Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2247/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh X10 qarşı pul tələbinə dair ilk, X5 İddiaçı və "xxxx" Kompani MMCyə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, F.Bayramov küçəsi, məhəllə 1156, korpus 1-də yerləşən 28 saylı (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M8, m3) mənzilin təmirinə xərclənmiş 97700 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-ci il 18 iyun tarixində Sahil-D Kompani MMC ilə ünvan 1-cı məhəllə, korpus 1-də yerləşən 28 saylı mənzili almaq məqsədi ilə alqı satqı-müqaviləsi bağlamış və mənzilə sahiblənərək təmirə başlamışdır. Lakin, sonradan mənzilin başqa sahibi olduğu məlum olmuş və 27 avqust 2021-ci il tarixində Xətai Rayon Məhkəməsinin hakimi L.E Rəhimli iddiaçı X5 cavabdeh İddiaçı qarşı 2(001)-4584/2021 nömrəli mülki işə baxaraq “Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 korpus 1 ünvanında yerləşən 28 saylı mənzilinə dair X6 DƏDR Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X3 və onun ailə üzvlərinin mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət etmişdir. 2023-cü il 16 may tarixində özü və ailə üzvləri mənzildən çıxarılmış, lakin, ailəyə məxsus əşyalar və mebellər hal-hazırki vaxtadək evdə qalmışdır. Gülnarə Fərəməzova və ailə üzvləri mənzildən çıxarılan zaman Şükürova Amalya ona 230000 manat ödənildiyi təqdirdə mənzili yenidən Gülnarə Fəraməzəvoya satacağı barədə şifahi razılığa gəlmişlər. Sahil-D Kompani MMC tərəfindən aldadıldığını başa düşən İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə Şikayət ünvanlamış və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət edilərək araşdırılma aparılmış və 2024-cü il oktyabr ayında Sahil-D Kompani MMC-nin nümayəndəsi tərəfindən Gülnarə Fərəməzovaya mənzilin alınmasına ödənilmiş pul geri qaytarılmışdır. Ödənişin yubadıldığı üçün mənzil bazarında bahalaşma baş verməsini səbəb gətirərək Amalya Şükürova mənzili Gülnarə Fərəməzovaya satmaqdan imtina etmiş, mənzili 320000,00 manata digər şəxsə satacağını, mənzili satdıqdan sonra təmirin əvəzi olaraq G.Fərəməzovaya 20000,00 manat ödəyəcəyini bildirmişdir. Lakin, işdə olan 28 dekabr 2024-cü il tarixli 07-170/24 nömrəli mütəxəssis rəyindən və əlavə edilmiş şəkillərdən də görünür ki, İddiaçı mənzili yüksək keyfiyyətli, bahalı materiallarla təmir etmiş və mənzilin təmirinə daha çox vəsait sərf etmişdir. Mənzilin təmirinin keyfiyyətli olması səbəbindən mənzil hazırda yüksək bazar dəyərinə malikdir. X1 Gülnarə Fərhad qızına və "xxxx" Kompani MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzildən istifadə edə bilməməsi səbəbindən əldən çıxmış fayda kimi 67.100 manatın və 291.3 manat ödənilmiş dövlət rüsumunun, cəmi 67.391.3 manat pulun müştərək qaydada İddiaçı və "xxxx" Kompani MMC-dən tutularaq ona ödənilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X14 Cavabdeh2 MMC-nin direktoru X22 ilə müqavilə bağlayaraq 07 iyul 2007-ci ildə onların ünvan 1 ünvanında inşa etdikləri 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 28 nömrəli 3 otaqlı mənzili almışdır. Mənzil tikilib qurtardıqdan sonra Cavabdeh2 MMC-nin əvvəlki direktoru Məzahir Cəfərovun vəfat etməsindən istifadə edərək MMC-nin təsisçisi olan X18 və Cavabdeh2 MMC-nin direktoru X15 mənzilin ona verilməsindən imtina etmişlər. Amalya Şükürovanın Cavabdeh2 MMC-yə qarşı mənzilin ona verilməsi barədə Xətai Rayon Məhkəməsində iddia ərizəsinə baxılarkən Adilağa X2 adına 28 fevral 2007-ci il tarixli saxta müqavilə və maliyyə arayışı hazırlayaraq guya mənzilin Amalya Şükürovadan qabaq həmin şəxsə satılması barədə məhkəməyə sənəd təqdim etmiş və məhkəmə R.Əliyevanı üçüncü şəxs kimi işə cəlb etmişdir. Xətai Rayon Məhkəməsi ünvan 1 ünvanında inşa etdikləri 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 28 nömrəli 3 otaqlı mənzilə dair Cavabdeh2 MMC ilə X16 arasında 28 fevral 2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməklə, onun həmin mənzildən çıxarılması və mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınmaqla, mənzilin ona verilməsi qət etmişdir. Məhkəmənin iddianın təmini tədbirinə dair qəradadı xx.xx.2018-ci il tarixdə Xətai rayon İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən icra edilərkən aktın tərtibində cavabdeh İddiaçı əri Elşad Fəraməzov da iştirak etmiş, mənzilin mübahisəli olduğunu və məhkəmənin qəradadına əsasən mənzildə təmirin qadağan edildiyini bilmişdir. Cavabdeh2 MMC-nin və üçüncü şəxs X11 apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsi icra mərhələsində olan da Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli mənzilə dair X5 hüquqlarının tanındığını, o cümlədən Ali Məhkəmənin xx.xx.2020-ci tarixli qərarı ilə MMC-nin və İddiaçı verdikləri kassasiya şikayətlərinin təmin edilmədiyini bildikləri halda, sonuncunun hüquqularının əsassız olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün İddiaçı adına hüquq müəyyənedici sənədlər tərtib edərək, müvafiq dövlət orqanına təqdim etmişlər. Amalya Şükürovanın yenidən Xətai Rayon Məhkəməsinə müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat mömrəli çıxarış ləğv edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilsə də dəyişdirilmədən saxlanılmış və qətnamə icra edilərək mənzil xx.xx.2023-cü il tarixdə boşaldılmaqla Cavabdeh1 təhvil verilmişdir. Ali Məhkəmə MPM-nin 265.4-cü maddəsinə istinad edərək xx.xx.2022-ci il tarixli, 2(102)- 1598/2022 saylı xüsusi qərardadı ilə eyni mənzili müxtəlif vaxtlarda bir neçə şəxsə satmaqla, məhkəmə mübahisəsi gedən müddətdə həmin iddiada cavabdeh tərəf olmaqla mənzilin mübahisəli olduğunu bildiyi halda, həmin mənzili İddiaçı adına keçirməklə və sonuncunun hüquqlarının əsassız olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün şərait yaratmaqla vətəndaşların mənafelərinə ziyan vurulması ilə bağlı Cavabdeh2 MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əlamətləri aşkar edildiyindən, bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər vermişdir. İddiaçının özünün təqdim etdiyi iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən göründüyü kimi Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmış Cavabdeh2 MMC-nin təsisçisi X19 tərəfindən İddiaçı dəymiş ziyanın ödənilməsi səbəbindən 26 oktyabr 2024-cü il tarixdə barışıq əldə olunmuşdur. Lakin, İddiaçı Cavabdeh2 MMC-nin vəzifəli şəxsləri ilə əlbir olmaqla 2018-ci ilin aprel ayından başlayaraq X10 qanuni mənzilindən istifadə etməsinə imkan verməmiş və mənzildən istifadə etməklə əldə edəcəyi faydadan məhrum etmişlər. Belə ki, tərəflər arasında mübahisənin başladığı dövrdən mənzilin yerləşdiyi ərazidə 3 otaqlı, təxminən eyni ölçüdə olan mənzillərin aylıq kirayə haqqı 1350-1600 manat civarında olmuşdur. Yəni ilkin iddia üzrə iddiaçı olan İddiaçı Cavabdeh2 MMC-nin rəhbərliyi ilə əlbir olmaqla X5 5 il 1 ay müddətində hər ay təxminən 1100 manat kirayə haqqı olmaqla mənzildən əldə ediləcək 67.100 manat (61 ay x 1100 manat = 67.100 manat) faydadan məhrum olmuşdur. Ona görə belə hesab etmişdir ki, mübahisənin obyektiv həlli üçün Cavabdeh2 MMC də qarşılıqlı iddia üzrə cavabdeh kimi işə cəlb edilməklə, mənzildən istifadə edə bilmədiyindən əldən çıxmış faydaya görə 67.100 manat pul müştərək qaydada İddiaçı və Cavabdeh2 MMC-dən tutularaq Amalya Şükürovaya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilk iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 28 saylı mənzilinə dair İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı və onun ailə üzvləri X17, X20, X21 və X7 ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, ünvan 4 ünvanda yerləşən 28 saylı mənzildə aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 97786 manat məbləğində müəyyən olunur. İş materiallarından görünür ki, “X9” MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə ünvan 5 ünvanda yerləşən 28 saylı mənzildə (yeni qaydalarla AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M8, m3) aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 81951 manat məbləğində müəyyən olunur. İş materiallarında olan X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 186 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən 28 saylı mənzilin 2018-ci il üzrə aylıq icarə dəyəri 1115.1 manat, 2019-cu il üzrə aylıq icarə dəyəri 1128.9 manat, 2020-ci il üzrə dəyəri 687.9 manat, 2021-ci il üzrə aylıq icarə dəyəri 1241.4 manat, 2022-ci il üzrə aylıq icarə dəyəri 1298.9 manat, 2023-cü il üzrə aylıq icarə dəyəri 1326.4 manat olmaqla, həmin mənzilin 2018-2023-cü illər üzrə (5 il 1 ay müddətdə) ümumi icarə dəyəri 67626.4 manat məbləğində müəyyən edilir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən 28 saylı mənzilinə dair İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, həmin mənzil Amalya Şükürovaya təhvil verilmişdir. Lakin, mənzil İddiaçı istifadəsində olduğu müddətdə onun tərəfindən təmir edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məcəllənin 1093-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən mənzilə dair tikinti təmir işləri aparılmaqla mənzilin dəyəri artmışdır. Beləliklə də ilk iddia üzrə cavabdeh əsassız varlanmışdır. Məhkəmə tərəfindən təmir xərclərinin hesablanması üçün mütəxəssis rəyi alınmış, həmin rəyə əsasən təmir xərclərinin miqdarı 81951 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, Amalya Şükürovadan 81951 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə dair münasibətdə qeyd edir ki, 2018-2023-cü illər ərzində Amalya Şükürova "xxxx" Kompani MMC-nin hərəkətləri nəticəsində öz əmlakından məhrum edilməklə ondan istifadə edə bilməmiş, nəticədə ona "xxxx" Kompani MMC tərəfindən maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə Amalya Şükürovaya vurulmuş maddi ziyanın miqdarına gəldikdə qeyd edir ki, X4 rəyində göstərilən məbləğ qarşılıqlı iddia tələbində olan məbləğdən çox olduğundan, qarşılıqlı iddia qeyd edilən hissədə təmin edilməli, 67100 manat "xxxx" Kompani MMC-dən alınaraq Amalya Şükürovaya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ilk və qarşılıqlı iddia üzrə iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, “X12” MMC tərəfindən aparılmış tədqiqat xərclərinə görə 350 manat tərəflərdən bərabər şəkildə tutulmaqla “X12” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Amalya Şükürovadan 81951 manat alınaraq İddiaçı ödənilsin. "xxxx" Kompani MMC-dən 67100 manat alınaraq Amalya Şükürovaya ödənilsin. İlk və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatının xərci olan 350 manatın 175 manatı İddiaçı, 175 manatı Amalya Şükürovadan alınaraq “X12” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2247/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2247/2025
26.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver