Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-23/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və iddiaçıya məxsus 32.000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 32.000 manat məbləğində pulun iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pulun və 13.430 (on üç min dörd yüz otuz) manat dəyərində qızıl-zinət əşyaları, ümumilikdə 31.230 (otuz bir min iki yüz otuz) manat məbləğində pul vəsaitinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2019-cu ildə tanış olmuş, cavabdeh özünü işgüzar xanım kimi təqdim etmiş və bildirmişdir ki, Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən “555” adlı kafenin sahibidir. Cavabdehlə aralarında yaxın münasibət yaranmış, ona etibar etmişdir. 2019-cu ilin may ayında cavabdeh lotereya oyunun təşkil edilməsini və hər 10 gündən bir 500 manat məbləğində pulu ona veriləcəyini bildirmişdir. Həmin pul yığılaraq cəmi 32.000 manat məbləğində ona qaytarılmalı idi. Aralarında olan razılaşmaya görə hər dəfə 500 manat pul əvəzinə 500 manat dəyərində qızıl-zinət əşyalarını cavabdehə vermişdir. Beləliklə, cavabdehə ümumilikdə 32.000 manat dəyərində qızıl-zinət əşyalarını vermişdir. Qızıl-zinət əşyalarını və ya onların dəyərinin qaytarılmasını cavabdehdən dəfələrlə tələb etmişdir. Cavabdeh onun qızıl-zinət əşyalarını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin bir müddət keçdikdən sonra məlum olmuşdur ki, cavabdeh öz öhdəliklərini icra etməkdən boyun qaçırır. Dəfələrlə ona bildirmişdir ki, pulu heç olmasa hissə-hissə qaytarsın. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə qızıl-zinət əşyalarını və ya onların bazar dəyərini qaytarmaqdan imtina edir. Hesab edir ki, cavabdeh öhdəliklərini yerinə yetirərək verdiyi bütün pulları tam şəkildə ödəməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsinin əsassızlığı onunla sübut edilir ki, iddiaçı iddia ərizəsində əvvəlcə ondan 32.000 manat məbləğində qızıl-zinət əşyalarını (və ya onun pulunu), sonradan isə 17.800 manat məbləğində nəğd pul və 13.430 manat dəyərində qızıl-zinət əşyalarını tələb edir, lakin Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yazdığı ərizələrdə isə ondan 22.000 manat pul tələb edir və iddiasını onunla əsaslandırır ki, guya o, 2019-cu ilin may ayında ona lotereya oyunun təşkil edilməsini və hər 10 gündən bir 500 manat məbləğində pulu ona verəcəyini bildirmişdir. Həmin pul yığılaraq cəmi 32.000 manat məbləğində pul ona qaytarılmalı idi. Guya o, hər dəfə 500 manat əvəzinə ona 500 manat qızıl-zinət əşyaları vermişdir. Guya həmin pulu ona qaytarmamışdır. İddiaçının iddia ərizəsini əsassız və qeyri-qanuni hesab edir. Belə ki, iddiaçının iddia ərizəsinin predmetində qeyd etdiyi kimi uyğunsuzluq vardır, belə ki, iddiaçı iddia ərizəsində əvvəlcə ondan 32.000 manat dəyərində qızıl-zinnət əşyalarını və ya onun pulunu, sonradan isə 17.800 manat məbləğində nəğd pul və 13.430 manat məbləğində dəyərində qızıl-zinət əşyalarını, Bakı şəhər Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yazdığı ərizələrdə isə ondan 22.000 manat pul tələb edir . İddiaçının iddia ərizəsində istinad etdiyi hallar: «lotereya oyunu təşkil etməsi, həmin oyunun hansı şəxslərdən ibarət olması, hər on gündən bir mənə 500 manat dəyərində qızıl-zinət əşyaları verməsi və həmin qızıl-zinət əşyalarının adlarının nədən ibarət olması, onda 32.000 manat dəyərində qızıl-zinət əşyalarının toplanması barədə» məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş mülki işin 126-cı vərəqəinin arxa hissəsindəki 3-cü sətirdəki «200» yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlə icra edilmişdir. Mülki işin 126-cı voroqoinin arxa hissəsindəki 8-ci sətirdəki 10 avqustan 30 noyabr yazısındakı «an 30 noyabr» yazıları sonradan əlavə cdilmişdir. Mülki işin 127-ci vərəqəsindəki «4600» yazısının yerində əvvəlcə «1600» rəqəmləri olub, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlər icra edilmişdir. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir: «İzahatı alınan vətəndaş Cavabdeh bildirmişdir ki, təxminən 2 ildir ki, Mahirəni tanıyır. Ramiləxanım ailə vəziyyəti ilə əlaqədar 2018-ci ilin sentyabr aylarında Mahirədən təxminən 4000 manata yaxın pul götürmüş və o, hər ay Mahirəyə götürdüyü məbləğin faizini ödəyirmiş. 2019-cu ilin avqust aylarında o, Mahirəyə nağd şəkildə 3000 manat pul verdiyini və 1000 manat borcunun qaldığını bildirmişdir Ramiləxanım 2019-cu ilin sentyabr ayında maddi cəhətdən sıxıntılarının olması səbəbindən Mahirədən noyabr ayına kimi vaxt verməsini xahiş etmiş və qalan 1000 manatı və faizini də noyabr ayında verəcəyini bildirmişdir. Lakin Ramiləxanım noyabr ayında Mahirəyə verdiyi sözü tuta bilməmiş və ona qalan borcunu və faizi ödəyə bilməmişdir. Bundan sonra İddiaçı Ramiləxanımı hədələyərək 2 nəfərə problem yaratdığını bildirərək ona da problem yaşadaçağını bildirmişdir. Ramiləxanım Mahirənın onun üzərinə şər və bohdan atdığını bildirərək, Mahirənin ondan şişirdilmiş məbləği qorxudaraq almaq istəməsini bildirmişdir. Ramiləxanım Mahirənın yazdıqlarını şər və böhdan olduğunu bildirərək onun heç bir lotereya oyunu təşkil etmədiyini və Mahirəyə 22000 manat borcu olmadığnı bildirmişdir». 2 ilə yaxın ayda 400 manat, cəmisi 9600 manat məbləğində Mahirəyə faiz ödəmişdir. Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2020ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir: «İzahatı alınan Cavabdeh izahatında heç bir lotereya oynamadığını və sadəcə Mahirəyə 1000 manat məbləğində borcu olduğunu qeyd etmiş, həmin borcu ödəyəcəyini bildirmişdir. Hal-hazırda İddiaçı borc tələbinə dair Beyləqan rayon məhkəməsində X5, Kürdəmir rayon məhkəməsində X3 və Bakı şəhər Nizami rayon məhkəməsində X1 qarşı borc təbəlinə dair iddia ərizəsi qaldırmışdır. İddiaçı ona qarşı borc tələbinə dair iddia ərizəsindən məhkəmənin qiyabi qətnaməsindən sonra Nəsimi rayon İcra Şöbəsində xəbər tutmuş, sonradan həmin qiyabi qətnaməni məhkəmədən götürmüş və onun ləğvi barədə məhkəməyə ərizə vermişdir. İddiaçının iddia ərizəsinin surəti ona göndərilməmiş və verilməmişdir. Şəhid ailəsidir, atası X6 1993-cü ilin yanvarın 01-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda himayəsində 2 azyaşlı uşağı vardır və Bakı Dövlət Universitetinin tarix fakutəsinin 4-cü kurs tələbəsidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddiaya etiraz etdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Sadə yazılı qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə 4500 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 5800 manat (i.v 123), xx.xx.2019-cu il tarixdə 5000 manat (i.v 126), 2500 manat (i.v 127) olmaqla ümumilikdə 17.800 manat məbləğində nağd pul borcu götürmüş, həmçinin xx.xx.2019-cu il tarixdə 2000 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 6450 manat (i.v 125), xx.xx.2019-cu il tarixdə 2480 manat (i.v 126), 2500 manat (i.v 128) olmaqla ümumilikdə 13.430 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 3-cü sətirdəki “200" yazısının yerində qaralama apararaq və üzərinə ağardıcı boya çəkərək indiki rəqəmlər icra edilmişdir. Mülki işin 126-cı vərəqinin arxa hissəsindəki 8-ci sətirdəki “10 avqustan 30 noyabr" yazısındakı "an 30 noyabr" yazıları sonradan əlavə edilmişdir, Mülki işin 127-ci vərəqindəki “4600" yazısının yerində əvvəlcə “1600" rəqəmləri olub, sonradan üzərinə əlavə cizgi artıraraq indiki rəqəmlər icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 123-128-ci vərəqələrində olan 6 ədəd qəbzlərdəki (i.v.124 vərəqəsindən olan 18 yanvar 2019-cu il tarixli qəbzdə “tel 05553913-64" yazılardan və 126-cı vərəqəsinin arxa hissəsindəki yazılardan başqa) yazılar və imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri 112 manat təşkil etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixdə 4500 manat (i.v 124), xx.xx.2019-cu il tarixdə 5800 manat (i.v 123), xx.xx.2019-cu il tarixdə 5000 manat (i.v 126), 2500 manat (i.v 127) olmaqla ümumilikdə 17.800 manat məbləğində nağd pul, həmçinin xx.xx.2019-cu il tarixdə 2000 manat (i.v 124), xx.xx.2019cu il tarixdə 6450 manat (i.v 125), xx.xx.2019-cu il tarixdə 2480 manat (i.v 126), 2500 manat (i.v 128) olmaqla ümumilikdə 13.430 manat dəyərində qızıl-zinət əşyaları olmaqla, 31.230 manat məbləğində borc vermiş, cavabdeh həmin borcu qaytaracağını bildirsə də, qaytarmamışdır. Tərəflər arasında qəbz tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, borc (kredit) müqaviləsinə əsasən bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı, cavabdehin ona borclu olmasını aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borcun mövcud olmasına dair yazılı sənədlərə (əlyazma) istinad edir. Hansı ki, borcun mövcud olması ilə bağlı yazılı sənədlərdəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1300-5/1077 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında tərtib edilmiş edilmiş qəbzlərdən, yəni borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə (qəbzlər üzrə) öhdəliyi yerinə yetirməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə iclasları zamanı cavabdeh izahatlarında iddiaçıya qeyd olunan məbləğdə borcun olmadığını, ona mütəmadi olaraq ödənişlər etdiyini (ayda 100-150 manat olmaqla) şifahi formada bildirsə də, bu halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pul və qaytarılmamış 13.430 (on üç min dörd yüz otuz) manat məbləğində qızıl-zinət əşyalarının dəyəri olmaqla, ümumilikdə 31.230 (otuz bir min iki yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 112 (bir yüz on iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 17.800 (on yeddi min səkkiz yüz) manat nağd pul və qaytarılmamış 13.430 (on üç min dörd yüz otuz) manat məbləğində qızıl-zinət əşyalarının dəyəri olmaqla, ümumilikdə 31.230 (otuz bir min iki yüz otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 112 (bir yüz on iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-23/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-23/2023
10.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver