Məhkəmə qərarları › İş №2(011)-4376/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4376/2023

26.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ö
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4376/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı İddiaçı cavabdeh Salmanzadə Hı̇ kmət Vaqı̇ f oğluna qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdı̇ m İddiaçı cavabdeh Salmanzadə Hı̇ kmət Vaqı̇ f oğluna qarşı alimentin təyin edilməsi tələbi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 iddiaçı ilə, yəni anası ilə Azərbaycan Respublikasının ərazisindən kənarə getməsinə və gəlməsinə Cavabdeh icazəi tələb olunmadan icazə verilməsi, xx.xx.2007-ci il təvəllüdlü X1 üçün o, 18 yaşına çatanadək cavabdehdən 220 manat məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi və Cavabdeh iddia etdiyi cehiş əşyalarının alınıb iddiaçıya geri verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı bir neçə bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirərək bir iddia ərizəsində məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, uşağın valideynin razılığı olmadan ölkə hüdudlarında kənara aparılması və aliment tələblərinə dair iddiaya, heç bir halda cehiz əşyalarının geri qaytarılması tələbi ilə birlikdə bir icraat çərçivəsində baxıla bilməz. Bu, işlərin düzgün araşdırılması və prosessual qənaətlilik prinsipi baxımından məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Salmanzadə Hı̇ kmət Vaqı̇ f oğluna qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar