Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2046/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası Qasımov Fazil Oruc oğlu 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində yol nəqliyyat hadisəsi zamanı aldığı zərbədən həyatını itirmişdir. Belə ki, Z.M.İbrahimov 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində X2 adına olan, X5 məxsus etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius (Hibrid) Minik» markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi ilə Hüseyn Seyidzadə küçəsi istiqamətində hərəkətdə olarkən, Hüseyn Seyidzadə küçəsi 179V saylı ünvanın qarşısına düşən yol hissəsinə çatdıqda avtomobili tam dayanma həddinə çaldırıb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərini pozaraq geriyə hərəkətin qadağan edildiyi piyada keçidində idarə etdiyi avtomobili Mircəlal küçəsi istiqamətində 5-7 km/saat sürətlə geriyə dorğu hərəkət etdirməklə yolu piyada keçidinin üzəri ilə onun hərəkət istiqamətinə nəzərən soldan sağa keçən piyada Qasımov Fazil Oruc oğlunu idarə etdiyi avtomobilin arxa hissəsi ilə vurub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyinin sol alın-təpə-gicgah, ənsə payında yumşaq qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması, sol alın-təpə-gicgah və ənsə nahiyyəsində yumşaq toxumalar altına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyəsinin qançırı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Al, A, Bl, B, Cl, C, D1, D, C1E, CE kateqoriyalı, BD000865 nömrəli sürücülük vəsiqəsi vardır. Açıq yaşıl metallik rəngli, «Toyota Prius (Hibrid) Minik» markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında X5 məxsus olmuşdur. 22 iyul 2022-ci il tarixdə qeyd olunan avtomobili idarə etmək üçün E.G.Bədəlov tərəfindən ona etibarnamə verilmişdir. Həmin tarixdən etibarən avtomobili hadisə baş verən günə qədər idarə edib taksi fəaliyyəti ilə məşğul olmuşdur. Demək olar ki, hər gün taksi fəaliyyəti ilə məşğul olmuş və hər gün avtomobili sahibi olan E.Bələdova 30 (otuz) manat pul ödəmişdir. 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius (Hibrid) Minik» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman Bakı şəhəri, Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ilə 4-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olmuşdur. Müştəri sifarişi «Bolt» şirkəti vasitəsi ilə verdiyindən məbil telefonunda olan xəritə vasitəsi ilə sifarişçinin olduğu yerə getmişdir. ünvan 1 ünvanının qarşısına çatdıqda orada yolun hərəkət hissəsində piyada keçidi olmuşdur. Piyada keçidini keçdikdən sonra xəritədə görmüşdür ki, taksi sifarişi verən şəxs piyada keçidinə çatmamış sağ ara məhlədə yerləşən yaşayış binasında onu gözləyir. Sifarişçinin dayandığı məhləyə gedən ara yolu keçdiyindən avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobili təxminən 5-7 km saat sürətlə arxaya hərəkət etdirmişdir. Piyada keçidinin üzərinə çatdıqda hiss etmişdir ki, avtomobil nəyəsə toxunmuşdur. Dərhal avtomobili saxlayıb aşağı düşüb avtomobilin arxa tərəfinə keçmişdir. Bu zaman görmüşdür ki, bir nəfər kişi cinsli şəxs, yəni piyadaçı təxminən avtomobilin arxa tərəfindən 2-3 metr aralıda uzanmış vəziyyətdədir. Bilmişdir ki, idarə etdiyi avtomobili arxa-arxaya hərəkət etdirərkən həmin vaxtı piyada keçidi vasitəsi ilə hərəkət istiqamətinə görə yolun sol tərəfindən sağ tərəfinə keçən sonradan adını bildiyi Qasımov Fazil Oruc oğlunu idarə etdiyi avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə həmin şəxs yıxılıb xəsarət almışdır. F.l Qasımova yaxınlaşdıqda görmüşdür ki, o, uzanmış vəziyyətdədir, başından xəsarət almışdır, yolun asfalt örtüyündə qan ləkələri vardır. X20 Yardım Stansiyasma zəng vuraraq bu barədə xəbər vermişdir. Lakin TTYS-nın gec gəldiyini görərək, F.Qasımova kömək edib ayağa qaldırmış və avtomobilə əyləşdirmişdir. İdarə etdiyi avtomobillə Fazil Qasımovu 1 saylı X17 çatdırmış və orada həkimlərə təhvil vermişdir. Orada dayanıb polis əməkdaşlarının gəlməsini gözləmiş, bir müddət sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, onlara özünü təqdim edib yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Xəstəxanadan hadisə yerinə gəlmişlər, hadisə yerində polis əməkdaşlarına hadisənin harada baş verdiyini göstərmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq piyada F.Qasımov 24 avqust 2022-ci il tarixdə saat 16 radələrində müalicə aldığı 1 saylı X13 ölmüşdür. Cinayət üzrə keçirilmiş, məhkəmə aktı ilə müəyyən edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi Birliyinin 24 sentyabr 2022-ci il tarixli 94 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, F.O.Qasımovun meyitində beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyinin sol alın-təpə-gicgah, ənsə payında yumşaq qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması, sol alıntəpə-gicgah və ənsə nahiyyəsində yumşaq toxumalar altına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyyəsinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. F.O.Qasımovun meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmiş, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəsi vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının F.O.Qasımovu vurması nəticəsində əmələ gələ bilərdi. F.O.Qasımovun ölümünə başın küt travması ilə əlaqədar olaraq beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması nəticəsində inkişaf edən baş beyin ödəmi olmuşdur. F.O.Qasımovun ölümü xx.xx.2022-ci il tarixdə saat 15:00-də Bakı Baş Şəhər X14 PHŞ-də baş vermişdir. F.O.Qasımovun meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda qatılığı -0,5% olmuşdur və bu da F.O.Qasımovun sağlağında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, l(006)- 38/2023 saylı qərarına əsasən X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, X3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılması, iş üzrə maddi sübut kimi tanınmış və X5 məxsus “Toyota Prius” markalı, **-DF-*** dövlət diyyat nişanlı avtomobil sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməsi qərara alınmışdır. Cinayət işi üzrə icraata xitam verilməsinin əsası Azərbaycan Respublikasının CPM- nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi olmuşdur. Cinayət işi üzrə müəyyən edilmiş işin faktiki hallarından da, göründüyü kimi X7 idarə etdiyi X5 məxsus “Toyota Prius” markalı, **- DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə atasını vurması nəticəsində atası həyatdan məhrum olmuşdur. Atasının yas mərasimi xərclərinin bir hissəsi X7 tərəfindən onlara ödənilmişdir. Lakin atasının müalicəsinə xərclədikləri 15000 manat vəsait hal-hazıradək onlara ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cu il tarixli bildirişdən görünür ki, qeyd edilən xərcin qarşılanması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, zərərvuran tərəfindən ona ödəniş edilməsini nəzərə alaraq, tələbini qanunsuz və əsassız olaraq təmin etməkdən imtina etmişlər. Belə ki, qanunvericiliyin tələblərinə əsasən yol nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxsin sağlamlığı ilə bağlı dəymiş zərəri zərər vuran qarşılamasına baxmayaraq, eləcə də, yas mərasimi üçün zərər vuran tərəfindən zərər çəkmiş şəxsin hüquqi varisinə ödəniş edilməsinə baxmayaraq sığorta şirkəti zərərçəkmiş şəxsə 5000 manat ödəniş etmək öhdəliyindən boyun qaçıra bilməz. Həmçinin qanunvericliklə nəzərdə tutulmuşdur ki, sığorta ödənişini icra etməkdən yayınma gecikdirilmiş hər gün üçün sığorta ödənişinin 0.1 faizi məbləğində sığorta şirkəti ödəniş etmək öhdəliyi daşıyır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi və vəkili X10 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin hüquqi varisləri tərəfindən zərəçəkənin ailəsinə maddi ziyan ödənilmiş və onlar arasında barışıq əldə olunmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 19.4 və 19.5-ci maddələrinə əsasən mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə bu sığorta şirkəti tərəfindən sığorta ödənişi verilərkən nəzərə alınır. Belə ki, zərərçəkənə sığortalı və ya sığorta olunan tərəfindən 5 min manatdan az ödəmə həyata keçirildikdə yerdə qalan məbləğ sığorta şirkəti tərəfindən zərərçəkənə ödənilir. Yox əgər sığortalı və ya sığorta olunan tərəfindən 5 min və bundan artıq məbləğdə ödəmə həyata keçirildikdə sığorta şirkəti hesablanan sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Buna görə də, təqsirləndirilən şəxsin hüquqi varisləri tərəfindən zərərçəkənin ailəsinə 5 min manatdan yüksək ödəmə edildiyindən sığorta ödənişinin tərəflərindən zərərçəkənə ödənilməsi mümkün deyildir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, məhkəmə iclasda iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X1 Taleh Allahverdi oğlunun adına olan, baş etibarnamə əsasında X5 məxsus «Toyota Prius (Hibrid) Minik» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə hər gün Elgün Bədəlova 30 manat pul ödəməklə taksi fəaliyyəti ilə məşğul olurdu. 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi ilə Hüseyn Seyidzadə küçəsi istiqamətində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı iddiaçının atası xəsarətlər almış, 24 avqust 2022-ci il tarixdə müalicə aldığı 1 saylı X13 ölmüşdür. Bununla bağlı başlanmış cinayət işinə məhkəmədə baxılmış və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-38/2023 saylı qərarına əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, X3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmış, iş üzrə sübut kimi tanınmış və X5 məxsus «Toyota Prius (Hibrid) Minik» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsinin əsası Azərbaycan Respublikasının CPM- nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi olmuşdur. İddiaçı cavabdehə müraciət etsə də, zərərvuran tərəfindən ona ödəniş edilməsini əsas gətirərək, təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı atasının ölümü ilə bağlı ona dəyən zərərə görə cavabdehin mülki məsuliyyət daşıdığını, iddia edir. Cavabdeh iddianı qəbul etmir, məhkəməyə izahatında təqsirləndirilən şəxsin hüquqi varisləri tərəfindən zərərçəkənin ailəsinə 5 min manatdan yüksək ödəmə edildiyindən sığorta ödənişinin tərəflərindən zərərçəkənə ödənilməsinin mümkün olmadığını bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
Əsaslandırıcı hissə: c) Mülki işin materialları:
7. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 082-36596 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, təqsirləndirilən şəxs X1 Taleh Allahverdi oğlunun adına olan, baş etibarnamə əsasında X5 məxsus «Toyota Prius (Hibrid) Minik» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə 22 avqust 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi ilə Hüseyn Seyidzadə küçəsi istiqamətində hərəkətdə olarkən Qasımov Fazil Oruc oğlunun ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş vermişdir.
8. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-38/2023 saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş, X3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmış, iş üzrə sübut kimi tanınmış və X5 məxsus «Toyota Prius (Hibrid) Minik» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/0147 saylı məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci ildə Bakı şəhəri ərazisində Dövlət Sığorta Kommersiya Şirkətində icbari qaydada sığortalı olan “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilini X7 idarə edərkən piyada qismində yolu keçən Qasımov Fazil Oruc oğlunu vuraraq ona xəsarət yetirmiş, aldığı xəsarətlərdən Qasımov Fazil Oruc oğlu vəfat etmişdir. Hadisə ilə bağlı təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, sığortalı X7 tərəfindən 9000 manat məbləğində vəsait zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilmişdir. İcbari sığortalar haqqında Qanunun 20.5-ci maddəsinə əsasən (Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.) zərərvuran tərəf zərərçəkmiş tərəfə maddi zərəri ödədiyi halda, zərərçəkənin sığorta tələbi tam ödənilmiş olur.
10. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımov Fazil Oruc oğlunun vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2022-ci il tarixli 05/2409 nömrəli məktubuna əsasən Qasımov Fazil Oruc oğlunun yol nəqliyyat hadisəsində öldüyünə görə ödəniləcək 5000 manat sığorta ödənişindən ibarətdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 noyabr 2022-ci il tarixli, 8/3062 №-li yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizasının rəyindən görünür ki, 1950-ci il təvəllüdlü F.O.Qasımovun meyitində beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyinin sol alın-təpəgicgah, ənsə payında yumşaq qişalara, beyin toxumasına və mədəciklərə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması, sol alın-təpə-gicgah və ənsə nahiyyəsində yumşaq toxumalar altına qansızmalar, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı-almacıq nahiyyəsinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. F.O.Qasımovun meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmiş, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəsi vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Bu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının F.O.Qasımovu vurması nəticəsində əmələ gələ bilərdi. F.O.Qasımovun ölümünə başın küt travması ilə əlaqədar olaraq beyin toxumasının sol gicgah-təpə payının əzilməsi, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, sol təpə-gicgah nahiyyəsinin subdural hematoması nəticəsində inkişaf edən baş beyin ödəmi olmuşdur. F.O.Qasımovun ölümü xx.xx.2022-ci il tarixdə saat 15:00-də Bakı Baş Şəhər X14 PHŞ-də baş vermişdir. F.O.Qasımovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda qatılığı -0,5% olmuşdur və bu da F.O.Qasımovun sağlağında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 94 №-li meyitin ekspertizasının rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Toyoto Prius markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
16. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır;
17. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
18. Eyni Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir;
19. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun;
20. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur;
21. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.-ci maddəsinə əsasən isə fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.3- şəxsin ölümü.
22. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən (Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.) zərərvuran tərəf zərərçəkmiş tərəfə maddi zərəri ödədiyi halda, zərərçəkənin sığorta tələbi tam ödənilmiş olur.
23. Məhkəmə hesab edir ki, iddiaçının maddi zərərin əvəzinin tutulmasını cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, zərərçəkənə sığortalı və ya sığorta olunan tərəfindən yalnız 5000 manatdan az ödəniş edildiyi halda yerdə qalan məbləğ cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilə bilərdi. Halbuki iddiaçıya zərərvuran tərəfindən 9000 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən İddiaçı sığorta hadisəsi nəticəsində atasının sağlamlığına dəymiş zərərə görə 5000 manat məbləğində həmçinin hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 1%-i həcmində dəbbə pulunun tutulmasını tələb etməsinə və iddia tələbində göstərilən məbləğdən də artıq məbləği zərərvuranın hüquqi varislərindən almasına baxmayaraq, sığorta ödənişinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən də tutulmasını tələb etməkdə haqlı deyildir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;
27. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı atasının vəfat etməsi ilə əlaqədar 5000 manat sığorta pulunun və gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 1% həcmində dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir.
30. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ramin Xəlilov