Məhkəmə qərarları › İş №2(103)-525/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-525/2022

04.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-525/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, mənzildən çıxarılma və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-202/2021 saylı işi üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (iş səh.41) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi mülkiyyətində olan sahədən çıxarılması, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılması, həmin ərazidə inşa edilmiş, texniki pasportda əks olunmayan qanunsuz (özbaşına) tikililərin sökülməsi, ona və ailəsinə dəymiş mənəvi ziyan 100000 manat, hüquqi yardım ilə əlaqədar vəkil xidmətinə ödənilmiş 110 manat, cəmi 100110 manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: ünvan 1i rayonu, S.Rəhimov küçəsi, 131 saylı evin 31,5 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçrilmişdir; Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2021-ci il tarixli 10/1081 saylı rəyinə əsasən ünvan 1irayonu, S.Rəhimov küçəsi, ev 131, 30 saylı mənzildə əlavə tikinti işlərinin aparıldığı baxış zamanı müəyyən olunmamışdır. Eyni zamanda baxış zamanı Cavabdeh istifadəsindən mübahisələndirilən sanitar qovşağı texniki pasportda öz əksini tapdığı üçün, həmin tikililər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarına uyğun olduğu müəyyən edilir. ünvan 1i rayonu, S.Rəhimov küçəsi, ev 131, 30 saylı mənzil ünvanında Cavabdeh istifadəsində olan ayaqyolu texniki pasporta əsasən Cavabdeh istifadəsindədir. Lakin ayaqyolu tikilisinə bitişik olan digər tikili (hamam) və Cavabdeh mənzilinin qarşısında olan dəhlizin ümumi istifadədə olduğunu və Cavabdeh mənzilinin qarşısında olan dəhliz ümumi istifadədə olduğunu və Cavabdeh tərəfindən istifadə olunduğunu nəzərə alaraq, həmin sahələrdən İddiaçı sərbəst istifadə etməsinə maneçilik törədilir (səh.14, 72) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-202/2021 saylı işi üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, tərəflərin ümumi istifadəsində olan Cavabdeh məxsus ayaqyolu tikilisinə bitişik digər tikilidən (hamamdan) və Cavabdeh məxsus mənzilin qarşısındakı dəhlizdən İddiaçı istifadəsinə maneçilik törədilməsi Cavabdeh qadağan edilməsi, mənəvi zərərə görə 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddia digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 6.2, 21, 23, 152.1, 152.5, 158.1.2, 157.2; Mülki Prosessual Məcəllənin 115.0.5, 121.1,119.1, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı həm də özünə məxsus mübahisəli sahədən cavabdehin çıxarılmasını, yəni özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edərək, vindikasiya iddiası irəli sürmüşdür. Beləliklə, vindikasiya iddiasının irəli sürülməsi üçün ilkin şərt - iddiaçının əmlakın mülkiyyətçisi olması - mövcuddur. Həmçinin iddiaçının öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olması halı müəyyən olunmuşdur. Lakin vindikasiya iddiasının digər zəruri şərtləri isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının iddia etdiyi əmlakın cavabehin faktiki qanunsuz sahibliyində olması və onun həmin əşyaya sahiblik və istifadə hüququnun olmaması sübut olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2021-ci il tarixli 10/1081 saylı rəyindən göründüyü kimi mübahisəli sahə, yəni hamam və Cavabdeh mənzilinin qarşısında olan dəhliz tərəflərin ümumi istifadəsindədir. Həmçinin həmin rəyə əsasən müəyyən olunmuşdur ki, həmin sahələrdən İddiaçı sərbəst istifadə etməsinə maneçilik törədilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı iddianın "cavabdehin ümumi mülkiyyətdə olan sahədən çıxarılmasana dair hissənin təmin edilməsi üçün əsas müəyyən olunmasa da, cavabdeh tərəfindən həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılmasına zərurət vardır. cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanunsuz hərəkətlərə yol verilməsi və bunun nəticəsində ona zərər vurulması işin öz təsdiqini tapmış halıdır. Ümumi həyat təcrübəsinə görə həm də qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Lakin məhkəmə mənəvi zərərin məbləğinin iddia tələbində 100000 manat göstərilməsini çox olmaqla real qiymətləndirmir və hesab edir ki, işin diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 300 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətli olar. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(006)-202/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddanın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Konstitusiyanın 13, 29; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə mülki işə baxarkən məhkəmə prosesini birtərəfli aparmış, mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən hallan araşdırmamış və səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işə onun iştirakını təmin etmədən baxmışdır. Nəsimi rayon məhkəməsinin məlum qətnaməni o, poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə almış və qətnamədən şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməmişdir. Birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə, əlavə tikinti-texniki ekspertizasə təyin edilmişdir.Ekspert rəyində qeyd edilmişdir ki, ünvan 1i rayonu, S.Rəhimov küçəsi, ev 131, 30 saylı mənzildə əlavə tikinti işlərinin aparıldığı müəyyən olunmamışdır. Cavabdeh istifadəsində olan mübahisələndirilən sanitar qovşağın texniki pasportda öz əksinin tapdığı müəyyən edilir.Eyni zamanda ünvan 1i rayonu, S.Rəhimov küçəsi, ev 131, mənzil 30 ünvanında Cavabdeh istifadəsində olan ayaqyolu texniki pasporta əsasən Cavabdeh istifadəsindədir. Lakin ayaqyolu tikilisinə bitişik olan digər tikili (hamam) və Cavabdeh mənzilinin qarşısında olan dəhliz ümumi istifadədə olduğunu və Cavabdeh tərəfindən istifadə olunduğunu nəzərə alaraq, həmin sahələrdən X1 istifadə etməsinə maneçilik törədir. Ekspertiza xərcinin dəyəri 100 manat müəyyən edilmişdir . Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən əldə edilmiş sorğuya cavabda qeyd edilmişdir ki, ünvan 1i rayonu, S.Rəhimov küçəsi, ev 131 saylı ünvanda yerləşən 2 otaqlı mənzil (ümumi sahəsi 54,0kv.m, yaşayış sahəsi 31,5kv.m) xx.xx.2003-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.ünvan 1i rayonu, S.Rəhimov küçəsi, ev 131 saylı ünvanda yerləşən 3 otaqlı mənzil (ümumi sahəsi 89,0kv.m, yaşayış sahəsi 53,5kv.m) X6 xx.xx.1995-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. 29 saylı DNK-nın xx.xx.1996-ci il tarixli 3MA/458 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 2 otağını X11 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nın 3MA/2-270 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən (2 otaq) X4 adına qeydiyyatdan keçmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2000ci il tarixli 1/MK-631/01 nömrəli qərarına əsasən (1 otaq) X3 adına qeydiyyatdan keçmişdir13 saylı DNK-nın 4Ə/1-168 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (1 otaq) X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 28 saylı DNK-nın 4Ə/2-273 reyestr nömrəli xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən (2 otaq) Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq yenidən araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43; Mülki Məcəllənin 139-158,170-176, 180; Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, iddia edilən məsələ üzrə mülkiyyətin paylar üzrə naturada bölünməməsi və tikilinin inşa edilən zaman iddiaçının, digər mülkiyyətçilərin, habelə tikinti-arxitektura məsələlərinə biləvasitə məsul müvafiq icra hakimiyyəti orqanlarının (onların vəzifəli şəxslərinin) susması və tədbir görməməsi, bununla da ümumi mülkiyyət üzrə müvafiq tikililərin kimlərə məxsusluğu və hüquqi statusu müəyyən edilməməsi araşdırmanın belə aparılmasına imkan vermir. Şikayət əsassız olduğundan və ümumiyyətlə mübahisənin mahiyyətinə aid müzakirə ediləsi dəlillər təqdim edilmədiyindən, maddi hüquq normalarının tətbiqi üzrə araşdırmanın prosessual mümkünsüzlüyü, prosessual hüquq normalarının isə pozulmadığı müəyyən edilılir. Apellyasiya şikayəti əsassız olduğundan və tələb olmadığından dövlət rüsumu üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, əlavə ekspertiza xərci cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-202/2021 saylı işi üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar