Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2091/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh A.A.Hacıbabayevin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 3.000 manat məbləğində vəsaitin və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə iclasında baxılarkən X10, Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Sonradan, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 hesabında olan cari balansdan 1.000 manat vəsaitin tutularaq ona ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, Cavabdeh1 2.000 manat vəsaitin və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə tarixdə İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3.000 manat vəsaitin və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Xırdalanda olan evini satışa qoymuşdur. Bununla bağlı olaraq evdə olan müəyyən əşyaların satılmasına ehtiyac var idi. Buna görə o, evdə olan bir ədəd uşaq yazı masasının satılması üçün «Lalafo» saytına elan yerləşdirmişdir. Həmin uşaq yazı masasını 110 manata satışa qoymuşdur. xx.xx.2023-cü il tarixdə «WhatsApp»dan bir şəxs ona ilkin olaraq yazmışdır ki, «salam, masa satırdınız o qüvvədir» daha sonra həmin yazını silmişdir. Həmin şəxs isə cavab olaraq yazmışdır ki, «salam bəli», həmin şəxsin cavabı «son qiymət 110 AZN», onun cavabı isə «bəli» olmuşdur, həmin şəxsin cavabı «zəhmət olmasa dəqiqləşdirin, əşyanın ümumi vəziyyəti necədir, nə qədər istifadə olunub», onun cavabı «təxmini 2 il istifadə olunub», həmin şəxsin cavabı «fakt budur ki, mən özüm sizə gələ bilmirəm, malı kuryerlə göndərə bilərdiniz. Kartınıza pul köçürəcəyəm və kuryerim sizinlə telefon nömrəsi ilə əlaqə saxlayacaq, kuryer qeyd etdiyiniz vaxtda çatacaq. Xaçmazda yaşayıram yalnız kuryerə təhvil verməli olacaqsınız və hamısı budur, pulu əvvəlcədən alacaqsınız. Mən kuryer tapacam, bunu edə bilərikmi?». Onun cavabı «olar», həmin şəxsin cavabı «mən hər şeyin pulunu ödədim linkə daxil olun pulu karta atın və bundan sonra kuryer sizinlə əlaqə saxlayacaq, hərşeyi necə edəcəyinizi yazın artıq çatdırma pulunu da ödəmişəm». Daha sonra o, öz telefonu vasitəsilə həmin şəxsin ona göndərdiyi hhtps://azerpost.paymentzsafe.online/Wİ21499488 linkə daxil olmuşdur. Bu zaman onun "xxxx"da olan kartındakı bütün məlumatları həmin linkə daxil etmiş, bir necə dəqiqə gözləmiş, sonra onun telefonuna sms mesaj gəlmişdir ki, «kartınızdan 3.000 manat silindi», o, dərhal "xxxx"da olan əməkdaşa müraciət etmiş, bankın əməkdaşları araşdırmışlar və bəlli olmuşdur ki, onun bank məlumatlarını əldə edən şəxs həmin 3.000 manatı «M10» elektron pulqabı hesabına köçürmüşdür. Dərhal «MİLLİÖN»-lə əlaqə saxlamış və oradan bildirilmişdir ki, həmin 3.000 manat vəsait istifadə olunmaması üçün dondurulmuşdur. "xxxx"dan ona bildirmişlər ki, bununla bağlı hüquq mühafizə orqanına müraciət etsin. O belə də etmiş, dərhal hüquq mühafizə orqanına müraciət etmişdir. Nəsimi RPİ 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, «M10» cavabdehə məxsusdur. Buna görə, Nəsimi RPİ 19-cu Polis Bölməsi tərəfindən cavabdehə 13.03.203-cu il tarixdə 4K-1/60 saylı məktub yazılaraq bildirilmişdir ki, araşdırma zamanı həmin vəsaitin «M10» elektron pulqabına köçürülməsi, lakin rəhbərlik etdiyi şirkət tərəfindən dələduzluq cinayətinin olması şübhəsinə görə həmin hesabların dondurulması tərəflərindən müəyyən edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq vətəndaş məmnunluğuna görə vətəndaş A.Nafıyevə məxsus 3.000 manat vəsaitin geri öz hesabına köçürülməsinə və «M10» elektron pulqabı hesabının məxsus olduğu şəxsin anket məlumatlarının verilməsinə köməklik edilməsi xahis edilmişdir. Bundan sonra Nəsimi RPİ 19-cu Polis Bölməsi tərəfindən ona bildirilmişdir ki, cavabdeh rəsmi cavab məktubu yazaraq onun məhkəməyə müraciət etməsini bildirmişdir. Bu günə kimi ona məxsus olan 3.000 manat vəsait cavabdeh tərəfindən ona ödənilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə təqdim etdiyi xx.xx.2023cü il tarixli məktubuna əsasən və məhkəmə araşdırması zamanı bəlli olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 14:20:45 radələrində iddiaçının kart hesabından 3.000 manat pul vəsaiti ***-***-**-** nömrəsinin sahibi X3 pul kisəsi balansına mədaxil edilmişdir. X9 həmin məbləğin 1.000 manatını xx.xx.2023-cü il tarixdə saat 14:24:12 radələrində ***-***- **-** nömrəsinin sahibi X4, digər 2.000 manat isə ***-***-**-** nömrəli hesabların balansına köçürmüşdür. Hazırda 070-83038-36 nömrəsinin sahibi olan X2 hesabında cari balansı 6.313,88 manat təşkil edir. İddia tələbinin dəqiqləşdirilməsi zəruriyyəti yarandığından müvafiq ərizə ilə məhkəməyə müraciət etmişlər. Daha sonra yenidən iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarına əsasən və məhkəmə araşdırması zamanı bəlli olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 14:20:45 radələrində iddiaçının kart hesabından 3.000 manat pul vəsaiti ***- ***-**-** nömrənin sahibi X3 pul kisəsi balansına mədaxil edilmişdir. Məhz buna görə də hesab edir ki, cavabdeh X1 3.000 manat vəsaitin və ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmədən yuxarıda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında cavabdeh qismində iştirak edərkən "xxxx" MMC-nin nümayəndəsi X5 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, "xxxx" MMC-də «M10» tətbiqi üzərindən aparılan əməliyyatlar üzrə pul kisəsi istifadəçilərinin telefon nömrələri məlum olsa da, onların adı, soyadı və atasının adı haqqında anket məlumatlar olmur. Hər bir vətəndaş «M10» tətbiqini yükləyib, telefon nömrəsi ilə qeydiyyatdan keçməklə özünün elektron pul kisəsini (pul qabını) yarada bilir. "xxxx" MMC-də aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, kart sahibinin təqdim etdiyi məlumatlar əsasında xx.xx.2023-cü il tarixdə, saat 14:20:45 radələrində onun 416975xxxxxx0626 nömrəli kart hesabından 3.000 manat məbləğində vəsait köçürülərək, **********48 nömrəli pul kisəsi istifadəçisinin balansına mədaxil edilmişdir. Həmin pul kisəsi istifadəçisi bu məbləğin 1.000 manatını həmin tarixdə, saat 14:24:12 radələrində **********36, digər 2.000 manatını isə **********00 nömrəli hesabların balanslarına köçürmüşdür. Dələduzluq hallarına yol verilməsinə şübhə yarandığı üçün "xxxx" ASC-nin müraciəti əsasında hər iki hesab "xxxx" MMC tərəfindən bloklanmışdır. Hazırda **********36 nömrəli hesabın cari balansı 6.313.88 manat təşkil edir. **********36 nömrəli pul kisəsi istifadəçisi tərəfindən bu günə kimi "xxxx" MMC-yə müraciət olunmadığı üçün həmin vəsaitin kimə məxsus olması məlum deyildir. **********0 nömrəli pul kisəsnin sahibi isə "xxxx" MMC-yə müraciət edərək özünü bəyan etmiş və 2.000 manat məbləğin kripto alışı məqsədilə onun pul kisəsinə daxil olduğunu bildirmişdir. Nəticədə **********00 nömrəli pul kisəsi "xxxx" MMC tərəfindən blokdan azad edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 4k-1/660 saylı sorğusunda vətəndaş Azər Nafıyevə məxsus həmin pulun onun hesabına geri qaytarılması və bu pulu silən «M10» elektron pul qabı istifadəçisinin anket məlumatlarının təqdim olunması istənilmişdir. "xxxx" MMC qanunvericiliyin bu tələblərinə əsaslanaraq 19cu Polis Şöbəsinin həmin sorğusunu xx.xx.2023-cü il tarixdə PPO-SEC/0041/2023 saylı məktubla cavablandırmışdır. İddiaçı Azər Nafıyevin kartından silinmiş 3.000 manatın cavabdeh "xxxx" MMC tərəfindən deyil, hansı elektron pul kisəsi istifadəçisi tərəfindən silinmişdirsə və ya hansı hesaba daxil edilmişdirsə, onlar tərəfindən də geri qaytarıla bilər. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə də yol verilir. Bu səbəbdən, məhkəmədən iddianın "xxxx" MMC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Daha sonrakı məhkəmə iclasında cavabdeh qismində iştirak edərkən "xxxx" MMCnin nümayəndəsi X5 öncə verdiyi izahata əlavə olaraq bildirmişdir ki, iddiaçı Azər Nafıyevin «Lalafo.az» saytında yerləşdirdiyi mebel elanı ilə əlaqədar xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsin +**********89 WhatsApp vasitəsi ilə ona yazaraq mebeli almaq istədiyini, ona https://azerpost.paymentz-safe.online/**********8 linkini ataraq pulu həmin link vasitəsi ilə onun kart hesabına köçürmək istədiyini bildirmişdir. İddiaçı "xxxx" ASC tərəfindən ona verilmiş 416975******0626 nömrəli plastik kartının bütün məlumatlarını (16 rəqəmi) qarşı tərəfə göndərmişdir. Lakin onun bu kart hesabına mebelin pulu daxil olmaq əvəzinə, əksinə xx.xx.2023-cü il tarixdə, saat 14:20:45 radələrində həmin kart hesabından 3.000 manat silinərək, **********48 nömrəli «M10» hesabına köçürülmüşdür. Həmin tarixdə **********48 nömrəli «M10» hesabından isə 3.000 manat başqa şəxslərə məxsus «M10» hesablarına köçürülmüşdür. İddiaçının "xxxx" ASC-yə və bankın isə "xxxx" MMC-yə müraciətləri əsasında dələduzluq hallarına yol verilməsinə şübhə yarandığı üçün həmin «M10» hesablarının fəaliyyəti "xxxx" MMC tərəfindən məhdudlaşdırılmış (bloklanmış) və bu hesablarda olan vəsaitlər dondurulmuşdur. Məlumat üçün bir daha bildirir ki, respublikada hər bir vətəndaş "xxxx" MMC-nin «M10» mobil tətbiqini yükləyib, ona məxsus mobil telefon nömrəsi ilə qeydiyyatdan keçməklə özünün elektron pul kisəsini (pul qabını) – «M10» hesabını yarada bilir. "xxxx" MMC-də isə həmin «M10» hesabları sahiblərinin (pul kisəsi istifadəçilərinin) yalnız mobil telefon nömrələri (yəni hesab nömrələri) mövcud olur, onların şəxsi anket məlumatları, yəni soyadı, adı və atasının adı haqqında hər hansı bir məlumat olmur. Vətəndaşlar özləri şəxsən müraciət etdikdə, həmin hesabların kimə məxsus olması məlum olur. Belə ki, hesabı bloklanmış **********0 nömrəli «M10» hesabının sahibi "xxxx" MMC-yə müraciət edərək, özünü bəyan etmiş və 2.000 manat məbləğin kripto alışı məqsədilə onun «M10» hesabına (pul kisəsinə) daxil olduğunu bildirmiş və bunu təsdiq edən müvafiq zəruri sənədləri təqdim etmişdir. Nəticədə **********00 nömrəli «M10» hesabı "xxxx" MMC tərəfindən blokdan azad edilmişdir. Məhkəmə araşdırmaları (məhkəmənin müvafiq mobil operatorlara sorğusu) nəticəsində də göstərilən «M10» hesablarının bilavasitə kimə məxsus olması müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" MMC-nin iş üzrə cavabdeh qismindən azad edilərək, İddiaçı kart hesabından silinmiş 3.000 manatın və 50 manat məbləğində dövlət rüsumunun müvafiq təqsirkar şəxslərə məxsus «M10» hesablarından tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, hazırki iddia ilə bağlı heç bir məlumatı yoxdur. İddia ərizəsində qeyd edilənlərin necə baş verməsini bilmir. Həmin nömrə hal-hazırda onun istifadəsindədir. Həmin nömrədən ondan başqa heç kim istifadə etmir. O, həmin nömrə ilə «M10» tətbiqindən qeydiyyatdan keçməmişdir və onun necə istifadə edildiyini bilmir. O, İddiaçı tanımır. O, nömrəsini istifadə etməsi üçün başqa kiməsə verməmişdir. Həmin nömrəni 2022-ci ilin avqust ayında almışdır. O, həmin nömrəni "xxxx" MMC-dən almışdır. Əlavə olaraq bildirdi ki, o, keçən dəfə məhkəmə iclasından çıxandan sonra Sumqayıt şəhər Polis İdarəsinə dəvət edilmiş və onun izahatı alınmışdır. Orada ona bildirmişlər ki, bu iş DTX tərəfindən göndərilmişdir və araşdırma aparılır. İş üzrə Cavabdeh2 polis əməkdaşları tərəfindən həbs edilmişdir. Onun «Samsung S20» modelli mobil telefonu olmamışdır. Onun mobil telefonu «Honor» modelli mobil telefondur. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh A.A.Hacıbabayevin nümayəndəsi və vəkili Vəkil cavabdehin izahatına uyğun izahat verdi və əlavəsinin olmadığını qeyd edərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində mütəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək bildirdi ki, hazırki mübahisə ilə bağlı heç bir anlayışı yoxdur. Oğlu Rusya Federasiyasının vətəndaşıdır, Tümen vilayətində qazçıxarma mədənində işləyir. Oğlu Azərbaycan Respublikasına gəlmiş, M10 tətbiqini yükləmiş və həmin tətbiqdən qeydiyyatdan keçərkən onun mobil nömrəsindən istifadə etmişdir. Onun oğlu kripto valyuta alğı-satqısı ilə məşğul olur və bu tətbiqi də onun üçün yükləmişdir. Bu məsələ ilə bağlı o və oğlu "xxxx" MMC-yə yaxınlaşmışlar və orada izahat vermişlər. Daha sonra hesaba qoyulmuş qadağa götürülmüş və oğlu öz pulunu oradan götürmüşdür. Həmin pulların oğlunun hesabından hansı hesaba köçürülməsi barədə heç bir anlayışı yoxdur. Son məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində mütəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən mülki işə mübahisə predmeti barəsində mütəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdeh Anar Hacıbabayevin və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - "xxxx" MMC-nin 23 may 2023-cü il tarixli 11870 saylı məktubundan görünür ki, 55 696 39 00 GSM nömrəsi xx.xx.1969-cu il təvəllüdlü X7 məxsusdur. 50 656 35 48 GSM nömrəsi xx.xx.1996-cı il təvəllüdlü X6 məxsusdur. - "xxxx" MMC-nin 23 may 2023-cü il tarixli BKC/LGL-7586/23 saylı məktubundan və həmin məktuba əlavə edilmiş məxsusluq tarixçəsindən görünür ki, 55 696 39 00 GSM nömrəsi X7 məxsusdur. - "xxxx" MMC-nin 07 iyun 2023-cü il tarixli AZF/LGL-9619/23 saylı məktubundan və həmin məktuba əlavə edilmiş məxsusluq tarixçəsindən görünür ki, 70 830 38 36 GSM nömrəsi xx.xx.2022-ci il tarixdə aktivləşdirilməklə xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh2 məxsusdur. - Bakı şəhəri Nəsimi RPİ 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X8 17 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:16-da Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsi ev 31/66 mənzil 80-də yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-in «102» xidməti zəng mərkəzi sisteminə müraciət edərək, «Lalafo.az» saytına yerləşdirdiyi mebel elanı ilə bağlı onunla əlaqə saxlayan naməlum şəxsin ödəniş edəcəyini vəd edərək, kart məlumatlarını ələ keçirdikdən sonra kartından 3.000 manat pulun çıxarılmasını bildirməsi barədə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-də raport tərtib olunaraq, HK-1/420 nömrəsi ilə qeydiyyata alınmış və araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı, polis mayoru Nəsimi Seyidzadəyə həvalə olunmuşdur. Həmçinin, İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-yə ərizə ilə müraciət edərək, təxminən bir həftə əvvəl özünə məxsus iş masasını satmaq üçün «Lalafo.az» saytında elan yerləşdirməsini, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonunda yerləşən Əjdərbəy məscidində işdə olan vaxt tanımadığı şəxsin +**********89 nömrədən «WhatsApp» vasitəsi ilə yazaraq həmin iş masasını almaq istəməsini və ona link ataraq vəsaiti həmin link vasitəsi ilə karta köçürmə etmək istəməsini bildirməsinə görə daxil olub kart məlumatlarını yazmış, Nəsimi rayonu Cavadxan küçəsi 3-ün yaxınlığında olan vaxtı ona məxsus "xxxx"a aid **********880626 hesab nömrəsindən 3.000 manat pulun çıxarılmasını aşkar etməsini bildirərək, həmin şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/660 (19 PŞ) nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və müraciət edən şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli PPO-LEG/0231- 1/2023 saylı və 13 sentyabr 2023-cü il tarixli PPO-LEG/0716/2023 saylı məktublardan, eləcə də, 04 may 2023-cü il tarixli PPO-EB/0238/2023 saylı ətraflı arayışından görünür ki, İddiaçı 3.000 manat pul vəsaiti xx.xx.2023-cü il tarixdə saat 14:20:45 radələrində "xxxx" ASC tərəfindən ona verilmiş kart hesabından silinərək, **********48 nömrəli «M10» hesabına köçürülmüşdür. Həmin tarixdə **********48 nömrəli «M10» hesabından isə 3.000 manat aşağıda göstərilən «M10» hesablarına köçürülmüşdür: xx.xx.2023 / 14:24:12 / +**********36 / 1000 manat xx.xx.2023 / 14:26 / +**********00 / 1000 manat xx.xx.2023 / 14:32 / +**********00 / 1000 manat. Təqdim olunmuş sübutlardan göründüyü kimi, iddiaçıya məxsus 3.000 manat pul vəsaiti Cavabdeh1 məxsus GSM nömrəsi üzrə açılmış «M10» hesabı vasitəsi ilə çıxarılmışdır. Daha sonra həmin məbləğ 3 bərabər hissədə olmaqla, 1.000 manatı +**********36 GSM nömrəsi üzrə açılmış «M10» hesabına, 2.000 manatı isə 1.000 manat və 1.000 manat olmaqla, +**********00 GSM nömrəsi üzrə açılmış «M10» hesabına köçürülmüşdür. Cavabdeh1 hazırki iddia üzrə ********* telefon nömrəsinin onun istifadəsində olduğunu, onun tərəfindən hər hansı əməliyyat aparılmadığını qeyd etsə də, məhkəməyə təqdim edilmiş sənədləri inkar edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edildi ki, Cavabdeh1 buna heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, iddiaçının hesabına 3.000 manat həcmində əsassız varlanmışdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən pul vəsaiti həcmində əsassız varlanma faktını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3.000 manat pul vəsaiti və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3.000 manat pul vəsaiti və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2091/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2091/2023
07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver