Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2045/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Nəsimi rayon İcra Hakimiyyətinə və “xxxx” MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Nəsimi rayon İcra Hakimiyyətinə və “xxxx” MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan iddiaçılar İddiaçı1 və qeyriləri tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, 2(006)-2045/2021 saylı mülki işin baxılmamış saxlanılması və sənədlərin onlara geri qaytarılması xahiş edilmişdir. Öz növbəsində cavabdeh “xxxx” MTK tərəfindən məhkəməyə vəsatət ilə müraciət edilərək, 2(006)-2045/2021 saylı mülki işin baxılmamış saxlanılması xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər və bu barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “məhkəmə bildirişi”ndən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatında olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx” MTK-ya qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(006)-2400/2021 saylı mülki işin məhkəmə baxış iclası xx.xx.2021-ci il tarixə saat 10:50-yə təyin edilmişdir. Habelə, iş materiallarından görünür ki, 2(006)-2400/2021 saylı (köhnə nömrəsi 2(006)-4738/2020 olan) mülki iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixində daxil olmuş və xx.xx.2020-ci il tarixində icraata qəbul edilmişdir. 2(006)-2045/2021 saylı mülki iş isə daha sonra, yəni xx.xx.2021-ci il tarixində məhkəməyə daxil olmuş və xx.xx.2021-ci il tarixində icraata qəbul edilmişdir. Beləliklə də, məhkəmə qeyd edir ki, 2(006)-2400/2021 saylı mülki iş məhkəməyə daha əvvəl daxil olduğundan və məhkəmə tərəfindən daha əvvəl icraata qəbul edildiyindən, 2(006)-2045/2021 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin məhkəmənin (hakim Anar İbadzadə) icraatında olduğundan hazırki mülki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4, 260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Nəsimi rayon İcra Hakimiyyətinə və “xxxx” MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2045/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2045/2021
09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver