Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2432/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.200 manat əsas məbləğin və ödənilmiş 35 manat dövlət rüsumunun, cəmi 1.235 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin dekabrında Cavabdeh maşın alqı-satqısı zamanı ona 1200 (min iki yüz) manat pul borclu qaldı və yaxın vaxtlarda tezliklə həmin pulu ona verəcəyini bildirdi. Doğrusu o, əvvəllər onun səmimiyyətinə inansa da, sonralar onun səmimiyyətdən kənar bir insan olduğuna heç bir şübhə etmədi. Belə ki, vaxtaşırı o, onunla görüşüb pulunu tələb etsə də, yaxın günlərdə borcunu qaytaracağını bildirməyinə baxmayaraq əslində müxtəlif bəhanələrlə borcunu qaytarmaq fikrindən yayınırdı. O, bu barədə 07 yanvar 2022-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdi. Polis şöbəsində bununla bağlı araşdırma zamanı o həqiqətən ona pul borclu olduğunu rəsmi şəkildə etiraf etdi. Ancaq polis şöbəsində onun tələbinin məhkəmə səlahiyyətinə aid olmasını bildirdilər. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Cavabdeh Ağcabədi rayon polis şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, təxminən iki il bundan əvvəl tanışı Vüqarın vasitəsi ilə İddiaçı ilə tanış olmuşdur. Asif maşın almaq istədiyini dedi və ondan gedib Gürcüstandan maşın gətirmək barədə kömək istəyib. 2020-ci ildə onlar maşın almaq üçün Gürcüstana getmişdilər. O İddiaçı zəhmət haqqı kimi 400 manat pul almışdır. Asifin almaq niyyətində olduğu “Kia Sorento” markalı avtomobil bazarda yox idi. O da İddiaçı bu qədər əziyyət çəkmiş başqa maşın almağı təklif edib. Asif də onunla razılaşmışdır. Onlar “Chevrolet Kruz” markalı maşın almışdırlar. O, qarşısına münasib qiymətə “Kia Sorento” markalı maşın çıxsa bu maşınla barter etməyi təklif etmişdir. Asif maşını öz adına keçirəndən sonra ona zəng edib bildirmişdir ki, maşın bahadı və maşını özünə qayatarır. O da maşını Asifdən alıb 15.000 manata satmış və bütöv pulu özünə qaytarmışdır. Daha sonra Asif ona maşının qiymətinin 16.200 manata başa gəldiyini və ona 1.200 manat borcunun qaldığını bildirmişdir. Sonra ona imkanın varsa 500 manat ver qalan 700 manatı keçdiyini bildirmişdir. Onun da maddi imkanı zəif olduğundan həmin 500 manatın 200 manatını indi verəcəyini, qalan 300 manatını isə 15-20 günə verəcəyini bildirmişdir. İddiaçı onun bu təklifi ilə razılaşmayaraq onu aldatmaqda günahlandırmışdır. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı “Chevrolet Kruz” markalı avtomobili əldə etmək məqsədilə Cavabdeh müraciət etmişdir. Hazırda iddiaçı avtomobilin əldə edilməsinə sərf etdiyi 16.200 manatdan 1.200 manat məbləğində pulun ona qayatılmadığına istinad edir, Cavabdeh isə Ağcabədi rayon Polis idarəsinə verdiyi izahatda həmin məbləği maddi imkanı olmadığı üçün qaytara bilmədiyini bildirməklə iddiaçıya borclu olduğunu etiraf edir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Cavabdeh Ağcabədi rayon Polis idarəsinə verdiyi izahatda iddiaçıya tələb olunan məbləğdə borclu olduğunu etiraf etmişdir. Cavabdeh tərəfindən iddiaçıya borcunun olması faktının etiraf edilməsi iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad edir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə etmədiyindən, etirafı qəbul edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən müqavilənin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1.200 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.200 manat və dövlət rüsumu kimi ödənilmiş 35 manat, cəmi 1.235 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2432/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2432/2022
21.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver