Məhkəmə qərarları › İş №2(006)-225/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-225/2024

23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-225/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dairiddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 10000 manat pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 20 ildən artıqdır ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Adıçəkilən mənzil qısa müddət öncə əsaslı təmir edilmişdir. İddiaçıya məxsus mənzilin üzərində yerləşən 24 saylı mənzil X2 məxsusdur. İddiaçıya məxsus əmlak binanın 4-cü mərtəbəsində yerləşir. Cavabdehin mənzili isə 5-ci mərtəbədədir. Bu illər ərzində adıçəkilən şəxsin mənzilindən ən azı onun mənzilinə 10 dəfə su sızması baş vermişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş su sızıntısı MİS tərəfindən aktlaşdırılmışdır. Lakin o zaman cavabdeh qısa zamanda öz su xəttini təmir edəcəyini bildirdiyi üçün iddiaçı şikayət etməmişdir. Ancaq cavabdeh verdiyi sözü tutmamışdır. Son su sızma hadisəsi isə 05 iyun 2023-cü il tarixdə olmuşdur. Beləki, iddiaçıya 3-cü mərtəbədə yaşayan qonşusu zəng edərək, artıq onun və 2-ci mərtəbədə yerləşən mənzilin də su basmasına məruz qaldığı bildirmişdir. İddiaçı dərhal mənzilə getmiş və qardaşı Vəkil 102 xidmətinə bu haqda məlumat vermişdir. Gecə saatları olmasına baxmayaraq, ərazinin sahə müvəkkili hadisə yerinə gəlmişdir. Polis əməkdaşı cavabdehin, iddiaçının, 3-cü və 2-ci mərtəbədə yerləşən mənzillərə baxış keçirmişdir. Həmin zaman sahə müvəkkili tərəfindən su sızmasının məhz 5-ci mərtəbədən baş verdiyi müəyyən edilmişdir. Həmçinin, ilk baxışdan su sızmasının 5-ci mərtəbədə yerləşən mənzilin su xəttindən baş verdiyi aydın olmuşdur. Öncələr qonşuluq olduğu üçün yalnız ona şifahi xəbərdarlıq edirdi. Təmirə dəymiş zərər isə öz şəxsi vəsaiti hesabına ödənirdi. Nəsimi rayonu, Nizami küçəsi, ev 119, mənzil 22 ünvanında yerləşən daşınmaz əmlak iddiaçıya məxsus olsa da, iddiaçı digər ünvanda yaşayır və bəzi hallarda uzun müddət həmin mənzil getmədiyi üçün su sızmasından gec xəbər tutmuşdur. Bu səbəbdən də su sızma nəticəsində parket, mebel və sairə iddiaçı xəbər tutduqda artıq taxta hissələr şişmiş vəziyyətə olurdu. Hazırda iddiaçıya məxsus mənzil təkrar əsaslı təmir edilməlidir. Cavabdehə müraciət etsə də, o nə öz su xəttini, nə də iddiaçının mənzilini təmir etməkdən boyun qaçırır. Beləliklə iddiaçının artıq məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Müraciət etdiyi təmir mütəxəssilərinin verdiyi məlumata əsasən, hazırda dəymiş zərərin bərpası üçün ən azı 10000 manat vəsait tələb edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsini müdafiə edərək və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 5 mərtəbəli binada yerləşən 74.26 kv.m ümumi sahəsi olan 22 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli 3-21-3-30/2-36989/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 119 ünvanında yerləşən 22 nömrəli mənzil xx.xx.2003-cü il tarixdə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2023-cü il tarixli 3-16-16/2-10/8266 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 22 saylı mənzilin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 119 saylı evin, 22 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən su axıdıldığı və nəticədə 22 saylı mənzilə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 24 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyriyaşayış sahəsinə su sızması 24 saylı mənzilin su xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 119 saylı evin, 22 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4811 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Ekspertiza xərclərinə dair Bildirişdən görünür ki, aparılmış tədqiqatın (tikinti-texniki obyektlərin tədqiqi) dəyəri 50 manatdır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinə məhkəmə baxılması üçün 121 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı maddi ziyan vurulmasına dair iddia tələbi irəli sürməkdə qismən haqlıdır. İş materialları ilə təsdiq edilir ki, həqiqətən də iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 119 ünvanında yerləşən 22 nömrəli mənzilə cavabdehin səhlənkarlığı nəticəsində 4811 manat (ekspert rəyinə əsasən) ziyan vurulmuşdur. Belə ki, məhkəmə işin tam və daha obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə tikinti-texniki ekspertiza təyin etmişdir. Ekspertiza nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 119 saylı evin, 22 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən su axıdıldığı və nəticədə 22 saylı mənzilə ziyan vurulduğu müəyyən olunmuşdur. Rəydə qeyd olunur ki, 24 saylı mənzilin sanitarqovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, qeyri-yaşayış sahəsinə su sızmasının 24 saylı mənzilin su xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bildiyi müəyyən edilmişdir. Həmçinin susızması nəticəsində iddiaçının mənzilinə dəymiş ziyanın məbləği 4811 manat məbləğində hesablanmışdır. Məhkəmə tərəfindən yuxarıda qeyd edilmiş 29 fevral 2023-cü il tarixli 3-16-16/2- 10/8266 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh də məhkəməyə iddia tələbində və ekspert rəyində göstərilənlərin əksini sübut edəcək hər hansı sənəd və ya sübut təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə həmçinin qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərər 4811 manat həcmində müəyyənləşdirildiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4811 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumunun 60.50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməldir. Həmçinin iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pulun 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4811 (dörd min səkkiz yüz on bir) manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumunun 60.50 (altmış manat əlli qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar