Məhkəmə qərarları › İş №2(006)-2230/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2230/2021

08.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2230/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi, Ərizəçi vəkili X4, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi «Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektorunu və Bakı şəhəri Maraqlı şəxs2i maraqlı şəxs qismində qeyd etməklə, «Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1988-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Amasiya rayonu Yeniyol kəndində doğulmuşdur. 29.01.1979-cu il tarixdə Ermənistan SSR Amasiya rayonu Yeniyol kənd sovetliyi tərəfindən İ-SL seriyalı 279718 saylı doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1988-ci ilin sentyabr ayında azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası zamanı ailəsi ilə birlikdə Azərbaycan Respublikasının ünvan 1 ünvanda yerləşən mənzildə qaçqın kimi məskunlaşmışlar. Orada onlarla bərabər bir xanım da yaşayırdı. Təxminən 5-6 ay orada yaşadıqdan sonra onları ünvan 2 ünvanda da 7 aya yaxın yaşamışlar, lakin həmin ünvanın şəraiti yaxşı olmadığı üçün onları yenidən Nərimanov rayonu Ceyhun bəy Hacıbəyli küçəsi ev 8 mənzil 11a ünvana köçürmüşlər və 07.08.1992-ci il tarixdə həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. Azərbaycana gəldikdən sonra təhsilini Bakı şəhəri Nərimanov rayon 34 saylı orta məktəbdə davam etdirmişdir. 8-ci sinfə kimi həmin məktəbdə təhsil almışdır. 8-ci sinfi bitirdikdən sonra 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Lakin təxminən 4-5 aydan sonra təhsilini yarımçıq qoyaraq liseyi tərk etmişdir. Sonradan təhsilini heç yerdə davam etdirməmişdir. Müəyyən vaxtdan sonra müxtəlif yerlərdə (əsasən tikintidə) fəhlə kimi çalışmağa başlamışdır. 1997-ci ildə Nərimanov rayon Polis İdarəsi tərəfindən DİN-in 1996-cı il tarixli 66 saylı əmrinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyəti təsdiq edən sənədlə – 9 nömrəli formada arayışla təmin edilmişdir. 01.10.1997-ci il tarixdə Nərimanov rayon Hərbi Komissarlığı (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsi) tərəfindən hərbi xidmətə çağırılmışdır. 26.09.1999-cu il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdə olduğu zaman ünvan 3 ünvanda yerləşən evlərini satdıqları üçün digər ailə üzvləri ilə birlikdə həmin evdən 03.05.1999-cu il tarixdə qeydiyyatdan çıxarılmışlar. Evləri satıldığı üçün hərbi xidmətdən qayıtdıqdan sonra 1999-cu ildən 2002-ci ilə kimi Bakı şəhərində müxtəlif ünvanlarda qeydiyyatsız yaşamışdır. 2002-ci ildən isə ünvan 5 ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmadan yaşayır. 2012-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının vətəndaşı X8 ilə ailə qurmuşdur. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nikaha daxil ola bilməmişdir. 2015-ci ildə X8 vəfat edib. X2 13.02.1956-cı il tarixdə Ermənistan SSR Amasiya rayonu Yeniyol kəndində doğulub. Anası Azərbaycan Respublikasının vətəndaşıdır və onunla birlikdə ünvan 5 ünvanda yaşayır. X1 23.11.1951ci il tarxdə Ermənistan SSR Amasiya rayonu Yeniyol kəndində doğulub. Atası Azərbaycan Respublikasının vətəndaşıdır. Atası ilə uzun müddətdir ki, əlaqəsi olmadığı üçün hazırda onun hansı ünvanda yaşaması barədə məlumatı yoxdur. Qeyd etmək istəyir ki, onunla birlikdə Azərbaycana qaçqın kimi gələn ailə üzvlərinin zamısı (X1, X2, qardaşı X10, qardaşı X14, bacısı Lətifova (Cəlilova) Mənsurə Avtandil qızı, bacısı Kərimova (Cəlilova) Şəlalə Avtandil qızı) «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı sayılıb və Azərbaycan Respublikasının vətəndaşlını təsdiq edən sənədlə təmin ediliblər. Ancaq o, 1988-ci ildən Azərbaycan SSR-in ərazisində qaçqın kimi məskunlaşsa da, həmin vaxt yetkinlik yaşına çatmadığı üçün ona qaçqın vəsiqəsi verilməmişdir. Bu səbəbdən də, o, indiyədək Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən anasına təqdim olunmuş qaçqın vəsiqəsindən görünür ki, o, Ermənistan SSR-i 1988-ci ildə tərk edib. 1988-ci ildə onun 9 yaşı var idi və yetkinlik yaşına çatmayan şəxs kimi valideynlərindən ayrı Azərbaycandan kənarda olduğu ağlabatan deyil. O, 10.07.2020ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunu nəzərə alaraq, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. DMX onun müraciətinə 17.07.2020-ci il tarixli məktubla aşağıdakı məzmunda cavab vermişdir: «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4.7-ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə isə həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər». Bundan sonra o, Bakı şəhəri Maraqlı şəxs2ə müraciət edərək ona, əgər onun adına verilməsi mümkün deyilsə, ailə üzvlərinin adı göstərilməklə (eləcə də ailə üzvü kimi onun adı) X1nun, o da mümkün deyilsə, X2nın adına DMX-yə təqdim edilməsi üçün «onun 1988-ci ildə Azərbaycanda qaçqın kimi məskunlaşması» barədə arayış verilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs2ə etdiyi müraciət Bakı şəhəri Nərimanov rayon MKTBnin 37 saylı MKİS tərəfindən cavablandırılmışdır. Bakı şəhəri Nərimanov rayon MKTB-nin 37 saylı MKİS tərəfindən cavab olaraq təqdim olunmuş arayışda sadəcə onun 07.08.1992ci il tarixdən 24.02.1999-cu il tarixədək yeddi nəfər ailə tərkibi ilə ünvan 3 ünvanda qeydiyyatda olaraq yaşaması qeyd olunmuşdur. Daha sonra o, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektoruna müraciət edərək, ona, əgər onun adına verilməsi mümkün deyilsə, ailə üzvlərinin adı göstərilməklə (eləcə də, ailə üzvü kimi onun adı) X1nun, o da mümkün deyilsə, X2nın adına DMX-yə təqdim edilməsi üçün «onun 1988-ci ildə Azərbaycanda qaçqın kimi məskunlaşması» barədə arayış verilməsini xahiş etmişdir. Həmin müraciətə Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektoru tərəfindən aşağıdakı məzmunda cavab verilmişdir: «Sizin Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektoruna ünvanladığınız ərizədə qaldırdığınız məsələ ilə bağlı bildiririk ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar barədə sektorda heç bir arxiv sənədi olmadığından Sizə köməklik göstərməyimiz imkanımız xaricindədir». Qeyd etdiyi kimi, o, 1988-ci ildə Ermənistan SSR-dən gələrək Azərbaycan SSR-in ərazisində qaçqın kimi məskunlaşsa da, bu statusunu təsdiq edən sənədi olmadığı üçün indiyə kimi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə təmin edilə bilməmişdir. Şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmadığı üçün o, həm də vətəndaşsızlıq vəziyyətinə düşmüşdür və Azərbaycan Respublikasının himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Ermənistana qayıtması isə məlum səbəblərdən mümkün deyil. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Şəxsiyyəti təsdiq edən sənədinin olmaması onun «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, vətəndaşsızlıq halında olan şəxs kimi işləmək, təhsil almaq, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından məhrum olmuşdur. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması və onun təsirləri onun üçün mənfi nəticələr doğurub və bu hal şəxsi və ailə həyatına müdaxiləyə bərabərdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Bunun üçün isə o, Dövlət Miqrasiya Xidmətinə onun 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunu təsdiq edən sənəd təqdim etməlidir ki, DMX onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi prosedurunu apara bilsin. Belə ki, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 4.1.2-ci bəndinə görə şəxsin 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu müəyyən edildikdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. O isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunu təsdiq edən sənədi yuxarıda qeyd etdiyi səbəblərdən təqdim edə bilmir. Belə ki, o, 1988-ci ildə Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olsa da, bu faktı təsdiq edən sənədi almaq üçün müvafiq orqanlara müraciət etməsinə baxmayaraq həmin sənədi heç bir qaydada ala bilməmişdir. Bu səbəbdən də, həmin faktın – onun 1988-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi vəkili X11 məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X12 məhkəmə iclasında çıxış edərək, ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Maraqlı şəxslər Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektoruna və Bakı şəhəri Maraqlı şəxs2ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu üzrə Sektorunun və Bakı şəhəri Maraqlı şəxs2in nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun vəkilinin, habelə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan sənədlər ərizəçinin ərizəsində xronoloji ardıcıllıqla və müfəssəl şəkildə qeyd edilmişdir və onların təkrarən göstərilməsinə zərurət yoxdur. Məhkəmə ərizənin təmin edilməməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2007-ci il tarixli 560 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»nin 9.18-ci bəndi ilə Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələlərinə dair vəsatətləri qəbul etmək, həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək vəzifəsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Əsasnamənin 10.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə dair sənədləri və faktları araşdırmaq, zəruri hallarda müvafiq dövlət orqanlarından əlavə məlumatlar tələb etmək hüququ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmişdir. «Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə»nin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmaq istəyən şəxs tələb edilən sənədləri toplayıb Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Dövlət Miqrasiya Xidməti şəxsin sənədlərinin doğru olub-olmadığını, o cümlədən onun Azərbaycan Respublikasında qanuni əsaslarla 5 ildən çox müddətdə fasiləsiz yaşayıb-yaşamamasını yoxlamalı, həmçinin sənədləri rəy verilməsi üçün Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə (keçmiş Milli Təhlükəsizlik Nazirliyinə) göndərməlidir. DİN və DTX şəxsin sənədlərini öz rəyləri ilə birlikdə DMX-yə qaytardıqdan sonra DMX əsaslandırılmış rəyi ilə toplanmış materialları Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Göründüyü kimi, əcnəbilərin və ya vətənlaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanuni əsaslarla və fasiləsiz olaraq daimi yaşaması faktını müəyyən etmək vəzifəsi qeyd edilən qanunların və normativ aktların tələblərinə əsasən bilavasitə Dövlət Miqrasiya Xidmətinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilmədiyi, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərməlidir. Prosessual qanunvericiliyin normalarından göründüyü kimi, məhkəmə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi bütün faktları deyil, yalnız hüquqi əhəmiyyəti olan, yəni ərizəçinin hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitam verilməsinə səbəb ola biləcək faktları müəyyən edir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qanuni əsaslar olmadan Azərbaycan Respublikasında daimi yaşaması ona vətəndaşlıq əldə etməsi hüququnu vermir və belə bir faktın məhkəmələr tərəfindən müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, Ərizəçi «Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi «Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Ərizəçiyə izah edilməlidir ki, Azərbaycan Respublikasının vətəndaşlığının alınması üçün mümkün digər qanuni üsullardan istifadə etsin, yenə də, müxtəlif aidiyyatı orqanlara (məsələn, ərizəçi ərizəsində qeyd edir ki, bir müddət Nərimanov rayonu Ceyhun bəy Hacıbəyli küçəsi ev 8 mənzil 11a ünvanda yerləşən mənzildə qaçqın kimi məskunlaşmışlar, təxminən 5-6 ay orada yaşadıqdan sonra onları ünvan 7 ünvanların yerləşdiyi ərazi üzrə MKİS-lərə müvafiq sorğu ilə müraciət edib, arxiv sənədlərinin araşdırılmasını xahiş edə bilər, ərizəçinin öz adının qeyd edildiyi sənədlərin aşkar edilməsi və ona müvafiq arayışın verilməsi imkanı itirilməmişdir) müraciət edib, DMX-yə təqdim edilməsi zəruri olan sənədlər əldə etməyə çalışsın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «Azərbaycan Respublikasının ərazisində qaçqın kimi məskunlaşma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar