Məhkəmə qərarları › İş №2(006)-237/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-237/2024

16.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-237/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Məmmədlı̇ İlqar İmran oğlunun, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Məmmədlı̇ İlqar İmran oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədlı̇ İlqar İmran oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kartından oğurluq nəticəsində dəymiş ümumi zərər 6000 (altı min) manat "xxxx" ASC-dən onun xeyrinə tutulması, 1000 (min) manat miqdarında ona dəymiş mənəvi zərərin əvəzi onun xeyrinə tutulması, Yasamal və Nəsimi rayon məhkəmələrinə və Bakı Apellyasiya Məhkəməsinə ödənilmiş Dövlət rüsumları "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılır ki, "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 2721 9461 №-li 1Kartın sahibi olmuşdur. 1 Kart ona məxsus olmuş və xx.xx.2019-cu il tarixədək ondan istifadə etmişdir. "29" dekabr 2019-cu il tarixində ***-***-**-** №-li ev telefonuna ***-***-**-** №-li mobil nömrədən saat 15.40 radələrində zəng gəlmişdir. Özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edən adam bank tərəfindən pensiyaçılara yeni il münasibətilə 200 manat hədiyyə ediləcəyini bildirmiş, üstəlik pensiyaçı atasının adını, təvəllüdünü, ünvanlarını dəqiq demişdir. Bundan bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab llham Əliyev tərəfindən sosial yardım alan şəxslərə 100 manat hədiyyə edilmişdi və bu səbəbdən bu aksiyanın da həmin humanist aksiyanın davamı olduğunu düşünərək o, bu adamın dediyinə inanmışdır. O dedi ki, 200 manat hədiyyə yalnız 1Karta köçürülə bilər və atasının 1Kartı olmadığı üçün ondan 1Kartının 16 rəqəmli nömrəsini və şəxsiyyət vəsiqəsinin məlumatlarını istəmişdir. "xxxx" ASC əməkdaşları adətən bu məlumatları tələb etdiyindən, o, şübhələnməmiş və məlumatları demişdir. Sonda ondan 4 rəqəmli kodu da istəmişdirlər. Bu onu şübhələndirmişdir. O, dərhal dəstəyi asıb 196-ya zəng etmiş və "xxxx" ASC tərəfindən pensiyaçılara yeni il münasibətilə 200 manat hədiyyə edilməsi kampaniyasının olub-olmamasını soruşmuşdur. Ona cavab verən oğlan bir neçə dəqiqə araşdırdıqdan sonra demişdir ki, belə bir kampaniya yoxdur. Onda o, zəng edənin firıldaqçı-dələduz olduğunu başa düşmüş, "xxxx" ASC əməkdaşına demiş ki, təcili onun 1 Kartını bağlayın, bloklayın, çünki ***-***-**-** nömrəsindən zəng edən dələduz etibarından sui-istifadə edərək məlumatlarını oğurlayıb, eyni zamanda demiş ki, təcili olaraq hüquqmühafizə orqanlarına, ilk növbədə polisə, 102-yə məlumat verin ki, dələduz digər insanları da aldatmasın, məlumat verin ki, hüquq-mühafizə orqanları onun lKartını nəzarətdə saxlasın ki, dələduzu elə cinayət başında isti-isti izlərlə yaxalamaq mümkün olsun. Operator da demiş ki: “kartınız bloklandı”. Bundan sonra saat 18.36-da ***-***-**-** nömrəli əlaqə telefonuma "xxxx" ASC-dən SMS gəlmişdir ki, 3D təhlükəsizlik bloklandı. Bu səbəbdən hesab etmişdir ki, ciddi bir banka çox ciddi bir məlumat vermiş, ciddi bir cavab almış və arxayın olmuşdur. Çox təəssüf, sən demə "xxxx" ASC-nin sözü və işi arasında çox böyük bir fərq varmış. xx.xx.2020-ci il tarixində "xxxx" ASC-nin saytında öz "şəxsi kabinet"inə daxil olanda məlum oldu ki, dələduz 1 Kartımdakı bütün pulları (1826 manat 58 qəpik) oğurlamışdır. O, dərhal 102-yə zəng etmişdi. 2020-ci il yanvarın 20-də polis oğrudələduzu müəyyən etmiş, X2 Təzəkənd (Xanəgah) kəndində olmuş və fevralda haqqında həbs qətimkan tədbiri seçilmişdir. Məlum olmuşdu ki, o, kartı bağladandan 33 dəqiqə sonra - saat 16.18-də özünü "İddiaçı" kimi təqdim edən X16 blokdan açılmasına nail olmuş və kartdakı pulları talamışdır. İstintaqı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiq Yusif Hüseynov aparmışdır. 2021-ci ilin may-dekabr aylarında Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə məhkəmə prosesi olmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-1 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs və mülki İddiaçı mülki iddia tələbi isə cavabdeh "xxxx" ASC-yə qarşı olan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Mirzəli Abbasov) 1(103)-627/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyası xx.xx.2022-ci il tarixli Qərarı ilə məhkumun kassasiya şikayətini təmin etməmiş (İş № 1(102)-1674/2022), lakin Zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı kassasiya şikayətini qismən təmin etmişdi, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarının zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı "xxxx" ASC-yə qarşı mülki iddiasının təmin edilməməsi hissəsində dəyişdirmişdir. Onun "xxxx" ASC-yə qarşı mülki iddiası baxılmamış saxlanılmış və ona yenidən mülki mühakimə icraatı qaydasında "xxxx" ASC-yə qarşı iddia tələbi qaldırmaq hüququ izah edilmişdir. O, zərərçəkmiş şəxs və mülki iddiaçı kimi həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı, həm də apellyasiya instansiyasında məhkəmdə bir çox faktlarla rastlaşmışdır, eyni zamanda Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən xeyli faktlar əldə etmiş və əldə etdiyi faktlara əsaslanaraq, eləcə də Ali Məhkəmənin izahına uyğun olaraq, "xxxx" ASC-nin baş ofisinin Nəsimi rayonu ərazisində yerləşməsi səbəbindən mülki iddia ərizəsi ilə ora müraciət etməyi qərara almışdır. Belə ki, "xxxx" ASC əməkdaşlarının səhlənkarlığı və ya cinayətkarla işbirliyi ucbatından, onun 1Kartından oğurlanmış pulların (1826 manat 58 qəpik) borc və faizinin hər ay onun maaşından tutulması səbəbindən, eyni zamanda oğurluqdan əvvəl faizsiz taksitlə xərclədiyi (1373 manat 42 qəpik) məbləğə yüksək faizlərin tətbiq edilməsi səbəbindən, eyni zamanda əldən çıxmış fayda (əgər 1826 manat oğurlanmasaydı o, bu pula miniinkubator alıb kiçik sahibkarlıq fəaliyyətinə başlamağı planlaşdırmışdı) səbəbindən, eyni zamanda kredit tarixçəsinin qara siyahıya salınması və müraciət etdiyi digər banklardan (ABB, Rabitəbank, Yelobank və s.) kredit ala bilməməyi səbəbindən "xxxx" ASC tərəfindən onun ailə büdcəsinə böyük miqdarda maddi zərər vurulmuş, eyni zamanda o, ailəsinin normal dolanışığını təmin edə bilməməyi səbəbindən, ilkin ehtiyaclarını ödəyə bilməməkləri səbəbindən, ailədə əsəbi şərait yarandığından, ailə üzvlərimin əsəb xəstəliyinə tutulması səbəbindən, bu həm də onu böyük bir mənəvi zərbə və mənəvi ziyan olmuşdur. Bundan başqa, ucqar Pirallahıda bankomatdan 100 manat çıxaran kimi əlaqə nömrəsinə SMS gəlir ki, “100 manat çıxardınız”. Burada isə dələduz minlərlə manatı talayır - əlaqə nömrəmə "xxxx" ASC-dən heç bir SMS gəlmir! Dəhşətlisi odur ki, "xxxx" ASC-də deyirlər ki, "dələduz sizin əlaqə nömrənizi dəyişib", Bəs onda niyə ona "xxxx" ASC-dən SMS məlumat gəlməmiş ki, sizin əlaqə nömrəniz dəyişdi?! "xxxx" ASC-də deyirlər ki, dələduz 1 Kartınızı öz 1Kartına köçürüb. Yaxşı, bəs onda niyə dələduz 1 Kartını öz 1Kartına köçürəndə ona "xxxx" ASC-dən SMS məlumat gəlməmiş ki, sizin 1Kartınız başqasının adına keçirildi?! Bu hadisə olub saat 16.18-də, saat 18.36-da isə 050-351 -22- 0l nömrəli əlaqə nömrəsinə "xxxx" ASC-dən SMS gəldi ki, 3D təhlükəsizlik bloklandı. Deməli saat 16.18-dən saat 18.36-ya kimi - 2 saat 18 dəqiqə ərzində əlaqə nömrəsi olan ***-***-**-** hələ dəyişdirilməmişdi, bəs onda niyə bu müddət ərzində "xxxx" ASC-dən SMS məlumat gəlməmiş ki, kartınızdan pul çıxarılır, sizin 1 Kartınız başqasının adına keçirilir, əlaqə nömrəniz dəyişdirilir?! Nə istintaq, nə də məhkəmə onun bu suallarına qərəzli şəkildə cavab verməmişlər! Nə ittiham aktında, nə hökmdə bu sualların cavabı yoxdur! Bundan başqa, onunla "xxxx" ASC arasında 1Kart üçün bağlanmış müqavilədə (N ******************) iKartının başqasının iKartına köçürülməsi barədə belə bir bənd yoxdur. Əgər müqavilədə belə bir bənd - 1Kartın başqasının adına keçirilməsi bəndi yoxdursa belə bir özbaşınalığa kim icazə verib?! "xxxx" ASC tərəfindən müqavilənin pozulması bir cinayətdir, nəticədə mənə külli miqdarda maddi və mənəvi zərər dəymişdir. "xxxx" ASCdən kiçik bir məlumat istəyən kimi dərhal deyirlər ki, "filiala gəlin", "filiala müraciət edin" və s. Cinayətkar-dələduz isə "xxxx" ASC-nin sistemində min oyundan, hoqqadan çıxıb ona "dur!" deyən, "filiala gəl" deyən olmayıb! Elə bil kimsə dələduz üçün qəsdən əlverişli şərait yaradıb ki, müştərinin 1Kartını talasın… Nə istintaq, nə də məhkəmə onun bu suallarına da qərəzli şəkildə cavab verməmişdilər! Nə ittiham aktında, nə hökmdə bu sualların cavabı yoxdur! Bundan başqa, ən dəhşətlisi odur ki, xx.xx.2019 tarixdə saat 18.36-da mənə SMS gəlir ki, 1Kartı bloklanmışdı, elə həmin xx.xx.2019 tarixində saat 15.41, 16.21, 16.24, 16.29, 16.45, 17.31, 17.36, 17.43, 17.47, 18.53, 18.54, 19.14, 19.29, 19.33, 19.44, 20.19 (2 dəfə - 17 və 57-ci saniyələrdə), 20.20, 21.07, 17.29, 17.38, 17.40, 17.42, 17.44, 18.52, 19.15, 19.34, 19.47 radələrində düz 28 dəfə cinayətkar onun 1Kartından pul çəkməyə cəhd edib və buna müvəffəq olub! ("xxxx" ASC-nin bu barədə arayışı cinayət işinə əlavə olunub). Eyni zaman kəsiyində saat 18.36-da ***-***-**-** nömrəli əlaqə telefonuna "xxxx" ASC-dən SMS gəlir ki, 3D təhlükəsizlik bloklandı və həmin vaxtda da fırıldaqçı-cinayətkar həmin lKartdan real pul çəkir! İnsanda elə bir təəssürat yaranır ki, "xxxx" ASC müştərinin təhlükəsizliyini qorumaqdansa, dələduz-cinayətkarlar üçün əlverişli şərait yaratmaqla məşğuldur ki, bu yolla əlavə qazanc əldə edə bilsin! Nə istintaq, nə də məhkəmə onun bu suallarına da qərəzli şəkildə cavab vermədilər! Nə ittiham aktında, nə hökmdə bu sualın da cavabı yoxdur! Beləliklə, o, zərərçəkmiş şəxs kimi həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı, həm də apellyasiya instansiyasında məhkəmə baxışı zamanı bildirmişdir ki, "xxxx" ASC öz işçilərinin törətdiyi mülki hüqu pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçilərinin vurduğu zərərin əvəzini tam ödəməlidir. Belə ki, xx.xx.2019-cu il tarixində saat 15.40 radələrində bizim ev telefonuna zəng edən dələduz X12 etibarından sui-istifadə edərək ondan Kartının 16 rəqəmli PAN nömrəsini və şəxsiyyət vəsiqəsinin məlumatlarını oğurladı. O, dəstəyi asan kimi dərhal 196-ya zəng etdi, Mərkəzi Bankın "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın 3.9, 3.8.5. və 2.1.13. bəndlərinə əsasən "xxxx" ASC qarşısında müştəri borcumu və müqavilə şərtlərini tam yerinə yetirdim və saat 15.45-də "kart məlumatları digər şəxsə verildiyi" səbəbindən 1. Kartım bloklandı.

2. Bundan sonra saat 18.36-da ***-***-**-** nömrəli əlaqə telefonuma "xxxx" ASC-dən SMS gəldi ki, 3D təhlükəsizlik bloklandı, əgər açmaq istəsəniz 196-ya zəng edib kartın son 4 rəqəmini qeyd edib xidməti venidən aktiv edə bilərsiniz. Və o, tam arxayın oldu ki, Kartı bloklanıb.3. Belə ki, Hökmün 59/78-ci səhifəsində göstərilir ki, "xxxx" ASC-nin təqdim etdiyi CD diskindəki 3-cü fayl tədqiq edilərkən operator "Fəhri" saat 16.18-də özünü "İddiaçı" kimi təqdim edən Hafiz Əliyevdən kartın bağlanmasının səbəbini soruşduqda, dələduz "kartını itirməsi səbəbiylə bağlamış" olduğunu bildirir və operator "Fəhri" kartı blokdan açır. Halbuki, saat 14.45-də kartı bloklayan operator X8 bankın elektron qeydiyyat sistemindəki tarixçəsində yazmışdır ki, "kart məlumatları digər şəxsə verilib, təhlükəsizlik baxımından kartı bağlayıram." 33 dəqiqə sonra saat 16.18-də dələduz Hafiz Əliyevin mənim adımdan etdiyi yalançı zənglə 1Kartımı blokdan açan növbəti operator "Fəhri" gözünün qabağında monitorda "kart məlumatları digər şəxsə verilib" qeydini görməyə bilməzdi! "Kartın itirilməsi" və "kart məlumatlarının digər şəxsə verilməsi" (yəni "kartın səlahiyyətsistifadəsi") tamamilə ayrı-ayrı, bir-birinə zidd anlayışlardır, Əgər zəng edən "İddiaçı" deyirsə ki, kartı itirmişəm, deməli yalan danışır və kartı heç bir halda blokdan açmaq olmazdı. Əgər operator kartı açıbsa (o cümlədən, məxfi sözü, mənim telefon əlaqə nömrəmi, kartın balansında nə qədər pul olduğunu da soruşmadan - bu sualları operatorlar mütləq verirlər - açıbsa!), deməli, ən azından, səhv edib, bu deliktdir. 4.Bundan başqa, hökmün 49/78-ci səhifəsində göstərilir ki, məhkəmədə tanınma istintaq hərəkətindən əvvəl Əliyev Hafiz "xxxx" ASC-nin onunla cinayətkar əlaqədə olan işçisi "Nəsib"in əlamətlərini – boyca özündən alçaq, ümumiyyətlə orta boylu və orta köklükdə olmaqla, başında saçı nisbətən az miqdarda olmuşdur - deyə təsvir etmişdi. Tanınma istintaq hərəkəti zamanı "xxxx" ASCnin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin müdiri X10 diqqətlə baxmış, yəni vizual olaraq müşahidə etmiş və müttəhim Əliyev Hafizin dediyi əlamətlərin X10 tam uyğun gəldiyinin şahid olmuşdur. Hesab edir ki, Qasımov Emil əvvəlcədən özünü sığortalamaq məqsədilə firıldaqçılığa əl atmış və dələduz Əliyev Hafizə özünü "Nəsib" kimi təqdim etmişdir ki, məhkəmədə müttəhim onu tanıya bilməsin, və ya tanısa da adını səhv desin. Və tanınma zamanı Əliyev Hafiz həqiqətən 2 nömrə altında olan X9 "Nəsib" adlı şəxs olmasını bildirmişdir (Hökm səhifə 49/78). Lakin nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında bu fakta hüquqi qiymət verilməmişdir. Əksinə, məhkəmə hansı marağa görəsə! Qasımov Emilin dələduzun onu "hansı səbəbə görə Nəsib kimi tanımasını bilmədiyi" ifadəsinə (Hökm səhifə 52/78) üstünlük vermiş və faktı araşdırmamışdır! 5. Bundan başqa, hökmün 50/78-ci səhifəsində şahid qismində dindirilən "xxxx" ASC-nin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin əməkdaşı X5 bildirir ki, dələduz Əliyev Hafizin kartını bloklamaq üçün Cəmiyyətin rəhbərliyindən rəy alınmışdır, bəs onda niyə Baş ofisdə "danışıqlardan" sonra, əməllərində "kifayət qədər cinayət tərkibli məlumatlar olmasına" baxmayaraq (Hökm, səhifə 51/78) dələduz Hafiz Oliyevin kartı dərhal blokdan açılmışdır?! Hafiz Əliyevin əməllərində "kifayət qədər cinayət tərkibli məlumatlar olmasına" baxmayaraq, onunla söhbətdən sonra polisə məlumat vermək əvəzinə, Hüquq departamentinə rəy üçün müraciət etmək əvəzinə, o, sərbəst buraxmış və üstəlik kartını da Cəmiyyətin rəhbərliyindən rəy almadan! blokdan açmışlar ki, 55 nəfərin kartından oğurluq edilsin! 6. Bundan başqa, hökmün 50/78-ci səhifəsində "xxxx" ASC-nin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin əməkdaşı X5 deyir ki, "hər hansı müştərinin hesabını bloklamaq və ya blokdan çıxarmaq səlahiyyəti olmamışdır". Bunun ardınca hökmün 51/78-ci səhifəsində isə o, bildirir ki, Əliyev Hafizin "özünün müştəri kimi daxil olmuş məlumatı əsasında bloklanmış hesabı açılaraq yola salınmışdır". Yəni "blokdan çıxarmaq səlahiyyəti olmayan" X5 və X14 dələduz Əliyev Hafizin (özləri dediyi kimi əməllərində kifayət qədər cinayət tərkibli məlumatlar olan dələduzun!) bloklanmış hesabını səlahiyyətləri olmadığı halda blokdan açaraq onu baş ofisdən yola salmışlar ki, bununla da dələduzun köhnə cinayətlərini ört-basdır etmiş və yeni cinayətlər törətmək üçün ona əlverişli şərait yaratmışdırlar! 7. Bundan başqa, hökmün 50/78-ci səhifəsində "xxxx" ASCnin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin əməkdaşı X5 demişdir ki, Əliyev Hafiz tərəfindən "pul vəsaitlərinin köçürüldüyü "Bir Kart" hesabı bloklanmış və … hesabın bloklanması səbəbi ilə əlaqədar bankın informasiya sistemində qeyd aparılmışdır. Hökmün elə həmin səhifəsində, bir qədər əvvəl isə Süleymanov Nəsib iddia edirdi ki, "zəng mərkəzinin 150 nəfərdən çox operatoru olduğundan və bir operatorun digəri ilə əlaqəsi olmadığından daxil olmuş şikayətlərin bir-biri ilə əlaqələndirilməsi mümkün olmamış, ümumilikdə isə bu hala nəzarət edilməsi texniki cəhətdən mümkünsüzdür." X15 iddia edirsə ki, bütün məlumatlar bir informasiya sistemində toplanır, onda burada bir operatorun digəri ilə əlaqəsinin olub-olmamasının nə mənası var axı?! "xxxx" kimi müasir bir bankda, İT, kompyuter əsrində nəzarətin texniki cəhətdən mümkünsüzlüyündən danışmaq adsurddur! Saat 16.18-də özünü "İddiaçı" kimi təqdim edən Hafiz Əliyev ***-***- **-** nömrəsindən zəng edən kimi operator "Fəhri" bankın informasiya sistemində qeydlərə baxmış, ***-***-**-** –nin onun əlaqə nömrəsi olmadığını, əksinə bunun dələduza məxsus nömrələrdən biri olduğunu görmüş və dələduzun müraciətini rədd etmək əvəzinə, aldığı təlimatın əksinə olaraq onun 1Kartını blokdan açmışdır. Bu nəinki deliktdir, bu açıq-aşkar cinayətkar işbirliyidir! Süleymanov Nəsibin həqiqətdən və məntiqdən kənar ifadələrlə məhkəməni aldatmağa çalışması faktı araşdırılmamışdır. 8. Bundan başqa, hökmün 51/78-ci səhifəsində şahid qismində dindirilən X5 demişdir ki, Baş ofisdə Haliz Əliyevi dindirəndən sonra bütün filiallar və operatorlar təlimatlandırılmışdır ki, bloklanmış müştəri hesabları Hafiz Əliyevin istifadə etdiyi Nar və Baksell nömrələrindən daxil olmuş zənglər, müraciətlər əsasında açılmasın, yəni müştərilərin bloklaşdırdığı hesabların dələduzun nömrələrindən gələn zənglər əsasında açılmaması barədə operatorlara xüsusi tapşırıqlar verilmişdir. Bəs onda necə oldu ki, Hafiz Əliyevin ***-***-**-** nömrəsindən gələn zəng əsasında onun 1Kartı blokdan açılmış və üstəlik onun əlaqə nömrəsi də dələduzun nömrəsinə (həmən o "tapşırılmış" Nar nömrəsinə!!!) dəyişdirilmiş və bu barədə ona SMS də göndərilməmişdir?! Bu necə "təlimatdır", "tapşırıqdır"?! Bəlkə elə Qasımov Emil və Süleymanov Nəsib operatorlara tapşırıblar ki, X21 və Baksell nömrələrindən zəng gələn kimi müştərilərin bloklaşdırdığı hesablarını açsınlar? (nə istintaq, nə məhkəmə bu faktı araşdırmadı!) Xüsusi vurğulayıram, 55 müştərinin tam əksəriyyəti 196-ya və yaxınlıqdakı filiallara müraciət etməklə kartlarının bloklanmasına nail olmuşlar, lakin sonradan Qasımov Emil və Süleymanov Nəsibin operatorlara "təlimatı", "tapşırığı" sayəsində bütün hesablar blokdan açılmış! və oğru-dələduzlar tərəfindən soyğunçuluğa məruz qalmışdır. 9. Bundan başqa, məhkəmədə dələduz Əliyev Hafiz "xxxx" ASC-nin əməkdaşları Emil Qasımovun və Nəsib Süleymanovun üzünə durandan və oğurladıqlarından Qasımov Xasay vasitəsilə "Nəsibin də payını göndərdiyini" deyəndən sonra Kapital Bank əməkdaşlarının da bu cinayətdə əli olmasına əsaslı şübhələr yaranmışdı. Belə ki, cinayətin əsas əşyayi-dəlili olan və yüzlərlə insanın şəxsi məlumatlarının toplandığı, müttəhim Hafiz Əliyevə məxsus qara bloknotda (hökmün 51/78-ci səhifəsi) "xxxx" ASC-yə aid külli miqdarda bank sirləri vardır (kimin kart hesabında pul var, nə qədər pul var və s.) ki, bu qədər informasiyanın da savadsız bir adam (ucqar dağ kəndindən olan Hafiz Əliyev adi ərizəni belə çətinliklə yazır) tərəfindən təkbaşına toplanması qeyri mümkündür! Bu fakta da nə ibtidai istintaq, nə də məhkəmə araşdırmaları və baxışı zamanı diqqət yetirilmədi. 10. Hökmün 71/78-ci səhifəsində "xxxx" ASC-nin məhkəmədə nümayəndəsi X13 bildirir ki, "məlumatların müştəri tərəfindən üçüncü şəxsə verilməsi nəticəsində kartdan istifadə olunmasına görə bank məsuliyyət daşımır". Tam yalan və saxtakarlıqdır. İddiaçı məlumatları könüllü verməmişdir, dələduz onları aldatma və etibardan sui-istifadə etməklə ondan oğurlamışdır. Mərkəzi Bankın "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nın verdiyi hüquqa əsaslanaraq o, dərhal "xxxx" ASC-yə, 196-ya zəng edərək "kartın səlahiyyətsiz istifadəsi barədə" bildirişini etmiş və kartın bloklaşdırılmasına nail olmuşdur. Bundan sonrakı hüquq pozuntularına görə, xüsusən işçilərinin səhvlərinə və qanuna zidd əməllərinə görə "xxxx" ASC tam məsuliyyət daşıyır! 11. Hökmün 73/78-ci səhifəsində və Qərarda (səh.17/18) bildirilir ki, "xxxx" ASC tərəfindən üzərinə düşən vəzifələr layiqincə yerinə yetirilmiş və vətəndaşlardan müraciət daxil olduğu andan onların hesablarının bloklanması təmin edilmişdir. Bir daha bəyan edir ki, 55-ə yaxın müştərinin kartına müdaxilə edilmiş, onların tam əksəriyyəti 196-ya və yaxınlıqdakı filiallara müraciət etməklə kartlarının bloklanmasına nail olmuşlar, lakin sonradan "xxxx" ASC-nin, konkret olaraq operator "Fəhri". Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin müdiri X14 və əməkdaşı X3 "layiqincə fəaliyyəti" nəticəsində kartların hamısı blokdan açılmış və dələduzlar tərəfindən soyğunçuluğa məruz qalmışdır. Xüsusi vurğulayır ki, 55 nəfərin heç biri bu soyğunçuluqdan qurtula bilməmiş, "xxxx" müştərilərinə 20 000 manata yaxın, sonradan tutulan faizlərlə birlikdə isə bundan dəfələrlə çox maddi və mənəvi zərər vurulmuşdur. Budurmu ""xxxx" ASC tərəfindən üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi"?! 12. Qərarın 17/18-ci səhifəsində hakim Mirzəli Abbasov yazmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və İddiaçı vurulmuş zərərin "xxxx" ASC-dən tutulması üçün hazırki icraatda qanuni əsaslar müəyyən edilməmişdir. Belə çıxır ki, mühüm əhəmiyyət kəsb edə biləcək sübutların: a) operator "Fəhri" gözünün qabağında monitorda "kart məlumatları digər şəxsə verilib" qeydinə əks olaraq dələduzun "kartın itirilməsi" yalanına rəğmən 1 Kartımı blokdan açması; b) operator "Fəhri"nin dələduzdan məxfi sözü, bankla telefon əlaqə nömrəmi, kartın balanssnda nə qədər pul olduğunu soruşmaması (bunlar çox vacibdir!); c) Frod və dələduzluğa qarşı mübarizə şöbəsindən Hafiz Əliyevin istifadə etdiyi Nar və Baksell nömrələrindən daxil olmuş müraciətlər əsasında hesabların blokdan açılmamas barədə təlimat və tapşırıq almasına baxmayaraq operator "Fəhri"nin dələduz Hafiz Əliyevin ***-***- **-** nömrəsindən gələn zəng əsasında onun kartını blokdan açması; ç) Frod və dələduzluğa qarşı mübarizə şöbəsindən aldığı təlimata zidd olaraq operator "Fəhri"nin onun əlaqə nömrəsini dələduz Hafiz Əliyevin qadağan olunmuş Nar nömrəsinə dəyişməsi; d) X9 və X3 dələduz Hafiz Əliyevin əməllərində "kifayət qədər cinayət tərkibli məlumatlar olmasına" baxmayaraq, onunla söhbətdən sonra Hüquq departamentinə rəy üçün müraciət etmək əvəzinə, polisə məlumat vermək əvəzinə onu sərbəst buraxmaları, üstəlik kartını da "xxxx" ASC rəhbərliyindən icazə almadan blokdan açmaları və nəticədə Əliyev Hafizin bundan istifadə edərək mənim və daha 55 nəfərin kartını talaması; c) əgər operator "Fəhri" saat 16.18-də mənim 1Kartımı blokdan açıbsa və əlaqə nömrəmi dəyişibsə, onda necə ola bilər ki, 2 saat 18 dəqiqə sonra - saat 18.36-da ***-***-**-** nömrəli əlaqə telefonuma "xxxx" ASC-dən SMS gəlir ki, 3D təhlükəsizlik bloklandı?! "xxxx" ASC-nin müştərini aldatmaqda məqsədi nədir?; ə) məhkəmədə tanınma istintaq hərəkətindən əvvəl Əliyev Hafiz onunla "xxxx" ASC-nin baş ofisində danışıqlar aparan adamın əlamətlərini - boyca özündən alçaq. ümumiyyətlə orta boylu və orta köklükdə olmaqla, başında saçı nisbətən az miqdarda olmuşdur - deyə təsvir etmişdi. Bu əlamətlərə tam uyğun gələn "xxxx" ASC-nin Frod və dələduzluğa qarşı mübarizə şöbəsinin müdiri X14 dələduz Əliyev Hafizə "Xasay gərək səni bu işlərə qarışdırmazdı", "Narahat olma, səni qurtaracam" demişdir. Əliyev Hafizin savad, düşüncə və intellekt səviyyəsini nəzərə alsaq bu qədər faktın onun uydura biləcəyinə inanmaq qeyri-mümkündür; f) X1 ki, necə olur ki, dələduz Əliyev Hafizin onun əlamətlərini dəqiq deyir, lakin adını "Nəsib" söyləyir, o, bu suala yalnız "bilmirəm" kəlməsi ilə cavab vermiş və faktı inkar etmək üçün heç bir dəlilsübut gətirə bilməmişdi və digər faktların tədqiqindən əsassız imtina etmiş hakim Günel Əkbərlinin qərəzinə hakim Mirzəli Abbasov da qoşulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2 maddələrini kobudcasına pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(102)-1674/2022 saylı qərarında qeyd edilmişdir ki, : "xxxx" ASC tərəfindən təqdim edilmiş CD diskində olan məlumatlar aşağı instansiya məhkəmələri tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə mümkünlüyü, mötəbərliyi üzrə düzgün qiymətləndirilməmişdir. Belə ki, onun zərərçəkmiş kimi bloklaşdırdığı bank kartının blokdan çıxarılması nəticəsində həmin kartda pul vəsaiti talanmışdır. Bank kartının blokdan çıxarılmasının tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olub-olmaması, "xxxx" ASC-nin zəng mərkəzinin operatorunun bu müqavilənin şərtlərinə düzgün əməl edib-etməməsi və sonuncunun bank kartının blokdan çıxrılmasına təqsirinin olub-olmaması aydınlaşdırılmamışdır. Belə ki, müəyyən edilmişdir ki, l-ci dəfə Zərərçəkmiş şəxs bankla əlaqə saxlamış. kart məlumatlarını digər şəxsə verdiyini, həmin şəxsin ona kompaniya ilə əlaqədar 200 manat pul veriləcəyini demişdir və Zərərçəkmiş şəxs bildirmişdir ki, ona qarşı dələduzluq edilməyə cəhd edilmiş, kartı bloklanmasını xahiş edərək. blokdan çıxarılması qaydasını soruşmuş və digər şəxslərə qarşı belə bir hərəkətin edilməməsi üçün hüquq mühafizə orqanlarına məlumat verilməsi bildirilmişdir. 2-ci dəfə edilən zəng başqa adamın səsidir, həmin şəxs özünü zərərçəkmiş şəxs kimi təqdim etmiş və kartın blokdan çıxarılmasını xahiş etmişdir. Operatorun kart və şəxsiyyət barədə sorğusuna düzgün cavab versə də kartın bloklaşdırılması səbəbini kartın itirilməsi kimi bildirmişdir. Operator onun kartını blokdan çıxartmış və 3D xidmətini aktivləşdirərək hansı mobil nömrəyə bağlandığını souşmuş və şəxsin təqdim etdiyi mobil nömrəyə göstərilən xidməti aktivləşdirmişdir. Kassasıya məhkəmə kollegiyası yuxarıda qeyd edilən hallar aydınlaşdırıldıqdan sonda onun "xxxx" ASC-yə qarşı mülki iddia tələbinin dəlillərinə qiymət verilməli olduğu və mülki iddianın qanunauyğun şəkildə həll edilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 1(102)-1674/2022 saylı qərarına əsasən onun "xxxx" ASC-yə qarşı mülki iddiası baxılmamış saxlanılmış və ona "xxxx" ASC-yə qarşı mülki mühakimə icraatında iddia tələbi qaldırmaq hüququm izah edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi ziyanın” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılır ki, Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit kartına dair müqavilə bağlanmış və bu müqaviləyə əsasən ilkin olaraq istifadə edilə biləcək məbləğ 3200 manat müəyyən olunmaqla iddiaçıya birkart kredit kartı verilmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıracaq sübutlar təqdim etməməklə yanaşı, baş vermiş cinayətdə Bankın əməkdaşlarının əlbirliyi olduğuna dair ifadələr işlətməklə sanki cinayətkarın və bu cinayətin baş verməsində günahkarın Hafis Əliyev özü deyil, Bankın olduğunu göstərməyə çalışmışdır. Belə ki, İddiaçı cinayət işi üzrə məhkəmə prosesində keçirilmiş tanınma istintaq hərəkətinin və Hafis Əliyevin uydurma ifadələrini əsas tutaraq Bank əməkdaşlarının Hafis ilə əlbir olduğunu qeyd edir. Bunu onunla əsaslandırır ki, Hafis ifadəsində Bankın əməkdaşı “Nəsir” ilə dost münasibətinin olduğunu bildirmiş, ona bu əməllərinə görə tutulmayacağına dair vəd vermişdir. Lakin Hafis məhkəmə prosesində onu haradan və nə vaxtdan tanımasına dair verilmiş suallara dəqiq cavab verməyərək suallardan yayınmış, onu təsvir etməsinə dair verilmiş suallara cavab olaraq isə müəyyən əlamətləri bildirmişdir. Bundan sonra Bankın nümayəndəsi əməkdaşın adının “Nəsir” deyil, “Nəsib” ola biləcəyini və Nəsibin vəzifə funksiyalarının tələbi olaraq Hafisin işi ilə məşğul olduğunu, bu işlə əlaqədar daha əvvəl onunla görüşmüş ola biləcəyini bildirmiş və məhkəmədən prosesdə tanınmanın keçirilməsini xahiş etmiş və məhkəmə bunu həyata keçirmişdir. Məhkəmə iclasında Hafis özünün daha əvvəl qeyd etdiyi əlamətlərə uyğun gələn digər bank əməkdaşı Emil Qasımovu göstərmişdir. Nəzərə alınmalıdır ki, Emil Qasımov və Nəsib Süleymanov eyni şöbənin əməkdaşları olmaqla vəzifə funksiyalarından irəli gələrək məhz Hafisin cinayət əməllərinin araşdırılmasında və onun aşkarlanaraq hüquqi mühafizə orqanlarına təqdim edilməsində iştirak etmişlər. Məhz bu səbəblə Hafis onları daha öncə Bankda görmüş, adını təxmini olaraq Nəsir kimi yadında saxlamış, lakin əlamətlər olaraq Emil Qasımovun əlamətlərini bildirmişdir. Məhkəmə prosesində Hafis Bank əməkdaşları ilə hər hansı tanışlıq əlaqəsinə dair sübut təqdim etməmişdir. Həmçinin iddia ərizəsində qeyd olunur ki, Bank Hafisin kartının bloklanmasına və açılmamasına dair filiallara tapşırıq versə də, Hafis öz nömrəsindən Banka zəng edərək başqa şəxsin kartının bloklanmasına nail olmuşdur. Nəzərə alınmalıdır ki, burada məhz Hafisin kartının bloklanması və açılmaması nəzərdə tutulmuşdur ki, burada da məqsəd Hafisin Banka yaxınlaşmasını təmin edərək, ondan bu əməlliyyatlara dair məlumata almaq olmuşdur. Bank bu məqsədə nail olduqdan sonra məlumatları hüquq mühafizə orqanına ötürmüşdür. Həmçinin nəzərə çatdırılır ki, Hafis tərəfindən törədilən cinayətdə zərərçəkmişlər yalnız Bankın müştəriləri olmamış, həmçinin digər bankın da müştəriləri olmuşdur. Aparılmış ibtidai və məhkəmə istintaqı zamanı Bankın baş vermiş cinayət əməllərində və müştərilərə ziyan vurulmasında hər hansı təqsiri müəyyən edilməmişdir. İddiaçı özünə məxsus fərdi məlumatları cinayətkara təqdim etməsini ört-basdır etmək və öz təqsiri ilə əldə çıxmış pulun rahatlıqla Bankdan alınmasına nail olmaq üçün Bankı cinayətkarla əlbir göstərməyə çalışmış, özünün məlumatları təqdim etməsini “könüllü olaraq təqdim etməmişəm, aldadılmışam” kimi təqdim etmişdir. Lakin nəzərə alınmalıdır ki, məlumatın aldadılaraq təqdim edilməsi də, könüllü təqdim etmədir, burada hər hansı hədə-qorxu, zorakılıq və s. oxşar hal olmamışdır. İddia ərizəsinin digər hissəsi kartın qoşulduğu Birbank mobil tətbiqinin dəyişdirilməsi, bu zaman hər hansı SMSin gəlməməsi, “3D bloklandı” sms-i gəlməsinə baxmayaraq əməliyyatların aparılması, nömrənin dəyişdirilməsi barədə müqavilədə hər hansı razılaşmanın olmamasıdır. Bildiriririk ki, kartın qoşulduğu nömrənin, birbankın dəyişdirilməsi Bankın təqdim etdiyi xidmətlərə daxildir və bu xidmətlərdən istifadə olunması müştərinin özünün müraciəti əsasında həyata keçirilir və bunun ayrıca müqavilədə qeyd olunması tələb olunmur. İddiaçı tərəfindən özünə məxsus fərdi məlumatlar digər şəxsə təqdim olunduğundan kart bloklandıqdan sonra həmin şəxs zəng edərək özünü kart sahibi təqdim etmiş və kartın blokdan açılmasına nail olmuşdur (kart xx.xx.2019-cu il tarixdə, saat 15:45:47-də bloklanıb, xx.xx.2019-cu il tarixdə, saat 16:18:10-da blokdan açılıb). Göründüyü kimi kartla əməliyyatların aparılması məhz kart blokdan açıldıqdan sonra həyata keçirilmişdir. İddiaçı iddia ərizəsində tələb etdiyi vəsaitin məbləğinə dair də sübutlar təqdim etməmişdir. Belə ki, təqdim olunan müqavilədən görünür ki, İddiaçıya limiti 3200 manat olan birkart verilmişdir. Həmçinin əlavə olunan çıxarışdan görünür ki, hadisə baş verən günədək İddiaçı kartından 1453.12 manat vəsait istifadə etmişdi. Belə olduğu halda ona 1826.58 manat məbləğində ziyanın necə yaranması qeyri müəyyəndir. Həmçinin hazırda İddiaçı iddia tələbində 6000 manat qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Əlavə olaraq nəzərə alınmalıdır ki, İddiaçıya vurulmuş maddi və mənəvi ziyanın Hafis Əliyevdən tutulmasına dair qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Hazırda İddiaçı həmin məbləğə dair iddia qaldıraraq pulun Bankdan tutulmasını tələb edir. Belə olduğu halda isə eyni vəsaitin həm Bank, həm də Hafis tərəfindən iki dəfə ödənilməsinə əsas yaranır. İddiaçı daha əvvəl məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində qeyd etmişdir ki, “Cavabdeh ASC əməkdaşına dedim ki, təcili mənim Birkartımı bağlayın, bloklayın, ləğv edin, elə bağlayın ki, bir daha açmayın...Mən Cavabdeh ASC əməkdaşına bir neçə dəfə təkrarlamışdım ki, mənim Birkartımı bağlayın və mən onu bir daha açmayacam...”. Lakin Mülki iddiaçının məsələ ilə bağlı Banka etdiyi zəngdən aydın olur ki, o, Birkartını ləğv etməyi, bir daha açılmamasını bildirməmiş, kartın bloklanmasını xahiş etmiş, hətta yenidən kartın blokdan açılması üçün filiala və ya 196 məlumat mərkəzinə zəng etməli olduğunu soruşmuş, operator ona həm filiala müraciət edə biləcəyini, həm də 196 məlumat mərkəzinə zəng edərək kodu sıfırlayıb yenidən bankomat vasitəsilə kod təyin edə biləcəyini izah etmiş, o isə bayramdan sonra zərurət olarsa, əlaqə saxlayacağını bildirmişdir. Buradan da aydın olur ki, Mülki iddiaçı kartını birdəfəlik bağlatdırmaq, ləğv etdirmək istəməmiş, bloklatdırmağı xahiş etmiş və zərurət olarsa, yeni kod təyin edəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı Məmmədlı̇ İlqar İmran oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında vavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X13 etiraz ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-191/2021 saylı hökmündən görünür ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Məmmədli llqar İmran oğlu tərəfindən verilmiş mülki iddia tələbi qismən təmin edilsin, ona dəymiş maddi zərərə görə 1826,58 manat və həmin məbləğə görə xx.xx.2021-ci il tarixə hesablanmış 513.12 manat faiz borcu, mənəvi zərərə görə 1.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə cəmi 3369,70 (üç min üç yüz altmış doqquz manat yetmiş qəpik) manat pul vəsaiti iş üzrə mülki cavabdeh Əliyev Hafis Sakit oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməsi, İddiaçı iddia tələbi qalan hissədə rədd edilməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1674/2022 saylı qərarı ilə, X18 Sakit oğlunun kassasiya şikayəti təmin edilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Məmmədli llqar İmran oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarı zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı "xxxx" ASC-ya qarşı mülki iddiasının təmin edilməməsi hissəsində dəyişdirilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı "xxxx" ASC-ya qarşı mülki iddiası baxılmamış saxlanılması, zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı mülki mühakimə icraatı qaydasında "xxxx" ASC-ya qarşı iddia tələbi qaldırmaq hüququ izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh-nin elektron saytından çıxarışa əsasən, iddiaçıya verilmiş kartla xx.xx.2019-cu il tarixdə 1927.59 manat məbləğində əməliyyat aparılaraq 60 ay müddətinə ödəməklə faizli kredit ayrılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məlumatdan görünür ki, İddiaçı ilə Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli, **********01944112 saylı birkart kredit müqaviləsi üzrə iddiaçıya verilmiş kartla xx.xx.2019-cu il tarixdə aparılmış 1927.59 AZN məbləğində əməliyyat üzrə 1380.58 manat faiz, 106.24 manat cərimə borcu hesablanaraq ödənilmişdir. Müqavilə şərtlərinə əsasən qeyd olunan əməliyyat üzrə hər hansı gecikmə olmadan ödəniş olunsa idi, həmin əməliyyat üzrə 1334.34 manat faiz borcu ödəniləcəkdi. Əlavə olaraq bildiririk ki, iddiaçının kartından oğurlanmış vəsaitlər üzrə 83.81 manat faiz, 8.08 manat cərimə borcu hesablanaraq ödənilmişdir. İş materiallarına əlavə olunmuş Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk öncə iddianın vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1674/2022 saylı qərarı ilə onun "xxxx" ASC-ya qarşı mülki iddiası baxılmamış saxlanılması və mülki mühakimə icraatı qaydasında "xxxx" ASC-ya qarşı iddia tələbi qaldırmaq hüququnun olmasına əsaslanaraq, hazırda Cavabdeh ASC-dən 6.000 manat məbləğində maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçı, "xxxx" ASC tərəfindən ona dəymiş zərərin niyə 6.000 manat məbləğində olduğunu və həmçinin ziyanın vurulmasına dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmiş və iddia ərizəsində də bunu əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-191/2021 saylı hökmü ilə Məmmədli llqar İmran oğluna dəymiş maddi zərərə görə 1826,58 manat və həmin məbləğə görə xx.xx.2021-ci il tarixə hesablanmış 513.12 manat faiz borcunun cavabdeh Əliyev Hafis Sakit oğlundan tutularaq ona ödənilməsi həmin vaxta qədər mövcud olmuş tələbin (maddi ziyanın ödənilməsi) həll olunması kimi qiymətləndirilməlidir. Beləliklə, hazırda İddiaçı yalnız həmin vaxtdan sonra yaranmış maddi zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Bunlara baxmayaraq, iddiaçı ona Əliyev Hafis Sakit oğlu tərəfindən maddi zərərin əvəzi ödənildikdən sonra Cavabdeh ASC tərəfindən dəymiş ziyanın nədən ibarət olduğu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə iddianı qismən təmin edərək qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına Bank tərəfindən əlavə edilmiş məlumatdan görünür ki, xx.xx.2018-ci il tarixli, **********01944112 saylı birkart kredit müqaviləsi şərtlərinə əsasən xx.xx.2019-cu il tarixdə 1927.59 manat məbləğində 60 ay müddətinə iddiaçıya ayrılmış kredit üzrə hər hansı gecikmə olmadan ödəniş olunsa idi, həmin əməliyyat üzrə 1380,58 manat deyil, 1334.34 manat məbləğində faiz borcu ödəniləcəkdi. Həmçinin iddiaçının kartından oğurlanmış vəsaitlər üzrə 83.81 manat faiz, 8.08 manat cərimə borcu hesablanaraq ödənilmişdir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı özünün təqsiri olmadığı səbəblərə görə 46,24 manat məbləğində artıq faiz, 106,24 manat məbləğində cərimə və həmçinin kartından oğurlanmış vəsaitlər üzrə 83.81 manat faiz və 8.08 manat cərimə, ümumilikdə 244,37 manat borcu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı Məmmədlı̇ İlqar İmran oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-191/2021 saylı hökmü ilə cinayət prosesində zərərçəkən şəxsə (hazırda iddiaçı) mənəvi zərərə görə 1.000 manat pul vəsaitinin iş üzrə mülki cavabdeh Əliyev Hafis Sakit oğlundan tutulması bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş yalnız həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində Əliyev Hafis Sakit oğlu tərəfindən 1.000 manat ödənildikdən sonra ona yenidən dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması barədə qeyd-şərt və hər hansı sübut göstərməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarını nəzərə alaraq, Məmmədlı̇ İlqar İmran oğlunun iddia ərizəsinin mənəvi ziyan ilə bağlı hissəsi rədd edilməlidir. Həmçinin məhkəmə iddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə ödənilmiş Dövlət rüsumları barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyini və həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-191/2021 saylı hökmü ilə ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaitinin cavabdeh Əliyev Hafis Sakit oğlundan tutularaq ona ödənildiyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh ASC-dən maddi zərərə görə 244,37 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbinin 3,4%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 90 manatın 3 manatı Cavabdeh ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən maddi zərərə görə 244,37 (iki yüz qırx dörd manat, otuz yeddi qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 3 (üç) manat, ümumilikdə 247,37 (iki yüz qırx yeddi manat, otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar