Məhkəmə qərarları › İş №2(006)-2187/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2187/2025

03.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2187/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "sökülən mənzilin əvəzinə mənzil verilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "sökülən mənzilin əvəzinə mənzil verilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus mənzili sökərək maddi ziyan vurmuş "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu ərazisində onu mənzillə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1114/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "sökülən mənzilin əvəzinə mənzil verilməsi" tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında məhkəmə aidiyyəti ilə bağlı mübahisə olduğundan işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi məsələsi müzakirə edilmiş, iddiaçı tərəf işin aidiyyət məsələsinin həll edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin mövqeyini dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən göndərilmiş mülki işin ərazi aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işin aidiyyəti üzrə göndərilməsinə dair Nərimanov Rayon Məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırki tələb mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və iddia ərizəsi daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Odur ki, mülki iş aidiyyətı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edilənlərlə razılaşmır və hesab edir ki, mülki işə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Mülki işin materialları ilə müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2ləbinin məzmunu isə iddiaçıya cavabdeh tərəfindən dəymiş ziyanın əvəzi olaraq sökülən mənzil əvəzinə yeni mənzilin verilməsi tələbidir. Yəni iddia tələbinin kökündə əvvəlki sökülmüş mənzilin bərpası deyil, iddiaçıya cavabdeh tərəfindən vurulmuş maddi ziyan durur. Qeyd edilən maddi ziyanın növünü seçmək hüququ isə iddiaçıya məxsus olmuş və o da öz növbəsində dəymiş ziyan kimi pul məbləğinin ödənilməsini deyil, onun əvəzində digər başqa bir mənzilin verilməsini seçmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, iddia tələbinə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Qeyd edilənlərə əsasən Nərimanov Rayon Məhkəməsi tərəfindən müstəsna aidiyyət qaydalarına uyğun olaraq ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməz. Şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı olduğundan, yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "sökülən mənzilin əvəzinə mənzil verilməsi" tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-2187/2025 saylı mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar