Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2506/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X10, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» X2rşı «zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» X2rşı «zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Mercedes Benz 190» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə 800 manat, ekspertiza xərcinə görə ödənilmiş 120 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh «xxxx» X3 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13.07.2019-cu il tarixdə saat 19:00 radələrində etibarnamə əsasında oğlu X13 idarə etdiyi «Mercedes Benz 190» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 7 ünvanda yerləşən «Yaşıl Bazar»ın qarşısında saxlayarkən orada olan işıq dirəyi həmin avtomobilin üzərinə düşmüşdür. Nəticədə avtomobilin arxa şüşəsi, baqaj qapısı, arxa bufer zədələnmişdir və avtomobilə 800 manat məbləğində maddi ziyan dəymişdir. Bununla da, X13 Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng edib hadisə ilə bağlı məlumat vermişdir və Bakı şəhəri Nərimanov RPİ 18-ci PŞ-yə müraciət edərək ərizə yazmışdır. Nəticədə, Bakı şəhəri Nərimanov RPİ 18-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Ələkbərli tərəfindən yerində araşdırma aparılmış və dərhal əməliyyat qrupu ilə birlikdə hadisə yerinə gedərək baxış keçirmiş, fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Sonradan, Bakı şəhəri Nərimanov RPİ 18-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Ələkbərli icraatında olan və oğlu X10 DİN-in 102 xidmətinə ünvanladığı müraciət üzrə daxil olmuş 13.07.2019-cu il tarixli NK-1/1621 saylı raport əsasında toplanmış materialı nəzərdən keçirib 23 iyul 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar vermişdir və qeyd olunan hadisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. «Mercedes Benz 190» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə cavabdeh «xxxx» ASC-dən 800 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Avtomobilə hansı məbləğdə ziyan dəyməsi və s. barədə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən 25.09.2019-cu il tarixdə 2(006)-5427/2019 saylı qərardad çıxarılmışdır. Avtomobilə dəyən zərərlə və s. bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 dekabr 2019-cu il tarixli 27526 saylı ekspert rəyi verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(006)-584/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh «xxxx» ASC-dən vurulmuş zərərə görə 790 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, 820 manat məbləğində pulun tutularaq ona ödənilməsi, 120 manatın cavabdeh «xxxx» ASC-dən tutulması qət edilmişdir. Cavabdeh «xxxx» ASC apellyasiya şikayəti verib, əsaslandırmışdır ki, qeyd olunan mülki işdə cavabdeh «xxxx» X5malıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən sorğu göndərilmişdir və nəticədə «xxxx» X4 03 iyul 2020-ci il tarixli 01-03/400 saylı məktubla cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 7 ünvanda yerləşən işıq dirəyi dövlət mülkiyyətindədir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə 2011-ci il tarixdən etibarən «xxxx» X4 balansına verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.08.2020-ci il tarixli 2(103)-4749/2020 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(006)-584/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia rədd edilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pulun X8 tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəmişdir və hesab edir ki, həmin vəsait cavabdehdən alınıb ona verilməlidir. İddiaçının nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, «Mercedes Benz 190» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmaqla, etibarnamə üzrə həmin avtomobili mülkiyyətçinin oğlu X13 idarə etmişdir. X13 13.07.2019-cu il tarixdə saat 19.00 radələrində həmin avtomobili alış-veriş üçün gəldiyi Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində yerləşən «Yaşıl Bazar»la üzbəüz, yolun kənarında saxlamış, avtomobildən düşərək bazara daxil olmuş, təxminən yarım saat sonra bazardan çıxıb geri qayıdanda yaxınlıqda olan işıq dirəyinin avtomobilin üzərinə düşdüyünü görmüş, hadisənin küləyin təsirindən işıq dirəyinin aşması səbəbindən baş verdiyini anlamışdır. Hadisə nəticəsində avtomobilin arxa şüşəsi, baqaj qapağı və buferi zədələnmişdir. X13 dərhal müvafiq qurumun qaynar xəttlərinə zəng vurmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri Nərimanov RPİ 18-ci PB-də təhqiqat aparılmış və 23 iyul 2019-cu il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X11 hadisənin mülki xarakterli olduğu bildirilərək, məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. «xxxx» MMC-nin 23.11.2019-cu il tarixli qüsur aktından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2019-cu il tarixli 27526 saylı rəyindən görünür ki, «Mercedes Benz 190» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 790 manat müəyyən edilir. Hazırkı mülki işdə iştirak edən şəxslərin tərəf olduqları digər mülki iş üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, ekspertiza tədqiqatının dəyəri olan 120 manat nəticə etibarı ilə İddiaçı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Göründüyü kimi, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 7 ünvanda yerləşən, dövlət mülkiyyətində olan, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə 2011ci il tarixdən etibarən «xxxx» X4 balansına verilmiş işıq dirəyi İddiaçı məxsus avtomobilin üzərinə aşaraq, avtomobilə 790 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh tərəf qeyd olunan avtomobilin təmir-bərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 790 manat maddi ziyan, ödənilmiş 120 manat ekspertiza xərci və 30 manat məbləğində dövlət rüsumu cavabdeh «xxxx» X3 tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş 790 manat maddi ziyan, ödənilmiş 120 manat ekspertiza xərci və 30 manat məbləğində dövlət rüsumu cavabdeh «xxxx» X3 tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2506/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2506/2021
27.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver