Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-202/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Asim Kərim oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 aprel 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi mülkiyyətində olan sahədən çıxarılması, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılması, həmin ərazidə inşa edilmiş, texniki pasportda əks olunmayan qanunsuz (özbaşına) tikililərin sökülməsi, ona və ailəsinə dəymiş mənəvi ziyan 100.000 (yüz min) manat, hüquqi yardım ilə əlaqədar vəkil xidmətinə ödənilmiş 110 manat, cəmi 100.110 (yüz min yüz on) manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Qonşuluqda yaşayan 30 saylı mənzilin sahibi Cavabdeh sanitar normalara riayət etmədən, qanunsuz tikililəri aparmış və hazıradək aparmaqdadır. Dəfələrlə bu barədə 41 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət etmiş, buna baxmayaraq, qanunsuz tikilinin aparılmasının dayandırılmasına dair heç bir tədbir görülməmişdir. 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən çoxsaylı müraciətlərinə rəsmi cavab verməmişdir. Belə ki, yaşadığı bina "italyan layihəli" bina olduğuna görə mətbəx, sanitar qovşağı, həm də dəhliz ümumi istifadədə saxlanılmalıdır. Dəfələrlə 30 saylı mənzilin sahibi Cavabdeh qanunsuz tikilinin sökülməsini tələb etsə də, heç bir nəticə verməmişdir. Qonşusu tərəfindən aparılan tikililər qanunsuz və heç bir icazə tələb olunmadan aparılan tikililər olduğundan ümumi mülkiyyətdə olan əmlakdan istifadə hüququndan məhrum olmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh ümumi mülkiyyətində olan sahədən çıxarılması, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılmasını, həmin ərazidə inşa edilmiş, texniki pasportda əks olunmayan qanunsuz (özbaşına) tikililərin sökülməsini, ona və ailəsinə dəymiş mənəvi ziyan 100.000 (yüz min) manat, hüquqi yardım ilə əlaqədar vəkil xidmətinə ödənilmiş 110 manat, cəmi 100.110 (yüz min yüz on) manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X3 tərəfindən verilmiş ərizəyə əsasən iddiaçı X3 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və iddiaçının vəkili yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 152443 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2i rayonu, S.Rəhimov küçəsi, 131 saylı evin 31,5 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçrilmiş və bu barədə 1274 saylı reyestr kitabının 191384-cü səhifəsində 07.06.2003-cü il tarixdə 30/191384 nömrə ilə qeydə alınmışdır. Həmin mənzilə dair İddiaçı texniki pasport verilmişdir. Belə ki, iddia tələblərindən birinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Mübahisəli məsələlərin araşdırılması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2021-ci il tarixli 10/1081 saylı rəyinə əsasən ünvan 2i rayonu, S.Rəhimov küçəsi, ev 131, 30 saylı mənzildə əlavə tikinti işlərinin aparıldığı baxış zamanı müəyyən olunmamışdır. Eyni zamanda baxış zamanı Cavabdeh istifadəsindən mübahisələndirilən sanitar qovşağı texniki pasportda öz əksini tapdığı üçün, həmin tikililər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarına uyğun olduğu müəyyən edilir. ünvan 2i rayonu, S.Rəhimov küçəsi, ev 131, 30 saylı mənzil ünvanında Cavabdeh istifadəsində olan ayaqyolu texniki pasporta əsasən Cavabdeh istifadəsindədir. Lakin ayaqyolu tikilisinə bitişik olan digər tikili (hamam) və Cavabdeh mənzilinin qarşısında olan dəhlizin ümumi istifadədə olduğunu və Cavabdeh mənzilinin qarşısında olan dəhliz ümumi istifadədə olduğunu və Cavabdeh tərəfindən istifadə olunduğunu nəzərə alaraq, həmin sahələrdən İddiaçı sərbəst istifadə etməsinə maneçilik törədilir. Göründüyü kimi ekspert rəyi ilə təsdiq olunur ki, mübahisələndirilən tikili özbaşına tikinti deyildir. Belə olan halda iddiaçı iddianın “qanunsuz (özbaşına) tikililərin sökülməsi”nə dair tələbini irəli sürməkdə haqlı olmamışdır və iddia bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın “cavabdehin ümumi mülkiyyətdə olan sahədən çıxarılması”na dair hissənin rədd edilməsi qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır:
1. iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır;
2. mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır;
3. mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır;
4. vindikasiya iddiası qaydasında yalnız fərdi-müəyyən əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir;
5. cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır;
6. vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. İddiaçı həm də özünə məxsus mübahisəli sahədən cavabdehin çıxarılmasını, yəni özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edərək, vindikasiya iddiası irəli sürmüşdür. Beləliklə, vindikasiya iddiasının irəli sürülməsi üçün ilkin şərt – iddiaçının əmlakın mülkiyyətçisi olması – mövcuddur. Həmçinin iddiaçının öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olması halı müəyyən olunmuşdur. Lakin vindikasiya iddiasının digər zəruri şərtləri isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının iddia etdiyi əmlakın cavabehin faktiki qanunsuz sahibliyində olması və onun həmin əşyaya sahiblik və istifadə hüququnun olmaması sübut olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2021-ci il tarixli 10/1081 saylı rəyindən göründüyü kimi mübahisəli sahə, yəni hamam və Cavabdeh mənzilinin qarşısında olan dəhliz tərəflərin ümumi istifadəsindədir. Həmçinin həmin rəyə əsasən müəyyən olunmuşdur ki, həmin sahələrdən İddiaçı sərbəst istifadə etməsinə maneçilik törədilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı iddianın “cavabdehin ümumi mülkiyyətdə olan sahədən çıxarılması”na dair hissənin təmin edilməsi üçün əsas müəyyən olunmasa da, cavabdeh tərəfindən həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılmasına zərurət vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, ayaqyolu tikilisinə bitişik olan digər tikili (hamam) və Cavabdeh mənzilinin qarşısında olan dəhliz tərəflərin ümumi istifadəsindədir və sahələrdən İddiaçı sərbəst istifadə etməsinə maneçilik törədilir. Beləliklə iddia bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə tələb qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanunsuz hərəkətlərə yol verilməsi və bunun nəticəsində ona zərər vurulması işin öz təsdiqini tapmış halıdır. Ümumi həyat təcrübəsinə görə həm də qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Lakin məhkəmə mənəvi zərərin məbləğinin iddia tələbində 100.000 manat göstərilməsini çox olmaqla real qiymətləndirmir və hesab edir ki, işin diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 300 (üç yüz) manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətli olar. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin ümumi istifadəsində olan Cavabdeh məxsus ayaqyolu tikilisinə bitişik digər tikilidən (hamamdan) və Cavabdeh məxsus mənzilin qarşısındaki dəhlizdən İddiaçı istifadəsinə maneçilik törədilməsi Cavabdeh qadağan edilməli, mənəvi zərərə görə 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: İddiaçı həmçinin hüquqlarının müdafiəsi üçün 110 manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardıma görə 110 manat məbləğində xərc çəkdiyini iddia etsə də, bununla bağlı hər hansı bir maliyyə sənədini məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə məhkəmə xərci kimi ancaq iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu nəzərə alır. Belə ki, iddia tələbinin 50%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Tərəflərin ümumi istifadəsində olan Cavabdeh məxsus ayaqyolu tikilisinə bitişik digər tikilidən (hamamdan) və Cavabdeh məxsus mənzilin qarşısındakı dəhlizdən İddiaçı istifadəsinə maneçilik törədilməsi Cavabdeh qadağan edilsin. Mənəvi zərərə görə 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin İddia digər hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Cəmilə Musayeva