Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2302/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərə görə 500.000 (beş yüz min) manat məbləğində kompensasiyanın və 62176 (altmış iki min yüz yetmiş altı) manat 67 ay ərzində faktiki aylıq qazancının, 3000 (üç min) manat məzuniyyət məvacibinin, 1800 (bir min səkkiz yüz) manat geyim pulunun, 4288 (dörd min iki yüz səksən səkkiz) manat ərzaq pulunun, 3685 (üç min altı yüz səksən beş) manat kirayə pulunun, 2000 (iki min) manat maddi yardım pulunun, 2784 (iki min yeddi yüz səksən dörd) manat son ödəniş pulunun, cəmi 79733 (yetmiş doqquz min yeddi yüz otuz üç) manat pulun İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi, İddiaçı baş leytenant və kapitan rütbəsi ilə təmin edilməsi, İddiaçı qanunsuz həbsdə olduğu 67 (altmış yeddi) ayı hərbi xidmət ilinə (staja) hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hərbçi olmaqla, leytenant rütbəsinə qədər yüksəlmiş və aprel döyüşlərində iştirak etmişdir. İddiaçı 15 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuş və ağır işgəncələrə məruz qalaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirləndirilib. Tərtər Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü ilə Tərtər Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20 iyun 2019-cu il və 29 sentyabr 2020-ci il tarixli qərarları ilə Gəncə Apellyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü qüvvədə saxlanılmışdır. İddiaçı 5 il 7 ay (67 ay) ərzində həbsdə saxlanılmışdır. 2018ci ilin oktyabr ayından 2022-ci ilin may ayına kimi Qobustan həbsxanasında 24 kv.metrlik otaqda bir neçə nəfərlə (2-4-6) birlikdə cəzasını çəkmişdir. 2022-ci ilin may ayından 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülmüş və həmin ilin noyabr ayına kimi cəzasını orada çəkmişdir. 2022-ci ilin noyabr-dekabr aylarında isə Bakı İstintaq Təcridxanasında cəza çəkməklə 06 dekabr 2022-ci ildə bəraət alaraq azadlığa buraxılmışdır. İddiaçı 5 il 7 ay (67 ay) müddət ərzində X2, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında, Qobustan həbsxanasında və s. yerlərdə saxlanılmışdır. 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokruroru Kamran Əliyev İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmiş, Plenumun 30 sentyabr 2020-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 14 fevral 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 7 sentyabr 2018-ci il tarixli qərarına və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 20 iyun 2019-cu il və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarlarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokruroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək, qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018ci il tarixli hökmü və məhkəmənin 14 fevral 2018-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 12 noyabr 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikasının Baş Prokrurorluğuna göndərilmişdir. 06 dekabr 2022-ci il tarixli qərara əsasən Baş Prokrurorluğun İstintaq İdarəsi İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir. İddiaçı 5 il 7 ay 3 gün (67 ay 3 gün) müddət ərzində, təxminən 2038 gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. 15 may 2017-ci ildən 2018-ci ilin oktyabr ayına kimi istintaq təcridxanalarında, 2018ci ilin oktyabr ayından 2022-ci ilin may ayına kimi isə Qobustan həbsxanasında, yəni 5 il qapalı kameralarda saxlanılmışdır (gün ərzində dəqiqə ilə havaya çıxarılıb). İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında leytenant olaraq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmiş, cinayət məsuliyyətinə cəlb edilməmişdən əvvəl sonuncu dəfə aylıq əmək haqqını qeyd edilən vaxta kimi almış və orta aylıq əmək haqqı məbləği 928 manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci ilin may ayından 2022-ci ilin dekabr ayına qədər, yəni 67 ay ərzində faktiki olaraq qazancından (62176 (altmış iki min bir yüz yetmiş altı) manat (928x67 ay=62176); 5 il 7 ay ərzində hər il 45 günlük məzuniyyət pulundan, yəni bir aylıq vəzifə maaşı məbləğində pul təminatından, leytenant kimi onun illik məzuniyyəti üçün nəzərdə tutulmuş pul təminatı sonuncu dəfə (2017-ci ilin may ayına kimi) 600 (altı yüz) manat təşkil etməklə, o 5 il 7 ay ərzində 3000 manat məvacibdən; hər il 1800 manat miqdarında geyim pulu, 4288 (67 ay x 64 manat) manat miqdarında ərzaq pulu və 3685 (67 x 55 manat) manat miqdarında kirayə pulundan, 2000 (5 il x 400 manat) manat miqdarında maddi yardım hüququndan; ehtiyata buraxılması zamanı son məvacib hesabından, yəni məvacibinin 3 qatı məbləğində müəyyən edilən 2784 manat (928 manat x 3) məhrum edilmişdir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsi barədə etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı R.Atabəy istintaq hərəkətlərinin aparılması və çıxarılan hökm ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. Lakin iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də nazirliyin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Mülki qanunvericiliyə görə hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Müvafiq normalarda Azərbaycan Respublikası deyildikdə təkcə Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Nazirlik dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə bağlı heç bir sübut göstərməmişdir. İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) ərizə təqdim edərək, qətnamə qəbul edərkən İddiaçı dəymiş maddi ziyana görə 82976 manat pul vəsaitinin ödənilməsini xahiş etmişdir. İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 500.000 (beş yüz min) manat məbləğində kompensasiyanın və 92792 manat 38 qəpik 67 ay ərzində faktiki aylıq qazancının, İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi, İddiaçı qanunsuz həbsdə olduğu 67 ayın hərbi xidmət ilinə (staja) hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, məruz qaldığı işgəncələr nəzərə alınaraq ona vurulmuş mənəvi ziyana görə 500.000 manat məbləğində kompensasiya istəyir. Geyim pulu, son haqq-hesab, əşya əvəzi pul kompensasiyasını Müdafiə Nazirliyi ona ödəyəcəyindən hazırki iş üzrə cavabdehdən tələb etmədiyini, lakin 67 aylıq əmək haqqını, birdəfəlik maddi yardımı, ərzaq əvəzi, istifadə olunmamış məzuniyyət əvəzi, qüsursuz xidmətə görə və mənzil kirayəsi üçün pul kompensasiyasını, cəmi 92792 manat 38 qəpik maddi ziyanın əvəzini tələb etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” iddia tələbinin “həbsdə olduğu 67 ayın hərbi xidmət ilinə (staja) hesablanması” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Tərtər Hərbi Məhkəməsinin 15 may 2017-ci il tarixli, 4(098)-35-2017 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən N saylı hərbi hissənin zabiti İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə zalında həbsə alınmış, həbs qətimkan tədbiri müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni 15 may 2017-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müdddəti dörd ay həddində, 15 sentyabr 2017-ci il tarixə kimi müəyyən edilmiş və təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin müvəqqəti saxlama yeri və istintaq təcridxanasında həbsdə saxlanılması qərara alınmışdır. Tərtər Hərbi Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 1(098)-91/2018 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 150.2.1, 150.2.4, 150.2.5-ci maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 151-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 274-cü maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 329.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 338.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən təyin olunmuş 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 20 (iyirmi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 15 may 2017-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının ilk 5 (beş) ilini həbsxanada çəkməsi və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-in 48.0.2-ci maddəsinə əsasən hərbi rütbədən məhrum edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri X4 06 dekabr 2022-ci il tarixli qərarlarından görünür ki: 172206035 nömrəli cinayət işinin İddiaçı Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.1, 338.2, 341.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş və onun dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitansiar xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi qərara alınmış, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasında məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası ona izah edilərək qərarın surəti özünə və müdafiəçisinə göndərilmişdir; 2017-ci ilin may-iyun ayları ərzində fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual prosesinə məruz qoyulması faktına görə ********* nömrəli cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınmışdır. İddiaçı məxsus EZ seriyalı ******* №-li hərbi biletin 7-8 və 11-ci səhifələrində qeyd edilmişdir ki: “1. AR MN-nin xx.xx.2019-cu il tarixli 0488 №-li ş/h əmri üzrə 051 №-li h/h kom-nin sərəncamında olan leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 67-ci maddəsinə və 158-ci maddəsinin “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə) müvafiq olaraq hərbi rütbəsi “əsgər” hərbi rütbəsinə endirilməklə (xx.xx.2017-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması) barədə ləğv edilsin.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə müvafiq olaraq 1-ci OKK-nın sərəncamında olan leytenant İddiaçı bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış xx.xx.2022-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilsin. V. Xüsusi qeydlər
1. ********* nömrəli cinayət işinin İddiaçı 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.1, 338.2 və 341.3-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Əsas: Azərbaycan Respublikasının Baş Prokrurorluğunun 06 dekabr 2022-ci il tarixli qərarı”. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus ******************** saylı əmək haqqı hesabına əmək haqqı təyinatı ilə pul vəsaitləri xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində N saylı hərbi hissə tərəfindən, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində N saylı hərbi hissə tərəfindən köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, həmin Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmış xx.xx.1994-cü il təvəllüdlü, İddiaçı (xx.xx.2018-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olmuş, xx.xx.2018-ci il tarixdə Bakı İstintaq Təcridxanasına, xx.xx.2018-ci il tarixdə Həbsxanaya, xx.xx.2022-ci il tarixdə 15 saylı cəzaçəkmə müəssisəsinə, xx.xx.2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına, xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilmişdir) Azərbaycan Respublikası Baş Prokrurorluğunun İstintaq İdarəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən, həmin təcridxanadan xx.xx.2022-ci il tarixdə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 1250 nömrəli məktubunda qeyd edilmişdir ki, hərbi qulluqçu üçün nəzərdə tutulan pul təminatını illər ərzində nəzərə alaraq N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixə qədər onun sonuncu tutduğu vəzifəyə uyğun sonuncu aylıq pul təminatı (vəzifə və rütbə maaşı, məzuniyyət pulu, maddi yardım, məharət dərəcəsi, xidmət ilinə görə faiz əlavəsi) 60662.14 (altmış min altı yüz altmış iki manat on dörd qəpik) manat olmuşdur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında həbsdə saxlanılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin mütəxəssisi cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2023-cü il tarixli 1873 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək haqqı bütün tarix aralığında illər üzrə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən maaş artımları nəzərə alınaraq 2 (iki) qat məbləğdə hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6549 nömrəli ekspert rəyi təqdim edildiyindən, iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6549 nömrəli ekspert rəyində qeyd edilmişdir ki:
1. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli məktubunda (səhifə № 152-153) göstərilən məlumatlara əsasən İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək hər ay üzrə birqat hesablanmaqla pul təminatı aşağıdakı kimi müəyyən edilir: - Aylıq pul təminatı maaş üzrə hesablanmış məbləğ 48185,78 manat, tutulmalar nəzərə alınmaqla ələ çatacaq cəmi məbləğ 42292,91 manat; - Birdəfəlik verilən maddi yardım 2017-2022-ci illər üzrə cəmi məbləğ 3824,0 manat; - Ərzaq əvəzi pul kompensasiyası 2017-2022-ci illər üzrə (MDSS üzrə 3 % nəzərə alınmaqla) cəmi məbləğ 4143,34 manat; - İstifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası 2017-2022-ci illər üzrə (MDSS üzrə 3 % nəzərə alınmaqla) cəmi məbləğ 6885,36 manat; - Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı 2017-2022-ci illər üzrə (MDSS üzrə 3 % nəzərə alınmaqla) cəmi məbləğ 7522,9 manat; - Müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası 2017-2022-ci illər üzrə cəmi məbləğ 4050,0 manat; - Xidmətdən buraxılarkən birdəfəlik və işdənçıxma müavinəti (MDSS üzrə 3 % nəzərə alınmaqla) cəmi məbləğ 1348,3 manat; - Əşya əmlakı əvəzi pul kompensasiyası cəmi məbləğ 2385,34 manat;
2. Vəzifə maaşı, rütbə maaşı və xidmət ilinə görə faiz əlavəsi hər ay üçün ikiqat hesablandığı təqdirdə İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək hər ay üzrə pul təminatı aşağıdakı kimi müəyyən edilir: - Aylıq pul təminatı maaşı üzrə hesablanmış məbləğ 56284,6 manat, tutulmalar nəzərə alınmaqla ələ çatacaq cəmi məbləğ 49169,92 manat;
3. xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək hər ay üzrə birqat hesablanmaqla pul təminatı aşağıdakı kimi müəyyən edilir: - Aylıq pul təminatı maaşı üzrə hesablanmış məbləğ 19779,93 manat, tutulmalar nəzərə alınmaqla ələ çatacaq cəmi məbləğ 17196,86 manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə xidmət etmiş, lakin Tərtər Hərbi Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məhkəmənin 14 iyun 2018-ci il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək, 20 (iyirmi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 15 may 2017-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının ilk 5 (beş) ilini həbsxanada çəkməsi və hərbi rütbədən məhrum edilməsi hökm edilmişdir. İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında həbsdə; xx.xx.2018-ci ildən 2 saylı İstintaq Təcridxanasında, xx.xx.2018-ci ildən Bakı İstintaq Təcridxanasında, xx.xx.2018-ci ildən Həbsxanada, xx.xx.2022-ci ildən 15 saylı cəzaçəkmə müəssisəsində, xx.xx.2022-ci ildən 2 saylı İstintaq Təcridxanasında və xx.xx.2022-ci ildən Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. xx.xx.2022-ci ildə iddiaçının təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinin qərarı ilə onun barəsində olan cinayət işi üzrə icraata və barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş, iddiaçı dərhal həbsdən azad edilmişdir. Bununla yanaşı, 2017-ci ilin may-iyun ayları ərzində fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual prosesinə məruz qoyulması faktına görə o, zərər çəkmiş şəxs qismində tanınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Hazırda iddiaçı qanunsuz azadlıqdan məhrum edildiyinə, bu zaman ağır işgəncələrə məruz qaldığına görə ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 500.000 manat məbləğində kompensasiya, azadlıqdan qanunsuz olaraq məhrum edildiyi bütün illər ərzində ona dəymiş maddi ziyanın əvəzi kimi cəmi 92792,38 manat (müvafiq dövrlərə münasibətdə ikiqat hesablanmış maaş, birdəfəlik verilən maddi yardım, ərzaq və istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyaları, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası) pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, İddiaçı 15 may 2017-ci il tarixindən 06 dekabr 2022-ci il tarixinə kimi 5 (beş) il 6 (altı) ay 21 (iyirmi bir) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Bununla yanaşı, iddiaçıya hansı məbləğdə maddi və mənəvi ziyan dəyməsi işin mübahisəli halını təşkil etmişdir. Belə ki, iddiaçı azadlıqdan qanunsuz olaraq məhrum edildiyi bütün illər ərzində ona 92792,38 manat (müvafiq dövrlərə münasibətdə ikiqat hesablanmış maaş, birdəfəlik verilən maddi yardım, ərzaq və istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyaları, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatı, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası) məbləğində maddi ziyan dəydiyini bildirir. İşin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə iddiaçının əvvəlki iş yerinin mütəxəssisinin cəlb edilməsi şərtilə hazırki iş üzrə ekspertiza təyin edilmişdir. Ekspertiza tədqiqatı nəticəsində verilmiş rəydə göstərilən məlumatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçıya cəmi 77.713,68 manat məbləğində maddi zərər dəymişdir. Belə ki, iddiaçının qanunsuz azadlıqdan məhrum edildiyi dövrdə o, 2017-2022-ci illər üzrə cəmi 66366,78 manat maaşdan (xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək vəzifə maaşı, rütbə maaşı və xidmət ilinə görə faiz əlavəsi hər ay üçün ikiqat; xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək hər ay üzrə birqat hesablanmaqla); 3824 manat birdəfəlik maddi yardımdan və 7522,9 manat xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatından məhrum olmuşdur. İddiaçının tələb etdiyi ərzaq və istifadə olunmamış məzuniyyət əvəzi, həmçinin, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası isə məhkəmə tərəfindən iddiaçıya dəymiş maddi ziyan kimi qiymətləndirilmir. Belə ki, maddi ziyan real olmalı və mötəbər sübutlarla təsdiq olunmalıdır. İddiaçı tərəfindən tələb edilən ərzaq, istifadə olunmamış məzuniyyət və müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası isə bu əlamətlərə uyğun gəlmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 77.713,68 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin “mənəvi ziyan” hissəsinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 5 il 6 ay 21 gün azadlıqdan məhrum edilməsi, ona fiziki və psixi zor tətbiq edilməsi iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 500000 manat deyil. Məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 87000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi ziyan hissəsində də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 87.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı X1 əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Bundan başqa, cavabdehin “iddiaçının maddi və mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübutla təsdiqləməməsinə dair” dair dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı, fəal ictimai həyat tərzindən məhrum olmuş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə onu da qeyd edir ki, həbsə alınanadək işləmiş və keçən bu proseslər nəticəsində sonda hüquqi mübarizə əsasında bəraət almış iddiaçının maddi və mənəvi ziyan çəkməsinin mülahizə olması fikri heç bir məntiqə sığmır və öz təqsirsizliyini sübuta yetirənə kimi onun həbsdə olması dövründə maddi gəlirindən məhrum olması və inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarındandır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 77.713,68 (yetmiş yeddi min yeddi yüz on üç manat altmış səkkiz qəpik) manat və mənəvi zərərin əvəzi kimi 87.000 (səksən yeddi min) manat olmaqla, cəmi 164.713,68 (yüz altmış dörd min yeddi yüz on üç manat altmış səkkiz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən və cavabdeh məhkəmə xərclərindən azad olduğundan, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məblğində pulun 72 (yetmiş iki) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə görə, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 77.713,68 (yetmiş yeddi min yeddi yüz on üç manat altmış səkkiz qəpik) manat və mənəvi zərərin əvəzi kimi 87.000 (səksən yeddi min) manat olmaqla, cəmi 164.713,68 (yüz altmış dörd min yeddi yüz on üç manat altmış səkkiz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 72 (yetmiş iki) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova