Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1931/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) məlumatların silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) məlumatların silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən çıxarılmış xx.xx.2015-ci il tarixli 2(103)-915/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-1911/2016 saylı qərarının nəzərə alınaraq, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda (ADİF) bank əməliyyat sistemi üzrə olan borcun silinməsi və adının Mərkəzləşdirilmiş Kredit Reyetrindən (MKR) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı vəsatətinə əsasən "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyinin cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iddiaçı olaraq Cavabdeh1 ASCyə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək bank tərəfindən ona qarşı irəli sürülən 31.363 manat kredit borcunun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda xx.xx.2008-ci il tarixli FK 0013 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanının yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qanunsuz olaraq təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-154/2011 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakim Vüqar Təvəkkül oğlu Həsənovun sədrliyi ilə) birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, onun iddia tələbinin qismən təmin edilməsi barədə xx.xx.2015-ci il tarixli 2(103)-915/2015 saylı qətnamə qəbul etmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfdən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-1911/1 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək apellasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2015-ci il tarixli 2(103)-7343/2015 saylı qətnaməsində göstərilir ki, MPM-nin 82.4-cü maddəsinə görə cinayət işi üzrə o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə kollegiyası hesab edib ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə İddiaçı 7.200 manat verilməsi, qalan 27.800 manatın isə X6 və qeyriləri tərəfindən mənimsənilməsi müəyyən edilmiş və İddiaçı münasibətdə 27.800 manat olan mənimsənilmiş məbləğ daxil olmaqla vurulmuş zərərin bir hissəsinin nağd ödənilməsi və bir hissəsinin isə müsadirə edilmiş əmlak hesabına ödənilməsi olması artıq hökmlə həll edilmişdir. Qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarları ilə onun iddiasının mənzilin yüklülükdən azad edilməsi hissəsində təmin edilməsinə baxmayaraq adının Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR), məlumatların silinməsi təmin edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, hazırki işlə əlaqədar müvafiq məhkəmə qərarları var. Bu işlə əlaqədar məhkəmə hökmü mövcuddur. Qeyd edilmişdir ki, kredit müqaviləsi saxtadır. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qanuni qüvvəyə minmiş, hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən – Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2016-cı il tarixli 2(102)-1911/2016 saylı qərarından görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsinə tələbinə dair iddia ərizəsi ilə, Cavabdeh1 ASC isə İddiaçı qarşı kredit borcunun ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2011-ci il tarixli qətnaməsi ilə (hakim T.İsmayılov, iş № 2(004)-154/2011) İddiaçı Cavabdeh1 ASC-yə qarşı 31363 manat məbləğində kredit borcunun ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi, Cavabdeh1 ASC-nin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 09 sentyabr 2008-ci il tarixli FK0013 nömrəli kredit müqaviləsi üzrə 28805 manat məbləğində əsas borc, 15637 manat məbləğində kreditlə hesablanmış faiz borcunun alınıb Cavabdeh1 ASC-yə ödənilməsi, ödənilmiş 20 manat dövlət rüsumundan 96 faizi, yəni 19 manat 20 qəpik məbləği cavabdehə, 4 faizi, yəni, 80 qəpik məbləğin iddiaçıya aid edilməsi, tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki ünvan 2-ə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitdən tələb olıman borc həddində tutularaq Cavabdeh1 ASC-nin hesabına keçirilməsi, ipoteka qoyulmuş mənzilin satıldıqdan sonra cavabdehlər İddiaçı, X2, X8 və X5 bir ay ərzində mənzili tərk etməsi, cavabdehlər qeyd olunan müddət ərzində evi könüllü olaraq tərk etmədikdə məcburi qaydada evdən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), C.Səfiyeva və N.Cəfərov, iş № 2(103)-915/2015) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2011-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış; İddiaçı iddiası qismən təmin edilmiş, iddaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi 31 saylı evin 4 saylı mənzili ipoteka yüklülüyündən azad edilmiş; ilk iddianın kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi hissəsi təmin olunmamış; Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qızma qarşı tərəflər arasında bağlanmış 09 sentyabr 2008-ci il tarixli FK 0013 saylı kredit müqaviləsinə əsasən banka olan borcun, əsas məbləğdən 28805 manat və faiz hissəsindən ödənilməmiş qalan 6135 manat və əlavə olaraq ödədikləri 20 manat məhkəmə rüsumu və hüquqi xidmət üçün nümayəndəyə ödənilən 1747 manat olmaqla, ümumilikdə cəmi 36707 manat pul vəsaitinin ödənilməsi məqsədilə göstərilən borcun təminatı kimi 09 sentyabr 2008-ci il tarixli FK-0013 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş mənzilin açıq bazarda və ya hərracda satılması, mənzilin satışından əldə edilmiş məbləğin borcun təminatı kimi bankın hesabına keçirilməsi, ipoteka qoyan İddiaçı ünvan 2 ünvana mülkiyyət hüququnun və həmin mənzildə qeydiyyatda olan şəxslərin mənzilə yaşayış və istifadə hüquqlarının itirilməsi və həmçinin daimi pasport qeydiyyatından çıxarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Cavabdeh1 ASC-nin ləğvedicisi "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2015-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2016-cı il tarixli 2(102)-1911/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2016-cı il tarixli 2(102)-1911/2016 saylı qərarında istinad edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2013-cü il tarixli hökmündən göründüyü kimi, X7 19 fevral 2008-ci il tarixdən 17 dekabr 2009-cu il tarixədək Cavabdeh1 ASC-nin Xəzər filialının müdiri vəzifəsində işləyərkən İddiaçı faktiki 7.200 manat məbləğində kredit və 8.000 manat məbləğində ödəniş cədvəli verildiyi halda göstərilən məbləğdən artıq rəsmiləşdirilən kredit vəsaitinin özləri tərəfindən ödəniləcəyini vəd edərək İddiaçı guya 35.000 manat məbləğində kreditin verilməsinə dair 09 sentyabr 2008-ci il tarixli rəsmi kredit sənədləri və 11 sentyabr 2008-ci il tarixli xəzinə məxaric orderinə imza etdirməklə, sonuncunun mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ev 31, 4 saylı mənzilin girov qoyulması haqqında 09 sentyabr 2008-ci il tarixli ipoteka müqaviləsinin bağlanmasını təmin etməklə, həmçinin sonradan İddiaçı şikayət etməsinin qarşısını almaq üçün sonuncu tərəfindən guya kredit məbləğinin tam ödənilməsi haqqında saxta 24 aprel 2010-cu il tarixli məktubun Bakı şəhəri 12 saylı dövlət notariat kontoruna təqdim olunaraq qeyd edilən mənzilə dair çıxarışı sonuncuya qaytarmaqla, cəmi 27.800 manat pul vəsaitini mənimsəmişdir. Hökmü qəbul etmiş məhkəmə cinayət qanunvericiliyi ilə tənzimlənən ictimai təhlükəli əməlin yönəldiyi qəsdi nəzərə alaraq təqsirləndirilən şəxslərin əməlləri nəticəsində 2008-2009-cu illərdə Cavabdeh1 ASC-nin Xəzər filialında 92 nəfərin (o cümədən İddiaçı da daxil olmaqla, müqavilə 09 sentyabr 2008-ci il tarixdə bağlanmışdır, məbləğ 27.800 manat) adına götürülmüş kredit üzrə mənimsənilmiş pul vəsaitinin ümumi məbləğinin 459.571 manat olması qənaətinə gəlmişdir. Bu zaman məhkəmə həmin kreditlər üzrə əsas borc kimi 203763,60 manat, faizlər üzrə 198198,29 manat ödənilmiş məbləğləri mənimsənilmiş məbləğin qaytarılmış hissəsi kimi qəbul edib banka ödənilməmiş məbləğin 82.100,41 manat olmasını müəyyən etmişdir. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxslərin qəsdi bankın filialından götürülmüş 459.571 manatın mənimsənilməsinə yönəlmiş, bu zaman onların əməlləri götürülmüş kredit məbləğləri üzrə hesablanması güman edilən faiz məbləğlərinin də mənimsənilməsinə yönəlməmişdir. Məhkəmə banka ödənilməmiş 82.100,41 manat məbləğinin ödənilməsinin təmin edilməsini əsaslı saymışdır. Məhkəmə istintaqı zamanı həmin məbləğin 4.900 manatının ödənilməsi nəzərə alınaraq qalıq məbləği təşkil edən 77.200,41 manatın ödənilməsini təmin etmək məqsədi ilə X4 məxsus 86.773 manat dəyərində Qobu qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsində inşaat materiallarının istehsalı sexinin hərracda satılıb vurulmuş zərərin ödənilməsinə yönəldilməsini əsaslı sayılmış və bununla bağlı yekun qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırki təqdirdə, iddiaçının adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı hüquqi əsas yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı yuxarıda qeyd olunanlarla bağlı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi şəkildə müraciət (pretenziya) edərək, adının borclu kimi MKR-dən silinməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Lakin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçının haqlı tələbini yerinə yetirməmiş, iddiaçıya məktub ünvanlayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən qərarı ilə bununla bağlı ƏSF-nin üzərinə icra ediləcək hər hansı öhdəliyin qoyulmadığını bildirmiş, bunun nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı LPO Cavabdeh1 ASC qarşısında xx.xx.2008-ci il tarixli FK0013 saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı xx.xx.2008-ci il tarixli FK0013 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, hazırki qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2008-ci il tarixli FK0013 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2008-ci il tarixli FK0013 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Bu qətnamə mərkəzləşdirilmiş kredit reyestrindən xx.xx.2008-ci il tarixli FK0013 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmasına dair qeydin silinməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1931/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1931/2023
16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver