Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2205/2018 22.11.2018 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Emin Əlixan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «öhdəliyin icra edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «öhdəliyin icra edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli, AZ-100/453 saylı müqaviləyə əsasən Bakı-Sumqayıt Şossesinin 7-ci kmdə “ƏR-RİYAD” Ticarət Mərkəzində 7-ci xətt, 12-ci bina, 2-ci mərtəbədə yerləşən sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazanın ona təhvil verilməsi və həmin mağazaya dair onunla Cavabdeh MMC arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 24 noyabr 2007-ci il tarixli, AZ- 100/453 saylı müqaviləyə əsasən Bakı-Sumqayıt Şossesinin 7-ci kmdə “ƏR-RİYAD” Ticarət Mərkəzində 7-ci xətt, 12-ci bina, 2-ci mərtəbədə yerləşən sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazanın İddiaçı təhvil verilməsi, həmin mağazaya dair İddiaçı ilə Cavabdeh MMC arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması, Bakı- Sumqayıt Şossesinin 7-ci km-də “ƏR-RİYAD” Ticarət Mərkəzində 7-ci xətt, 12-ci bina, 2-ci mərtəbədə yerləşən sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazaya dair İddiaçı adına mülkiyyət hüququ haqqında çıxarış alınması üçün sənədləşdirmə işlərinin aparılması üçün müvafiq tədbirlərin görülməsi və həmin mağazaya dair mülkiyyət hüququ haqqında çıxarışın alınması üçün zəruri sənədlərin İddiaçı təqdim edilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli, AZ-100/453 saylı müqaviləyə əsasən Bakı-Sumqayıt Şossesinin 7-ci kmdə “ƏR-RİYAD” Ticarət Mərkəzində 7-ci xətt, 12-ci bina, 2-ci mərtəbədə yerləşən sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazanın iddiçı İddiaçı təhvil verilməsi, həmin mağazaya dair İddiaçı ilə Cavabdeh MMC arasında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanması, Bakı-Sumqayıt Şossesinin 7-ci km-də “ƏR-RİYAD” Ticarət Mərkəzində 7-ci xətt, 12-ci bina, 2-ci mərtəbədə yerləşən sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazaya dair İddiaçı adına mülkiyyət hüququ haqqında çıxarış alınması üçün sənədləşdirmə işlərinin aparılması üçün müvafiq tədbirlərin görülməsi və həmin mağazaya dair mülkiyyət hüququ haqqında çıxarışın alınması üçün zəruri sənədlərin, yəni mağazanın pulunun ödənilməsi barədə maliyyə arayışının, mağazanın iddiaçıya satılması barədə cəmiyyətin təsisçilərinin ümumi yığıncağının qərarının, mağazanın eskiz planının, mağazanın iddiaçıya satılması barədə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin İddiaçı təqdim edilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı ilə cavabdeh “Azinteroil" MMC arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli, AZ-100/453 saylı müqavilənin ləğv edilməsi və İddiaçı tərəfindən ödənilmiş 60750 (altmış min yeddi yüz əlli) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh “Azinteroil" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5, həmçinin Cavabdeh nümayəndəsi X6 məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə İddiaçı nümayəndəsi X2, həmçinin Cavabdeh nümayəndəsi X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır:
1. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq bu sazişi imzalamaqla öz aralarında hüquqlar və iddialar barəsində mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər.
2. «Azinteroil” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazanın-qeyri-yaşayış sahəsinin (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR-Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) üzərində İddiaçı istifadə, sahiblik və mülkiyyət hüquqlarını əvvəlcədən tanıyır və etiraz etmir.
3. «Azinteroil” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazanın-qeyri-yaşayış sahəsinin (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR-Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) üzərində İddiaçı mülkiyyət hüququnu rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müvafiq sənədləri təqdim etməyi öhdəsinə götürür.
4. «Azinteroil” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazanın-qeyri-yaşayış sahəsinə (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR-Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) dair İddiaçı adına mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarış alınması üçün zəruri xərcləri, həmçinin dövlət rüsumlarını ödəməyi öhdəsinə götürür.
5. Tərəflər hazırkı barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri hazırkı barışıq sazişinin təsdiq olunduğu qərardadın qanuni qüvvəsini almasından sonra 10 gün müddətində icra etməyi öhdələrinə götürürlər.
6. Bu saziş ilə tərəflər təsdiq edirlər ki, ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazaya-qeyri-yaşayış sahəsinə (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR-Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) dair alqı-satqı müqaviləsi tərəflər arasında bağlanmış hesab olunur və bu saziş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən İddiaçı adına ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazaya- qeyri-yaşayış sahəsinə (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR- Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarış verilməsi üçün əsasdır.
7. Bu barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə, sazişin şərtlərini tərəflər tam və vaxtında yerinə yetirmədiyi halda hazırkı saziş üzrə qəbul ediləcək məhkəmə qərardadına əsasən məcburi icra ediləcəkdir və həmin qərardad öz hüquqi qüvvəsinə görə məhkəmə qətnaməsinə bərabər tutulacaqdır.
8. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur.
9. Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir.
10. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə görə, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyəgöstərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinin tələblərinə görə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı Cavabdehnə qarşı «öhdəliyin icra edilməsi tələbinə dair» iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq bu sazişi imzalamaqla öz aralarında hüquqlar və iddialar barəsində mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər.
2. «Azinteroil” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazanın-qeyri-yaşayış sahəsinin (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR-Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) üzərində İddiaçı istifadə, sahiblik və mülkiyyət hüquqlarını əvvəlcədən tanıyır və etiraz etmir.
3. «Azinteroil” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazanın-qeyri-yaşayış sahəsinin (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR-Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) üzərində İddiaçı mülkiyyət hüququnu rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müvafiq sənədləri təqdim etməyi öhdəsinə götürür.
4. «Azinteroil” Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazanın-qeyri-yaşayış sahəsinə (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR-Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) dair İddiaçı adına mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarış alınması üçün zəruri xərcləri, həmçinin dövlət rüsumlarını ödəməyi öhdəsinə götürür.
5. Tərəflər hazırkı barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri hazırkı barışıq sazişinin təsdiq olunduğu qərardadın qanuni qüvvəsini almasından sonra 10 gün müddətində icra etməyi öhdələrinə götürürlər.
6. Bu saziş ilə tərəflər təsdiq edirlər ki, ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazaya-qeyri-yaşayış sahəsinə (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR-Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) dair alqı-satqı müqaviləsi tərəflər arasında bağlanmış hesab olunur və bu saziş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən İddiaçı adına ünvan 1 ünvanında yerləşən 27 kv.m sahəsi olan 115 nömrəli mağazaya- qeyri-yaşayış sahəsinə (əvvəlki ünvanı tərəflər arasında imzalanmış 24 noyabr 2007-ci il tarixli müqavilə əsasında Bakı-Sumqayıt şossesinin 7-ci km-də ƏR- Riyad Ticarət Mərkəzinin 12-ci binasında yerləşən ümumi sahəsi 27 kv.m olan 4/1 nömrəli mağazası) dair mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarış verilməsi üçün əsasdır.
7. Bu barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə, sazişin şərtlərini tərəflər tam və vaxtında yerinə yetirmədiyi halda hazırkı saziş üzrə qəbul ediləcək məhkəmə qərardadına əsasən məcburi icra ediləcəkdir və həmin qərardad öz hüquqi qüvvəsinə görə məhkəmə qətnaməsinə bərabər tutulacaqdır.
8. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzim olunur.
9. Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir.
10. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. İddiaçı Cavabdehnə qarşı «öhdəliyin icra edilməsi tələbinə dair» iddia ərizəsi ilə bağlı 2(006)-2205/2018 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Emin Mehdiyev