Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1928/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5N.0 kv. metr iddiaçının mülkiyyətində olan əmlakın qəzalı vəziyyətə salaraq zədələməsi və məhv etməsi nəticəsində ona dəyən real zərərin əvəzi olaraq 130.000 manat, əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manat, 10.000 manat mənəvi zərər, ümumilikdə 178400 manat və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 izahatında bildirdi ki, İsayev XN Qoşunların N saylı hərbi hissəsin də tərbiyə işləri üzrə komandir müavini vəzifəsində, polkovnik leytenant rütbəsində xidmət edir. N000-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi qulluq edir. Hərbi hissə komandirinin 57№-li N mart N3-cü il tarixli əmrindən çıxarışdan göründüyü kimi DQ-ın Lənkəranda yerləşən N saylı hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsində, hərbi hissə komandirinin N № li N noyabr N7-ci il tarixli əmrindən göründüyü kimi DQ-ın Hacıqabul şəhərində yerləşən hərbi hissəsində tərbiyə işləri üzrə komandir müavini vəzifəsində hazırda xidmət edir. ünvan 1 ünvanında yerləşən həmin mənzil 16.10.N004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Evlidir, həyat yoldaşı, bir qızı və iki oğlu vardır. Nəsimi rayon Mənzil Kommunal “X1 15 saylı MKİ Sahəsinin verdiyi 401 saylı N9.1N.N0N0-ci il tarixli arayışından görünür ki, adı çəkilən mənzildə o, həyat yoldaşı X7, qızı- X4, oğlu-X5 və oğlu- X8 qeydiyyatda olmaqla yaşayırlar. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı 31.N.N005-ci il tarixli Sərəncamına əsasən, Bakı şahəri, Nəsimi rayonu, R.Behbudov, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında 1.388.8 ha torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Həmin sərəncamda “ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikilərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh firması tərəfindən həll edilməsi” tapşırılmışdı. N3-cü ilin mart ayında o X3 yerləşən hərbi hissəsinə təyinat alaraq ailəsilə oraya yaşamağa getmiş və bundan sonra, yəni N3-cü ilin iyun ayında Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq ona məxsus ünvan N ünvanında yerləşən fərdi yaşayış evi tamamilə dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Nəsimi rayon Mənzil Kommunal X1 15 saylı Mənzil Kommunal İstismarı Sahəsi bu mənzilə baxış keçirmiş və N9.1N.N0N0-ci il tarixli akt tərtib etmişdir. Aktdan görünür ki, “İddiaçı mənzilinə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdi ki, mənzil demək olar ki, qəzalı vəziyyətə düşmüşdür. Belə ki, mənzilin divarlarında çatlar yaranmış, mənzilin daxilindən mənzilin çöl tərəfi görünür, mənzilin dam örtüyü yararsız vəziyyətə düşmüş, yağış suları mənzilə axır, şüşəbənd hissədə də çatlar var”. Nəsimi rayon Mənzil Kommunal X1 15 saylı MKİS-nin çəkdiyi mənzilin sxemindən göründüyü kimi qəzalı vəziyyətə salınan ünvan N ünvanında yerləşən mənzilin - yaşayış otağının sahəsi N0,5 kv. metr, hamam 8 kv.metr, mətbəx 7,0 kv.metr, şüşəbənd 1N,0 kv metr, dəhliz 3 kv metr, ayaqyolu 1.5 kv.metr, cəmi olaraq 5N,0 kv.metrdir. (15 saylı MKİS tərtib etdiyi sxemin əslini əlavə edir). Əlavə olaraq qeyd edir ki, xüsusi mülkiyyətində olan bu mənzilin həyətyanı sahəsi də onların istifadəsində olmuşdur. Cavabdeh MMC-nin rəhbərliyi ərazidə, yəni, Ş. Əzizbəyov küçəsi ilə Bülbül prospektinin kəsişməsindən N0-NN mərtəbəli yaşayış binası tikib başa çatdırmış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı 31.N.N005-ci il tarixli Sərəncamının müddəalarını yerinə yetirməyərək ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsin təmin etməmiş, əksinə ətrafda sakinlərin evlərinin yerləşməsinə baxmayaraq, tikintini davam etdirmiş və vətəndaşlara məxsus evləri qəzalı vəziyyətə salmış, qaz, su, işıq və digər kommunal xətlərini zədələmiş, xüsusi mülkiyyətdə olan əmlakları məhv etmişdir. Tərəfindən dəfələrlə Cavabdeh MMC-nin rəhbərlərindən olan Eldar Məmmədəliyev və Zabit adlı şəxsə müraciətləri və görüşlərinin nəticəsiz qalmış, cavabdeh nə onu müvafiq mənzillə təmin etmiş, nə də pul kompensasiyasını ödəməmişdi. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, iddiaçının iddi tələbinin təmin olunmasına yönəlmiş cəhdlərindən biri də hazırki mübahisə predmeti olan mənzilə dair məhkəməyə yanlış məlumat verməsidir. Belə ki, iddiaçı iddia ərizəsində ümumi sahəsi 5N,0 kv.metr olan mənzilin onun mülkiyyətində olmasını qeyd edir və bu faktı 16.10.N004cü il tarixli Qeydiyyat Vəsiqəsinə istinad edərək “əsaslandırır”. Halbuki, həmin Qeydiyyat Vəsiqəsindən görünür ki, mənzilin yalnız 1 yaşayış otağı iddiaçının mülkiyyətindədir, mənzilin digər 3 yaşayış otağı isə ayrı-ayrılıqda digər şəxslərin mülkiyyətində olmuş, sonradan həmin şəxslərlə cavabdeh arasında qarşılıqlı razılıq əldə edilmiş, həmin şəxslərin köçürülməsi təmin edilmişdir. Ümumi sahəsi 60 kv.metr olan mənzilin 1 otağına mülkiyyət hüququ olduğu halda, iddiaçı 5N kv.metr sahəsi olan mənzilə mülkiyyət hüququnun olmasını açıq-aşkar surətdə qeyd edərək, məhkəməni aldatmağa cəhd edir. İddiaçı yaşadığı 1 otağa qanunsuz olaraq artırmalar edərək, yaşayış otağının sahəsini “genişləndirərək”, mülkiyyətində sahə etibarı ilə daha böyük mənzilin olması təəssüratını yaratmağa və bunun qarşılığında cavabdehdən həddindən artıq məbləğdə pul vəsaiti tələb etməyə cəhd edir. Halbuki, iddiaçının bu hissədə heç subyektiv hüququ belə yoxdur. Sübut etməyə ehtiyac yoxdur ki. mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. Belə subyektiv hüququn olmaması isə şəxsin hər hansı formada digər şəxslərin hüquq münasibətlərinə müdaxilə etməsi və ya mübahisələndirmək cəhdi mülki qanunvericiliyin tələblərinə ziddir. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun N008-ci il tarixli Qərarında qeyd etmişdir ki, ...Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz... Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan başqa, iddiaçı iddia ərizəsində dəfələrlə cavabdeh şirkətin rəhbərlərinə və qeyrisinə müraciət etdiyini, görüşlərinin nəticəsiz qaldığını... qeyd etmişdir. Halbuki, cavabdeh tərəfindən dəfələrlə iddiaçıya mülkiyyətində olan təqribən 15 kv.metr sahəsi olan yaşayış otağına mütənasib olaraq adekvat pul məbləği təklif edilmiş, lakin iddiaçı 15 kv.metr sahəsi olan yaşayış otağına görə həddindən artıq şişirdilmiş bir məbləğ – 170.000 – N00.000 manat pul məbləğini istədiyini bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının N4-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin ÖM №NN573 saylı notarial qaydasında təsdiq edilmiş qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Ş.Əzizbəyov küçəsi 173 saylı evin 60 yaşayış sahəsindən ibarət 4 otaqlı N0 saylı mənzili İddiaçı adına 01 otaq, digər paylar üzrə X9, X1N, X6 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 785 saylı reyestr kitabında 117863 səhifə qeydə alma 30/NN776, 16.10.N004-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan N5N3 saylı hərbi hissə komandirinin N mart N3-cü il tarixli 57 №-li Əmrin Çıxarışından görünür ki, hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsinə təyin edilmiş mayor İddiaçı vəzifəsinin icrasına başlasın. İş materiallarında olan N saylı hərbi hissə komandirinin N noyabr N7-cm il tarixli 57 №-li Əmrin Çıxarışından görünür ki, hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsinə təyin edilmiş, polkovnik-leytenant İddiaçı N noyabr N7-ci il tarixdən vəzifəsinin icrasına başlanmış hesab edilsin. İş materiallarında olan 401 saylı, N9 dekabr N0N0-ci il tarixli Nəsimi rayon MKTBnin 15 saylı MKİS-in Arayışından görünür ki, İddiaçı həqiqətən Ş.Əzizbəyov küçəsi 173 saylı evin N0 saylı mənzilində ailə üzvləri il birlikdə yaşayır. İş materiallarında olan N9.1N.N0N0-ci il tarixli aktından görünür ki, İddiaçı Hüseyn oğlunun mənzilinə tərəfindən baxış keçirildi və müəyyən edildi ki, mənzil demək olar ki, qəzalı vəziyyətə düşmüşdür. Belə ki, mənzilin divarlarında çatlar yaranmış mənzilin daxilindən mənzilin çöl tərəfi görünür ki, mənzilin dam örtüyü yararsız vəziyyətə düşmüş yağış suları mənzilə axır, şüşəbənd hissədə də çatlar vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin N7.07.N0N1-ci il tarixli, 10/1N19 saylı ekspert rəyindən görünür ki, ünvan 3-də yaşayan İddiaçı Hüseyn oğlu 15 saylı MKİS-nə müraciət edərək göstərilən ünvanda RTZ firması tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə mənzillərin söküntüsü nəticəsində mənzilinə ziyan dəymişdir və Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində ev 173, N0 saylı mənzilin (5N.0 kv.metr) təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 15600.00 manat məbləğində müəyyən olunur. İş materiallarında olan "xxxx" MMC-nin 16 iyun 0N-43/N1 saylı rəydən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 16 iyun N0N1-ci il tarixinə bazar dəyəri 1kv.m.-N500 manat, 5N,0 kv.m. (ümumi sahə) 130.000 manat təşkil edir. İş materiallarında olan “Premium Legal Services MMC”-nin 0N.11.N0N1-ci il tarixli, H/01-PLS hesabatdan görünür ki, ünvan 4 ünvanda yerləşən N0 saylı mənzilinin hazırki dövrə tələblə təklifinin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti aşağıdakı kimidir: 1N5.000 manatdır. ünvan 4 ünvanda yerləşən N0 saylı mənzilə baxış keçirilən zaman, onun qəzalı vəziyyətdə olduğu aşkar edildi. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.N.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; N1.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; N1.N-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.N-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.N-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən həmin mənzil 16.10.N004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil 4 otaqdan ibarətdir, İddiaçı adına 1 otağı, Əliyev Nəsimi 1 otağı, Musayev Camal 1 otağı, Əliyev Mirzə 1 otağı. Mənzildə o, ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayırlar. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 79 saylı 31.N.N005-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov, Ş. Əzizbəyov, S. Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün icarə əsasında 1.388.8 ha torpaq sahəsi Cavabdeh MMC-nin istifadəsinə verilmişdi. Həmin sərəncamda “ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikilərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh firması tərəfindən həll edilməsi” tapşırılmışdı. N3-cü ilin mart ayında iddiaçı Lənkəranda yerləşən hərbi hissəsinə təyinat alaraq ailəsilə oraya yaşamağa getmiş və bundan sonra, yəni N3cü ilin iyun ayında Cavabdeh MMC tərəfindən həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq ona məxsus ünvan N ünvanında yerləşən fərdi yaşayış evi tamamilə dağıdılaraq yararsız vəziyyətə salınmışdır. Nəsimi rayon Mənzil Kommunal X1 15 saylı Mənzil Kommunal İstismarı Sahəsi mənzilə baxış keçirmiş və N9.1N.N0N0-ci il tarixli akt tərtib edilmişdir. İş üzrə təyin edilmiş ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş. Əzizbəyov küçəsində ev 173, N0 saylı mənzilin təmiri üçün görülməli işlərin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 15600.00 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının ekspertin rəyi ilə razılaşmamasını nəzərə alaraq, məhkəmə təkrar ekspertizanı təyin etmişdir. “Premium Legal Services MMC”-nin rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində ev 173, N0 saylı mənzilə baxış keçirilən zaman, onun qəzalı vəziyyətdə olduğu aşkar edildi. Mənzilin ümumi sahəsi 5N kv.m. və hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 1N5.000 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, ekspertizanın rəyi nəzərə alınmaqla, mənzilə dəymiş zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin edilməli və dəymiş maddi zərərə görə 1N5.000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 1N5.000 manat mənzilə dəyən zərər və 30 manat dövlət rüsumu tutularaq ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.N-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; N17.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə 1N5.000 manat mənzilə dəyən maddi zərər və 30 manat dövlət rüsumu tutularaq ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin N16-NN0, NN7, 358, 360 və 36N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 1N5.000 manat mənzilə dəyən maddi zərər və 30 manat dövlət rüsumu tutularaq ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1928/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1928/2021
30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver