Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1929/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı övladı X5 ilə 2015-ci il tarixdə rəsmi olaraq boşanmışlar. Hazırda iddiaçı ilə cavabdeh arasında heç bir qohumluq əlaqəsi yoxdur. İddiaçı cavabdehi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən 6 saylı mənzilə pasport qeydiyyatına saldırmış, lakin o, qeyd edilən mənzildə yaşamır və həmin mənzildə cavabdehə məxsus hər hansı əmlak yoxdur. Həmçinin, bu günə kimi cavabdeh mənzildən qeydiyyatdan çıxmamış, könüllü olaraq da çıxmaq istəmir. İddiaçı Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmiş, lakin müraciətə rəsmi olaraq imtina edilməsi barədə məktub verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən 6 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və əvvəlki məhkəmə iclaslarındakı izahatlarının məzmununa uyğun izahat verdi. Belə ki, əvvəlki hazırlıq iclaslarında iddiaçı bildirmişdir ki, Cavabdeh 1991-ci ildə onun övladı X5 ilə ailə qurmuş, 1995-1997-ci illər ərzində ona məxsus mənzildə yaşamış, bundan sonra həmin mənzildə yaşamamışdır. Cavabdeh 2000-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmiş, 2004-cü ildə iddiaçı öz ərizəsi əsasında onu həmin mənzilə pasport qeydiyyatına saldırmış, qızı ilə cavabdehin nikahı 2014-cü ildə rəsmi olaraq pozulmuşdur. Faktiki olaraq, cavabdeh uzun müddətdir ki, həmin evdə yaşamır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı ərizə təqdim edərək, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etmədiyi üçün mülki işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Rayon İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun qeydiyyat şəhadətnaməsindən görünür ki, S.Vurğun küçəsi, dal. 2, ev 2, mənzil 6 xx.xx.1992-ci il tarixdə (qeydiyyat №-si 30/6986) İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 477883 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X6 ilə nikahı xx.xx.1991-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1542 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Tağıyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 206797 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X5 ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 375 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11559/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs: Cavabdeh) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, üçüncü şəxs Cavabdeh iddiaçının ailə üzvü kimi mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasını nəzərə alan məhkəmə istinad olunanlara əsasən hesab etmişdir ki, Cavabdeh faktiki olaraq mübahisəli mənzildə yaşayıbyaşamaması, mülkiyyətçi ilə birgə təsərrüfat aparıb-aparmaması, bununla da onun həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasının müəyyən edilməsi mülki məhkəmə icraatının predmeti olduğundan hazırki icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırki iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir. Belə olan halda aydındır ki, bu halların müəyyən edilməsi həmçinin, inzibati orqanın da səlahiyyəti olmamış, buna görə də cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Mülki işin materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11559/2022 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11559/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilməmiş və həmin qərar xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.2023cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş (inventar nömrəsi: 04/4151, xx.xx.2023) xx.xx.2023-cü il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 2, m. 6-nın (reyestr nömrəsi: **********72-05101-093004) hüquq subyekti İddiaçıdır. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 1 (reyestr nömrəsi: **********72-05101- 093004) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı nümayəndəsi X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, müraciətdə göstərilən şəxsin Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 2, mənzil 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qərarı əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququnun olması X1 nəzərinə çatdırılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təssərüfatı Birliyi 15 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 96 nömrəli arayışında qeyd edilmişdir ki, Cavabdeh 2004-cü ildən Səməd Vurğun küçəsi, dalan 2, ev 2, mənzil 6 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda hal-hazırda yaşamır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ilkin olaraq X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş xx.xx.1992-ci il tarixli 597/6 nömrəli orderdən görünür ki, vətəndaş İddiaçıA-ya həmin mənzilə dair pulsuz şəxsi sahiblik hüququ verilmişdir. Məktuba əlavə edilmiş xx.xx.1992-ci il tarixli müqavilədən görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Səməd Vurğun küçəsi, dalan 2, ev 2, mənzil 6-ya dair şəxsi sahiblik hüququnu X4 vermişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 15 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 21 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh ünvan 2 ünvanına həmin mənzilin sahibinin dediyinə görə öz razılıqları əsasında qeydiyyata düşmüşdür və göstərilən ünvanın sökülməsi barədə MKİS-də məlumat yoxdur. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş nikahın pozulması haqqında aktın qeydindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və Məcidova (Tağıyeva) Nərgiz Oqtay qızı ilə Cavabdeh nikahının xx.xx.1991-ci il tarixdə 1542 nömrəli akt qeydi ilə Səadət Sarayı (Bakı nikah evi) tərəfindən, nikahın pozulmasının xx.xx.2014-cü il tarixdə 375 nömrəli akt qeydi ilə Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alındığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən 6 saylı mənzil hazırda İddiaçı mülkiyyətindədir. Cavabdeh xx.xx.1991-ci il tarixdə iddiaçının qızı – X5 ilə nikaha daxil olmuş, yalnız 1995-1997-ci illər ərzində iddiaçıya məxsus olan mənzildə yaşamışdır. Bundan sonra o, 2000-ci ildə Rusiya Federasiyasına getmiş, iddiaçı 2004-cü ildə öz ərizəsi ilə cavabdehi həmin mənzilə pasport qeydiyyatına saldırmış, 2014-cü ildə isə cavabdehlə iddiaçının qızının nikahı pozulmuşdur. İddiaçı tərəf cavabdehin formal olaraq onun evində pasport qeydiyyatında qalmasını istəmədiyindən, Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş, Nəsimi RPİ məhkəməyə müraciət etmək hüququnun olmasını ona bildirmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsində qeydiyyatdan çıxarılmaya dair tələb irəli sürmüş, lakin cavabdehin faktiki olaraq mübahisəli mənzildə yaşayıbyaşamaması, mülkiyyətçi ilə birgə təsərrüfat aparıb-aparmaması, bununla da onun həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasının müəyyən edilməsi mülki məhkəmə icraatının predmeti olduğundan onun iddiası təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə heç bir qohumluq əlaqələrinin olmamasına və cavabdehin həmin mənzildə pasport qeydiyyatında formal əsaslarla qalmasına istinad edərək, cavabdehin onun mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə araşdırmaları zamanı iş materialları və iddiaçının izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh 1991-ci ildə iddiaçının qızı ilə nikaha daxil olmuş, 1995-1997-ci illər ərzində iddiaçıya məxsus mənzildə yaşamış, deməli, yaşamağa başladığı gündən onun iddiaçının ailə üzvü kimi həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdehlə iddiaçının qızının nikahı 2014-cü ildə pozulmuş, hazırda onların heç bir qohumluq əlaqələri qalmamış, iddiaçı tərəfin bildirdiyinə görə, cavabdeh, ümumiyyətlə, 1997-ci ildən etibarən həmin evdə yaşamamış, 2000-ci ildən isə Rusiyaya getmişdir. İstifadə hüququnun yaranması 1995-ci (və ya 1991-ci) ilə təsadüf etdiyindən məhkəmə hesab edir ki, hazırki mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin: 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə müvafiq olaraq, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Yuxarıda istinad edilən hüquq normalarından göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün cavabdehin icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. O da nəzərə alınmalıdır ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırki işin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçıya məxsus evdə yaşamağa başladığı gündən onun ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmışdır. Sonra o, daimi əsaslarla yaşamaq üçün başqa yerə köçmüş və onun iddiaçının qızı ilə olan nikahı pozulmuşdur. Deməli, cavabdeh daimi əsaslarla başqa yerdə yaşamağa getdiyindən (1997, 2000, 2004 və ya 2014-cü ildən) onun iddiaçıya məxsus mənzildən istifadə hüququ itirilmiş hesab edilməsinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Burada qeyd edilməlidir ki, evdən istifadə hüququ əvvəlki Mənzil Məcəlləsinə görə yaranmış olsa da, bu hüquq həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Belə ki, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz. Təsadüfi deyil ki, istinad edilən Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə görə, icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verir, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsi altı ay saxlanılır. Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən 6 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 2 ünvanında yerləşən 6 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1929/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1929/2023
23.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver