Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2436/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon su-kanal İdarəsinin ona qarşı 535,0 manat borc tələbinin əsassız olduğu səbəbindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi İddiaçı məhkəməyə X1nın əsl İddiaçı ilə əvəz olunması barədə ərizə ünvanlayaraq 535,0 manat borc tələbinin əsassız olduğu səbəbindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 xx.xx.1982-ci ildə anadan olduğu tarixdən ünvan 1 ünvanında yaşayır. Ailələri 3 nəfərdən ibarət olmuşdur. Zümrüd Allahverdiyevanın anası X10 xx.xx.2016-ci ildə vəfat etmişdir. X2 Allahverdiyevanın anadan gəlmə əlil olması səsəbindən 1995-ci il tarixdən onları tərk etmiş, anasının vəfatına qədər, yəni 2016-cı ilədək həmin ünvanda iki nəfər olaraq yaşamışlar.Hal-hazırda Zümrüd Allahverdiyeva qeyd edilən ünvanda yaşayır. X5 xx.xx.2016-cı ildə vəfat etdiyini, atasının isə 1995-ci ildə həmin ünvanda yaşamadığı üç nəfər qonşuluqda yaşayan sakinlər notarial qaydada təsdiq etdiyi ərizəsinə və mülki məcəllənin 373.3-cü maddəsinin tələblərini, yəni “Vaxtaşırı icra edilməli öhdəliklərən irəli gələn tələblər üzrə iddia müddətinin il olmasını” nəzərə almayaraq Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi 2016-cı ildən 535,0 manat borclu olduğunu qeyd edərək, su təminatını məhdudlaşdırağa göstəriş vermişdir. Sayğac quraşdırılmadan bir nəfər üçün aylıq su istehlak normasının 6 kub metr olduğu halda su kanal idarəsi Zümrüd Allahverdiyevanın vəfat etmiş anası Gülayə Allahverdiyevaya və onları tərk etmiş atasına düşən su normasını hesaba daxil etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, borc realdır. 1996-cı il tarixdən 2011-ci ilə qədər ümumiyyətlə ödəniş edilməmişdir. 2011-ci ilin fevral ayında 386 manat borcdan silinmiş, hazırda 546 manat borc qalmaqdadır. Evdə sayğac yoxdur və borc 3 nəfərin, yəni qeydiyyatda olan şəxslərin sayına uyğun hesablanmışdır. Əgər evdə yaşayan şəxslər qeydiyyardan çıxmışdılarsa, bu barədə onlara məlumat verməli idilər. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan AZ-İ 784545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2016-cı ildə 90 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6648/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsindən görünür ki, X6 akı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 29 saylı evə istifadə hüququnun itirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarın 4-cü bəndinə əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxxxx 2007-ci il tarixli 04 nömrəli Cavabdeh Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə qərarına əlavə və dəyişikliklər edilməsi barədə” xx xxxxxx 2011-ci il tarixli 01 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,30 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” xx xxx 2016-cı il tarixli 06 nömrəli qərarına əsasən əhali üçün (Bakı şəhəri) su təchizatına görə xidmətin tarifi (qiyməti) 0,35 manat və tullantı sularının axıdılmasına görə xidmətin tarifi (qiyməti) 0,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” xx xxx 2016-cı il tarixli 06 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx xxx 2016-cı il tarixli 14 nömrəli qərarı ilə “xxxx” ASC üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. »ışr9X« iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin »Qavazov Bolqarıstana« qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvana suölçən cihaz quraşdırılmamış, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi evdə qeydiyyatda olan şəxslərin sayına (3 nəfər) uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilmişdir. Qeyd olunan ünvan üzrə su təchizatı və tullantı suların axıdılmasına görə xidmət haqqı tam həyata keçirilmədiyindən borc yaranmışdır. Hazırda iddiaçı qeyd edilən ünvanda yalnız X4 yaşadığını, Zümrüd Allahverdiyevanın atasının 1995-ci ildə ailəni tərk etdiyini, anasının isə 2016-cı ildə vəfat etdiyini əsas gətirərək qeydiyyatda olan şəxslərin sayında dəyişiklik edilmədən hesablanan borc məbləğinin silinməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçının bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməli olduğu və STKM-nin hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalı olduğu təsbit olunmuş, buna baxmayaraq məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən müvafiq sənədin cavabdehə təqdim olunması faktı müəyyən edilməmişdir. Beləliklə, qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən STKM-ə təqdim olunmadığından cavabdeh tərəfindən borc qanununauyğun olaraq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-2436/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2436/2020
28.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver