir ki, əsəbləri pozulub,ona mənəvi zərər dəyib. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 izahatında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim etdikləri səs yazısında Təranə xanımın üzündə gedən eybəcərləşmələrin cavabdehin təqsiri üzündən baş verdiyini Xumar xanım özü etiraf edir. Tərəf özü etiraf edir ki, Təranə xanımın üzündə olan eybəcərləşmələr onun vurduğu iynələrdən sonra baş verib. Təranə xanım klinikada allergik təsirlərin və şişkinliklərin qarşısını almaq üçün hər gün 150 manata iynələr vurdurur. Cavabdehin təqsiri kifayət qədər sübutlarla təsdiq olunur.Cavabdeh indi məsuliyyətdən boyun qaçırmağa çalışır, lakin tərəflər arasında mübahisə prokurorluqda da araşdırılıb, Xumar xanım düzgün prosedurlar etməyib, Təranə xanımın vəziyyəti göz qabağındadır.Cavabdehlərin vəsatəti ilə dindirilmiş şahidlərin ifadələri ziddiyətlidir, şahidlərdən İradə Cəfərzadə gah Təranə xanımı Xumar xanımın yanına bir neçə gedib gəldiyini, gah da bir dəfə gəldiyini gördüyünü deyir. Həmin şahidin ifadəsi heç bir halı sübut etmir. Digər şahid Turanə Abbasova da kimin kimə nə məqsədlər pul verdiyini deyə bilmədi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh izahatında bildirmişdir ki, heç vaxt polis və prokurorluq orqanlarında işi olmamışdır. Təranə xanım şikayət etdikdən sonra dəvət olunmuş və görmüşdür ki, Təranə xanım öz izahatında başqa kosmetoloq yanına getdiyini qeyd etməmişdir. Lakin, bu belə deyil. Şahidlərin ifadəsindən də göründüyü kimi başqa kosmetoloqlara da müraciət etmişdir. Bu halda sual yaranır ki, niyə məhz o cavabdehdir? Cavabı bəllidir. Çünki, ona pul borcludur.Təranə xanım ona prosedurun da pulunu borclu qalmışdır. Sonradan Təranə xanım həmyerli kimi gəlib ondan pul istəmişdir. O da başqa bir şəxslə söhbət əsnasında Təranə xanımın ona borcu olduğunu bildirdiyi üçün Təranə xanım ona qarşı belə böhtan atmışdır. Təranə xanımın iddiası tamamilə əsassızdır.Təranə xanım prokurorluğa şikayət etdikdən sonra Təranə xanımı başqa kosmetoloq yanında olmasını sübut etməsi üçün vaxt qazanmaq lazım olduğunu dedilər. Ona görə o, Təranə xanımla telefonda o formada danışmışdır. Onun Təranə xanıma etdiyi prosedurlar normal gellər əsasında olmuşdur, onu yalnız lisenziyasız fəaliyyət göstərməsinə görə cərimələmişdilər. Təranə xanımın üzündəki problemləri o yaratmayıb, Təranə xanım özü problemli insandır, bir çox insanlara pul borcu var. Çox adama qarşı belə tələblər irəli sürüb. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi (vəkili) Vəkil1 ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh ilkin iddia ərizəsinə verdiyi etirazda və eyni zamanda qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, Hüseynova (Rəhimova (Hüseynova) ) Təranə İsa qızı ilə 2022-ci ilin noyabr ayında onun yanına kosmetoloji prosedura gəlmişdir. O, Cavabdeh yanına ümumi tanışlarının məsləhəti ilə gəlmiş və gələrkən burnunu kiçiltmək, qaşını qaldırmaq və dodaq dolğusu eləmək üçün müraciət etmişdir, Xumar xanım da bu prosedurların ümumi qiymətinin 400 manat olduğunu bildirmişdir. Təranə Hüseynova (Rəhimova (Hüseynova) ) bildirmişdir ki, üstündə 100 manat var, qalan 300 manatı sonra prokuror olan qardaşından alıb verə bilər. Eyni zamanda söhbət əsnasında Xumar xanım məlum olmuşdur ki, cavabdehlə olar eyni bölgədəndilər, yəni yerlidilər. Həm ümun tanışlarının olması, həm də yerli olduğunu nəzərə alaraq Cavabdehə dodaq dolğusu, burun kiçiltməsi proseduru və aparat ilə qaş qaldırma prosedurunu icra etmişdir. Təranə Hüseynova (Rəhimova (Hüseynova) ) üzünə edilmiş prosedurdan razı qalaraq getmişdir. Üstündən bir müddət keçdikdə o, Xumar xanımın yanına gələrək qəzaya düşdüyünü ona borclu olan 300 manatı ödəyə bilmədiyini və əlavə olaraq bir yerli kimi 1000 manat pul borca istədiyini bildirmişdir. Cavabdeh güvənib, onun vəziyyətini anlamağa çalışmış bir yerli kimi ona dəstək olaraq 1000 manat məbləğində ona borc pul vermişdir, lakin Təranə Hüseynova (Rəhimova (Hüseynova) ) xahişinə baxmayaraq əlavə pulsuz prosedur etməmişdir. İddiaçı (Hüseynova) cavabında isə belə olan halda ayrı kosmetoloq müraciət edəcəyini bildirmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh Hüseynova (Rəhimova (Hüseynova) ) Təranə İsa qızı ümumi tanışı vasitəsi ilə Cavabdeh iki ilə yaxın müddətdir ki, ondan 1300 manat pulu ala bilmədiyini, hüquq mühafizə orqanlarına artıq hüquq mühafizə orqanlarır müraciət etmək istəyindən xəbər tutmuş və üstündən heç bir həftə keçməmişdir ki, ona prokurorluqdan zəng gəlmiş və İddiaçı (Hüseynova) nın ondan şikayətçi olduğu bildirilmişdir. İşin faktiki halları həm yazılı məhkəməyə təqdim etdiyi etiraz və qarşılıqlı iddia ərizəsində həm də ibtidai istintaq dövründə verdiyi yazılı izahat və ifadələri ilə öz təsdiqini tapmışdır. Bugünki gün X13 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2022-ci ilin noyabr ayında Cavabdeh tərəfindən onun üzünə kosmetoloji əməliyyat edildiyini, 30 ədəd iynə vurulduğunu, sifətində patoloji vəziyyət yarandığını üzünün üç ədəd cərrahi əməliyyata ehtiyac olduğunu, hər birinin qiymətinin 3-5 min manat olduğunu, beləliklə üzünə 12.000 manat dəyərində maddi ziyan vurulduğunu + 300 manat prosedura ödənilmiş pulun geri qaytarılmasını, bu müddət ərzində keçirtdiyi stress və mənəvi iztirablara görə 10000 manat mənəvi ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş 10 hazırlıq iclası müddətində (xx.xx.2024-xx.xx.2025) aralığı Hüseynova Təranə və onun vəkili məhkəməyə bir neçə sənəd təqdim edərək onların sübut kimi qəbul edilməsini xahiş etmişlər. Belə ki onlardan bir qismi X5 qan və sidik analizlərini nəticəsi, Azərbaycan Tibb Universitetinin X1 xx.xx.2023-cü il tarixli maqnit rezonans müayinə protokolu (MRT), “Referans” X2 keçirilmiş xx.xx.2024-cü il USM müayinə vərəqi və onun video yazısı həmçinin Cavabdeh ilə telefon danışığı zamanı səs yazısı təşkil edir. İddiaçı X5 təqdim etdiyi sübutların heç biri onun üzündə baş verən deformasiyanın məhz Cavabdeh tərəfindən icra edilən kosmetoloji prosedur nəticəsində əmələ gəldiyini, onun üzünə vurulmuş ziyanın 12000 manat təşk etdiyini, hansı cərrahiyyə əməliyyata zərurət olduğunu, onun dəyərinin nə gədər təşk edildiyini təsdiq etməmişdir. Bundan başqa məhkəmənin öz mülahizəsi ilə topladığı sübutlara toxunulmalıdır: İş üzrə fərqli vaxtlarda və fərqli ekspertlər tərəfindən keçirilmiş üç ekspertiza rəylərini (xx.xx.2023-cü il tarixli 856/ KEŞ saylı, xx.xx.2024-cü il tarixli, 982/KEŞ sayl xx.xx.2024-cü il tarixli, 494/KEŞ saylı) azmış kimi məhkəmə iş üzrə öz mülahizəsi il dördüncü dəfə ekspertiza təyin etmişdir. Sonuncu xx.xx.2024-cü il tarixli, 1021/KEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyi əvvəlki ekspert rəylərinə uyğun rəy vermiş, Rəhimova (Hüseynova) Təranə İsa qızının üzündə konkret hansı kosmetoloji prosedurun həyata keçirildiyini, gözaltı ətrafda hər hansı kosmetoloji prosedurun olub-olmadığı suallarına cavab verməmişdir. Sonuncu ekspert rəyində ekspert X5 üzünü yeni tibbi müayinədən keçirməmiş, iş üzrə mövcud olan xx.xx.2023-ci il tarixli MRT nəticəsinə istinad etmişdir. Nəticə olaraq iş ürə keçirilmiş hər 4 ekspertiza rəylərində Rəhimova (Hüseynova) Təranə İs qızının üzündə konkret olaraq hansı kosmetoloji prosedurlarının müdaxilənin keçirilməsi kim tərəfindən keçirilməsi, onun üzünə hansı məbləğdə ziyan vurulması, o prosedurları nəticəsində onun sağlamlığına hansı dərəcədə ziyan vurulması müəyyən edilməmişdir. Bundan başqa məhkəmənin Azərbaycan Tibb Universitetinin X1 Plastik cərrahiyyə şöbəsinin müdiri Plastik rekonstruktiv və estetik cərrah Adil Cümşüdova ünvanladığı sorğuya cavabda X5 iddia tələbini təşkil edən məbləği təsdiq edən hər hansı sübut və ya məlumat öz əksini tapmamışdır. X5 üzündə baş verən deformasiyanın konkret olaraq Cavabdeh tərəfindən edilən kosmetoloji prosedur nəticəsində yarandığını işdə təsdiq edən sübut yoxdur. Belə ki Təranə Hüseynova iddia edir ki, Cavabdeh ona gün içində 30 ədəd üzünə iynə vurmuşdur və bunun müqabilində ona 300 manat pul vermiş, 100 manat borclu qalmışdır. Bu günki gün kosmetoloji prosedur nəticəsində vurulan 1 qram gelin ortalama qiyməti 250-300 manat təşkil etdiyi halda, Cavabdeh belə çıxır ki, 7500-9000 manat dəyərində olan proseduru, yəni 30 qr (30 iynə) geli Təranə Hüseynovanın üzünə bir gün içində və demək olar havayı etmişdir. İddia tələbi absurddur, rədd olunmalıdır. Bundan başqa Təranə Hüseynova bildirir ki, Xumar xanımın yanında 2022-ci ilin noyabr ayında olmuş və prosedurun sabahısı gün üzündə fəsadlar əmələ gəlmişdir. Lakin, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X13 üzündə iddia tələbində təsvir etdiyi kimi ciddi fəsadların əmələ gəlməsinə baxmayaraq nə bir dəlil olsun Cavabdeh işlədiyi yerə gəlmiş şikayətə, nə də ki həmin dövrd həkimə və xəstəxanaya müraciət etmişdir. İş materiallarına bunu təsdiq edən hər hansı sənəd yoxdur. Təranə Hüseynova dediyinə görə üzündə əmələ gələn ciddi fəsadlara baxmayaraq oturub düz bir ildən çox müddət sonra prokurorluğa müraciət etmişdir. İş materiallarına xx.xx.2024-cü il tarixli və tarixi məlum olmayan yeni cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarları mövcuddur. İbtidai istintaq dövründə Cavabdeh tərəfindən təqdim olunmuş, lakin gizli kameradan olduğu üçün sübut kimi iş materiallarına əlavə edilə bilməyən, lakin onun ifadəsində öz əksini tapmış məlumata görə X14 xanıma sonra həmin 1 il müddətində digər kosmetoloqa müraciət etmişdir. Məhkəmə baxışı zamanı dəvət olunmuş şahid X9 və X11 məhkəməyə verdikləri ifadələrində X10 tanıdıqlarını, onunla söhbət əsnasında onun ayrı kosmetoloqa müraciət etdiyini təsdiq etdilər. Ona görə də hesab edir ki, nə qədər ki, Hüseynova Təranənin üzündə baş verə biləcək deformasiyanın konkret olaraq hansı kosmetoloji prosedurlar nəticəsində, hansı preparatlarla olunduğunu, hansı nahiyyələrdə edildiyini, hansı vaxt aralığında dəqiq olaraq edildiyini müəyyən etmək mümkün deyilsə, iddiaçının bugünki gün 12.000 manat (havadan götürülmüş məbləğ) tələb etməsi tam əsassızdır. Həmçinin iddiaçı Hüseynova Təranənin 10.000 manat dəyərində mənəvi ziyan tələb etməsi tam olaraq əsassızdır. Belə ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfində tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizlik nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəb əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarına əlavə edilmiş cinayət işinin rədd qərarlarından görünür ki, Cavabdeh təqsiri müəyyən edilməmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdehə verdiyi 1000 manat borc pulun və kosmetoloji prosedura görə borclu qaldığı 300 manat borcun ona qeri qaytarılması barədə iddia tələbinin məhkəmədən təmin edilməsini xahiş edir. Belə ki iş üzrə şahid qismində dindirilmiş X9 məhkəmədə verdiyi ifadəsində təsdiq etmişdir ki, o Cavabdeh Təranə Hüseynovaya borc pul verməsinin şahidi olmuşdur. Əlavə olaraq iş üzrə dindirilmiş hər iki şahidin ifadələrindən məlum olmuşdur ki, Hüseynova Təranə və onun ailə üzvləri təkcə Cavabdeh pul almaq məqsədi ilə incitməmiş, eləcə də digər şəxsləri aldadaraq onlardan ya paltar almış pulunu ödəməmişlər, ya kirayədə qalmışlar kirayə pulunu ödəməmişlər. Hər məhkəmə iclasında Hüseynova Təranənin yaxın qohumlarının adlarını çəkərək yüksək vəzifələrdə işləməsini pafosla səsləndirməsi onun iddia tələbini sübut etməyə yetməməsi və bu kimi yollardan istifadə etməsi saxtakarlıq üzərində iddia tələbini qurduğuna əsas verir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Xumar və Təranə xanım 4 ilə yaxındır ki, tanıyır. 3-4 il əvvəl Təranə xanımgil onlardan “Lider studio”-nun yanında ev götürmüşdülər, evin pulunu 2-3 gün verməmişlər. Xumar xanım isə qonşularıdır, obyektləri yan-yana idi. Təranə xanımı 2-3 il əvvəl oğlu ilə gözəllik salonuna gələndə görürdü. Onu hər gördükdə deyirdi ki, yeni xanım tapmış, üzünü düzəldəcək. Hətta təqribi 400 manat da borclu qaldığını bildirmişdi. Təranə xanım Xumar xanımın yanına gəlirdi. İki il olar ki, Təranə xanım gəlib gedirdi və o, Təranə xanımı görürdü. Təxmini Təranə xanımı 4-5 dəfə görmüşdür. Təranə xanım özü dedi ki, proseduru 400 manat məbləğinə danışmışdır. Prosedurun ödənişin etməmişdi, üstəlik borc da almışdı.Sonra Təranə xanımdan eşitmişdir ki, başqa bir kosmetoloqun yanında olub və həmin şəxs üzünü pis hala salıb. Təranə xanım bir neçə gün öncə ona zəng edərək onu hədələmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada qadın geyimləri satmaqla məşğuldur. Salonlarda müştərilərə paltarlar təklif edərək geyim satır. Buna görə də bir çox gözəllik salonunda onu tanıyırlar, eləcə də Xumar xanımın salonuna gedib müştərilərə paltarlar təklif etmişdir. Həmin salona Təranə xanım 2023-cü ilin qış aylarında, daha dəqiq desə noyabr ayında salona gəlmişdi. Təranə xanımla Xumar xanım arasında pul haqq-hesabı olmuşdur. Pulun məbləğ barədə məlumatı yoxdur. Həmin ərəfələrdə Təranə xanımı yenə görmüşdür. Ondan geyim almışdır. Tərəfləri belə tanımışdır. Bir dəfə də Təranə xanımı görmüş və xanım həmin vaxtda üzündən şikayət etmişdir. Xumar xanımdan müəyyən məbləğdə pul aldığından üzündə yaranan problemlə bağlı başqasının yanına getmişdir. Təranə xanımın getdiyi başqa kosmetoloqun kimliyi barədə məlumatı yoxdur. Təranə xanımı Xumar xanımın etdiyi prosedurdan şikayət etdiyini görməmişdir. Xumar xanım pul vəsaitini onun gözləri önündə verilmişdir,lakin hansı məbləğdə pul verildiyini görməmişdir. Təranə xanımın əri ilə aralarında məhkəmə mübahisələri olmuşdur. İş materialları: İlk iddia üzrə Cavabdeh məhkəməyə ilk iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, ona görə də rədd edilməlidir. Belə ki, o, Rəhimova (Hüseynova) Təranə İsa qızı ilə 2022-ci ildə yanına kosmetoloji prosedura gələn müştəri kimi tanış olmuşdur. O, yanına ümumi tanışlarının məsləhəti ilə gəlmiş və gələrkən burnunu kiçiltmək, qaş qaldırmaq və dodaq dolğusu üçün müraciət etmişdir. O da İddiaçı (Hüseynova) ya bu prosedurların ümumi qiymətinin 400 manat olduğunu bildirmişdir. İddiaçı (Hüseynova) bildirmişdir ki, üstündə 100 manat var, qalan 300 manatı sonra prokuror olan qardaşından alıb verə bilər. Eyni zamanda söhbət əsnasında ona məlum olmuşdur ki, İddiaçı (Hüseynova) ilə onlar eyni bölgədəndirlər, yəni yerlidirlər. Həm ümumi tanışlarının olması, həm də yerli olmalarını nəzərə alaraq o, cavabdehə inanıb sonuncuya dodaq dolğusu, burun kiçiltməsi inyeksiya proseduru və aparat ilə qaş qaldırma prosedurunu etmişdir. İddiaçı (Hüseynova) onun tərəfindən edilmiş prosedurdan razı qalaraq getmişdir. Üstündən bir müddət keçdikdə İddiaçı (Hüseynova) onun yanına gələrək qəzaya düşdüyünü, ona borclu olduğu 300 manatı ödəyə bilmədiyini və əlavə olaraq ondan bir yerli kimi 1.000 manat borc pul istədiyini bildirmişdir. O, İddiaçı (Hüseynova) ya güvənib, sonuncunun vəziyyətini anlamağa çalışıb bir yerli kimi dəstək olaraq 1.000 manat məbləğində borc pul vermişdir. Sonradan İddiaçı (Hüseynova) yenidən yanına gələrək yeni prosedur etdirmək istədiyini bildirmişdir. Lakin o, İddiaçı (Hüseynova) ya keçən dəfəki prosedura görə 300 manat borclu qaldığını və bu səbəbdən, pulsuz prosedur etmədiyini bildirmişdir. İddiaçı (Hüseynova) cavabında ona ayrı kosmetoloqa müraciət etdiyini bildirmişdir. 2023-cü ilin sonlarında o, ümumi tanışları ilə söhbət edərkən İddiaçı (Hüseynova) nın ona iki ilə yaxındır 1.300 manat pul borclu olduğunu, bu müddət ərzində pulu qaytarmaqdan yayındığını və artıq hüquq mühafizə orqanlarına müraciət etmək istəyini bildirmişdir. Həmin söhbətin üstündən təxminən bir həftə keçmişdir ki, prokurorluqdan zəng gəlmiş və İddiaçı (Hüseynova) nın ondan şikayətçi olduğu bildirilmişdir. Qeyd edir ki, İddiaçı (Hüseynova) onun şikayət edəcəyini bilib, şər-böhtan xarakterli şikayət ərizəsi ilə Nəsimi rayon prokurorluğuna sağlamlığına ziyan vurulma ilə bağlı müraciət etmişdir. Halbuki bu müddət ərzində İddiaçı (Hüseynova) nın onun etdiyi kosmetoloji prosedurdan hər hansı şikayəti olmamışdır. Eyni zamanda bildirir ki, İddiaçı (Hüseynova) onun yanında cəmi 1 dəfə prosedurda olmuş və bu 2 il müddətində üzündə hər hansı problemlərin əmələ gəlməsi barədə ona heç nə bildirməmişdir. İddiaçı (Hüseynova) nın üzündə problem yaranmış olsa da belə, onun etdiyi prosedurla heç bir əlaqəsi olmamışdır. Belə ki, ilk növbədə iddia ərizəsində İddiaçı (Hüseynova) göstərmişdir ki, o, ağız hissəsinin kənarında olan mimika xətlərini götürmək üçün kosmetoloji əməliyyat etmişdir. Daha öncə bildirdiyi ki, o, İddiaçı (Hüseynova) ya yalnız bir dəfə olmaqla burunun kiçiltməsi proseduru və dodaq dolğusu proseduru (inyeksiya) və aparatla qaş qaldırma proseduru etmişdir. Onun etdiyi prosedurun ağız hissəsinin ətrafında olan mimika xətlərinin izlərinin itirilməsinə hər hansı aidiyyatı olmamışdır və eyni zamanda onun tərəfindən hər hansı kosmetoloji əməliyyat aparılmamışdır. Bundan başqa, İddiaçı (Hüseynova) iddia ərizəsində göstərmişdir ki, yanında olduğu günün səhərisi üzündə problem yaranmış və bu problemlərin aradan qaldırılmasına da o, sonuncuya məsləhətlər vermişdir. Bu ağ yalandır, çünki İddiaçı (Hüseynova) bu prosedurdan sonra ona təkrar prosedur üçün müraciət etmiş, o, pulsuz etməyəcəyini bildirdikdən sonra ayrı kosmetoloqun yanına getmişdir. Bundan başqa, İddiaçı (Hüseynova) iddia ərizəsində göstərir ki, guya dəfələrlə onunla əlaqə saxlamağa çalışmış, lakin qəbuluna düşə bilməmişdir. İlk öncə vurğulamaq lazımdır ki, İddiaçı (Hüseynova) onun yanında şəxsən olmuş, iş yerini tanımış, telefon nömrələrinə bələd olmuşdur. İddiaçı (Hüseynova) nın onun qəbuluna düşə bilməməsinə dair əsasları gülməlidir. Bir insanın üz nahiyəsində problemlər əmələ gəlsə, onun həmin problemə dair hər hansı hərəkət etmədən oturub 2 ilə yaxın müddət gözləməsi mümkün deyil. İddiaçı (Hüseynova) birdən-birə şər-böhtan xarakterli şikayət ərizəsi ilə prokurorluğa müraciət etmişdir. İddiaçı (Hüseynova) nın onun barəsində prokurorluğa müraciət etməsi, istədiyi nəticəni ala bilmədiyindən bu gün ona qarşı iddia tələbi qaldırmasının əsas səbəbi sonuncunun ona olan borc məbləğini qaytarmadığı üçün lazımi instansiyalara müraciət edəcəyini bildirməsi olmuşdur. Həmçinin bildirir ki, İddiaçı (Hüseynova) göstərir ki, onun üzünə 30 ədəd iynə vurulub, gündə bir prosedur müddətində bir pasientin üzünə 30 ədəd inyeksiya vurmaq mümkünsüzdür. Bu proses dəfələrlə davam etməlidir ki, pasientin üzündə 30 ml yaxınlığa yığılsın. Ona görə də, İddiaçı (Hüseynova) nın dedikləri ilə işin faktiki halları üst-üstə düşmür. Eyni zamanda, o, istintaq orqanına İddiaçı (Hüseynova) nın ondan sonra ayrı kosmetoloqa müraciət etdiyini, onun yanında prosedurlar etdiyinə dair sübutlar təqdim etmişdir. Bundan başqa, İddiaçı (Hüseynova) nın üzündə əmələ gələn problemlərin məhz hansı prosedur nəticəsində əmələ gəldiyi, hansı tarixdə edilən prosedurdan əmələ gəldiyi və eyni zamanda sifət nahiyəsinə hansı dərəcəli ziyanın vurulması və bu problemin aradan qaldırılması üçün nə gədər xərc çəkildiyinə dair iddia ərizəsinə hər hansı sübut əlavə olunmamışdır. Ona görə də, İddiaçı (Hüseynova) nın iddia ərizəsində göstərdiyi maddi ziyan məbləği hər hansı sübutlarla öz təsdiqini tapmır. Bundan başqa, İddiaçı (Hüseynova) nın guya üzündə əmələ gələn problemlərdən savayı psixoloji sarsıntı keçirtdiyini, mənəvi iztirablar çəkdiyi və stress hissi yaşadığı üçün mənəvi ziyan tələb etməsi şəxsən onun üçün heç ağlabatan deyil, hətta gülməlidir. Çünki həmin şəxs onun yanına gəlib borc pul almış, dəfələrlə onunla telefon əlaqəsi saxlayaraq ona olan borcu qaytaracağına dair söz vermiş, yalnız 2023-cü ilin sonunda onun şikayətçi olacağını bilib onu qabaqlayaraq prokurorluğa şikayət etmişdir. Həqiqətən İddiaçı (Hüseynova) nın iddia ərizəsində göstərdiyi xüsusatlar hər hansı sübuta, fakta söykənmir, onu qorxudaraq ondan pul almaq və şikayətçi olaraq borc məbləğini ona bağışlamaq kimi məqsəd daşıyır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı (Hüseynova) nın ona qarşı qaldırdığı iddia tələbinin əsassız və qanunsuz olduğundan rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli «Maqnit rezonans müayinə protokolu»ndan görünür ki, Rəhimova (Hüseynova) Təranə İsa qızında üzdə solda infraorbital, hər iki tərəfdə buccal və perioral nahiyədə dərialtı toxumalarda fokal STİR hiperintens sahələr (postop dolğu materialı), bu nahiyədə dəri-dərialtı yumşaq toxumalarda minimal qalınlaşma və ödem mövcuddur. Nəsimi rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Rəhimova (Hüseynova) Təranə İsa qızının müraciəti əsasında toplanmış 452-c-23 nömrəli material üzrə Cavabdeh əməlində cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı (Hüseynova) ya kosmetoloji prosedur nəticəsində ona dəymiş zərərlə bağlı, Cavabdeh isə borc olaraq verdiyi pulun qaytarılması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qərardan görünür ki, izahatına əsasən İddiaçı (Hüseynova) Cavabdeh ilə proseduru 600 manata razılaşdığını, 300 manat ödəniş etdiyini və 300 manatı da sonra ödəyəcəyini bildirmişdir.Cavabdeh isə izahatında prosedurun 400 manat razılaşdırıldığını bildirmiş, həmin məbləğin ümumiyyətlə ödənilmədiyini qeyd etmişdir. Cavabdeh lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmaqla Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək icra olunması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Cavabdeh inzibati məsuliyyətə cəlb olunaraq barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika-Karantin Mərkəzi” PHŞ tərəfindən verilmiş AZ031RSK4234 nömrəli xx.xx.2021-ci il tarixli gigiyenik serifikatın surətindən görünür ki, “Biopolimero 350CP” adlı kosmetik vasitə (gel) təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş və sanitar norma və qaydalarının tələblərinə cavab verir. “Referans” X7 və Poliklinikasının xx.xx.2024-cü il tarixli USM müayinəsinin nəticə vərəqəsindən görünür ki, xx.xx.1974-cü il tarixli Təranə Hüseynovanın USM müayinəsi nəticəsində sol ağızətrafı büküşdə skula ətrafında süni polimerlər və maye toplanması izlənmişdir. Məhkəmənin məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» PHŞ-nin xx.xx.2024-cü il tarixli KEŞ-1021 saylı ekspert rəyindən görünür ki, Rəhimova (Hüseynova) Təranə İsa qızının mütəxəssis müayinəsi zamanı hazırda onun üz nahiyəsində bir qədər assimmetriya, aparılmış MRT müayinəsində isə üzün sol nahiyəsində infraorbital, hər iki tərəfdə bukkal və perioral nahiyədə dərialtı dolğu materialının olduğu müəyyən edilmişdir ki, bu da aparılmış kosmetoloji manipulyasiyaların qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Assimmetriyanın aradan qaldırılması üçün hazırda cərrahi yolla dərialtı dolğuların çıxarılmasına ehtiyac vardır. Hər hansı digər xəstəliklərin mövcudluğu və ya dərmanların qəbulu nəticəsində İddiaçı (Hüseynova) üzündə deformasiyanın əmələ gəlməsi istisna edilir. İddiaçı (Hüseynova) anamnestik məlumatına əsasən, ona kosmetoloji manipulyasiyaların (süni dolğu prosedurunun) xx.xx.2022-ci il tarixdə aparılması istisna edilmir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin X1 xx.xx.2025-ci il tarixli məktubu ilə həkim Adil Cümşüdovun cavabında göstərilmişdir ki, Təranə Rəhimə təxminən 1 il əvvəl üzündə yaranan mövcud gellərin yaratdığı fəsadlarla bağlı şikayət etmişdir. Xəstə əvvəlcə fiziki müayinə olunmuşdur. Daha sonra üz nahiyəsində magnetik rezonans tomoqrafiya müayinələrindən keçmişdir. Xanıma hormonal və steroid müalicəsi tövsiyə edilmişdir. Bundan əlavə üzdəki gellərin mütəmadi olaraq reaksiya verərək aktivləşdiyi üçün cərrahi əməliyyat tövsiyə olunmuşdur. Əməliyyat onların mərkəzdə texniki imkanların çatışmazlığı səbəbindən icra edilə bilməmişdir. Bu əməliyyatın digər tibbi mərkəzlərdə və ya daha yüksək texnologiyalı xəstəxanalarda (xüsusilə xarici ölkələrdə) aparılması daha məqsədəuyğun hesab edilir. Əməliyyatın dəqiq qiyməti məlum deyil, çünki mərkəzdə həmin əməliyyat həyata keçirilmir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı tərəfindən təqdim edilərək tədqiq edilmiş CD diskdəki görüntüdən görünür ki, iddiaçı X13 ultrasəs müayinəsindən keçmişdir. Müayinə zamanı gedən söhbətin məzmunundan müəyyən olunur ki, şəxsin üzündə əmələ gəlmiş kistalar (şişlər) və yaranmış iltihab cərrahi əməliyyat tələb edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı tərəfindən təqdim edilərək tədqiq edilmiş CD diskdəki səs yazısında X14 Məcidovadan onun üzündə yaranmış nöqsanların aradan qaldırılması üçün tədbirlər görməsini tələb etmiş, Cavabdeh isə məsələni həll edəcəyini, onu həkimə aparacağını, üzündəki gelləri çıxartdıracağını ona vəd etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: İşin faktiki halları ilə müəyyən edilən hal ondan ibarətdir ki, ilk iddia üzrə Cavabdeh kosmetoloq kimi fəaliyyət göstərərək ilk iddia üzrə iddiaçı Hüseynova (Rəhimova) Təranə qızına kosmetoloji prosedurlar həyata keçirərək üz nahiyəsinə bəzi biopolimer maddələr tətbiq etmişdir.Cavabdeh tibb təhsilinin olmamasından və ya tətbiq edilən kimyəvi maddələrin keyfiyyətindən irəli gələrək tətbiq edilmiş prosedur ilk iddia üzrə iddiaçının üz nayihəsində müəyyən fəsadlara səbəb olmuşdur. İlk iddia üzrə iddiaçının dəlilləri və tələbi cavabdeh tərəfindən onun üzündə həmin qüsurlu prosedurların aradan qaldırılması üçün müalicələrin (tibbi müdaxilələrin) dəyərinin və mənəvi zərərin ödənilməsindən ibarətdir. İddiaçının üzərində qüsurlu icra edilmiş kosmetoloji prosedurları cavabdeh hər nə qədər inkar etmiş olsa da, həmin prosedurları məhz Cavabdeh icra etməsi aparılmış məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Belə ki, təqdim edilmiş sübutların məcmusu (tərəflərin məhkəmə iclasında verdikləri izahatlar, tərəflər arasında telefon danışıqlarının səsyazıları, məhkəmə iclasında dindirilmiş şahid ifadələri,keçirilmiş tibbi ekpertizanın rəyi,cinayət təqibi orqanında aparılan araşdırma zamanı tərəflərin izahatları) ilə bu qənaətə gəlmək olur ki, hazırda ilk iddia üzrə iddiaçının mübahisələndirdiyi qüsurlu kosmetoloji müdaxilələri məhz Cavabdeh icra etmişdir. İstər tərəflər arasında məhkəmə mübahisəsindən daha əvvəl ilk iddia üzrə iddiaçı tərəfindən cinayət təqibi orqanında aparılmış araşdırma nəticələrinə, habelə tərəflər arasında olan telefon danışıqlarının səsyazısına əsasən məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri əsaslı sayılmalıdır. İlk iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçının üz nahiyəsində aparılmış kosmetoloji prosedurların (manipulyasiyaların) nəticəsində üz görünüşündə assimmetriya və s. yaranmışdır. Ekspert rəyində qeyd edildiyi kimi, meydana nəticə aparılmış kosmetoloji manipulyasiyaların qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Bunun əksinə olaraq Cavabdeh sanki ilk iddia üzrə iddiaçının ondan başqa digər kosmetoloqlara müraciəti ilə üzündə qüsurların yaranmasına dair dəlilləri isə tamamilə əsassızdır və bu dəlilləri məhkəmə şəxsin məsuliyyətdən boyun qaçırmaq məqsədilə irəli sürdüyünü qeyd edir.İlk iddia üzrə Cavabdeh iddiaçının üzündəki qüsurlu prosedurların başqa kosmetoloq tərəfindən icra edilməsinə dair dəlilləri heç bir mötəbər sübutla öz təsdiqi tapmamışdır.Məhkəmə xüsusilə vurğulayır ki, X5 Cavabdeh onun üzündə apardığı prosedurdan sonra başqa kosmetoloqa fəsadların aradan qaldırılması məqsədilə müraciət etməsi ehtimalı ola bilər, lakin məhz qüsurlu prosedura cavabdehlik daşıyan şəxsin Cavabdeh olması isə mübahisəsizdir. Xüsusilə tərəflər arasında baş tutmuş telefon danışığında X14 Məcidovaya onun üzünün əvvəlki vəziyyətə qaytarılmasını, həmin vəziyyətin aradan qaldırılması üçün X12 Məcidovanın onu yönləndirdiyi həkimin əməliyyat üçün razılıq verməməsini, digər həkimlərin isə xeyli miqdarda pul vəsaitinin zəruri olmasını bildirməsi, Cavabdeh isə məsələni həll edəcəyinə və hər şeyin düzələcəyinə dair vədlərini başqa cür qiymətləndirmək mümkün deyil. Məhkəmə iclasında Cavabdeh sanki kimlərinsə məsləhəti ilə özünün təqsirsizliyini sübuta yetirmək üçün sübutlar əldə etmək və zaman qazanmaq məqsədilə Təranə Hüseynova ilə bu formada danışığını əsaslandırması ümumiyyətlə ağlabatan deyildir. Məhkəmə qeyd edir ki, heç bir kəs istəməz ki, onun faydalanmaq, hazırki halda xanımlar arasında geniş vüsət almış gözəlləşmək (cavanlaşmaq) məqsədilə müraciət etdiyi kosmetoloji müdaxilədən əksinə zərər görsün.Hazırki halda iddiaçının sifət nahiyəsində aparılmış kosmetoloji prosedurların qüsurlu olmasında Cavabdeh təqsiri olsa da, ilk iddia üzrə iddiaçının ilk iddia üzrə cavabdehdən dəymiş maddi zərərə görə 12000 manat məbləğində pulun tutulmasına dair dəlilləri isə öz təsdiqini tapmamışdır. Belə ki, aparılmış məhkəmə aradırması zamanı ilk iddia üzrə iddiaçı iddia tələbinin vurulmuş maddi zərərə görə məhz 12000 manat məbləğində pulun tutulmasına dair hissəsini sübuta yetirə bilməmişdir.Təqdim edilmiş heç bir mötəbər sübut ilk iddia üzrə iddiaçıya dəymiş maddi ziyanın nəinki 12000 manat, hətta istənilən digər bir məbləğ təşkil etməsini deməyə əsas vermir. Odur ki, ilk iddia üzrə iddiaçının iddia tələbi cavabdehdən məhz 12000 manat məbləğində maddi ziyanın tutulması hissəsində təmin edilə bilməz və bu hissədə iddia rədd edilməlidir. Məhkəmə ilk iddia tələbinin kosmetoloji prosedura görə 300 manat ödənişin qaytarılması tələbi ilə bağlı qeyd edir ki, ilk iddia üzrə iddiaçı cinayət təqibi orqanında izahatında cavabdehlə həmin proseduru 600 manata razılaşdırdıqlarını və həmin məbləğdən 300 manat ödəniş etdiyini, qalan məbləği isə sonra ödəyəcəyini bildirmişdir.Göründüyü kimi iddiaçının özünün bildirməsinə görə o, prosedurun qalan məbləğini tam olaraq ödəməmişdir. Digər tərəfdən isə ilk iddia üzrə cavabdeh cinayət təqibi orqanında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında kosmetoloji prosedur 400 manata razılaşdırılmış və İddiaçı isə cəmi 100 manat ödəniş etmişdir.Göründüyü kimi tərəflər arasında kosmetoloji prosedurun həqiqətən də hansı məbləğdə razılaşdırılması ilə bağlı tərəflər ziddiyyətli fikirlər bildirmişlər. Hazırda ilk iddia üzrə iddiaçı ödədiyi 300 manat pulun ona qaytarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı isə qarşılıqlı iddia üzrə cavabdehin ödəmədiyi 300 manat pulun onun xeyrinə tutulmasını tələb edir.İlk iddia üzrə iddia tələbi və qarşılıqlı iddia üzrə iddia tələbi bu hissədə biri digərinin ödənilməsinə yönəldiyindən məhkəmə hər iki iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlir. İlk iddiaçı tələbi üzrə iddiaçının ödəməsini irəli sürdüyü 300 manat tərəlfər arasında razılaşdırılmış kosmetoloji xidmətin dəyərini təşkil etmişdir və hər bir halda həmin pulun geri qaytarılması tərəflər arasında razılaşdırılmamışdır və bundan başqa iddiaçı ona ziyan dəyməsini hesab etdiyi üçün hər bir halda ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malikdir ki, bu hüququndan da istifadə etmişdir.Odur ki, ilk iddia tələbinin bu hissədə əsaslı hesab edilməsinə dair da sübutlar mövcud deyildir.Digər tərəfdən isə qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən edilmiş prosedura görə 300 manat məbləğində pul borclu qaldığını bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçının icra etdiyi prosedur nəticəsində qarşılıqlı iddia üzrə cavabdehə tam maddi dəyərini müəyyən etmək mümkün olmasa da, zərər vurulması faktdır. Üstəlik də qüsurlu icra edilmiş prosedura görə ödənişin tələb edilməsi ədalətli hesab edilə bilməz. Məhkəmə ilk iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 10000 manat mənəvi ziyana görə pul tutulması hissəsini isə qismən əsaslı hesab edir. Belə ki, yuxarıda da qeyd edilən işin faktiki hallarına və öz təsdiqini tapmış əsaslarına görə ilk iddia üzrə Cavabdeh icra etdiyi kosmetoloji prosedurlara görə Təranə Hüseynovanın sifətində assimmetriya, deformasiya və s. vizual və dəridaxili problemlər yaranmışdır. İnsan vücudunun onun mənəvi dünyasına öz təsiri baxımından ən həssas bölgəsi kimi insanın sifət nahiyəsinin, üzünün, simasının yeri mübahisəolunmazdır. Hətta Avropa Məhkəməsinin bir sıra presedentlərində insanın məhz sifətinə bir sillənin vurulması insana qarşı işgəncə səviyyəsində olan davranış kimi qiymətləndirilmişdir. Qanun və məhkəmə qarşısında kişi və qadın bərabər olsalar da, qeyd etmək lazımdır ki, xüsusilə də xanımlarda insan vücudunun digər hissələrində aparılmış nöqsanlı tibbi müdaxilələrdən daha çox məhz üz nahiyəsini daha əhəmiyyətli hesab etmək olar. Qadınlar üçün simanın təravətli görünüşünün xüsusi əhəmiyyət kəsb etməsinin nəticəsidir ki, bəşər tarixi boyu demək olar ki, hər zaman xanımlar üzlərinə daima xüsusi diqqətlə yanaşaraq müxtəlif kosmetoloji prosedurlardan faydalanmağa çalışmışlar.Dövrümüzdə isə bu prosedurların miqyası kifayət qədər böyükdür. Bir sözlə məhkəmə bu qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçının üz nahiyəsində aparılmış qüsurlu kosmetoloji prosedurlara görə ona mənəvi ziyan dəyməsi mübahisəsizdir. Bütövlükdə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçının sifətində və ümumiyyətlə səhhətində aparılması zəruri olan müalicə ilə əlaqədar əlavə qayğıları və fobiyaları (qorxu) yaranmış, bu da istənilən insanda olduğu kimi onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, diskomfort hisslər keçirmiş, mahiyyət etibarı ilə mənəvi əzab (iztirab) çəkmişdir.Odur ki, məhkəmə ilk iddia üzrə iddiaçıya dəymiş mənəvi zərərə görə ilk iddia üzrə cavabdehdən iddiaçının mənəvi dünyasında xoş emosiyalar yarada biləcək həddə- 3000 manat məbləğində kompensasiyanın tutulmasını əsaslı hesab edir. İlk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçının üzündə fəsadların yaranmasında başqa şəxslərin təqsirli olması ilə bağlı dəlilini təsbit etmək məqsədilə onun vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində sanki Təranə Hüseynovanın ona Cavabdeh deyil, başqa kosmetoloqun onun üzündə qüsurlara səbəb olan prosedur etmələrinə dair ifadəsini məhkəmə əhəmiyyətsiz hesab edir,şahidin ifadələrini Cavabdeh dəlillərinə qiymət vermək baxımından qeyri-dəqiq hesab edir. İstər mülki mübahisə üzrə aparılmış məhkəmə -tibbi ekspertizasının müvafiq rəyi ilə istərsə də, cinayət təqibi orqanında aparılmış araşdırma zamanı keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyində Təranə Hüseynovanın üzündə aparılmış qüsurlu kosmetoloji prosedurlar nəticəsində assimmetriya və s. yaranması öz təsdiqini tapmışdır, həmin ekspert rəyləri işin araşdırılmış halları ilə uyğun olduğundan və obyektivliyinə şübhə olmadığından mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə bir daha qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.Hazırki ilk iddia tələbi üzrə Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsi təkzib edilməsə də, məhkəməyə dəymiş zərərin həcmini müəyyən etməyə imkan verən mötəbər sübutlar təqdim edilməmişdir. Bununla belə ilk iddia üzrə cavabdeh tərəfindən vurulmuş zərərin fonunda ilk iddia üzrə iddiaçının mənəvi zərərə məruz qalması tam aşkardır. Məhkəmə ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Xumar Mərdanovanın qarşılıqlı iddia üzrə cavabdehdən 1000 manat məbləğində borc, 300 manat məbləğində prosedura görə yaranan borcun tutulması tələbi ilə bağlı bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh Təranə Hüseynovaya sanki 1000 manat məbləğində borc verdiyini iddia edərək həmin məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını tələb etsə də, qarşılıqlı iddia üzrə iddiaçının bu dəlilləri heç bir mötəbər sübuta əsaslanmamışdır. Hətta qarşılıqlı iddia üzrə iddiaçı tələbini təsdiq edəcək sübut kimi şahid qismində dindirilməsi barədə vəsatət verdiyi X3 ifadəsini qeyd etsə də, qarşılıqlı iddiada qeyd edilən 1000 manat məbləğində borcun verilməsini belə Turanə Abbasova tam dəqiqliklə bildirə bilməmiş, Cavabdeh tərəfindən Təranə Hüseynovaya pul verilməsinin şahidi olduğunu bildirsə də, həmin pulun Təranə Hüseynovaya nə məqsədlə verildiyini və hansı məbləğdə pulun verildiyini dəqiqliklə göstərə bilməmişdir. Məhkəmə qeyd edir ki, tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxsin dəqiq olmayan məlumatlarına əsasən Cavabdeh tərəfindən Təranə Hüseynovaya məhz 1000 manat məbləğində borcun verilməsi qənaətinə gəlmək olmaz. Habelə qarşılıqlı iddia tələbinin kosmetoloji prosedura görə 300 manat məbləğində pulun tutulması barədə tələbni də məhkəmə ilk iddia üzrə iddiaçının eyni əsasla irəli sürdyüü tələbi müqayisəli şəkildə qiymətləndirməklə həmin tələbin də əsassız olduğu qənaətinə gəlmişdir.Beləliklə məhkəmə qarşılıqlı iddianın yalnız ilk iddiaçıya qarşı hər hansı tələb irəli sürmək naminə verilmiş iddia olduğunu hesab edir. Odur ki, qarşılıqlı iddia tamamilə əsassızdır və rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia mənəvi zərərin tutulmasına dair hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə işin hallarına uyğun olaraq vurulmuş mənəvi zərərə görə 3.000 manat tutulmalıdır.İlk iddia qalan hissədə təmin edilməməlidir.Qarşılıqlı iddia tələbi isə bütövlükdə rədd edilməlidir. İlk iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50 manat dövlət rüsumu Cavabdeh iddiaçı X5 xeyrinə tutulmalıdır. İlk iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı X5 Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilk iddiası qismən təmin edilsin, vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat pul vəsaiti ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçı X5 xeyrinə tutulsun. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X8 qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50 (əlli) manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçı X5 xeyrinə tutulsun. İlk iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-192/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-192/2025
06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver