Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-245/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Fövqəladə Hallar Nazı̇ rlı̇ yi Tı̇ kintidə X2 Agentlı̇ yı̇ nə qarşı "maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin işin icrasında edilən qanunsuz hərəkətləri nəticəsində evində layihə üzrə aparılmayan bərpa və gücləndirici işlərin yenidən düzgün qaydada aparılması və evində yaşamağı üçün o cümlədən zəruri olan mətbəx və sanitar qovşağı daxil olmaqla bütün lazımi işlərin görülməsi və maddi ziyanın əvəzi kimi 60000 manat, mənəvi zərərə görə 100000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21-xx xxxx 2008-ci ildə güclü dağıdıcı külək (fırtına) nəticəsində onun evinə həddindən çox ziyan dəymiş və evim tamamilə yararsız vəziyyətə düşmüşdür. Evinin dağılması nəticəsində evində olan ev əşyaları da tamamilə yararsız olmuşdur. Baş vermiş vəziyyətin nəticələrinin dəhşətli olması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə və müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Müraciəti nəzərə alınaraq evinin bərpa-gücləndirmə işlərinin aparılması Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə tapşırılmışdır. Lakin onun evində heç bir bərpa-gücləndirici iş görülməmişdir. 6-7 pəncərənin əvəzinə iki ədəd ikinci mərtəbədə və bir ədəd birinci mərtəbədə pəncərə qoyulmuşdur. İkinci mərtəbəni yenidən daşla hörmüş, lakin birinci mərtəbədə heç bir bərpa-gücləndirici iş görməmişlər. Evdə hamam və ayaqyolu yoxdur. 30 kv.m eyvanının əvəzinə 4 kv.m eyvan qoymuşlar. Dəmir pilləkən nəzərdə tutulduğu halda daş pilləkən tikmişlər. Artıq 10 ildir ki, nə evində yaşaya bilir, nə də torpağının məhsulundan istifadə edə bilir. Keyfiyyətsiz işlər görmüşlər. O, bununla bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də heç bir nəticəsi olmamışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Gədəbəy rayonu Çiçəkli (Arabaçı) kəndində yerləşən yaşayış evini 1973-cü ildə inşa etmişdir. İki mərtəbədən ibarət olan yaşayış evinin birinci mərtəbəsi böyük çay daşlarından, ikinci mərtəbəsi isə meşə materialı olan tirlə tikilmişdir. Ancaq xx xxxx 2006cı ildə təbii fəlakət olan qasırğa olmuşdur. Həmin qasırğa zamanı güçlü külək və leysan yağış, dağ yamacından gələn yağıs seli nəticəsində evinə xeyli maddi ziyan dəymişdir. Sonradan özü tərəfindən dağıntının fəsadlarının bir hissəsi aradan qaldırılsa da, tam yaşayış vəziyyətinə gətirilə bilməmişdir. 21-xx xxxx 2008-ci ildə güclü dağıdıcı külək (fırtına) nəticəsində evinə həddindən çox ziyan dəymiş və evi tamamilə yararsız vəziyyətə düşmüşdür. Evinin dağılması nəticəsində evində olan ev əşyaları da tamamilə yararsız olmuşdur. Baş vermiş vəziyyətin nəticələrinin dəhşətli olması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə və müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Müraciəti nəzərə alınaraq evinin bərpa-gücləndirmə işlərinin aparılması Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə tapşırılmışdır. Həmin Agentlik ona məxsus evin bərpagücləndirmə işlərinin layihələndirilməsi məqsədi ilə "Azərdövləttikintilayihə" DLİ ilə 8163 saylı müqavilə bağlamışdır. Həmin müqavilə əsasında “Azərdövləttikintilayihə" DLİ tərəfindən onun evində aparılacaq tikintiləri təsdiq edən Memarlıq-Tikinti Həlləri və Elektrotexnika cizgiləri MT; EAİ-nı almışdır. Lakin cavabdeh Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən təsdiq edilmiş layihə üzrə iş aparılmamış və layihə üzrə göstərilən sxemdən kənara çıxılaraq evi təmir və bərpa edilməmişdir. Bununla da açıq aşkar görsənir ki, cavabdeh qurum tərəfindən onun evinin təmir və bərpasına ayrılan pul məbləği mənimsənilmişdir. Bu mənimsəmə nəticəsində onun evi layihə üzrə tam təmir edilməmiş və ona bunun nəticəsində maddi, mənəvi ziyan dəymişdir. Hətta o, bu neçə illərdə həmin evinin bağ sahəsində olan böyük meyvə ağaclarından toplanan meyvələrdən əldə edəcəyi gəliri evi olmadığı üçün istifadə edə bilməmişdir. Bundan başqa, cavabdeh qurumun süründürməçiliyi nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, o, evsizeşiksiz qalmaqda davam edir. Uzun müddətdir ki evinin bərpa edilməməsi səbəbindən yollarda qalmış, kəskin stres keçirmişdir. Hal-hazırda Azərbaycan Respublikasının birinci vitse Prezidenti xanım M.Əliyevanın köməkliyi nəticəsində Respublika xəstəxanasında və Abşeron rayon Mərkəzi Poliklinikasında müalicə alır. iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, ev tamamilə köhnə vəziyyətdə idi, əl vuranda tökülürdü. Həmin evin təmir-bərpa edilməsi nəzərdə tutulmuşdu, lakin çox köhnə olduğundan təmir etmək mümkün deyildi. Ona görə də tərəflərindən humanist addım atılaraq orada tikintitəmir işləri aparılmışdır. Taxtadan olan bir evin əvəzinə daşdan ev tikilmiş və istismara icazə aktı əsasında təhvil verilmişdir. İddiaçının istəyi ilə yuxarıda 2 qapı da qoyulmuş, evə çilçıraq da asılmışdır. Layihəyə uyğun ev tikilmiş və qanunvericiliyə uyğun olaraq da istismara verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan sifarişçi Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin TTNDA (Tikintidə X2 Agentliyi), TOOBM (X3 Birləşmiş Müdiriyyəti) ilə icraçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövləttikintilayihə” DLİ İnstitutu arasında bağlanmış layihə məhsulunun yaradılması üçün xx xxxxxxx 2014-cü il tarixli, 8163 №-li müqavilənin surətindən görünür ki, sifarişçinin tapşırığı əsasında icraçı Gədəbəy rayonu, Arabaçı kənd sakini X5 məxsus evin bərpagücləndirmə işlərinin aparılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/795 saylı rəyindən görünür ki, Gədəbəy rayonu, Arabaçı kəndində yerləşən X5 məxsus yaşayış evi Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi DLİ “Azərdövləttikintilayihə” tərəfindən 8163 №-li sifariş üzrə verilmiş “memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun inşa olunmadığı müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılışsazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi haqqında Əsasnamənin 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanına əsasən Tikintidə X2 Agentliyi haqqında Əsasnamə təsdiq edilmiş və həmin əsasnaməyə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı kimi təsbit edilmişdir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əmr və göstərişlərini rəhbər tutur. Həmin Əsasnamənin 8.10-ci bəndinə əsasən Agentliyin vəzifələrindən biri təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərini təşkil etmək və bu işlərlə bağlı sifarişçi funksiyalarını (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələri istisna olmaqla) yerinə yetirməkdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi 8163 saylı müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/795 saylı rəyi əsasında Gədəbəy rayonu, Arabaçı kəndində yerləşən X5 məxsus yaşayış evinin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi DLİ “Azərdövləttikintilayihə” tərəfindən 8163 №-li sifariş üzrə verilmiş “memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun inşa olunmadığı, layihə üzrə evin kürsü mərtəbəsinin eninin 4.4 metr, uzunluğunun 9.4 metr təşkil etməli olduğu halda, eninin 4.2 metr, uzunluğunun 9.4 metr təşkil etdiyi, evin ikinci mərtəbəsində olan birinci və ikinci otağın eninin 4.7 metr, uzunluğunun 4.7 metr təşkil etməli olduğu halda, eninin 4.2 metr, uzunluğunun 4.7 metr təşkil etdiyi, layihəyə əsasən otaqların yan divarları üstündə 1.4 metr ölçüdə göstərilən pəncərələrin hal-hazırda mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının ona məxsus evin 8163 №-li sifariş üzrə verilmiş “memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun aparılması ilə bağlı tələbinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Məhkəmə iddia tələbinin "maddi və mənəvi zərərin ödənilməsi" hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 70 manatı cavabdeh Fövqəladə Hallar Nazı̇ rlı̇ yinin Tı̇ kintidə 2Ẋ Agentlı̇ yı̇ ndən, 30 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Gədəbəy rayonu Çiçəkli (Arabaçı) kəndində yerləşən yaşayış evinin 8163 №-li sifariş üzrə verilmiş “memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun bərpagücləndirmə işlərinin aparılması vəzifəsi cavabdeh Fövqəladə Hallar Nazı̇ rlı̇ yinin Tı̇ kintidə X2 Agentlı̇ yı̇ nə həvalə edilməli, iddia digər hissələrdə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 70 manatı cavabdeh Fövqəladə Hallar Nazı̇ rlı̇ yinin Tı̇ kintidə X2 Agentlı̇ yı̇ ndən, 30 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Gədəbəy rayonu Çiçəkli (Arabaçı) kəndində yerləşən İddiaçı məxsus yaşayış evinin bərpa-gücləndirmə işlərinin 8163 №-li sifariş üzrə verilmiş “memarlıq-tikinti həlləri və elektrotexnika cizgiləri”nə uyğun aparılması vəzifəsi cavabdeh Fövqəladə Hallar Nazı̇ rlı̇ yinin Tı̇ kintidə X2 Agentlı̇ yı̇ nə həvalə edilsin. İddia digər hissələrdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 70 (yetmiş) manatı cavabdeh Fövqəladə Hallar Nazı̇ rlı̇ yinin Tı̇ kintidə X2 Agentlı̇ yı̇ ndən, 30 (otuz) manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-245/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-245/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver