Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2287/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi, Qurbanova Nargiz və Cavabdeh4ovnaya qarşı «qeydiyyat vəsiqəsinin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisi, AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi, Qurbanova Nargiz və Cavabdeh4ovnaya qarşı «qeydiyyat vəsiqəsinin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi araşdırılarkən məlum olmuşdur ki, iddiaçı tərəfindən iddia ərizəsinin tərtib edilməsi zamanı bir sıra nöqsanlara yol verilmişdir. Belə ki, iddia ərizəsində cavabdehlər Qurbanova Nargiz və Cavabdeh4ovna barəsində araşdırılma aparılması üçün zəruri olan məlumatlar natamam formada göstərilmişdir. Həmçinin iddia ərizəsində qeyd olunan həmin cavabdehlərin ünvanı ünvan 1 mənzil 49 kimi göstərilsə də, onların rəsmi qeydiyyatı barədə sübut (MAPS arayışı) təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Qeyd olunan Məcəllənin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2, 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisi, AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi, Qurbanova Nargiz və Cavabdeh4ovnaya qarşı «qeydiyyat vəsiqəsinin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2287/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2287/2021
11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver