Məhkəmə qərarları › İş №2(006)-2299/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2299/2020

16.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2299/2020 16.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, x18 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Bakı şəhəri 1 saylı Körpələr Evinin nümayəndəsi x6 və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi x3 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri 1 saylı Körpələr Evinə, Azərbaycan Respublikası Əmək və x12 Nazirliyinə və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı "uşağın geri götürülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 1 saylı Körpələr Evinə, Azərbaycan Respublikası Əmək və x12 Nazirliyinə və Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı "uşağın geri götürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu 16.03.2016-cı il təvəllüdlü x14 halhazırda Körpələr evində atılmış uşaq kimi qeydə alınaraq yaşayır. İddiaçının maddi durumu çox aşağı səviyyədə olduğundan, səhlənkarlığı ucbatından oğlunu anası- x4 körpələr evinin qarşısına qoymuşdur. İddiaçının anası uşağı ora qoyduğu zaman üzərində heç bir sənəd olmamışdır. İddiaçının da şəxsiyyət vəsiqəsi yox idi. Bu üzdən uşaq körpələr evində atılmış uşaq kimi qeydiyyata alınmışdır. Ona görə Körpələr evində uşağın adı Sahib, soyadı Əliyev yazılmışdır. İddiaçının anası dəfələrlə Nəsimi Rayon Məhkəməsinə uşağı geri verilməsi üçün müraciət etmişdir. İddiaçı Körpələr evinə uşağın sənədlərini sonradan təqdim etmiş, lakin uşaq Körpələr evində x10 qeydiyyata alındığından uşağı geri qaytarmaq mümkün olmamışdır. Hal -hazırda iddiaçı özünə yeni şəxsiyyət vəsiqəsi almışdır. Göstərilənlərə əsasən 16.03.2016-cı il təvəllüdlü x9 (x15) Körpələr evindən geri götürülüb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddiada göstərilənləri təsdiq etmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri 1 saylı Körpələr Evinin nümayəndəsi x11 iddia tələbinin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi x1 rəyinə uyğun olaraq iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və x12 Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 10.05.2016-cı il tarixdə verilmiş arayışın surətindən görünür ki, İddiaçı xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Türbəndəyev Şahmar oğlu, anası x2r və bu barədə akt qeydləri kitabında 16.07.1994-cü il tarixdə 1383 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarındakı Bakı şəhəri 1 saylı Körpələr Evinin işçiləri tərəfindən tərtib olunmuş 28.08.2017-ci il tarixli aktın surətindən görünür ki, 15.03.2016-cı il təvəllüdlü x20 28.08.2017-ci il tarixdə Körpələr Evinin önündə atılmışdır. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 305502 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, x16 16.03.2016-cı il tarixində İddiaçı doğulmuş x9 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin 05-ci ayının 25-ci günündə 165 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən 20.05.2017-ci il tarixdə verilmiş AZ-İİİ № 945015 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x14 16 mart 2016-cı ildə Xaçmaz rayonunda anadan olmuş, atası x16, anası İddiaçıdır. İş materiallarındakı Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 2/401 №-li, 19.05.2020-ci il tarixli rəyindən görünür ki, Nəsimi rayon İH-nin Qəyyumluq və Himayəçilik Komissiyası 16.03.2016-cı il təvəllüdlü x9 (x15) İddiaçı tərəfindən 1 saylı Körpələr Evindən geri götürülməsini azyaşlının mənafeyinə uyğun hesab edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı övladı- 16.03.2016-cı il təvəllüdlü x14 28.08.2017-ci il tarixdə 1 saylı Körpələr Evinin önünə atılmış, uşaq həmin Körpələr evində x10 qeydiyyata alınmışdır. Hazırda İddiaçı atılmış uşağın qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 58.6-cı maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19.05.1998-ci il tarixli qanununun 5-ci maddəsinin tələbinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12.11.1989-cu il tarixli Konvensiyasının (Azərbaycan Respublikası bu Konvensiyaya Milli Məclisin 21.07.1992-ci il tarixli, 236 saylı qərarı ilə qoşulmuşdur) 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Həmin Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsinə görə iştirakçı dövlətlər uşağın sağ qalmaq və sağlam inkişaf etmək imkanını maksimum dərəcədə təmin edirlər. Məhkəmə, Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 2/401 №-li, 19.05.2020-ci il tarixli rəyini nəzərə almaqla, habelə 16.03.2016-cı il təvəllüdlü x9 gələcəyini, tərbiyəsini, sağlamlığını və onun psixi, fiziki, mənəvi inkişafını əsas götürərək, onun anası İddiaçı qaytarılmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı valideyn olaraq uşağın tərbiyəsi və inkişafı üçün məsuliyyət daşıyır. Uşağın ən yaxşı mənafeyi onun əsas qayğı obyektidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 16.03.2016-cı il təvəllüdlü x14 (x20) Bakı şəhəri 1 saylı Körpələr Evindən geri götürülüb İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 16.03.2016-cı il təvəllüdlü x14 (x20) Bakı şəhəri 1 saylı Körpələr Evindən geri götürülüb İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar