Məhkəmə qərarları › İş №2(006)-2234/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2234/2021

04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2234/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı5 cavabdeh Nəsimi Rayon Polis İdarəsinə, üçüncü şəxs “xxxx” MMC-yə qarşı "Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5 cavabdeh Nəsimi Rayon Polis İdarəsinə, üçüncü şəxs “xxxx” MMC-yə qarşı "Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim, iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni Məcəllənin 153.4-cü maddəsinə görə isə, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıyə rəsmi qaydada verilməlidir. Beləliklə, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən onun məhkəmə icraatı mümkün deyildir. İzah edilməlidir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5 onların barəsində tərtib edilmiş "İnzibati haqqında" Protokolu mübahisələndirərək, mülki qaydada deyil, inzibati qaydada məhkəməyə müraciət etməlidirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, İddiaçı5 cavabdeh Nəsimi Rayon Polis İdarəsinə, üçüncü şəxs “xxxx” MMC-yə qarşı "Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları barədə xüsusi qərardad qəbul edilməsi” tələbinə dair iddia ərizəsini qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar