Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-220/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 31, 4-cü mərtəbə 25 nömrəli mənzilə bir üst mərtəbə 5-ci mərtəbə qonşusu olan 28 nömrəli mənzil sahibinin sahibliyində olan mənzildən 2019-cu ilin aprel ayından 2023-cı ilin may ayına kimi 3 (üç) dəfə ayrı-ayrı vaxtlarda axıdılmış su sızmaları hadisəsinə uyğun olaraq Cavabdeh İddiaçı dəymiş maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 1000, ödənilmiş dövlət rüsumu 50 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh üzərinə öz mənzilində olan su və kanalizasiya xətlərində olan nasazlıqların aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanın sahibi qismində 2019-ci il faktiki olaraq ailəsi ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Yaşadığı ünvanın bir üst yuxarı mərtəbəsi olan 28 nömrəli mənzil vətəndaş Cavabdeh məxsusdur. 2019-ci ilin aprel-may ayında köçməyindən təxminən 2-3 ay sonra, binanın 28 nömrəli mənzilində faktiki yaşayan Cavabdeh tərəfindən balkondan zibil atılması xalça çırpılması su axıdılması dəfələrlə olmuşdur. Şifahi formada tozdan zibil atmağı halları aradan qaldırımasını xahiş etsə də ailə üzvləri əhəmiyyət verməyərək eyni halları təkrar etmişlər nəticə çıxarmadıqlarını görəndə polisə ərizə ilə müraciət etmiş, polisə müraciətdən sonra zibil atmaqlarını dayandırmışlar. Daha sonra mənzilinin mətbəx, koridor, sanitar qovşaq hissələrinə su daşmış (1-ci dəfə) və mənzilinin qeyd olunan hissələrinə maddi ziyan dəymişdir. 28 nömrəli mənzildə həmin zaman faktiki yaşayan cavabdehin Cavabdeh mənzilinə dəymiş maddi ziyanla bağlı heç bir tələb istəyi də olmamış, mənzilinə dəymiş maddi ziyanla bağlı öz imkanları daxilində mənzilin mətbəx və sanitar qovşaq hissələrini qismən təmir etdirmişdir. Mənzillərində olan su və kanalizasiya xətlərində olan nasazlıqların tezliklə aradan qaldırmalarını xahiş etmişdir. Aralarında şifahi olaraq danışıqlarına baxmayaraq 28 nömrəli mənzildə faktiki yaşayan Cavabdeh mənzilin su və kanalizasiya xətlərində olan nasazlıqları aradan qaldırmadan 2-dəfə həmin mənzildən onun 25 nömrəli mənzilnə su və kanalizasiya xətlərinindən su axıdılmışdır və bu hal dəfələrlə təkrar olunduğu üçün bu barədə o da öz növbəsində 31 saylı Mənzil Komunkasiya İstismar sahəsinə xəbər vermiş, MKİ əməkdaşları və yoldaşının iştirakı ilə bağlı mənzilə su və kanalizasiya xətlərindən su axdığı təsdiq edən akt tərtib edilmişdir. 2023-cı ilin may ayının 9-u isə binanın cavabdehə məxsus 28 nömrəli mənzilindən, yaşadığı 25 nömrəli mənzilin mətbəx və sanitar qovşaq hissələrinə üst mərtəbədə faktiki yaşayan Cavabdeh tərəfindən 3-cü dəfə təkrarən su axıdılmışdır, mənzilinin mətbəx bölməsində tavanda quraşdırılmış lambrin, elektrik xətləri, mətbəx divarında yerləşən elektrik xətlərinin cəmləşdiyi qutu, eləcə də müasir mətbəx mebeli yararsız vəziyyətə düşməklə əvvəlki saz, yaxşı vəziyyətini itirmişlər. Baş vermiş bu cür eyni hallar, su axıdılması nəticəsində mənzilinə vurulmuş əmlak zərəri artıq onda mənfi psixoloji reaksiyalara səbəb olmuş, üst mərtəbə qonşusu olan iş üzrə cavabdeh tərəfindən mənzilin su və kanalizasiya xətlərinə dair təmir-bərpa işləri aparılıb nasazlıqlar aradan qaldırılmadığından ona dəymiş “maddi və mənəvi ziyan tələbi”nə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2023-cı ilin may ayının 9-da mənzilinə üst mərtəbə qonşusundan su axıdılması faktı tərəfindən çəkilmiş video materiallarla və fotoşəkillərlə də təsdiq edilir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2024cü il tarili iclasında iştirak etmiş cavabdeh iddia tələbini qidmən etiraf etməklə izahatında bildirmişdir ki, yaşadıqları mənzilin su xətt borusunun deşilməsi səbəbindən aşağı mərtəbədə yaşayan qonşunun mənzilinə suyun axmasından qonşu ona məlumat verdikdən sonra bilmiş, buna görə qonşularından dəfələrlə üzr istəmişdir. Dəymiş zərərlə bağlı ekspertin rəyində göstərilən məbləğlə razı deyildir. Ekspert rəyində göstərilən məbləğdən də aşağı məbləğlə qonşusunun evini təmir etdirə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 31, mənzil 25 iş üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 31 saylı MKİS-nin rəisi Vidadi Həsənov, mühəndisi Ədilov Elsevər və sahə nəzarətçisi Darçınov Ümüdvar tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 5-ci mkr Cavadxan küçəsi, 31 saylı evin, 25-ci mənzilinin sahibi İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh məxsus 28 saylı mənzildən səhlənkarlıq nəticəsində su axıntısı baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verilmiş 3-16-16/2- 10/6468 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 25 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 31 saylı evin 25 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 27 saylı mənzildən su axıdılığı və nəticədə 25 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 27 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından 25 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 25 saylı mənzilə su sızması 27 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 31 saylı evin 25 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1004,0 manat məbləğində müəyyən olunmuşdur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinin tələbinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 31 saylı evin, 28 saylı mənzilindən su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası dəymiş ziyanı 1004 manat qiymətləndirmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Məhkəmə iddianın 2000 manat maddi ziyanın tutulması hissəsinə qiymət verərək hesab edir ki, dəymiş ziyanın həcminin həmin məbləğdə olması sübut olunmadığından, ekspertin verdiyi rəy üzrə müəyyən edilmiş 1004 manat dəymiş maddi ziyanın məbləği kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı, iddia ərizəsini mənəvi zərərlə bağlı evinə su axıdılması ilə əlaqədar olaraq hər gün əsəb-stres, mənəvi sarsıntı keçirməsini, baş verənlər nəticəsində dərman, müalicə və müayinə üçün xərclər çəkməsini əsaslandırsa da həmin hallar işin araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mənəvi zərər dəyməsi barədə dəlillər əsassız olduğundan həmin hissədə iddia tələbinin təmin edilməməlidir. Eyni zamanda məhkəmə, su sızmasının qaşrısının alınması məqsədilə cavabdeh tərəfindən onun hesabına həmin su sızmanın aradan qaldırılması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətinə maddi zərərin dəyməsinə əsas cavabdehin mənzilindən su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verməsi ekspertin rəyi ilə öz təsdiqini tapmışdır və gələckədə su sızması nəticəsində yenidən tərəflər arasında mübahisənin yaranmasının qarşısı alınması məqsədilə cavabdehin üzərinə su və kanalizasiya xətlərində yaranmış nasazlıqların aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1004 manat məbləğində vurulmuş maddi zərər tutularaq İddiaçı verilməli, gələcəkdə suyun axıdılmaması üçün cavabdehin üzərinə su və kanalizasiya xətlərində yaranmış nasazlıqların aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu tərəflərə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 20 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1004 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh üzərinə su və kanalizasiya xəttində yaranmış nasazlığın aradan qaldırılması vəzifəsi qoyulsun. Ödənilmiş 50 manat dövlət rüsumunun qalan 20 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-220/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-220/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver