Məhkəmə qərarları › İş №2(006)-1991/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1991/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1991/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5894 (beş min səkkiz yüz doxsan dörd) manat yol-nəqliyyat hadisəsi nəticəsində **-LA-*** dövlət nömrə nişanlı, “Mercedes Benz-220” minik markalı avtomobilə dəymiş zərərin, 2000 (iki min) manat mənəvi zərərin, 6000 (altı min) manat maddi ziyanın, hazır ki iddia tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 132 (yüz otuz iki) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ** LA *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ-220” minik markalı avtomobil ona məxsusdur. 08 avqust 2019-cu il tarixdə saat-24 radələrində ona məxsus “Mercedes Benz-220 minik” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomaşını nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə idarə edən, Beyləqan rayonunun 1-ci Aşıqlı kənd sakini X1-Horadiz avtomobil yolu ilə Horadiz istiqamətində hərəkətdə olarkən, həmin avtomobil yolunun Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisindən keçən hissəsində, qarşıdan əks istiqamətdə hərəkətdə olan, Gürcüstan Respublikasının Dmanisi rayonunda qeydiyyatda olan, X7 idarə etdiyi, Azərbaycan Respublikası DİN BDYP idarəsinin verdiyi AD 111876 №li, xx.xx.2017-ci il tarixli texniki pasporta əsasən, ünvan 1 ünvanda qeydiyyatda olan ”ELİF TRANSPORT” Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olan, ’’X16 1835LS yük” markalı, **-JN-*** dövlət nömrə nişanlı yük maşını və həmin yük maşınına aid, Azərbaycan Respublikası DİN BDYP idarəsinin verdiyi AC 499680 №li, xx.xx.2015-ci il tarixli texniki pasporta əsasən, ünvan 1 ünvanda qeydiyyatda olan ”ELİF TRANSPORT” Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olan ’’SCHMİTZ” markalı, ** ZX *** dövlət nömrə nişanlı yarımqoşqu ilə yolun kənarında yerləşən pambıq zavoduna tərəf dönmə əməliyyatı apararkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 7-ci hissəsinin tələblərini pozmuş və nəticədə idarə etdiyi ’’X16 1835LS ” markalı,** JN *** dövlət nömrə nişanlı yük maşının qoşqusu qarşı hərəkət zolağına çıxmış və qoşqunun sol arxa hissəsi ilə ona məxsus ** LA *** dövlət nömrə “MERCEDES BENZ-220 minik” markalı avtomobilin ön bamperi, ön kapotu, ön qanadı, ön paneli, ön sol qapısı, mühərrik hissəsi, alt işlək hissəsi, arxa sol qanadı, dam hissəsi, arxa sol qanadı və digər hissələri zədə alaraq yararsız hala düşmüşdür. Dərhal hadisə hərədə ona məxsus **-LA-*** dövlət nömrə nişanlı “Mercedes Benz-220 minik” markalı avtomobilin sığortaçısı “Atəşgah” sığorta şirkətinə mobil telefon vasitəsilə məlumat verilmiş və həmin sığorta şirkətinin əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə və avtomaşına baxış keçirmişlər. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Beyləqan rayon X11 Bölməsində araşdırma aparılmaqla toplanmış material üzrə 29 avqust 2019-cu il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək ünvan 2 ünvanda qeydiyyatda olan ”ELİF TRANSPORT” Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olan, ”X16 1835LS yük” markalı, **-JN-*** dövlət nömrə nişanlı yük maşının sürücüsü X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmiş və həmin bölmədə müvafiq tədbir görülmüşdür. Həmin yol-nəqliyyat hadisəsi zamanı ona məxsus **- LA-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ-220 minik" markalı avtomobilin sürücüsü X10 tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. “Atəşgah" sığorta şirkətinin sifarişi ilə müstəqil sığorta eksperti tərəfindən ona məxsus **-LA-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ-220 minik” markalı avtomobilə dəymiş zərər 5894 AZN qiymətləndirilmiş və bu barədə xx.xx.2019-cu il tarixli, qüsur aktı verilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsindən sonra avtomaşınına dəymiş zərərlə bağlı sığorta ödənişinin hesablanması üçün lazım olan sənədlər “Atəşgah” sığorta şirkətinə göndərilmiş, lakin sığorta hadisəsinin baş verdiyi tarixdə ”ELİF TRANSPORT” Məhdud Məsuliyyətli Cəmiyyətin mülkiyyətində olan, ’’X16 1835LS yük” markalı, **-JN-*** dövlət nömrə nişanlı yük maşını və həmin yük maşınına aid, ”ELİF Transport “ MMC-nin mülkiyyətində olan “Schmitz” markalı, **-ZX-*** dövlət nömrə nişanlı yarımqoşqunun heç bir sığorta şirkətində icbari sığorta müqaviləsi mövcud olmadığına görə sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Bundan sonra o və hadisə zamanı avtomobilini idarə etmiş X10 tərəfindən ”ELİF TRANSPORT” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Mehmet Koçla görüşüb ona avtomaşınına dəymiş zərəri ödənilməsini təklif etdilər. Mehmet Koç iki aya kimi ona məxsus **-LA-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ-220 minik” markalı avtomobilə dəymiş zərəri ödəyəcəyinə söz verdi və xx.xx.2019-cu il tarixdə əlyazma olaraq ona məxsus avtomobilə dəymiş maddi ziyanı 2 ay müddətində ödəcəyi barədə qəbz yazıb təqdim etdi. Lakin, cavabdeh söz verdiyi vaxtda dəymiş zərəri ödəmədiyinə görə sonradan dəfələrlə cavabdehin ünvanına gedərək avtomobilinə dəymiş zərəri tələb etsə də, heç bir əsas olmadan, avtomobilinə dəymiş zərərin verilməsindən qərəzli surətdə imtina edilmişdir. ”ELİF TRANSPORT” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücüsü X2 əmək vəzifələrinin icrası zamanı ona məxsus olan **-LA-*** dövlət nömrə nişanlı, “MERCEDES BENZ-220 minik” markalı avtomobilə maddi zərər vurması işçinin öz etirafı və 29 avqust 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapmışdır. Belə olan halda hesab edir ki, Mülki Məcəllənin tələblərinə əsasən ”ELİF TRANSPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti öz işçisinin vurduğu zərərin əvəzini, yəni avtomobilə vurulmuş 5894 manatı ona ödəməlidir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirab və sarsıntılar keçirmişdir. Dəfələrlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində o günlərlə, saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib-gəlmiş, cavabdehlə danışıqlar aparmışdır. Cavabdeh qeyd etdiyi əməlləri ilə onu daim əsəb və stresdə saxlamışdır. Bu səbəbdən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Həmçinin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, o **-LA-*** dövlət nömrə nişanlı, “Mercedes Benz-220 minik” markalı avtomobili X8 hər ay ona 600 manat pul vermək şərti ilə aralarında olan şifahi razılaşma əsasında vermişdir. Sonuncu həmin avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus **-LA-*** dövlət nömrə nişanlı, “Mercedes Benz-220 minik” markalı avtomobili tam yararsız hala düşdüyündən cavabdeh tərəfindən avtomobilinə dəymiş maddi zərər ödənilmədiyinə, özünün isə maddi imkanı olmadığına görə avtomobili 10 aydan artıq müddətə təmir etdirə bilməmişdir. O, həmin avtomobili baş vermiş yol-nəqliyyat hadisəsindən 10 ay sonra pul taparaq təmir etdirmişdir. Nəzərə alsaq ki, yol-nəqliyyat hadisəsi baş verdiyi gündən avtomobilin təmirinə kimi 10 ay vaxt keçmişdir. Belə olan halda ona 6000 manat maddi ziyan dəymişdir. Bu faktı məhkəmədə X10 ifadə verərək təsdiq edə bilər. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddiaya etiraz edərək izahatında bildirdi ki, hüquqi şəxs Cavabdeh MMC-nin hazırki mülki iş üzrə vurulmuş zərərdə heç bir mülki hüquq pozuntusu olmadığından iddia tələbinə öz etirazını bildirir və iddianın rədd edilməsini xahiş edir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi xx.xx.2019-cu ildə baş vermiş qəza hadisəsi nəticəsində cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmiş və hadisəni törətmiş X2 barəsində inzibati xəta barədə protokol tərtib edilməsi üçün rayon DYPŞ-nə göndərilmişdi. Lakin, buna baxmayaraq iddiaçı qəsdən cavabdehi düzgün seçməyərək sadəcə avtomobilin mülkiyyətçisi olması əsası ilə Cavabdeh MMC-ni seçmiş və ondan zərərin əvəzinin ödənilməsi tələb etmişdir. Avtomobilin mülkiyyətçisi olmaq həmin inzibati xətanın törədilməsində cavabdehlik daşımaq sayıla bilməz və həmin inzibati xətanın törədilməsi və vurulmuş zərərin ödənilməsini təmin etmək məsuliyyəti yaratmır. Bu səbəbdən də Cavabdeh MMCyə münasibətdə rədd edilməsi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, **-LA-*** dövlət nömrə nişanlı, “Mercedes Benz-220D minik” markalı avtomobilin mülkiyyətçisi X9r. Etibarnamə əsasında İddiaçı etibar edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, **-LA-*** dövlət nömrə nişanlı, “Mercedes Benz-220D minik” markalı avtomobil nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında X8 etibar edilmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2018-ci il tarixli Fərqlənmə nişanı vərəqindən görünür ki, X4 istifadə etdiyi “Mercedes Benz-220 minik” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobilə fərqlənmə nişanı verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli X13 Haqqında Qərardan görünür ki, X7 xx.xx.2019-cu il tarixdə, saat 23:50-də Bəhrəmtəpə-Horadiz yolu istiqamətində “X16 1835LS yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması nəticəsində X7 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Qüsur aktından görünür ki, “Mercedes Benz- 220D minik” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, avtomobilə zərbə ön sol tərəfdən dəymişdir. Zərbənin təsirindən avtomobilin ön bamperi, ön kapotu, ön qanadı, ön paneli, ön sol qapısı, mühərrik hissəsi, alt işlək hissəsi, arxa sol qapısı, dam hissəsi, arxa sol qanadı deformasiyaya uğrayaraq sıradan çıxmışdır. Avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan, işlərin dəyəri yekun olaraq 5894 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 29 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkibi olduğundan onun barəsində cinayət işi rədd edilmiş, barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə Beyləqan rayon PŞ-nin, DYPB-nə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il, 739 və 740 №-li insan psixikasına təsir edən maddələrin istehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə protokollarından görünür ki, X10 avtomobili idarə etdiyi zaman sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X16 1835LS yük” markalı, **-JN-*** dövlət nömrə nişanlı yük maşını və həmin yük maşınına aid, “Schmitz” markalı, **-ZX-*** dövlət nömrə nişanlı yarımqoşqu vasitəsi ”ELİF Transport“ MMC-nin mülkiyyətindədir. İş materiallarında olan ”ELİF Transport“ MMC tərəfindən xx.xx.2017-ci il tarixdə verilən “Uluslararası Taşımacılık” etibarnaməsindən görünür ki, **-JN-*** və **-ZX-*** nömrəli nəqliyyat vasitələri X3 etibar edilmişdir. İş materiallarında olan “Atəşgah Sığorta” tərəfindən X8 ünvanlanan 20 noyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, sığorta hadisəsinin baş verdiyi tarixdə “X16” markalı, 99JN704 dövlət qeydiyyat nişanlı avtomobil və yarımqoşqusu Schmitz markalı 10ZX852 dövlət qeydiyyat nişanlı avtomobillərin Atəşgah sığorta şirkətində icbari sığorta müqaviləsi mövcud olmamışdır. Bu səbəbdən də sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Bunu icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması üzrə çıxarışlar da təsdiqləyir. İş materiallarında olan izahatlardan görünür ki, X10 xx.xx.2019-cu il tarixdə Bəhrəmtəpə- Daşburun istiqamətində, Pambıq zavodunun yanı ilə hərəkətdə olduğu vaxt əks istiqamət zolağında pambıq zavoduna tərəf dönən tırın qoşqusu onun istiqamət zolağına çıxmış, X4 idarə etdiyi avtomobil həmin tırın qoşqusunun sol arxa hissəsinə dəymiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Tırı idarə edən X7 olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1, 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 08 avqust 2019-cu il tarixdə saat-24 radələrində “Mercedes Benz-220 minik” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomaşını nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə idarə edən, Beyləqan rayonunun 1-ci Aşıqlı kənd sakini X1-Horadiz avtomobil yolu ilə Horadiz istiqamətində hərəkətdə olarkən, həmin avtomobil yolunun Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisindən keçən hissəsində, qarşıdan əks istiqamətdə hərəkətdə olan, X7 idarə etdiyi, ”ELİF TRANSPORT” MMC-nin mülkiyyətində olan, ’’X16 1835LS yük” markalı, **-JN-*** dövlət nömrə nişanlı yük maşını və həmin yük maşınına aid “SCHMİTZ” markalı, ** ZX *** dövlət nömrə nişanlı yarımqoşqu ilə yolun kənarında yerləşən pambıq zavoduna tərəf dönmə əməliyyatı apararkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 7-ci hissəsinin tələblərini pozmuş və nəticədə idarə etdiyi ’’X16 1835LS ” markalı, ** JN *** dövlət nömrə nişanlı yük maşının qoşqusu qarşı hərəkət zolağına çıxmış və qoşqunun sol arxa hissəsi ilə ** LA *** dövlət nömrə “MERCEDES BENZ-220 minik” markalı avtomobilin ön bamperi, ön kapotu, ön qanadı, ön paneli, ön sol qapısı, mühərrik hissəsi, alt işlək hissəsi, arxa sol qanadı, dam hissəsi, arxa sol qanadı və digər hissələri zədə alaraq yararsız hala düşmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Beyləqan rayon X11 Bölməsində araşdırma aparılmaqla toplanmış material üzrə 29 avqust 2019-cu il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və “X16 1835LS yük” markalı, **-JN-*** dövlət nömrə nişanlı yük maşının sürücüsü X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə Beyləqan rayon PŞ-nin DYPB-nə göndərilmiş və X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya cərcivəsində cərimə edilmişdir. Hazırda İddiaçı cavabdeh ”ELİF TRANSPORT” MMC-dən ** LA *** dövlət nömrə nişanlı, “MERCEDES BENZ-220” minik markalı avtomobilə dəymiş maddi ziyanın, ona dəymiş mənəvi zərərin ödənilməsini və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını tələb edir. Lakin İddiaçı pulun tələbi ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, avtomobilin mülkiyyətcisi İddiaçı deyil, X9r, İddiaçı isə etibarnamə əsasında avtomobili idarə etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar