Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2190/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3 və 204.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalan qismən toplamaq yolu ilə ona qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 20 iyun 2007-ci ildən hesablanması hökm edilib. Həmin hökmlə həmçinin X11, X2, X5, X1 və X9 da Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunublar. Hökmdən iddiaçı və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və X13 işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü dəyişdirilib, iddiaçının təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə cinayət təqibinə xitam verilməsi və Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinin tətbiq edilib cəzaların toplanmasına dair hissənin hökmdən xaric edilməsi, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının dəyişdirilmədən saxlanılması qərara alınıb. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qərarından kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilərək ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 2 il azaldılaraq üzərində 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınıb. 07 iyun 2010-cu il tarixdə iddiaçı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (bundan sonra AİHM) ərizə ilə müraciət edərək "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin 1 və 3 (c) bəndlərinə əsaslanmaqla onun barəsindəki cinayət işinə məhkəmələrdə baxılarkən Konvensiyada nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayət edib. Ərizə AİHM tərəfindən icraata qəbul edilib və ərizəyə 32370/10 nömrəsi verilib. AİHM iddiaçının 32370/10 saylı ərizəsi üzrə 30 yanvar 2020-ci il tarixli qərarında (İddiaçı Azərbaycana qarşı) Hökumətin verdiyi birtərəfli bəyannaməni nəzərə alaraq işin Məhkəmənin baxışından çıxarılması ilə bağlı qərar qəbul edib. Məhkəmənin tərəflərə mübahisənin dostyana həlli ilə bağlı təklifi çərçivəsində Azərbaycan Hökuməti 6 sentyabr 2019-cu il tarixli bəyannamə ilə iddiaçının Konvensiya ilə zəmanət verilən hüquqlarının pozulması ilə bağlı faktın müəyyən edildiyini bildirib. Bəyannamənin 2-ci bəndində Hökumət iddiaçıya dəymiş maddi və mənəvi zərəri, eləcə də xərcləri qarşılamaq üçün 3.000 (üç min) avro, o cümlədən həmin məbləğ üzrə ondan tutulacaq vergini ödəməyə hazır olduğunu bəyan edib və Məhkəməyə Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndi üzrə müraciəti işlər siyahısından çıxarmağı təklif edib. AİHM-in 30 yanvar 2020-ci il tarixli qərarının 1-ci bəndində Azərbaycan Respublikası Hökumətinin birtərəfli qaydada bəyannamə yolu ilə iddiaçının Konvensiya ilə zəmanət verilən hüquqlarının pozuntusunu tanıdığını etiraf etdiyi qeyd edilib. AİHMin 30 yanvar 2020-ci il tarixli qərarından sonra hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu iddiaçı ilə bağlı ölkədaxili məhkəmələr tərəfindən qəbul edilmiş qərarlara yenidən baxıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-3(a)/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il qərarı iddiaçının Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə Sumqayıt Apeliyasiya Məhkəməsində yeni apeliyasiya baxışına təyin olunması qərara alınıb. Sumqayıt Apeliyasiya Məhkəməsinin Cinayət Kollegiyasının l(105)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü iddiaçının Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilib, iddiaçıya qarşı irəli sürülmüş CM-nin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilib. Qərara əsasən Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun 18 iyun 2007-ci il tarixdə iddiaçının yaşadığı ünvan 1 ünvanında keçirilmiş axtarış zamanı aşkar edilməsi güman edilən bir ədəd selofan bükülüdə olan ümumi xalis çəkisi 100,171 qram olan külli miqdarda narkotik vasitə heroinin kimə məxsus olması, həmin narkotik vasitənin iddiaçının yaşadığı ünvanda yardımçı tikiliyə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qət edilib. Həmçinin iddiaçıya pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilib. İddiaçı təhqiqat və istintaq orqanının qanunsuz hərətəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya almalıdır. Odur ki, o, məhkəməyə müraciət edir. İddiaçı ali təhsilli hüquqşünasdır, 1982-ci ildən etibarən polis orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən müstəntiq, istintaq bölməsinin rəisi, Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional şöbəsinin rəisi, həbsindən əvvəl son 2 ildə isə Nəqliyyatda Baş Polis İdarəsinin Sumqayıt Xətt Məntəqəsinin rəisi vəzifəsində işləyib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə uğurlu nəticələrinə görə dəfələrlə mükafatlandırılıb, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 iyun tarixli 867 saylı Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib, polis polkovniki rütbəsində olub. Müharibə veteranıdır. İbtidai istintaq orqanı tərəfindən ona elan edilən ittihama görə, o, guya külli miqdarda, yəni ümumi xalis çəkisi 100,171 qram olan narkotik vasitə - heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyıb və saxlayıb, istintaqa məlum olmayan vaxtda və şəraitdə 10 ədəd saxta 100 ABŞ dollarlıq əskinaslarını əldə edib və saxlayıb. 2007-ci ilin iyunun 18-də səhər saat 6 radələrində 30 nəfərə yaxın mülki və qara komuflyajlı, avtomatla silahlanmış maskalı şəxslər iddiaçının yaşadığı Abşeron rayonunun Saray kəndindəki həyət evinə hücum ediblər. Həyət bayır hissədən də silahlı və maskalı şəxslər tərəfindən mühasirəyə alınıb. Daha sonra iddiaçı azyaşlı oğlu Vüsalla birlikdə başına torba keçirilərək, hamının gözü qarşısında yaşadıqları evdən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına aparılıb, təxminən 8 saat orada saxlandıqdan sonra onun barəsində şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilib və MTN-in istintaq təcridxanasına yerləşdirilib. Keçmiş MTN-in itsintaq təcridxanasında iddiaçıya davamlı fiziki zorakılıq və mənəvi təzyiqlər edilib, ondan Abşeron rayonunun həmin vaxt icra başçısı olan Zakir Fərəcovun həyatına sui-qəsdin hazırlanmasında iştirakını etiraf edtməsi təıləb edilib. Həmin vaxt iddiaçıda şəkər xəstəliyi yaranıb. Sonradan yerli məhkəmələr tərəfindən iddiaçı həmin qanunsuz və saxta ittihamlar əsasında əvvəl 11, daha sonra 9, ən sonda isə 7 (yeddi) il azadlıqdan məhrum edilib və sonuncu 7 il müddətini günəgün çəkərək, azadlığa çıxıb. İddiaçının yaşadığı Saray qəsəbəsi balaca qəsəbədir, qəsəbənin demək olar ki, bütün sakinləri onu tanıyır. Uzun illər polis orqanlarında qüsursuz işlədiyindən qəsəbə daxilində böyük nüfuza malik olub. Onun qəsəbədəki evinin mühasirəyə alınması, heç bir zərurət olmadığı halda adi istintaq hərəkəti olan axtarışın çoxsaylı maskalı və atomatlı şəxslərin müşayiəti altında aparılması və onun sonradan azyaşlı oğlu ilə başlarına qara torba keçirilərək aparılması qəsəbə sakinlərinə çox təhlükəli cinayətkar kimi tədim etmək məqsədi güdüb. İddiaçı bildirir ki, 2017-ci ilin iyunun 18-də qanunsuz, insan ləyaqətini alçaldan tərzdə həbs edilməsi və daha sonra yerli məhkəmələrin ədalətsiz hökm və qərarları ilə uzun müddətə azadlıqdan məhrum edilməsi nəticəsində o maddi və mənəvi ziyana məruz qalıb, peşəkar polis karyerasından məhrum edilib. Keçmiş MTN-də ona verilən davamlı işgəncələr nəticəsində onda şəkər xəstəliyi yaranıb. Həbsdə olduğu müddətdə "İİ tip ağır gedişli şəkərli diabet və İ dərəcəli hipertoniya" xəstəliyi proqressivləşib. Həmçinin, həbsdə "xroniki qastrit, xroniki spastik kolit, sidik turşulu diatez və xoriniki prostatik" xəstəliklərinə tutulub, cəza çəkdiyi müddətdə xəstəlikləri kəskinləşdiyi üçün dəfələrlə stasionar müayinə və müalicə olunması üçün Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib, qalan dövrdə isə ambulator müalicə alıb. Uzun müddətə azadlıqdan məhrum olunduğu müddətdə özü və ailəsi gərgin stress və sarsıntı keçirib. Azadlığa çıxdıqdan sonra mütəmadi olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalında müalicələr alıb. Belə ki, o, xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək həmin hospitalın nevrologiya şöbəsində müalicə alıb. Ona qoyulan diaqnoz "baş beyin qan dövranının kəskin pozğunluğu, sağ tərəfli hemiparez, şəkərli diabet tip 2, hipertoniya xəsətəliyi İİ mərhələ" olub. Eyni hospitalda xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək nevrologiya şöbəsində müalicə alıb. İddiaçıya bu dəfə qoyulmuş diaqnoz isə "Sol orta beyin arteriyası hövzəsində keçirilmiş insultun qalıq əlamətləri. Sağ tərəfli hemiparez. Motor afaziya elementləri ilə. Hipertoniya xəstəliyi İİİ mərhələ. Dissirkulyar ensefalopatiya İİ mərhələ" olub. xx.xx.2021- xx.xx.2021-ci i! tarixləri aralığında isə iddiaçı sözügedən hospitalda "Beyni infarktının nəticələri (əsas diaqnoz), keçirilmiş işemik insultdon sonrakı vəziyyət. Sağ tərəfli hemiparez" və xəstəliklə yanaşı gedən "insultdan asılı olmayan şəkərli diabet çoxsaylı ağırlaşmalarla, ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskieroz. Hipertoniya xəstəliyi İİİ" və s. xəstəliklərindən müalicə alıb. Bu səbəbdən, iddiaçı ona vurulmuş mənəvi zərəri 250.000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirir. Bundan başqa, o, ona vurulmuş maddi ziyana görə kompensasiyanı belə əsaslandırır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin.14 yanvar 2008-ci il tarixli.Ə78ş/h nömrəli əmri ilə iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə müvafiq olaraq xidmətdən xaric edilib. Əsas kimi sözügedən Əsasnamənin 135-ci maddıəsinin 3-cü bəndi əsas götürülüb. Həmin bənd cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olduğuna görə xidmətdən xaric edilməni nəzərdə tutur. Həmin vaxt onun aylıq əmək haqqı 363 (üz yüz altmış üç) manat 20 (iyirmi) qəpik təşkil edib, iddiaçı həbs ediləndən sonra 2007-ci ilin iyul-2008-ci ilin yanvar ayları üçün (cəmi 7 ay) əmək haqqını almayıb. Bu isə 2542 (iki min beş yüz qırx iki) manat 40 (qırx) qəpik təşkil edir (7 ay x 363,20=2542,40). Bundan başqa, o, 2011-ci ilin yanvar ayında xidmət haqqının son yaş həddinə görə təqaüdə çıxmalı idi. Ancaq, iddiaçı 2008-ci ilin yanvar ayında xidmətdən xaric edilib. Bu isə 3 il üçün 13,075 (on üç min sıfır yetmiş beş) manat 20 (iyirmi) qəpik edir (36 x 363,20=13,075 manat 20 qəpik). İddiaçı ibtidai istintaqda və məhkəmə prosesləri dövründə 8 vəkillə təmsil olunub. Həmin vəkillərdən birinin - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Azər Əzizovun verdiyi elektron ödəniş qəbzindən görünür ki, iddiaçı onun sonuncu məhkəmə prosesində-Sumqayıt Apellyasiya Məhkəməsində müdafiəsinin həyata keçirilməsi üçün 112,11 manat (yüz on iki manat on bir qəpik) ödəyib. Digər vəkillərin ödəniş qəbzləri olmadığından sonuncu qəbzlə hesabladıqda bu, ümumi 896 manat 88 qəpik edir. Bundan başqa, qanunsuz həbsindən sonra onda şəkər xəstəliyi yaranıb və bu xəstəlik proqressivləşib. İddiaçı 2010-cu il 14 avqust tarixindən etibarən bu vaxta qədər şəkər xəstəliyi ilə əlaqədar hər ay müntəzəm dərmanlar qəbul edir. Həmin dərmanlar aşağıdakılardır: Janumet 50/100 mq-38 manat; Tresiba (insulin iynəsi) 31 manat; Kontour plus (şəkər testi) 22 manat (3 aylıq); Tripliksam 5-1.25/10. 28 manat; Kardio maqnil 75 mq. 7 manat; Cəmi hər ay 125 manat edir. 126 x 156 ay (ötən 13 ilin ayları) = 19.656 manat (on doqquz min altı yüz əlli altı). Bundan başqa, iddiaçı 23 may 2016-cı ildən DİN-in A.Heydərov adına hospitalında keçirdiyi insult xəstəliyinə görə müalicələr alır. İldə 2 dəfə olmaqla müalicə kursu keçir. Müalicə kursuna aşağıdakı dərmanlar daxildir: Cerobrolizin (iynə)-93 manat 52 qəpik; Somazin (iynə)-53 manat 32 qəpik; Kentron (iynə)-58 manat 80 qəpik; Lipson forte (iynə)-47 manat 52 qəpik; ATF (iynə)-28 manat 41 qəpik; Vitamin B 6 (iynə)-12 manat; Cerebrovin (tabletka)-61 manat; Natriya xlorid-spris-9 manat 73 qəpik; cəmi 7 il üçün 6 aydan bir olmaqla (cəmi 14 dəfə) müalicə kursu üçün aşağıdakı məbləğ ortaya çıxır: 364 manat 30 qəpik xl4=5.100 (beş min yüz) manat 20 (iyimi) qəpik. Bu isə cəmi müalicə xərcləri üçün 24.756 (iyirmi dörd min yeddi yüz əlli altı) manat 20 (iyirmi) qəpik edir (19656+5.100=24.756 manat 20 qəpik). Beləliklə, müddi ziyan xərci bütövlükdə 41,370 manat, 48 qəpik edir (2542 manat 40 qəpik +13,075 manat 20 qəpik+896 manat 88 qəpik+19.656 manat+5.100 = 41,370 manat, 48 qəpik). İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 68-cı maddəsindən, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra Konvensiya) 5-ci maddəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra AİHM) president qərarlarından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 36cı maddəsi, V və XX fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1001-ci maddəsindən, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 29/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından irəli gəlir. Göstərilənlərə əsasən iddiaçı ona vurulmuş 41370 manat 48 qəpik manat maddi və 250000 manat məbləğində mənəvi zərərin, cəmi 291370 manat 48 qəpik manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, ona qarşı olan qanunsuzluqlar nəticəsində mənəvi və fiziki zorakılığa məruz qalmışdır, peşəkar polis karyerasından da məhrum olunmuşdur. Sağlamlığında yaranan ciddi problemlərlə əlaqədar xarici ölkələrdə tibbi əməliyyat və müalicəyə ehtiyacı vardır. Ona dəymiş mənəvi ziyanı 250.000 manat qiymətləndirmişdir. Halbuki, həmin məbləğ ona dəymiş mənəvi ziyanın heç cüzi bir hissəsi belə deyildir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 aprel 2007-ci il tarixli qərarından görünür ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, X11 A.İ.Aslanov, İddiaçı, Ş.C.Quliyev və M.Q.Ağayev ilə əlbir olaraq hakimiyyət nümayəndəsinə qarşı sui-qəsdin hazırlanmasında iştirak edir. Bu səbəbdən texniki vasitələrdən istifadə etməklə X8 6 ay ərzində görüşlərinin gizli video və foto çəkilişlərinin aparılması, poçt göndərişlərinin yoxlanılması, telefon və digər danışıqlarına qulaq asılması və güdülməsi, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə zəruri halda baxış keçirilməsinin təşkil edilməsi, tədbirlərin icrasının Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 20 iyun 2007-ci il tarixli Qərardan görünür ki, İddiaçı 18 iyun 2007-ci ildə Azərbaycan Respublikası CM-nin 204.1-ci və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 20 iyun 2007-ci ildə isə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Mülki işin materiallarında olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli, A-1242/2007 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3 və 204.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 9 il müddətinə, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 20 iyun 2007-ci il tarixdən hesablanması, İddiaçı 21 manat 66 qəpikin tutularaq dövlət büdcəsinə verilməsi hökm edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət İşləri və X13 İşlər üzrə Məhkəmə Kollegiyasının Apellyasiya şikayətinin yekun baxılmasına dair 29 may 2008-ci il tarixli, 1(105)-49/2008 saylı Qərarına əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə cinayət təqibinə xitam verilmiş və Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinin tətbiq edilib cəzaların toplanılmasına dair hissə hökmdən xaric edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 8 dekabr 2009-cu il tarixli, 1(102)-379/2009 saylı Qərarına əsasən İddiaçı AR CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 2 il azaldılmış və üzərində 7 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2012-ci il tarixli, 7(103)-734/2012 saylı Qərarına əsasən İddiaçı cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqda ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli qərarının ləğv edilməsi, məhkum İddiaçı cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunması və o, cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi və qərarın icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 09 saylı Cəzaçəkmə Müəssisəsinə və Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 7(060)-59/2013 saylı Qərarına əsasən İddiaçı cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı cəzasının çəkilməmiş qalan 1 il 1 ay 24 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Mülki işin materiallarında olan Avropa İnsan Hüquqları Məhkəməsinin İddiaçı Azərbaycana qarşı xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, İddiaçı İnsan hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək “İnsan hüquq və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3 (c) bəndlərinə əsaslanmaqla onun barəsindəki cinayət işinə məhkəmələrdə baxılarkən həmin Konvensiyada nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayət etmiş, lakin məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinə müvafiq olaraq işlərin siyahısından ərizəsinin iş üzrə icraatının dayandırmaq qərarı vermişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-3(a)/2022 saylı Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il tarixli qərarı İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsində yeni apellyasiya baxışına təyin olunmuşdur. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-29/2023 saylı Hökmünə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş, İddiaçı qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan və eyni zamanda, 01 aprel 2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı 2008-ci ildə DİO-dan xidmətdən xaric edilmişdir. Qeyd edilənlərlə əlaqədar 2011-ci ildə DİN xətti üzrə heç bir əmək haqqı almamışdır. Əlavə olaraq, İddiaçı 2008-ci ildə Sabunçu XPŞ Sumqayıt Xətt Polis Məntəqəsi rəisi vəzifəsində xidmət edərkən əmək haqqısı 363 manat 20 qəpik təşkil etmişdir. Mülki işin materiallarında olan 14 avqust 2010-cu il tarixli tibbi arayışdan görünür ki, İddiaçı cəzaçəkdiyi müddətdə “proqressivləşən şəkərli diabet İİ tip orta ağır gedişli, hipertoniya xəstəliyi İ dərəcəli, xroniki qastrit, xroniki spastik kolit, sidik turşulu diatez və xroniki prostatit” diaqnozları ilə müvafiq stasionar müalicə kursu keçmişdir. Mülki işin materiallarında olan 2989№-li Epikrizidən görünür ki, İddiaçı baş-beyin qan dövranın kəskin pozğunluğu, sağ tərəfli hemiparez, şəkərli dabet,, tip 2.Hipertoniya xəstəliyi İİ mərhələ diaqnozu, 5400№-li Epikrizidən görünür ki, sol orta beyin arteriyası hövzəsində keçirilmiş insultun qalıq əlamətləri, sağ tərəfli hemiparez.motor afaziya elementləri ilə.Hipertoniya xəstəliyi İİİ A mərhələ. Dissirkulyator ensefalopatiya İİ mərhələ diaqnozu, F13 epikrizidən görünür ki, keçirilmiş işemik insultdan sonrakı vəziyyət, sağ tərəfli hemiparez diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 14 yanvar 2008-ci il tarixli, Ə78ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu nəqliyyatında polis idarəsinin Sabunçu stansiyasında xətt polis şöbəsinin Sumqayıt stansiyasında xətt polis məntəqəsinin rəisi vəzifəsindən 14 yanvar 2008-ci il tarixdən azad edilmişdir. 10 yanvar 2008-ci il tarixə xidmət müddəti-təqvimi hesablama ilə 27 il, 02 ay, 20 gün, imtiyazlı hesablama ilə 34 il, 03 ay, 20 gün təşkil edir. Mülki işin materiallarında olan AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X6 Azada ünvanladığı xx.xx.2023-cü il tarixli pensiya məbləğinin hesablanması haqqında məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 7 mart 2008-ci il tarixli 224 nömrəli məlumat vərəqində xidmət müddətiniz 34 il 3 ay 20 gün, vəzifə maaşı 160,00 manat, rütbə maaşı 64,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 67,20 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəniz 40,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 363,20 manat göstərilib. Ona 1 avqust 2008-ci il tarixində (9 yanvar 2008-ci il tarixindən hesablanmaqla) Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə əsasən 34 il 3 ay 20 gün xidmət müddətinə uyğun olaraq, təminat xərcliyi (363,20 manat) 92 faizi-334,14 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. 1 iyul 2008-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 175,00 manat, rütbə maaşı 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 93.90 manat, məharət dərəcəsinə görə maaşın 25 faiz 43.75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 514,65 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, təminat xərcliyi (514 55 manat) 92 faizi-473,48 manat məbləğində əmək pensiyası ona ödənilib. 1 sentyabr 2010-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 195,00 manat, rütbə maaşı 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 99,90 manat, məharət dərəcəsinə görə maaşın 25 faizi 66.25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 545,65 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, təminat xərcliyinin (545,65 manat) 92 faizi-502,00 manat məbləğində əmək pensiyası ona ödənilib. 1 noyabr 2011-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifəyə uyğun vəzifə maaşı 265,00 manat, rütbə maaşı 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 120,90 manat, məharət dərəcəsinə görə maaşının 25 faizi 66,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 654,15 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, təminat xərcliyinin (654,15 manat) 92 faizi-601,82 manat məbləğində əmək pensiyası sizə ödənilib. 1 sentyabr 2013-cü il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 292,00 manat, rütbə maaşı 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 129,00 manat, məharət dərəcəsinə görə maaşının 25 faizi 73,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 696,00 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, təminat xərcliyinin (696,00 manat) 92 faizi-640,32 manat məbləğində əmək pensiyası ona ödənilib. 1 fevral 2016-cı il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 351,00 manat, rütbə maaşı 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 146,70 manat, məharət dərəcəsinə görə maaşının 25 faizi 87,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 787,45 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq, təminat xərcliyinin (787,45 manat) 92 faizi-724,45 manat məbləğində əmək pensiyası ona ödənilib. 1 mart 2018-ci il tarixindən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 386,00 manat, rütbə maaşının 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə- 157,20 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə-96,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 841,70 manat təşkil etmişdir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır:-20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi;-20 ildən artıq xidmət müddətinin (14 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (14x2) təminat xərcliyinin 28 faizi.-natamam ildəki iş stajı aylarının sayına (3 ay) mütənasib olaraq təminat xərcliyinin 0,50 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 78,50 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (787,45 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi (841,70 manat) arasındakı fərq məbləğinin (54,25 manat) 78,50 faizi-42,59 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (724,45 manat) üzərinə əlavə olunmaqla 767,04 manat məbləğində ödənilib. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 480,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 191,70 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə-120,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1014,70 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanına uyğun olaraq 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyi (841,70 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1014,70 manat) arasındakı fərq məbləğinin (173,00 manat) 78,50 faizi-135,81 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanızın (767,04 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 902,85 manat məbləğində müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən onun əmək pensiyası həmin tarixdən 993,14 manata, 29cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1139,13 manata artırılaraq ödənilir. Mülki işin materiallarında olan 18 iyun 2007-ci, 03 avqust 2007-ci, 02 oktyabr 2007-ci, 04 oktyabr 2007-ci, 30 yanvar 2008-ci, 14 iyul 2008-ci və 16 noyabr 2022-ci il tarixli vəkil orderlərinin surətlərindən görünür ki, iddiaçı hüquqlarının müdafiəsi üçün vəkillərə müraciət etmişdir. Mülki işin materiallarında olan satış çeklərindən görünür ki, İddiaçı tərəfindən dərmanlar üçün ümumilikdə 1112.84 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, 18 iyun 2007-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 204.1-ci və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 20 iyun 2007-ci ildə isə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli, A-1242/2007 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3 və 204.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 9 il müddətinə, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət İşləri və X13 İşlər üzrə Məhkəmə Kollegiyasının Apellyasiya şikayətinin yekun baxılmasına dair 29 may 2008-ci il tarixli, 1(105)-49/2008 saylı Qərarına əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə cinayət təqibinə xitam verilmiş və Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinin tətbiq edilib cəzaların toplanılmasına dair hissə hökmdən xaric edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 8 dekabr 2009-cu il tarixli, 1(102)-379/2009 saylı Qərarına əsasən İddiaçı AR CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 2 il azaldılmış və üzərində 7 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2012-ci il tarixli, 7(103)-734/2012 saylı Qərarına əsasən İddiaçı cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqda ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2012-ci il tarixli qərarının ləğv edilməsi, məhkum İddiaçı cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunması və o, cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi və qərarın icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 09 saylı Cəzaçəkmə Müəssisəsinə və Bakı İstintaq Təcridxanasına göndərilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2013-cü il tarixli, 7(060)- 59/2013 saylı Qərarına əsasən İddiaçı cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı cəzasının çəkilməmiş qalan 1 il 1 ay 24 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Sonradan İddiaçı İnsan hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək “İnsan hüquq və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3 (c) bəndlərinə əsaslanmaqla onun barəsindəki cinayət işinə məhkəmələrdə baxılarkən həmin Konvensiyada nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayət etmiş, lakin məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinə müvafiq olaraq işlərin siyahısından ərizəsinin iş üzrə icraatının dayandırmaq qərarı vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-3(a)/2022 saylı Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il tarixli qərarı İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilmiş və cinayət işi həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsində yeni apellyasiya baxışına təyin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-29/2023 saylı Hökmünə əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş, İddiaçı qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 41.370,48 manat, mənəvi zərərə görə 250.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 71.300 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi cəzaçəkmə müəssisəsində (66 ay), xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi isə məntəqə tipli cəzaçəkmə müəssisəsində (4 ay) olmuş, daha sonra iddiaçı xx.xx.2013-cü il tarixli qərarla cəzasının çəkilməmiş qalan 1 il 1 ay 24 günündən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Bu Məcəllənin 58.3-cü maddəsinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı həbs olunana qədər Nəqliyyatda Baş Polis İdarəsi Sabunçu XPŞ Sumqayıt XPM-nin rəisi vəzifəsində çalışmış, işlədiyi müddətdə aylıq əmək haqqı 363,20 manat məbləğində olmuşdur. İddiaçının 2007-ci ilin iyun ayından qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyi nəzərə alınsa, o zaman 2007-ci ilin iyul ayının 1-dən 2008-ci ilin iyul ayının 1-nə kimi, (əmək pensiyası hesablanana qədər), yəni 12 aylıq əmək haqqı (12x363,20=4358,40 manat) təşkil etməkdədir. Odur ki, iddiaçıya ödənilməyən 4358.40 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı 2008-ci il tarixdə xidmətdən xaric edilərək təqaüdə göndərilsə də, ona yalnız xx.xx.2008-ci il tarixdən etibarən əmək haqqı 100 faiz məbləğində deyil, 92 faiz məbləğində pensiya təyin edilmişdir. Qanunsuz cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməyi nəticəsində ona 100 faiz deyil, 92 faiz təqaüd təyin edilmişdir. Bu da 15 il ərzində ona təqaüdünün 8 faizlik kəsrlə ödənilməsinə səbəb olmuşdur. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli pensiya məbləğinin hesablanması haqqında məktubuna əsasən iddiaçıya ödənilməli olan 15 il müddət üçün kəsir məbləği, yəni 12433,60 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Eyni zamanda, iş materiallarında olan sənədlərdən və satış çeklərindən görünür ki, iddiaçı qanunsuz olaraq həbs edildiyi müddətdə müalicə kursları keçmiş və çox sayda dərmanlar almışdır. Satış çekləri ilə sübut olunur ki, iddiaçı tərəfindən dərmanlara ümumilikdə 1112.84 manat məbləğdə pul vəsaiti xərclənmişdir. Həmçinin, məhkəmə iddia tələbinin vəkil xərclərinin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı hüquqlarının müdafiəsi üçün vəkillərlə təmsil olunmuş və vəkil xərcləri ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəkil xərci olaraq ödənilən 896,88 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi “maddi ziyanın ödənilməsi hissəsində” əsaslıdır və qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzi kimi cəmi 18801,72 manat məbləğində pul vəsaiti tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 18.801,72 manat, mənəvi zərərə görə 71.300 manat, cəmi 90101.72 manat alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən maddi ziyana görə 18.801,72 (on səkkiz min səkkiz yüz bir manat, yetmiş iki qəpik) manat, mənəvi zərərə görə 71.300 (yetmiş bir min üç yüz) manat, ümumilikdə 90.101,72 (doxsan min yüz bir manat, yetmiş iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən maddi ziyana görə 18.801,72 (on səkkiz min səkkiz yüz bir manat, yetmiş iki qəpik) manat, mənəvi zərərə görə 71.300 (yetmiş bir min üç yüz) manat, ümumilikdə 90.101,72 (doxsan min yüz bir manat, yetmiş iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2190/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2190/2023
13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver