Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-238/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdelər "xxxx" ASC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3 il üçün Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin məhsulunu yığaraq mənimsədiklərinə görə və kökündən yox olmuş ağaclara görə, qurumuş ağaclara görə, budaqları sınmış ağaclara görə, bütün ağaclara düşmüş xəstəliyə görə 900.000 manat maddi zərər, onu bu 3 il 6 ay ərzində zülm və əziyyətlərə düçar edərək məhkəmə, hüquqmühafizə orqanları yollarında qoyaraq, sağlamlığını əlindən alaraq, maddi sıxıntılara (yeganə qazanc yerini qanunsuz əldə edərək onu və 3 uşağını 3 il ac, əsir-yesir qoymuşlar) məruz qoyduqlarına görə 400.000 manat mənəvi zərər, 30 manat məhkəmə xərci, 1 manat bank xidməti haqqı olmaqla, ümumilikdə 1.300.031 manat pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)-1874/2015 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı, X4 və X7 qarşı ’’pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X2 və X5 müştərək qaydada 99.973.58 (doxsan doqquz min altı yüz doxsan) manat, cərimə borcuna 2.000 (iki min) manat olmaqla, cəmi 136.663,58 (bir yüz otuz altı min altmış üç manat əlli səkkiz qəpik) manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149.70 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149.70 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, iddia tələbinin ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 27 iyul 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmadığı təqdirdə tələbin cavabdeh İkramİı İnci İkram qızının digər əmlakına yönəldilməsi hissəsində təmin edilməməsi, iddianın qismən təmin edildiyindən, iddiaçı Cavabdeh1 ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 90%, yəni 27 (iyirmi yeddi) manat hissəsinin cavabdehlər İddiaçı, X2 və X5 tutularaq iddiaçıya ödənilməsi, qalan 10%, yəni 3 (üç) manat hissəsinin isə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin 225 (iki yüz iyirmi beş) manat hissəsinin cavabdehlər İddiaçı, X2 və X5, qalan 25 (iyirmi beş) manat hissəsinin iddiaçı Cavabdeh1 ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)-1874/2015 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Quba rayon İcra Şöbəsinin sifarişi əsasında əmlakların qiymətləndirilməsi keçirilmiş və Quba rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 kv.metr yaşayış sahəsindən və 149,70 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə 80.000 manat, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 9.150 manat, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10.100 manat, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 3000 manat qiymət qoyulmuş, həmin qiymətlərlə əmlakların hərraca çıxarılması “X13” MMC-nə sifariş edilmişdir. “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 dekabr 2017-ci il tarixli Quba Rayon İcra Şöbəsinə, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, X4, X7 və İkramİı İnci İkram qızına ünvanladığı açıq hərracın keçirilməsinə dair bildirişləri əsasında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin 9.150 (doqquz min bir yüz əlli) manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin 3.000 (üç min) manat qiymətinə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin 10.100 (on min bir yüz) manat qiymətinə 29 yanvar 2018-ci il tarixdə saat 11:00da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmiş, həmçinin “Kaspi” qəzetinin 29 dekabr 2017-ci il tarixli buraxılışında bu barədə elan dərc edilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq hərracın dayandırılması “X14” MMC-dən xahiş edilmiş və dayandırılmış, lakin xx.xx.2018-ci il tarixli məktubla isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli “sifarişli” məktubuna istinad edilməklə hərracın keçirilməsi yenidən xahiş edilmişdir. “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 mart 2018-ci il tarixdə saat 11:00-da açıq auksion formasında əmlakların satışa çıxarılması barədə cavabdehlərə məlumat verməmiş, lakin “Kaspi” qəzetinin 20 fevral 2018-ci il tarixli buraxılışında bu barədə elan dərc etmişdir. “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 mart 2018-ci il tarixli 84, 85, 86 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokollarına əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsini 9.150 (doqquz min bir yüz əlli) manat dəyərində, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsini 10.100 (on min bir yüz) manat dəyərində, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsini 3.000 (üç min) manat dəyərində Cavabdeh2 əldə etmiş və həmin torpaq sahələrinə dair sonuncunun mülkiyyət, hüquqları daşınmaz əmlakın dövlət reyestrində 10 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı İlə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli 2(004)-1874/2015 saylı qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunmuş, ipoteka predmeti olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149.7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110.000 manat, Quba rayonu, İkinci Nüğədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16530 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin isə 18270 manat müəyyən edilməsi qət edilmişdir. İddiaçı cavabdehlər “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Xaçmaz Ərazi İdarəsinin verdiyi MH seriyalı ******* nömrəli; MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən ona məxsus Quba rayonu İİ Nügədi kəndi) ərazisində yerləşən ümumilikdə 2,753 ha torpaq sahəsinin “X15” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 mart 2018-ci il tarixli 84, 85 və 86 nömrəli hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X25 oglu iddia predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. O, iddia ərizəsinə əlavə verərək, ona məxsus olmuş torpaq sahələrinə dair keçirilmiş müvafiq hərracların yekunları barədə protokolların etibarsız hesab edilərək, üçüncü şəxs tərəfindən alınmış həmin torpaq sahələrinə dair verilmiş çıxarışların ləğv edilərək, əvvəlki, yəni onun mülkiyyətini təsdiq edən çıxarışlara dönüş edilməsi barədə qətnamə qəbul edilməsini, saxtakarlıq olduğundan təqsirli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 08 sentyabr 2015-ci il tarixli qətnaməsindən onun tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi 2(103)-5G89/2017 nömrəli 22 may 2017- ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnaməni rəsmi qaydada aldıqdan sonra prosessual müddəti buraxmadan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış kassasiya şikayəti təmin olunmuş, iş yenidən baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, Quba rayon icra məmuru Vahid İbrahimov bu qətnaməni icra etmək üçün 29 yanvar 2018-ci il tarixə hərrac təyin etmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti verdiyini əsas tutaraq hərracın keçirilməsinin dayandırılması barədə 25 yanvar 2018-ci il tarixli məktubla icra məmuruna müraciət etmiş, icra məmuru müraciəti əsas tutaraq özünün 25 yanvar 2018-ci il tarixli 03/16-03 nömrəli məktubu ilə hərracı təşkil edən “X13” Məhdud Məsuliyyətli Cəmiyyətinə məktubla müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir. Hərracı keçirən cəmiyyət bu məktub əsasında hərracın keçirilməsini dayandırmışdır. 06 fevral 2018-ci il tarixli 6ÜS-322/2018 nömrəli məktubla Bakı Apelyasiya Məhkəməsinin ümumi şöbəsinin müdiri Ələkbər Həsənov “sifarişli” məktubla Cavabdeh1 ASC- nin bas direktoruna mülki prosessual qanunvericiliyin tələblərini izah edərək qətnamənin qanııni qfiwəvə mindiyi və bu əsasla icra edilməsində heç bir maneənin olmadığını izah etmişdir. Hərrac sadəcə görüntü yaratmaq üçün keçirilmiş, qalib şəxsin kim olduğu əvvəldən bəlli olmuşdur. Hərracı udan səxs öz həmyerlisi, əslində çox kasıb bir adamdır. Heç gündəlik çörək pulunu belə qazanmaq gücündə deyildir. Qətnamədən verilmiş kassasiya şikayəti üzrə yekun məhkəmə qərarını gözləmədən tələsik hərracın keçirilməsi kobud qanun pozuntusudur və bu əsasla keçirilmiş hərracın yekun protokollarının etibarsız hesab edilməsi üçün əsaslardan biridir. “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti formal hərrac keçirərək onun əmlakını satmışdır. O, cavabdeh olaraq qətnamə üzrə hərracın keçirilməsindən xəbərsiz olmuş, bu barədə ona rəsmi bildiriş göndərilməmişdir. Başqa bir tərəfdən hərracın keçirilməsinin dayandırılması barədə icra məmurundan ünvanına rəsmi məktub daxil olmuşdur. O, bu məktuba əsasən hərracın keçirilməsinin dayandırılmasından əmin olmuşdur. Qətnamədən verilmiş kassasiya şikayətinə baxılıb qurtaranadək hərrac keçirilməməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 13 fevral 2020-ci il tarixli 2(005)-27/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən o apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Azad İmanov) 2(103)-4809/2020 nömrəli İş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı səhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 saylı iş üzrə 13 fevral 2020-ci İl tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi. “X13” MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-ci il tarixli 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokolları etibarsız hesab edilməsi, Quba rayonu, ikinci Nügədi kəndində 1.1425 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1.2635 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı 1 ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi 0.347 ha torpaq sahəsinik 1 X9 adına xüsusi mölkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar) bərpa edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Yekun hərracda əmlakları didə etmiş fiziki səxs X10 vicdanlı alıcı olmasına münasibətdə kollegiya qeyd etmişdir ki, hamin şəxsin vicdanlı alıcı olması müəyyən edilmir. Belə ki, torpaq sahələrini alan şəxs onların həmyerlisi olmus və onun tərəflər arasında olan mübahisədən məlumatsız olması inandırıcı görünmür. Cavabdeh1 ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsinin ləgv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 oglu məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxsin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 416-cı Maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayaraq bildirmişdir ki, məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil verilməsi və kassasiya şikayəti müddətinin bərpası barədə ərizəyə baxılmasının nəticələri gözlənilmədən keçirilmiş hərracda ipotekanın məhkəmə tərəfindən müəyyən edilmiş satış qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə ipoteka əmlakının hərracının keçirilməsi ipoteka qoyanın əsaslı mənafelərinin pozulmasına gətirib çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslan düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsi təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2020 nömrəli iş üzrə 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qərar vermiş və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. “X13” MMC formal hərrac keçirərək əmlakını satmışdır. 12 mart 2018-ci il tarixdən 9 mart 2021-ci ilə qədər yuxarıda göstərilən torpaqlarını, yəni Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hazır əkilmiş taxıl sahəsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 10 İllik alça bağı və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0.347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 istifadəsində olmuşdur. Həmin vaxt Cavabdeh2 iştirakı İlə bağlarda çəkiliş də etmişdir. Çəkilişdən və kəndin sakinləri tərəfindən bu fakt təsdiqlənir ki, onun əmlakına qəflətən sahibləndiklərinə görə torpaqları məhsul üzərində olmuşdur. 2018, 2019, 2020-cİ illər, yəni 3 (üç) il qanunsuz sahibləndiklərinə görə, bu illər ərzində ona dəymiş ziyan cavabdehlər "xxxx" ASC və Cavabdeh2 tərəfindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi çıxandan sonra cavabdehlər əmlaklarına sahiblikdən ümidlərini itirdiklərindən 2020-ci il məhsulunu yığandan sonra alça bağına qulluğ etmədiklərinə görə ağaclara xəstəlik (Şəbiyə xəstəliyi deyilir) düşmüşdür. Bu xəstəlik ağacların məhsulunun keyfiyyəti zərərlidir və ağacları məhv edir. Alça bağına qəsd edərək cəngəlliyə çevirmişlər. Ağacların xeylisi qurumuş, xeylisi qırılıb tökülmüş və xeyli ağaclar da kökündən çıxarılmışdır. Şahidi olduğu mövcud mənzərəni Media qurumundan çəkiliş qrupu bağa girərək videoçəkiliş etdirmiş, həmin görüntüləri qoşmaya əlavə edir. Cavabdehlər onun 10 il ərzində böyüdüb-becərdiyi və aqro-texniki qulluğun külli miqdarda pullar xərclədiyi ağacları qulluqsuz saxladıqlarına görə ciddi zədələnmiş, 50-dən çox ağacın kökündən yox olması və 60-dan çox ağacın quruması və ağacın budaqlarını, yəni 40%-ni məhsulu yığarkən sındırıb ağacın dibinə salxaq vəziyyətdə buraxaraq ona külli miqdarda maddi ziyan vurmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X16 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı iddiası əsassızdır. Belə ki, Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)- 1874/2015 saylı qətnaməsinin pul tələbinə dair hissəsində deyilir ki, cavabdehlər İddiaçı və onun qardaşları X11 ilə X5 müştərək qaydada cəmi 136.663,58 AZN və 124 AZN ödənilmiş dövlət rüsumunun əvəzi pul tutularaq Cavabdeh1 ASC-yə ödənilməlidir. Qətnaməyə görə həmin tələblər ipoteka predmetləri olan Quba rayonu, 2-ci Nligədi kəndində yerləşən yuxarıda adları çəkilən fərdi yaşayış evinə və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yönəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5089/2017 saylı qətnaməsi ilə İddiaçı münasibətdə şikayət təmin edilməmişdir. Lakin Ali Məhkəmənin xx.xx.2018-cİ il tarixli, 2(102)-7043/2018 saylı qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmə 3 məsələyə toxunmuşdur: 1-ci ipoteka predmetlərinin ilkin satış qiymətinin qeyd edilməməsinə, 2-ci - ipoteka müqaviləsinin cavabdeh tərəfindən mübahisələndirilməsinə və 3-cü - əmlakların satışından sonra 1 ay ərzində boşaldılmasına. Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə növbəti xx.xx.2020-ci il tarixli, 2(103)-146/2020 saylı qətnaməsində İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal rayon məhkəməsinin qətnaməsi ilə tələbin yönəldiyi ipoteka predmetlərinin ilkin satış qiymətləri müəyyən edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilməmişdir. Bu iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)- 2499/2021 saylı qərarı ilə tərəflərin kassasiya şikayətləri təmin edilməmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi qanun qüvvəsini aldığından xx.xx.2015-ci il tarixində icra olunması üçün Quba rayon İcra şöbəsinə icra vərəqəsi verilmişdir. Quba rayon İcra şöbəsinin sifarişi əsasında “X13” MMC-nin keçirdiyi hərraclarda, ipoteka predmetləri olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh2 xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokollar əsasında almışdır və torpaqlara dair DƏDRX-dən öz adına Çıxarışlar alaraq həmin torpaqların yeni mülkiyyətçisi kimi onlara sahiblik etmişdir. Həmin protokollar İddiaçı tərəfindən miibahisələndirilmişdir. Nərimanov rayon məhkəməsi xx.xx.2020-ci il tarixli, 2(005)- 27/2020 saylı qətnaməsi ilə İddiaçı iddiasını təmin etməmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon məhkəməsinin qətnaməsini xx.xx.2020-ci il tarixli, 2(103)- 4809/2020 saylı qətnaməsi ilə ləğv edərək, hərracların nəticələrini etibarsız saymış və torpaqların yenidən İddiaçı adına keçirilməsini qət etmişdir. Bu qətnamədə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-7043/2018 saylı Qərarı ilə Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsinin ləğv edilmiş olması və Bakı Apellyasiya Məhkəməsinin bu iş üzrə növbəti xx.xx.2020-ci il tarixli, 2(103)-146/2020 saylı qətnaməsi ilə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsini və həmin qiymətlərin hərrac zamanı əmlakları satış qiymətlərindən fərqlənməsinə istinad etmişdir. Hərracların etibarsızlığına dair qətnamədən verildiyi şikayətlər təmin edilməmişdir. Bundan sonra torpaqlar yenidən İddiaçı adına keçirilsə də, qətnamə üzrə borc ödənilmədiyindən, həmin torpaqların hərracı yenidən təşkil edilmişdir. Bu zaman müəyyən edilmişdir ki, İddiaçı həmin torpaq sahələrini məhkəmə qərarlarından sui-istifadə edərək öz qızı Banuçiçək Yusifovaya bağışlayaraq özgəninkiləşdirmişdir. Həmin əqdin etibarsızlığına dair Yasamal rayon məhkəməsində qətnamə qəbul edilmişdir. Eyni zamanda Nəsimi rayon məhkəməsində ipoteka predmetlərinin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına da çalışan İddiaçı vəsatətləri və şikayətləri Nəsimi rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilmişdir. Göründüyü kimi artıq 7 ildir ki, Bank öz pul tələbinin icrasına nail ola bilmir. Çünki İddiaçı müxtəlif əsassız iddialarla məhkəmədə öz prosessual hüquqlarından sui-istifadə etməklə buna mane olur. Hal-hazırda da İddiaçı Banka olan qətnamə borcunu ödəmək əvəzinə Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız şəkildə hərracların yenidən keçirilməsinə mane olur. İddiaçı - İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4809/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2020 saylı iş üzrə 13 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, “X13” MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-d il tarixli 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli nömrəli protokollarının etibarsız hesab edilməsi, Quba rayonu, İkinci Nügədi kəndində 1,1425 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli, Quba rayonu, İkinci Nügədi kəndi 1,2635 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli və Quba rayonu, İkinci Nügədi kəndi 0,347 ha torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, həmin torpaq sahələrinə İddiaçı mülkiyyət hüquqlarının (adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların) bərpa edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1432/2021 saylı qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4809/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Quba rayonu PŞ-nin TB-nin Baş təhqiqatçısı X1 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 iyul 2021-ci il tarixli Qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və ya Cavabdeh2 sözügedən mübahisəli torpaq sahəsinin adlarına rəsmiləşdirilməsinin həll edilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciıt etmək hüquqlarının olması izah edilmişdir. Cavabdeh1 ASC tərəfindən Quba rayon İcra şöbəsinə ünvanlanmış məktubdan görünür ki, iddiaçı Cavabdeh1 ASC 13 yanvar 2015-ci il tarixində cavabdehlər İddiaçı, X11 və X7 qarşı “pulun tutulması, tələbin İpoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması və digər” tələbə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5089/2017 saylı 22 may 2017-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldığı üçün icra olunması üçün göndərilmişdir. Tərəfindən 20 noyabr 2017 ci il tarixində borclu İddiaçı mülkiyyətində olan Quba Rayonu İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kv.m. yaşayış sahəsi, 149,7 kv.m. yardımşı sahədən ibarət fərdi yaşayış evi, Quba rayonu İkinci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu İkinci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiymətləndirilməsi və hərracın keçirilməsi sifariş verilmişdir. “X13” MMC tərəfindən sözügedən əmlaklara dair açıq hərracın keçirilməsi 29 yanvar 2018-ci il tarixinə saat 11:00-a Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi 5 D-yə təyin edilmişdir. Lakin tərəfindən “X13” MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, cavabdeh tərəfindən Bakı Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verildiyi üçün açıq hərracın keçirilməsinin dayandırılması xahiş edilmişdir. Odur ki, Cavabdeh1 ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə müvafiq sorğu edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 6ÜŞ-322/2018 saylı 06 fevral 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 11 dekabr 2017-ci il tarixli qərardadından İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərini dayandırılınası “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmamışdır. Qeyd olunanlara və Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən məktubuna əsasən, qətnamədən kassasiya şikayəti verilmədiyi üçün hərəkətlərini davam etdirilməsini və müvafiq olaraq “X13” MMCyə hərracın keçirilməsinin davam etdirilməsi barədə müraciət edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh1 ASC-yə ünvanladığı məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinə 30 yanvar 2018-ci il tarixdə daxil olmuş müraciəti ilə bağlı bildirilmişdir ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehbr X22ma, X6 və X12 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması» tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 22 may 2017-ci il tarixli qətnaməsindən Azəibaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 393-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5089/2017 saylı 22 may 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Sonradan cavabdeh X20 21 avqust 2017-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd olunan qətnamədən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 14 sentyabr 2017-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5089/2017 saylı 22 may 2017-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə onun tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5089/2017 saylı 14 sentyabr 2017-ci il tarixli qərardadından cavabdeh X20 tərəfindən kassasiya şikayəti verilmiş, cavabdeh həmin qətnaməyə rəsmi qaydada imza etməklə xx.xx.2017-ci il tarixdə aldığından, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə şikayət edilməmişdir. Məhkəmənin həmin qərardadından cavabdeh X20 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün 17 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsinə dair icra sənədi verilmiş və icra olunması üçün Quba rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından cavabdeh X20 tərəfindən kassasiya şikayətinin verilməsinə əsasən icra hərəkətlərinin dayandırılması “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1203 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinə 4p12-ci ildə 9 cərgədən ibarət, hər cərgədə 61 ədəd ağac olmaqla alçş bağı salınmışdır. Cəmi 549 ədəd tingdən ibarət “Göyçə Soltanı” və "kazvin” alça sortlarından ümumilikdə 489 ədədi məhsuldar olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8209 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssis rəyinə əsasən - 2018-2020-ci illərdə təxmini olaraq orta hesabla bir ağacdan 35.0 kq meyvə məhsulu olmaqla bir ildə 489 ağac x 35 0 kq=17115 kq, 3 ildə isə 17115 kq x 3 il= 51345 kq alça məhsulu yığmaq mümkün olardı. Bağda əkilmiş sortların yetişmə vaxtının eyni deyildir, amma hər iki alça sortunun orta satış qiyməti eynidir. Meyvənin satış ilindən, ölçüsündən, yetişməsindən asılı olaraq 1 kq meyvənin orta satış qiyməti nəzərə alınmaqla 2018-ci ildən başlayaraq son üç ildə 51345 kq x 2,2 manat= 112959 manat məbləğində satışdan gəlir əldə etmək mümkündür. Bağ sahəsində quruyaraq məhv olmuş 45 ədəd alça ağacının 1 ədədinin dəyəri 64,5 manat olarsa alça ağaclarının ümumi dəyəri 2902,5 manat tə Həmin ağaclar vaxtından əvvəl qurumasaydı hər ağacdan 48,0 kq olmaqla məhsul əldə edilə bilərdi və 48 kq x 45 ağac=2160 kq, meyvə bağının istismar müddəti 25 il olduğunu nəzərə alsaq, baxımsızlıq üzündən qurumasaydılar həmin ağaclardan 15 il ərzində məhsul vermə qabiliyyətinə malik olub, 15 il ərzində 32400 kq alça məhsulu və həmin məhsulun satışından 32400 kq x 2.2 man=71280 manat gəlir əldə edə bilərdi. İddiaçı məxsus 1,2635 ha alça bağına baxış zamanı 15 ədəd alça ağacının budaqları sınmış və ağacların hamısı mamırla sirayətlənmişdir. Budaqların sınması məhsuldarlığın 40 % azalmasını nəzərə alsaq hər bir ağacdan 15 il istismar müddətində hər birindən ildə 28, 8 kq alça məhsulu yığılması gözlənilir. Sahibkar 15 ədəd skelet budaqlarə sınmış ağaclardan bir ildə 15ağacx48,0 kq=720,0 kq əvəzinə, 15 ağac x 28,8 kq =432,0 kq meyvə məhsulu əldə etməklə, ümumi məhsul istehsalı 288,0 kq azalacaqdır. Növbəti 15 İl istismar müddətində İncUkram qızı İkramlı 288,0 kq x 15 il =4320,0 kq az məhsul istehsal etməklə 9504,0 manat məbləğində az gəlir əldə edəcəkdir. 2021-ci ildə ağaclara aqrotexniki qulluqlar edilmədiyindən, xüsusilə xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilmədiyindən məhsuldarlığı 60% aşağı salmış, məhsulun 10269,0 kq azalmasına və nəticədə 10269,0 kq x 2,2 manat=22,591,8 manat məbləğində az gəlir əldə etməsinə səbəb olmuşdur. Bağda dərmanlama işləri düzgün şəkildə aparılsaydı İnci İkramli ***-**** manat məbləğində pul xərcləməli olacaqdı. 1,1426 ha torpaq sahəsində 2018-ci ildən başlayaraq hər il buğda bitkisi əkəcəyi təqdirdə bir hektardan orta hesabla təxmini olaraq 32,0 sentner taxıl məhsulu olmaqla, 1,1425 ha torpaq sahədən isə 36,56 sentner buğda məhsulu və bir sentner məhsulun orta satış qiyməti 40,0 manatdan olmaqla 1462,4 manat gəlir əldə etmək mümkündür. Dörd ildə ümumi gəlirin miqdarı 4 x 1462,4=5848,6 manat təşkil edər. 0,347 ha torpaq sahəsində 2018-ci ildən başlayaraq buğda bitkisi əkilsəydi bir ilə orta hesabla təxmini olaraq 32,0 sentner olmaqla, ümumi sahədən 11,1 sentner buğda məhsulu və bir sentner buğda məhsulunun orta satış qiyməti 40,0 manat olmaqla, cəmi 444,0 manat gəlir əldə etmək olardı. Dörd ildə taxıl satışından 4 il x 444,0 man=1776 manat gəlir əldə etmək olardı. İşin məhkəmə tərəfindən müəyyn edilmiş hallarından görünür ki, İddiaçı tərəf olduğu xx.xx.2013-cü il tarixli, 680 saylı Baş kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq özünə məxsus Quba rayonu, İkinci Nügədi kəndində yerləşən bir neçə kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. Sözügedən kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etməyən borclu İddiaçı barəsində cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsinə əsasən borcludan Bankın xeyrinə cəmi 136.663,58 manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan torpaq sahələrinə yönəldilməsi və daha sonra ixtisaslaşdırılmış təşkilatlar vasitəsilə açıq hərrac yolu ilə satılması qət edilmişdir. Beləliklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı icra sənədi üzrə Quba rayon icra şöbəsi tərəfindən icraata başlanılmış, icra şöbəsinin şifahi sifarişi əsasında sözügedən torpaq sahələrinin qiymətləndirilməsi keçirilmiş, həmin qiymətlərlə əmlaklar “X13” MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərraca çıxarılaraq satılmış, torpaq sahələrini açıq hərrac vasitəsilə əldə etmiş Cavabdeh2 DƏDRX-dən müvafiq qaydada adına çıxarışlar almışdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4809/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş və hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyan faktlardan göründüyü kimi müvafiq torpaq sahələrinin açıq hərraca çıxarılaraq satılmasına əsas Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsi olmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edilmiş, mülki iş isə yeni apellyasiya baxışına qaytarılmışdır. Sözügedən qərarda Ali Məhkəmə göstərmişdir ki, tərəflər arasında ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı razılıq əldə edilməmişdir. Beləliklə hərracın nəticələrinə dair yekun protokolların əsasında duran və hərracın keçirilməsinə əsas verən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsi ilkin satış qiyməti hissəsində ləğv olunduğundan və ilkin satış qiyməti yenidən müəyyən edildiyindən, keçirilmiş hərracların yekunları üzrə müvafiq protokollar etibarsız hesab edilmişdir. Hazırda iddiaçı Quba rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi səbəbilə hərracın dayandırılmasının “X14” MMC-dən xahiş edilməsinə və hərracın dayandırılmasına baxmayaraq, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən hərracın keçirilməsinin yenidən xahiş edildiyinə, bunun nəticəsində hərracın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ləğv olunmuş xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsinə əsasən keçirildiyinə, ona məxsus torpaq sahələrinin əsassız olaraq satıldığına və buna görə də uzun müddət ərzində baxımsız qaldığına istinad edərək ona dəymiş 900.000 manat məbləğində maddi və 400.000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İddia ərizəsindən göründüyü kimi iddiaçı hərracın nəticələrinə dair yekun protokolların əsasında duran və hərracın keçirilməsinə əsas verən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsinin ləğv edilməsi, buna baxmayaraq keçirilmiş hərraclarda ona məxsus torpaq sahələrinin satılması, daha sonra müvafiq məhkəmə aktına əsasən “X13” MMC-nin Hərracın yekunları barədə 12 mart 2018-ci il tarixli 84 nömrəli, 12 mart 2018-ci il tarixli 85 nömrəli və 12 mart 2018-ci il tarixli 86 nömrəli protokollarının etibarsız hesab edilməsi və sözügedən torpaq sahələrinin Cavabdeh2 sahibliyində faktiki olaraq əsassız qalması nəticəsində əmlakına zərər dəyməsinə istinad etmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən baş verməsi ehtimal edilən zərərin məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddia bu hissədə əssasız olduğundan rədd edilməlidir. Belə ki, hazırki işdə cavabdehlər tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onların məsuliyyət daşımaları faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə iddiaçının özünə məxsus torpaq sahələrinə zərər dəyməsi halı üzrə xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdelər "xxxx" ASC və Cavabdeh2 qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-238/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-238/2022
01.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver