Məhkəmə qərarları › İş №2(006)-2104/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2104/2020

28.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2104/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçıcavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2 ASC-nə, 3-cü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı“əmlakın qiymətləndirilməsi barədə 140 saylı xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsində yerləşən 41A saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 140 saylı xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi, həmin əmlakın hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-4954/2012 saylı xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən borclu X1 Cavabdeh2 ASC-nin xeyrinə borc tutulmalı və tutma iddiaçıya məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsində yerləşən 41A saylı fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalı, ipoteka predmetinin satışından əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. Həmin icra sənədi Sabunçu rayon Məhkəməsi tərəfindən icraya yönəldilmiş və icra sənədində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmədiyindən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin xx xxxxx 2019-cu il tarixli 4503-815/7 saylı müraciətinə əsasən qiymətləndirici dəvət edilmiş və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixə bazar qiyməti 170000 manat müəyyən edilmişdir. Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən tutmanın yönəldildiyi ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsində yerləşən 41A saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair MMC tərəfindən tərtib olunmuş 140 saylı xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyi predmetin real bazar qiymətini özündə əks etdirmir, əsassızdır və tənasübsüz qaydada aşağıdır. Həmin əmlak Sabunçu rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-də "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən tərtib olunmuş 140 saylı qiymətləndirmə rəyi əsasında müəyyən edilmiş qiymətlə açıq hərracdan satışa çıxarılmasına dair kütləvi informasiya vasitələrində dərc edilmiş və icra sənədi üzrə tərəflərə ilkin hərracın xx xxxxxxx 2019-cu il tarixdə saat 11:00da keçirilməsi barədə bildirişlər göndərilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianıntəminedilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin, 3-cü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin, 3-cü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiarədd edilməlidir. Belə ki, iş materiallarında olan“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş 140 saylı xx xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, İddiaçı Vasif qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən 41 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 170000 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında xxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin xx xxxxxx 2020-ci il tarixli H/02-PLS saylı rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsi, 41A saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində xx xxxxxx 2019-cu il tarixinə bazar qiyməti 170000 manat, xx xxxxxx 2019-cu il tarixinə likvid qiyməti 135000 manat. Hazırkı vaxtda bazar qiyməti 170000 manat, hazırkı vaxtda likvid qiyməti 135000 manat. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən ““xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 140 saylı xx xxxxxx 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin surətindən görünür ki, qiymətləndirici ekspert tərəfindən aparılmış tədqiqat ətraflı təsvir olunmuş, qiymətləndirilən obyektə baxış keçirilmiş, obyektin texniki göstəriciləri və qiymətin müəyyən edilməsi meyarları dəqiq göstərilmiş və rəy verilərkən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Eyni zamanda həmin rəylə müəyyən olunmuş qiymətə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsi, 41A saylı fərdi yaşayış evinin qiymətinin 170000 manat məbləğində müəyyən olunmasına şübhə ilə yanaşması üçün hər hansı əsas mövcud deyildir. Belə ki, iddiaçı həmin qiymətin əsassız olduğunu bildirsə də, bu halların təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə məhkəmə tərəfindən keçirilmiş daşınmaz əmlakın bazar qiymətinin müəyyən edilməsinə dair ekspertiza rəyi ilə müəyyən olundu ki, iddiaçının istinad etdiyi hallar tam əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsində yerləşən 41A saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 140 saylı xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi, həmin əmlakın hazırki real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi üçün əsaslar olmadığına görə həmin tələblər rədd olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (maddə 5). Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər (maddə 7). Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır (maddə 8). Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2 ASC-nə, 3-cü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı“əmlakın qiymətləndirilməsi barədə 140 saylı xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə məhkəmə xərci olan«xxxxxxxxxxxxxxxxxxxxxx»MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 (dörd yüz) manat məbləğində pul İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC-nin “xxxxxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə, Cavabdeh2 ASC-nə, 3-cü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı“əmlakın qiymətləndirilməsi barədə 140 saylı xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 (dörd yüz) manat məbləğində pul İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC-nin “xxxxxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar