Məhkəmə qərarları › İş №2(006)-215/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-215/2020

10.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-215/2020 10.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin nümayəndəsi x5 iştirakları ilə İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" x2rşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" x2rşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC İddiaçı ilə aralarında olan müqavilə əsasında öz üzərinə düşən öhdəliyin icrasından qərəzli olaraq, bilərəkdən boyun qaçırır və müqavilə üzrə yaranan öhdəliyini icra etməməklə iddiaçıya mühüm maddi zərər vurur. Belə ki, iddiaçı 21.09.2017-ci il tarixində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Gəncə filialına yaxınlaşaraq cari dollar hesabına 4000 (dörd min) ABŞ dolları məbləğində pul qoymuşdur. Məqsəd Avropa ölkələrinə səfər vizası əldə etmək üçün tələb edilən hesabdan çıxarışla bağlı arayışı bankdan əldə etmək idi. İddiaçı bankdan lazımı arayış aldı, daha sonra viza əldə edib, ölkə xaricinə getdi. Qayıtdıqdan sonra hesabda olan vəsaitini çıxarmaq üçün Banka yaxınlaşdığında iddiaçıya bildiriblər ki, onun hesabında olan 4000 ABŞ dolları məbləğində vəsait özü tərəfindən 29.11.2017-ci il tarixində çıxarılmışdır. Bu halla bağlı iddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə yazılı olaraq dəfələrlə müraciət etdi. Bankın rəsmi şəxsləri iddiaçıya problemin qısa müddətdə həll ediləcəyini və vəsaitini rahatlıqla çıxara biləcəyini bildirsələr də, hazırki günə qədər bu baş verməmişdir. Daha sonra iddiaçının müraciətləri əsasında Bank cari məsələ ilə bağlı işin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi məsələ üzrə bankın əməkdaşı olmuş Əlizadə Cəlil barəsində cinayət işi başlamış və cinayət işinə dair iddiaçının izahatı alınmışdır.Cinayət işinin araşdırması nəticəsində aşkar olunmuşdur ki, Bankın əməkdaşı Əlizadə Cəlil iddiaçı Gəncə şəhər sakini İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Gəncə filialında olan ******************** №-li hesabında olan pulu vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edib talama məqsədilə, guya İddiaçı tərəfindən hesabında olan pulun məxaric olunması görüntüsü yaratmaq üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 29.11.2017-ci il tarixli kassa məxaric orderini Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bankın Yeni Gəncə şöbəsinin inzibati binasında tərtib edib, həmin orderlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək, sənədlərdə "pulu aldı" qrafasında İddiaçı əvəzindən imzalamaqla, həmin saxta sənəd əsasında bankın Yeni Gəncə şöbəsinin kassasından 29.11.2017-ci il tarixli kassa məxaric orderi ilə 4.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6.800 manat pulu götürüb şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə məxsus xeyli miqdarda əmlakı mənimsəmə yolu ilə talamış, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Cari iş üzrə iddiaçı, Bankın əməkdaşının etdiyi ehtimal edilən cinayət əməli faktından və nəticəsindən asılı olmayaraq, özünə məxsus, xüsusi əmlakı olan 4000 ABŞ dolları - 6800 manat məbləğindən əsassız olaraq məhrum edilmişdir. Göstərilənlərə əsasən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən 6800(altı min səkkiz yüz) manat, o cümlədən 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 6830 manat pulun tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən 4000 ABŞ dolları (6800 manat ekvivalentində) pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin nümayəndəsi x10 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən verilmiş 21.09.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hesabında 4000 ABŞ dolları məbləğində pul vardır. İş materiallarında olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC tərəfindən verilmiş 29.11.2017-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı bankdakı hesabından 4000 ABŞ dolları məbləğində pul çıxarmışdır. İşin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.10.2019-cu il tarixli, 1(044)-15/2019 saylı hökmü ilə x3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 312.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.1-ci həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə l(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə x6 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən x6 Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 1(104)-139/2019 saylı qərarı ilə təyin edilmiş 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 7(yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə x6 qəti olaraq 04 (dörd) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, x6 cəza cinayətlərin məcmusu üzrə təyin edildiyindən və Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 1(104)-139/2019 saylı qərarı üzrə C.T.Əlizadənin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində cəzaçəkməsinin qərara alınmasının nəzərə alınması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu tarixdən, yəni 10 aprel 2018-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək x4 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, x6 təyin edilmiş 04 (dörd) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum etmə əlavə cəzasının əvvəlinin əsas cəzanın çəkilib qurtardığı andan hesablanması, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mülki iddiası əsaslı olduğundan tam təmin edilməsi, təqsirləndirilən şəxs x1 13836,15 (on üç min səkkiz yüz otuz altı manat on beş qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 20.02.2012-ci il tarixli, 16.04.2012-ci il tarixli, 25.04.2012-ci il tarixli, 14.05.2012-ci il tarixli, 28.06.2012-ci il tarixli və 08.12.2017-ci il tarixli, 10.05.2016-cı il tarixli 501 №-li, 01.07.2017-ci il tarixli, 22.08.2016-cı il tarixli 501 №-li və 29.11.2017-ci il tarixli kassa məxaric orderləri, 26.04.2016-cı il tarixli 500 №-li, 10,05.2016- cı il tarixli 501 №-li, 01.07.2016-cı il tarixli 502 №-li, 22 avqust 2016-cı il tarixli 501 №-li kassa-mədaxil qəbzləri, Elçin Süleymanovun istintaqa təqdim etdiyi səs yazıları qeyd olunmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş cəmi 140 (bir yüz qırx) manat məbləğdə pul vəsaitinin təqsirləndirilən şəxs C.T.Əlizadədən tutularaq Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesaba keçirilməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, x9 həmin vəzifədə işləyərkən təkrarən Gəncə şəhər sakini İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Gəncə filialında olan ******************** №-li hesabında olan pulu vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edib talama məqsədilə, guya İddiaçı tərəfindən hesabında olan pulun məxaric olunması görüntüsü yaratmaq üçün tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 29.11.2017-ci il tarixli kassa məxaric orderini Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bankın Yeni Gəncə şöbəsinin inzibati binasında tərtib edib, həmin orderlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək, sənədlərdə “pulu aldı” qrafasında İddiaçı əvəzindən imzalamaqla, həmin saxta sənəd əsasında bankın Yeni Gəncə şöbəsinin kassasından 29.11.2017-ci il tarixli kassa məxaric orderi ilə 4.000 (dörd min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6.800 (altı min səkkiz yüz) manat pulu götürüb şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə məxsus xeyli miqdarda əmlakı mənimsəmə yolu ilə talamış, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" x7 keçmiş işçisinin iddiaçıya qarşı cinayət əməlini, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərə görə 4000 (dörd min) ABŞ dolları (6800 manat ekvivalentində) məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASCdən 4000 (dörd min) ABŞ dolları (6800 manat ekvivalentində) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-dən 4000 (dörd min) ABŞ dolları (6800 manat ekvivalentində) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar