Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2342/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X8 oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atadan alınaraq anaya verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “uşağın atadan alınaraq anaya verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladı X4 alınaraq iddiaçıya verilməsi, övladının saxlanılması üçün sabit pul məbləğində alimentin tutulması və övladının yetkinlik yaşına çatana qədər ölkədən getmək və ölkəyə gəlmək hüququnun iddiaçıya – anasına verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Ukraynada yaranmış vəziyyətlə əlaqədar Bakı şəhərində yaşayır, BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının Bakı Ofisinin qeydiyyatındadır. Qeyri-rəsmi nikahda olduğu Cavabdeh Türkiyənin Antalya şəhərində xx.xx.2022-ci ildə oğlu X6 dünyaya gəlmişdir. Onlar xx.xx.2023-cü il tarixdə birlikdə Bakı şəhərinə gəlmişlər. Lakin iddiaçı məcburən övladını atasının yanında saxlayaraq maddi qazanc üçün xx.xx.2024-cü il tarixdə Antalyaya qayıtmalı olmuşdur. Həmin ilin oktyabr ayında Bakıya qayıdanda cavabdeh övladını ona göstərməmişdir. Bu ilin yanvar ayında yenidən Bakıya qayıdaraq övladını cavabdehdən geri almağa bir daha cəhd etmiş, o isə əvəzində övladını verməkdən imtina etmiş, iddiaçını döyüb təhqir etmişdir. İddiaçı polisə müraciət etməsin deyə cavabdeh övladını 1 dəfə ona göstərmiş və söz vermişdir ki, uşaq ona öyrəşəndən sonra övladını qaytaracaq. Lakin sonradan nə qədər tələb etsə də, cavabdeh uşağı iddiaçıya verməkdən imtina edir, övladını ona göstərmir. İddiaçı övlad həsrəti çəkir, onun analıq hüquqları pozulur. Hazırda iddiaçının cavabdehlə əlaqəsi yoxdur, o, telefon zənglərinə cavab vermir, cavabdehin razılığının olmaması iddiaçının uşağı ilə birlikdə ölkədən gedib-gəlməsinə maneçilik törədir, bunun üçün cavabdehin razılığı olmalıdır. xx.xx.2025-ci il tarixdə iddiaçının Azərbaycanda müvəqqəti yaşamaq icazəsinin müddəti bitir və bu icazənin uzadılıb-uzadılmayacağı barədə məlumat yoxdur. Cavabdehin qeyd edilən hərəkətlərinə görə iddiaçı uşağı ilə birlikdə ölkədən getmək və gəlmək hüquqlarından məhrum olur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, hazırda uşağın atası, nənəsi və bibisi ilə qalması, anasını heç görməməsi onun psixologiyasına mənfi təsir edir. Belə ki, anası ilə yaşayanda danışmağa cəhd edən uşaq hazırda 3 yaşı olmasına baxmayaraq, danışmır və ümumi inkişafı da çox zəifdir. Cavabdeh uşağı ona göstərməsə də, məhkəmə uşağı ona versə, uşağın atası və bibisi ilə görüşməsinə maneə yaratmayacaq, çünki başa düşür ki, bu müddət ərzində uşaq onlara çox öyrəşib. Özü iş ilə əlaqədar ölkədə olmadığı vaxtlarda uşağın saxlanması üçün mütəmadi olaraq cavabdehə pul göndərmişdir. Uşağa qarşı heç vaxt şiddət göstərmədiyini bildirib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, iddiaçının uşağı saxlamağa şəraiti yoxdur. Buna görə də uşağın ona verilməsi düzgün olmayacaqdır. Uşaq anasına verilsə də, bu günə qədər uşağa özü baxdığından aliment ödəmək, o cümlədən onun ölkədən getməsinə icazə vermək istəmədiyini qeyd edib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: a) İş materialları: Doğum qeydindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. Bakı 15 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/MT-015/2025-0034-02 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, həmin tarixdə keçirilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, uşağın yaşını, vətəndaşlığını, uşağın tərbiyə edilməsinin mümkünlüyünü və azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamağı haqqında BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş “Uşaq Hüquqları Bəyənnaməsi”nin 6-cı prinsipini nəzərə alaraq, azyaşlı - xx.xx.2022-ci il təvəllüdlü X4 anası (iddiaçı) İddiaçı yanında saxlanılması məqsədə uyğun hesab edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü Yusupov Kənan dünyaya gəlmişdir. İddiaçı cavabdehin uşağı ona göstərmədiyini iddia edərək uşaq və digər tələblərə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə uşağın anasına verilməsini istəmədiyini bildirmişdir. Məhkəmə araşdırmaları zamanı hazırkı iş üzrə zəruri sənədlər müvafiq rəy və müayinə aktının verilməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş, komissiya tərəfindən məhkəməyə təqdim edilmiş rəydə uşağın anasının yanında saxlanılmasının onun hüquq və mənafelərinə uyğun hesab edildiyi qeyd edilmişdir. Hazırda yetkinlik yaşına çatmayan uşağın atasından alınaraq ona verilməsini, uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasını və cavabdehin icazəsi olmadan uşağın ölkədən getməsinə və gəlməsinə icazə verilməsini xahiş edir. c) Məhkəmənin mövqeyi: Məhkəmə uşağın azyaşlı olmasını, ana qayğısına və nəvazişinə yüksək ehtiyacının olmasını, iş materiallarında olan müvafiq Komissiyanın rəyini, azyaşlı uşağın müstəsna şərait olmadığı təqdirdə, anasından ayrılmaması barədə beynəlxalq qanunvericiliyin göstərişini nəzərə alıb hesab edir ki, iddia tələbi “uşaq” hissəsində təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X6 atası Cavabdeh alınaraq anası İddiaçı verilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşağın anasına verilməsi onun maraqlarına uyğun olmaqla, mənafelərinə xidmət edəcəkdir. Burada qeyd olunmalıdır ki, iş materiallarında olan rəyin mötəbər sayılmaması üçün heç bir əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin “aliment” hissəsi ilə bağlı qeyd edir ki, alimentin təyinatı məhz yetkinlik yaşına çatmayan uşağın saxlanılması olduğundan, tərəflərin alimentlə bağlı dəlilləri məhz uşağın mənafeyi üstün tutulmaqla qiymətləndirilməlidir. İddiaçı sabit pul məbləğində aliment tələb etsə də, cavabdeh ötən müddət ərzində uşağa özü baxdığından aliment ödəmək istəmədiyini bildirir. Lakin iddiaçı ötən müddət üçün uşağın saxlanmasına görə cavabdehə pul göndərdiyini bildirəndə cavabdeh bu faktı inkar etməyərək, iddiaçıdan heç vaxt pul istəmədiyini, onun öz istəyi ilə pul göndərdiyini qeyd edir. Məhkəmə qeyd edir ki, uşağın iddiaçıya verilməsi uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Beləliklə, uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması barədə Konstitusiya Məhkəməsi Plenumunun göstərişini də nəzərə alan məhkəmə hesab edir ki, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (yəni ərizənin daxil olduğu 2025-ci il üzrə minimum əmək haqqı məbləği olan 400 manatın 0,615 misli = 246 manat) sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 №-li qərarındakı göstərişə uyğun olaraq). Alimentin tutulmağa başlanma tarixi ilə bağlı isə qeyd edilməlidir ki, hazırkı iş üzrə aliment uşaq anaya verildiyi tarixdən tutulmalıdır. İddia tələbinin “uşağın yetkinlik yaşına çatana qədər ölkədən getmək və ölkəyə gəlmək hüququnun iddiaçıya – anasına verilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələbin bu hissəsi qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə, ölkəyə gəlməklə bağlı məsələdə atanın razılığına zərurət olmaması mübahisəsizdir. Buna görə də tələbin həmin hissəsinin təmin edilməsinə əsas yoxdur. Tələbin ölkədən getmək hissəsi ilə bağlı isə məhkəmənin mövqeyi ondan ibarətdir ki, xx.xx.2022-ci il təvəllüdlü X4 ölkədən getmək hüququ əsassız məhdudlaşdırıla bilməz. Lakin işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, o, konstitusion hüququ olan – azad hərəkət etmək, yəni ölkədən çıxmaq hüququnu valideynlərinin bu məsələyə dair ümumi razılığa gəlmədiklərindən sərbəst həyata keçirə bilmir. Belə olan halda uşağın normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onun atasının razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır. Məhkəmə vurğulayır ki, hazırki işdə uşağın maraqları, yəni azad hərəkət etmək hüququ valideynlərin maraqlarından üstün tutulmalıdır. Həmçinin, qeyd edilməlidir ki, mülki işin araşdırılması zamanı uşağın azad hərəkət etmək hüququna dövlət tərəfindən müdaxilə edilməsi üçün tutarlı əsas müəyyən edilməmişdir. Əgər cavabdeh uşaq yetkinlik yaşına çatanadək bunun onun mənafeyinə uyğun olmadığını iddia edirsə, qanunvericiliyin tələbinə görə həmin dəlilləri sübut etmək vəzifəsi də onun üzərindədir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə ölkədən getməsinə icazə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu: 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: 11.1-ci maddə. 11.2-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilərlər. 11.2-ci maddə. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 24 dekabr 2021-ci il tarixli, 13 nömrəli qərarı: 7.18-ci bənd. Uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. 7.19-cu bənd. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. 7.20-ci bənd. Qeyd edilməlidir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X6 atası Cavabdeh alınaraq anası İddiaçı verilməli, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə ölkədən getməsinə icazə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X6 atası Cavabdeh alınaraq anası İddiaçı verilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə ölkədən getməsinə icazə verilsin. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə ilə müəyyən edilmiş alimentin tutulması uşaq anasına verildiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(006)-2342/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2342/2025
12.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ö
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver