Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-218/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 29 saylı xüsusi notariat kontorunu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə Cavabdeh qarşı «cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 29 saylı xüsusi notariat kontorunu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə Cavabdeh qarşı «cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 xx.xx.2018-ci il tarixdə rəhmətə getmiş və ona məxsus ünvan 3, mənzil 17 miras qalmışdır. Atası rəhmətə getdikdən sonra onun qanun üzrə vərəsələri kimi iddiaçı və bacısı Cavabdeh qalmışlar. Qanun üzrə vərəsə kimi mirasdan iddiaçıya çatası paya qanun üzrə vərəsəlık haqqında şəhadətnamə almaq üçün müvafiq notariat kontoruna sənədləri toplayaraq muraciət etmişdir. Lakin, bacısı Cavabdeh mənzilin açarını dəyişərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərini mənzilə buraxmamışdır. Belə ki, vərəsəlik haqqında şəhadətnamənin alınması üçün idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması tələb olunur. X2 vəziyyətdən sui-istıfadə edərək, qanunsuz olaraq iddiaçının hüquqlarının həyata keçirilməsinə maneələr törətmişdir. İddiaçının dəfələrlə ona müraciət etməsinə, danışıqlar aparmasına cəhd etməsinə baxmayaraq, heç bir faydası olmamışdır. Cavabdeh iddiaçının hüquqlarını kobud şəkildə pozmaqda davam edir.İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsinə baxmayaraq, araşdırma zamanı yoxlamaölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, yəni mənzilin qapısı cavabdeh X3 tərəfindən açılmadığından ərizənin icrası mümkün olmamışdır.Qeyd olunanlardan əlavə 29 saylı xüsusi notariat kontorunun notariusu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xıdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2018-ci il tarixli məktub ünvanlayaraq ünvan 3, 17 saylı mənzilin təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsiisə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinə şərait yaradılmadığından, yəni mənzilin qapısı Cavabdeh tərəfindən açılmadığından ərizənin icrası mümkün olmamışdır.Göstərilənlərə əsasən, ünvan 3, 17 saylı mənzildə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaratmasına məcbur edilməsi, vurduğu mənəvi ziyana görə 280 manat məbləğində kompensasiya alınaraq iddiaçıya verilməsi və iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun və 0,40 bank xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək heç bir maneəçilik yaratmadığını, evin daha çox hissəsinin ona məxsus olduğunu deyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2018-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı ünvan 2 mənzil 17 ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********06 saylı və xx.xx.2018-ci il tarixli **********221 saylı məktublarından görünür ki, ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzildə yoxlamaölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. İşdə olan AZ-İ seriyalı 940928 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən 17 nömrəli mənzilin texniki pasportu X4 adına tərtib olunmuş və xx.xx.2003-cü il tarixdə 81 inventar nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1619/2020 saylı Qərarından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3705/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mirasda payların müəyyən edilmesi" tələbinə dair iddiası təmin edilərək, xx xxxx 2018-ci il tarixdə vefat etmiş X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsi, 178 saylı evin 17 saylı mənzilin üç otaqdan ibarət hissəsinə iddiaçı Cavabdeh miras payının 1/2hissədə ve cavabdeh İddiaçı miras payının 1/2 hissədə muəyyən edilməsi, xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanda yerləşen 1154 nömrəli bağ evi və evin yerleşdiyi 0,12 ha torpaq sahəsinə iddiaçı Cavabdeh miras payının 1/2 hissədə və cavabdeh İddiaçı miras payının 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 13320/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3705/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilməsi, xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsi, 178 saylı evin 17 saylı mənzilin iki otaqdan ibarət hissəsinə iddiaçı Cavabdeh miras payının 1/2hissədə və cavabdeh İddiaçı miras payının 1/2 hissədə müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının göstərilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 13320/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı və cavabdeh bacıqardaşdır, onların atası X8xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasından qalmış mirasdan ona çatası paya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müvafiq notariat kontoruna muraciət etmişdir.Notariat kontoru Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xıdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 3, 17 saylı mənzilin təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsixx.xx.2018-ci il tarixli **********06 saylı və xx.xx.2018-ci il tarixli **********221 saylı məktublarlamənzildə yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13320/2019 nömrəli qətnaməsi ilə xx xxxx 2018-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsi, 178 saylı evin 17 saylı mənzilin iki otaqdan ibarət hissəsinə iddiaçı Cavabdeh miras payının 1/2hissədə və cavabdeh İddiaçı miras payının 1/2 hissədə müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi miras əmlak, yəni Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsi, 178 saylı evin 17 saylı mənzil məhkəmə qətnamələri ilə tərəflər arasında paylar üzrə bölünmüşdür. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1289-cu maddəsinə əsasən hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. Miras şəriki bölgü nəticəsində tələb hüququ əldə etdikdə, digər miras şərikləri borclunun ödəniş qabiliyyətinə bölgü məqamında, bu cür öhdəliyin icra müddəti çatmadıqda isə öhdəliyin icrası məqamında öz paylarına uyğun kömək göstərməlidirlər. Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən 17 saylı mənzildə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaradılmalıdır. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdehin hərəkətləri iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X11 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X11 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 280 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 3, 17 saylı mənzildə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaradılmasına məcbur edilməli, vurduğu mənəvi ziyana görə 280 manat məbləğində kompensasiya, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 3, 17 saylı mənzildə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaradılmasına məcbur edilsin, vurduğu mənəvi ziyana görə 280 manat məbləğində kompensasiya, ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-218/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-218/2020
17.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver