Məhkəmə qərarları › İş №2(006)-2463/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2463/2023

25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2463/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2019-cu ildən iddiaçının qardaşı oğlu X6 vasitəsi ilə tanış olmuşdur. Şirvanın təqdimatına əsasən Cavabdeh DTXnin məxfi şöbəsinin rəisi işləyib. Çoxsaylı görüşlərdən və söhbətlərdən sonra iddiaçı problemlərini ona danışdı. Evində Şirvanın iştirakı ilə qonaqlıq edib pulunun 1.000 manatını Cavabdeh verdi. Qalan hissəsini bir neçə gün sonra şəhərdə görüşüb oğluna verdi. İddiaçı Qarabağ qazisidir. Artıq 30 ildir ki, mənzil növbəsindədir. Amma hələ də mənzillə təmin olunmamışdır. Cavabdehin isə dediklərinə əsasən onun “yuxarılarla əlaqəsi yaxşıdır və onun bu probleminin həllində kömək edə biləcək”-bu səbəbdən pulu ona verdi. 2019-cu ilin noyabr ayında Şirvanın polisdə problemləri yarandı. Dediyinə görə İbrahim bu işdə Şirvana nələrdəsə köməklik edib. Təxminən pul işindən il yarım keçəndən sonra İbrahim ona dedi ki, onun ona verdiyi pulu Şirvana verib. Sonradan təkidli xahişlərindən sonra Şirvanla üçü yenidən görüşdülər və o bildirdi ki, “Şirvana görə onun çoxlu pulu çıxıb. Şirvan pulumu qaytarsın sənin pulunu qaytaracam”. Sonra Şirvanla ayrılıqda gəldikləri qərara əsasəb onun pulunu həll edəcəkləri başqa işdən qazanacaqları ortaq puldan verəcəklərmiş. Artıq 2 ildir ki bu kimi oxşar yalan vədləri gözləyir. Nəhayət, Şirvan və qardaşlarının niyyətlərinin onu aldatmaqla vaxt qazanmaq olduğunu görüb problemini hüquq müstəvisində həll etməyi qərarlaşdırdı. Nərimanov rayon Prokurorluğuna ərizə ilə müraciət etdi. Ərizəsinə cavab olaraq müstəntiq Elnur iki qardaş haqqında “Kitayski” qərar verdi. Qərarın surətini ərizəsinə əlavə etmişdir. Beləliklə, İbrahim ondan aldığı pulu etiraf edir. Amma bu pulu iş məqsədi ilə yox borc aldığını deyir. Nərimanov Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X7 və İbrahim qardaşlarının əməllərinə Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsi ilə verdiyi şablon cavabın prokurorluq tərəfindən obyektiv araşdırmaya və adekvat baxışa ehtiyacı vardır. Pulun son üç ildə infilyasiya dəyəri 100%dən aşağı düşmüşdür. Belə ki, 2000 manat 1000 manat səviyyəsinə düşmüşdür. 100% dəyərdən düşdüyünı görə iddiaçı maddi itkilər vermişdir. Odur ki, cavabdehdə olan pulunun bugünkü dəyəri ilə qiymətləndirilərək 4000 manat məbləğində özünə geri qaytarılması haqqında qərar verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh özünün də aldığını etiraf etdiyi 2000 (iki min) manat və infilyasiya dəyəri də üzərinə gəlinməklə toplam 4000 (dörd min) manat pulunun alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında izahatı alınan Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, o, Xanlardan 2000 manat borc almışdır. 4 aydan sonra həmin borcu qaytarmışdır. Pulu Xanların qardaşı oğlu Şirvana vermişdir. Bunun maşını olub. Maşınla bağlı borcları olub. Gəlib ondan 4000 manat borc pul götürüblər. Maşını aparıb girovdan çıxarıblar. Daha sonra 2000 manat da bir vermişdir. Hal-hazırda Şirvanın ona 6000 manat borcu vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun zaiaht verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə Cavabdeh məhkəmə iclasına dəvət edilmiş, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilən 04 fevral 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Polis Bölməsində Cavabdeh izahatı alınmış və o, öz izahatında bildirmişdir ki, X4 ilə qohumluq əlaqələri vardır. Təxminən 3 il qabaq şəxsi işləri ilə bağlı Xanlardan borc pul almış, lakin sonradan maddi vəziyyəti ilə bağlı borcunu ödəyə bilməmişdir. Bu səbəbdən Xanlar qərəzli olaraq onu aldadaraq pulunu ələ keçirməsini bildirmişdir. X11 Abdullalıdan heç bir məbləğdə pul almamışdır, onun bu barədə qeyd etdikləri şər və böhtandır. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 80 (səksən) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuş, Cavabdeh X1 2.000 manat məbləğində borc pul almışdır. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh öz izahatında iddiaçıdan borc pulun alınmasını etiraf etmişdir. Cavabdeh həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin məbləği bu günə kimi iddiaçıya qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilərək 2.000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiacının “infilyasiya dəyəri də üzərinə gəlməklə toplam 4000 manat pulun tutulması” tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddiaçı tələbinin həmin hissəsi ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün bu hissədə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Eyni zamanda, iddia tələbi əsas borca münasibətdə təmin edildiyindən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilən dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı X2 xeyrinə 2.000 (iki min) manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı X2 xeyrinə 2.000 (iki min) manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar