Məhkəmə qərarları › İş №2(006)-2442/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2442/2021

17.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2442/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bakı X1 Departamentinə qarşı «aktların etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bakı X1 Departamentinə qarşı «aktların etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə iş olduğundan, işlər birləşdirilməlidir. Belə ki, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov tərəfindən iddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair 2(006)-1892/2021 saylı mülki iş xx.xx.2021-ci il tarixdə icraata qəbul edilmiş və hal-hazırda icraatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki mülki iş vardır və məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Bakı X1 Departamentinə qarşı «aktların etibarsız hesab edilməsi və s.» tələbinə dair 2(006)-2442/2021 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair 2(006)-1892/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli, birləşdirilmiş mülki iş üzrə 2(006)-1892/2021 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh Bakı X1 Departamentinə qarşı «aktların etibarsız hesab edilməsi və s.» tələbinə dair 2(006)-2442/2021 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair 2(006)-1892/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə 2(006)-1892/2021 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar