Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2347/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «avans gecikməsinin MKR-dən silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «avans gecikməsinin MKR-dən silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin İddiaçı əsassız, müqaviləsiz Mərkəzləşdirilmiş Kredit Reyestrinə saldığı gecikmənin Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli 159/112 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə rəsmiləşdirdiyi 200 manat məbləğində AVNS3272742A109 saylı Avans üzrə borcu tam olaraq ödənilmiş və xitam olunmuşdur. Hal-hazırda İddiaçı bank qarşısında heç bir borcu və öhdəliyi mövcud deyil yoxdur. - Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə görə tərəflər razılığa gəlmişlər ki, Cavabdeh ASC məlumat təchizatçısı olaraq bu barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra 10 (on) iş günü müddətində İddiaçı adına Mərkəzləşdirilmiş Kredit Reyestrindən müvafiq düzəlişlərin edilərək həmin “AVANS” məhsulu üzrə kredit barədə məlumatların (gecikmə günləri də daxil olmaqla) silinməsi məqsədi ilə "xxxx" MMCyə Azərbaycan Respublikası Mərkəzi Bankına müvafiq müraciətlərin edilməsini öz öhdəsinə götürür. Barışıq sazişi İddiaçı ilə Cavabdeh ASC (etibarnamə üzrə nümayəndəsi X1) arasında bağlanmışdır. 23 may 2024-cü il tarixli Barışıq sazişinin şərtlərinə görə:
1. Cavabdeh ASC məlumat təchizatçısı olaraq bu barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra 10 (on) iş günü müddətində İddiaçı adına Mərkəzləşdirilmiş Kredit Reyestrindən müvafiq düzəlişlərin edilərək həmin “AVANS” məhsulu üzrə kredit barədə məlumatların (gecikmə günləri də daxil olmaqla) silinməsi məqsədi ilə "xxxx" MMC-yə Azərbaycan Respublikası Mərkəzi Bankına müvafiq müraciətlərin edilməsini öz öhdəsinə götürür.
2. Bu Sazişin 1-ci bəndi cavabdeh tərəfindən icra edildikdən sonra iddiaçı öz üzərinə götürür ki, cavabdehə qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir. 3.”Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında veilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.
4. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.
5. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
6. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.
7. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir.
8. Bu Saziş məhkəmə qəradadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «avans gecikməsinin MKR-dən silinməsi» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh ASC məlumat təchizatçısı olaraq bu barışıq sazişi qanuni qüvvəsini aldıqdan sonra 10 (on) iş günü müddətində İddiaçı adına Mərkəzləşdirilmiş Kredit Reyestrindən müvafiq düzəlişlərin edilərək həmin “AVANS” məhsulu üzrə kredit barədə məlumatların (gecikmə günləri də daxil olmaqla) silinməsi məqsədi ilə "xxxx" MMC-yə Azərbaycan Respublikası Mərkəzi Bankına müvafiq müraciətlərin edilməsini öz öhdəsinə götürür.
2. Bu Sazişin 1-ci bəndi cavabdeh tərəfindən icra edildikdən sonra iddiaçı öz üzərinə götürür ki, cavabdehə qarşı hər hansı bir tələb irəli sürməyəcəkdir. 3.”Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında veilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.
4. Bu Sazişin şərtləri “Tərəflər”in könüllü iradələrini əks etdirir.
5. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.
6. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.
7. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir.
8. Bu Saziş məhkəmə qəradadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir İddiaçının Cavabdeh ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «avans gecikməsinin MKR-dən silinməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı 2(006)-2347/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmıış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ceyhun Tağıyev