Məhkəmə qərarları › İş №2(006)-25/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-25/2022

06.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-25/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “pulun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “pulun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bağlanan 29.12.2009-cu il tarixli, 29/12B nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi üzrə onun adına yazılıb mənimsənilən 5000 (beş min) manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini bildirərək göstərdi ki, 29.12.2009-cu il tarixli, 29/12B nömrəli kredit müqaviləsi ilə 5000 (beş min) manat onun adına LPO Cavabdeh ASC-nin cənub filialında yazılaraq mənimsənilmişdir. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətli qərarı qəbul olunmuş və onunla birgə digər zərərçəkmiş şəxslərin adına yazılmış qeyri-qanuni pulların silinməsinə dair hökm qəbul olunmuşdur. Ona görə də iddia tələbinin təmin olunaraq, adına qanunsuz olaraq yazılıb mənimsənilən pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, onunla cavabdeh arasında bağlanan 29.12.2009-cu il tarixli, 29/12B nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi üzrə onun adına yazılıb mənimsənilən 5000 (beş min) manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə AR MPM-in 53-cü maddəsinə əsasən, iddia ərizəsinə dəqiqləşdirməni mümkün hesab edir və icraata qəbul edir (AR MPM 53-cü maddə-İdiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı Hökmündən görünür ki, digər zərərçəkmişlərlə birgə İddiaçı adına 29.12.2009-cu il tarixli, 29/12B nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat pul vəsaitinin ayrılmasını nəzərdə tutan kredit qovluqları üzrə bank həmin şəxsləri görmədiyi və müvafiq qaydada faktiki qiymətləndirmə aparmadığı halda, onların iştirakı olmadan qanunsuz olaraq hazırlanmış kreditin verilməsi və təhlili cədvəli, uçot-əməliyyat şöbəsinə xidmət sərəncamı, müddətli öhdəçilik və digər sənədləri imzalamaqla kreditlərin ödəniləcəyi barədə müsbət rəy vermiş və müvafiq sənədlər əsasında X2 tərəfindən etibar edilmiş külli miqdarda törədilməklə cəmi 2.189.543,82 manat pul vəsaitinin mənimsənilməsində ifadə olunan və nəticələnən həmin hərəkətləri ilə LPO Cavabdeh ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş və əməlləri ağır nəticələrə səbəb olmuşdur. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş əlavə cəza- 2 il 6 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə cəzası 09.01.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə cəzası ilə qismən toplanaraq X2 3 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun 08 aprel 2015-ci il tarixdən 17 oktyabr 2015-ci il tarixədək çəkdiyi əlavə cəza - dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə cəzası təyin olunmuş 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə əlavə cəzasına hesablanıb çıxılmış, üzərində qəti olaraq 2 il 5 ay 21 gün dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum etmə əlavə cəzası və 10 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-110/2018 saylı, 07.02.2018-ci il tarixli qərarından görünür ki, məhkum M.Q.Bayramov tərəfindən verilmiş apelyasiya şikayəti üzrə X1 və qeyrilərinin məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü M.Q.Bayramova aid hissədə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq edilmiş sənədlərlə müəyyən olundu ki, İddiaçı və başqalarına qarşı törətdiyi cinayət əməllərinə görə X1 barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işinin istintaqı zamanı iddiaçı iş üzrə zərəçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 1(101)-95/2017 saylı Hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-110/2018 saylı, 07.02.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. X2 və digərlərinin barəsində başlanmış yuxarıda qeyd edilən cinayət işinin istinaqı zamanı İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. M.Bayramovun cinayət əməli nəticəsində İddiaçı maddi və mənəvi zərər dəymişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən, cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət, cinayət işindən əmələ gələn mülki, iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh LPO Cavabdeh ASC arasında bağlanan 29.12.2009-cu il tarixli 29/12B nömrəli kredit müqaviləsi etibarsız hesab edilməli, İddiaçı adına 29.12.2009-cu il tarixli 29/12B nömrəli kredit müqaviləsinə əsasən verilmiş 5.000 (beş min) manat məbləğində pul silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh LPO Cavabdeh ASC arasında bağlanan 29.12.2009-cu il tarixli 29/12B nömrəli kredit müqaviləsi etibarsız hesab edilsin. İddiaçı adına 29.12.2009-cu il tarixli 29/12B nömrəli kredit müqaviləsinə əsasən verilmiş 5.000 (beş min) manat məbləğində pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar