Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2393/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində olan Sosial Xidmətlər Agentliyinə qarşı «uşağın cavabdehdən alınaraq valideynə verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı X16 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində olan Sosial Xidmətlər Agentliyinə qarşı «uşağın cavabdehdən alınaraq valideynə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu – xx.xx.2023-cü il təvəllüdlü X9 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdam rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 1(013)-42/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nın 133.2.4cü maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş X10 cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, Ş.Ağayeva barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. Həmin iş üzrə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nın 133.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs X17 Azərbaycan Respublikası Əmək Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli 3-17-3/3- 3-245/2024 saylı Qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evinə yerləşdirilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X17 iddiaçının övladıdır. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evinə uşağının qaytarılması üçün bir neçə dəfə Ağdam rayon Məhkəməsi və uşaq evinə müraciət etmişdir. Həmin məktubdan görünür ki, 13 sentyabr 2023-cü il təvəllüdlü azyaşlı X9 dogma valideynləri olan anası İddiaçı və atası X13 qaytarılmasına etirazı yoxdur. Ona görə də iddiaçı hesab edir ki, oğlu xx.xx.2023-cü il təvəllüdlü X9 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evindən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməlidir. Sonradan, iddiaçı uşağın atası olan X16 məhkəmə qətnaməsi ilə himayəsində və yanında saxlanılması müəyyən edilmiş anası İddiaçı ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evinin nümayəndəsi X18 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, iş materiallarında Ağdam Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi var. Həmin qətnamədə göstərilmişdir ki, uşaq anaya verilməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində olan Sosial Xidmətlər Agentliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2023-cü il tarixdə verilmiş AZ-T seriyalı 033511 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X11 arasında nikah 08 iyul 2023-cü il tarixdə Ağdam rayon Qeydiyyat şöbəsində 102 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Rəhimova soyadı verilmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 889124 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2023-cü il tarixdə Ağdam şəhərində doğulmuşdur, atası X16, anası İddiaçıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli 3-17-3/3-3-245/2024 saylı qərarı ilə X17 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evinə yerləşdirilmişdir. Ağdam rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, valideyn himayəsindən məhrumolmuş xx.xx.2023-cü il təvəllüdlü X9 qəyyumluğa verilməsi imkanlarının araşdırılması barədə məktuba Ağdam rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyası tərəfindən baxılmışdır.Aparılmış araşdırma zamanı azyaşlı X9 üzərində qəyyum təyin edilə bilinəcək şəxsin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də azyaşlı X9 himayədar ailəyə və ya övladlığa verilməsi, bu mümkün olmadıqda isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilməsi məqsədəuyğundur Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(013)-42/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş X10 cinayət məsuliyyətindən azad edilmiş; onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir.Həmin qərarla müəyyən edilmişdir ki, X4 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sair zorakı hərəkətlərlə güclü fiziki ağrı verməklə əzab vermə cinayət əməlini törətmişdir. Belə ki, Ş.Ağayeva 10 iyun 2024-cü il tarixdə təxminən saat 12:00 radələrində Ağdam rayonu Dadaşlı kəndində bacısı İddiaçı onunla birlikdə yaşadığı atası X5 məxsus evdə olan zaman bacısı İddiaçı üzərinə hücum edərək azyaşlı oğlu 13 sentyabr 2023-cü il təvəllüdlü olmaqla aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan X1 əlindən zorla alaraq bədəninin müxtəlif nahiyələrini dişi ilə tək-tək olmaqla intensiv və ardıcıl olaraq dişləyib, ona sol gicgah, döş qəfəsi, sol bazu, sol bazu oynağı, sol qoltuq, sol almacıq, sol said, sağ said nahiyələrinin yaraları ilə nəticələnən ümumilikdə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək X15 Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sair zorakı hərəkətlərlə güclü fiziki ağrı verməklə əzab vermişdir. Həmçinin qeyd olunmuşdur ki, hazırda azyaşlı uşaq Dövlətin nəzarətindədir. Ağdam Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli məktubundan (məktub hazırki iş üzrə cavabdehlərə ünvanlanmışdır) görünür ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çəkmiş şəxs X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində olan Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evinə yerləşdirilmişdir. Ağdam rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(013)-42/2024 saylı qərarına istinadən bildirilmişdir ki, 13 sentyabr 2023-cü il təvəllüdlü azyaşlı X9 doğma valideynləri olan anası İddiaçı və atası X13 qaytarılmasına etiraz yoxdur. Ağdam Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(013)-51/2025 saylı məktubundan və Ağdam Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2(013)-51/2025 saylı qətnaməsindən görünür ki, X12 İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, X16 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə Ağdam rayon Qeydiyyat Şöbəsində 102 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2023cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması; xx.xx.2024-cü il tarixdən başlayaraq X6 xx.xx.2023-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı eyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimentin tutulması; X6 39 manat 20 qəpik dövlət rüsumunun tutulması; qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və qətnaməyə əsasən verilmiş çıxarış icra edilməsi üçün həmin tarixdə Ağdam rayon Qeydiyyat şöbəsinə göndərilmişdir. Aliment tutulmasına dair icra vərəqəsi isə xx.xx.2025-ci il tarixdə Ağdam rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və həmin tarixdə şöbənin icra məmuru X7 icraatına daxil olmuşdur. Məcburi köçkün vəsiqəsindən (AA seriyalı 353257 saylı, Dövlətqaçqınkomun xx.xx.2016-cı il tarixli qərarına əsasən verilmişdir) görünür ki, X2 rayonundan məcburi köçkün olmaqla, dövlət rüsumu ödəməkdən azaddır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsin əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İİİ hissədə göstərilir ki, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Vİ hissədə göstərilir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49-cu maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 64-cü maddəsinə əsasən valideynlər (onlardan biri) valideynlik hüquqlarından bu maddədə göstərilən hallarda məhrum edilə bilərlər. 68.1-ci maddəsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrum etmədən uşağın mənafeyini nəzərə almaqla, valideynlərdən (onlardan birindən) uşağın alınması barədə qətnamə qəbul edə bilər. 68.2-ci maddəsinə əsasən uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: xx.xx.2023-cü il təvəllüdlü X17 İddiaçı X16 birgə nikahından doğulmuşdur. Tərəflər arasında nikah məhkəmənin qətnaməsi əsasında pozulmuş və azyaşlının ananın himayəsində saxlanması müəyyən edilmişdir. Hazırki iddia tələbindən və işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, uşaq zərər çəkmiş şəxs kimi tanındığı dövrdə müdafiəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evinə yerləşdirilmişdir. Hazırda bu zərurət aradan qalxmışdır və uşaq bioloji valideynlərinə qaytarıla bilər. Belə ki, hazırda uşağın öz doğma valideynlərinin himayəsində saxlanmasını istisna edən, habelə onların valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsas verən hallar müəyyən edilmir. Qeyd olunduğu kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən uşaq anasının himayəsinə verildiyindən və onun yanında saxlanıldığından, uşaq saxlandığı müəssisədən İddiaçı qaytarılmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X17 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evindən alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X17 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan 1 saylı Körpələr Evindən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2393/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2393/2025
11.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver