Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-251/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Qulı̇ yeva Sevı̇ nc Abdı̇ l qızının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğlunun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Qulı̇ yeva Sevı̇ nc Abdı̇ l qızının cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğluna qarşı "kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yeva Sevı̇ nc Abdı̇ l qızı cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğluna qarşı "kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan ünvan 1 ünvanına 8500 (səkkiz min beş yüz) manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, 4 MR. H.Seyidzadə küçəsi, 2 saylı evin 50 saylı mənzili xx.xx.1997-ci il tarixli, Aeriya MH № 117237 nömrəli qeydiyya vəsiqəsi əsasında tam mülkiyyət hüququ ilə ona məxsusdur. İş üzrə cavabdeh olan oğlu Cavabdeh onunla bu müddət ərzində həmin mənzildə yaşayır. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Rüstəm və digər övladını təkbaşına böyütmüşdür. 2020-ci ildə Rüstəm ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə onunla birlikdə yaşamağa başlamışdır. Bir müddət sonra ondan həyat yoldaşını mülkiyətində olan mənzilə pasport qeydiyatına salmağını xahiş etsə də, o razılıq verməmişdir. O, iddiaçıdan bunun səbəbini soruşduqda, iddiaçı bildirmişdir ki, onun həyat yoldaşı gəldiyi gündən ona qarşı hörmətsizlik etmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh ona qarşı insanlığa sığmayan hərəkət edərək onu dəmir parçası ilə döyərək, ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Bir ana kimi onu bağışlaya bilmədiyi üçün, onunla biryerdə yaşamalarına da istəmir. Bu səbəbdən cavabdehə kompensasiya ödəməklə, onu mənzilindən çıxarmaq qərarına gəlmişdir. Cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğlunun nümayəndəsi və vəkili X3 "kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair" etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddianı qəbul etmirlər. Belə ki, qeyd olunan mənzildə iddiaçı, cavabdeh və onun ailə üzvləri birlikdə yaşayırlar. İddiaçının cavabdehin arvadı ilə aralarında tez-tez mübahisələri olduğundan, iddaçı buna narazılıq bildirir, haqlı-haqsız söz söhbətlər və dava-dalaşlar yaradır. İddiaçının mənzilə dair mülkiyyət sənədi olsada, mənzil cavabdehin mərhum atası tərəfindən alınmış və orada ailə olaraq hamı yaşamışlar. İddiaçını, 8500 manat pul ödəməklə, cavabdehin istifadə hüququna xitam verilməsi və ailəsi ilə mənzildən cıxarılması tələbi hesab edirlər ki, qanuna ziddir. İddiaçı, iddiasını əsaslandırmaq məqsədi ilə, məhkəməyə təqdim etdiyi rəydə qiymətlər xeyli azaldılmış və reallığı əks etməmiş və mövcud vəziyyəti məhkəmənin nəzərinə çardırmaq məqsədi ilə cavabdehin müraciəti əsasında "xxxx" MMC-nin rəyini şəxsi kabinet vasitəsi ilə mülki iş materiallarına əlavə etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə istinadən, istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə biləcəyini iddiasında qeyd etmişdir. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Lakin, 8500 manat pulun, kompensasıya olaraq, bir ailənin, eyni şəraitdə, davamlı surətdə və müəyyən müddət daxilində yaşamasına kifayət etmir və bu məbləğ ilə cavabdehin istifadə hüququna xitam verilməsi nə ədalət, nə qanun, nədə ki AR Konstitusiya Məhkəməsinin məhs istifadə hüququna kompensasiya ilə xitam verilməsinə dair şərhinə ziddir. Onuda qeyd edir ki, cavabdehin ailəsi gənc olmaqla yanaşı, həmdə maddi cəhətdən imkansızdır və ailədə təkcə cavabdeh işlədiyi səbəbindən, ailənin butun xərclərini o cəkir və maaşı yalnız uşağın, ailənin saxlanılmasına kifayət edir. Daha sonra iddiaçı Qulı̇ yeva Sevı̇ nc Abdı̇ l qızının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayraq, təklif olunan kompensasiyanın 10.000 manat kimi qiymətləndirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qulı̇ yeva Sevı̇ nc Abdı̇ l qızının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdilər, iddia tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğlunun nümayəndəsi və vəkili X3 etiraz ərizəsini müdafiə etdilər, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 iyul 2023-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 1-NK/2007 (19 PŞ) No-li araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, material üzrə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Nəsimi RPl-nin 19-cu PŞ-yə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu yer Nəsimi rayonu, 4 MKR, H.Seyidzadə küçəsi 2, mənzil 50-dir. İş materiallarında olan "xxxx" MMC-nin 05 oktyabr 2023-cü il tarixli, 02-171/23 saylı qiymətləndirmə barədə hesabatın nəticə hissəsindən görünür ki, ünvan 4 ünvanına yaxın ərazilərdə yerləşən, köhnə tikili binalarda yerləşən, ümumi sahəsi təxminən 110,0 kv.metr təşkil edən 4 (dörd) yaşayış otağından ibarət mənzilin orta aylıq kirayə haqqının dəyəri: 650,0 (altı yüz əlli) manat/ 1 ay təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 11 oktyabr 2023-cü il tarixli, UNİ/O 371- 661/2023 saylı “Daşınmaz Əmlakın kirayə dəyərinin müəyyən edilməsi” barədə mütəxəssis rəyindən görünür ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, sahəsi, mərtəbəsi s. xüsusiyyətlər nəzərə alınmaqla, analoji kirayə verilən mənzillərlə müqayisə nəticəsində aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 5 ünvanında yerləşən 50 saylı mənzilin 1 (bir) otağının orta aylıq kirayə dəyəri: 200,0 ( iki yüz) manat; ümumi likvid kirayə dəyəri isə 350,0 (üç yüz əlli) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9341 saylı, 30 yanvar 2024-cü il tarixli məhkəmə tikintiəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ünvan 6 ünvanında, köhnə tikili, beşmərtəbəli binada yerləşən, 4 otaqlı mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 500,00 manat müəyyən edilir. ünvan 7 ünvanında, köhnə tikili, beşmərtəbəli binada yerləşən, 1 otaqlı mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. İş materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 105 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçının cavabdehə kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Göstərilən norma yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Məhkəmə hesab edir ki, qanunun bu müddəası imperativ olmasa da yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Belə ki, bu mülkiyyətçinin sərəncam səlahiyyətindən irəli gələn hüququdur. Dolayısı ilə yalnız mülkiyyətçi ona məxsus əmlakla bağlı istifadə hüququna xitam verilməsini məhkəmə qaydasında tələb edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli ünvan üzrə istifadə hüququ mövcuddur və onun həmin sahəyə mülkiyyət deyil, istifadə hüquqlarının olması, sözügedən sahənin mülkiyyətçisinin onların bu hüququna bazar qiyməti ilə kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi kimi hüququndan istifadə etməsinə hüquqi şərait yaradır. Beləliklə də, iddiaçı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna (subyektiv hüquqa) malikdir. Məhkəmə daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Bundan başqa, məhkəmənin qənaətinə görə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə həmçinin nəzərə alır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Məhkəmə hesab edir ki, qanunverici mülkiyyətiçiyə istifadə hüququ olan şəxslərin hüquqlarına xitam verilməsi kimi iddia qaldırmaq hüququ verməklə yanaşı eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququnun yalnız bazar qiyməti ilə kompensasiya vermək yolu ilə xitam verilməli olmasını şərtləndirmişdir. Başqa sözlə, bazar qiyməti ilə müvafiq kompensasiya verməsi təklif edilmədiyi təqdirdə istifadə hüququ olan şəxsin bu hüququna xitam verilməsi yolverilməzdir. Məhkəmə vurğulayır ki, bu qəbildən olan işlər üzrə istər mülkiyyətçilər, istərsə də, istifadə hüququna xitam verilməsi tələb edilən şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsi təmin edilməli, təyin edilən, yaxud təklif edilən kompensasiya məbləği işin həqiqi hallarına uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehə veriləcək kompensasiyanın məbləğini müəyyən etmişdir və həmin məbləğ (kompensasiya) hazırki bazar qiymətinə uyğundur. Həmçinin cavabdehə təklif edilən 10.000 manat məbləği həmin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən məhkəmə hesab edir ki, ünvan 7 ünvanında köhnə tikili, beşmərtəbəli binada yerləşən. 1 otaqlı mənzilin aylıq kirayə haqqı orta hesabla 250 (iki yüz) manat götürülsə, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Göründüyü kimi, qeyd olunan məbləğdə kompensasiyanın ödənilməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin istifadə hüququna xitam verildikdən sonra onun mübahisəli mənzildən çıxarılması hissəsində də iddia təmin edilməlidir. Belə ki, cavabdehin istifadə hüququna xitam verildikdən sonra onun mübahisəli mənzildə yaşaması qanunsuz olaraq mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddiaçı Mülki Məcəllənin 157-ci maddəsinə əsasən cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Qulı̇ yeva Sevı̇ nc Abdı̇ l qızı tərəfindən cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğluna 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə, cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğlunun ünvan 7 ünvanına olan istifadə hüququna xitam verilməli və cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Həmçinin Qulı̇ yev Rüstəm Ədalət oğluna kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və mənzildən əşyaları ilə birlikdə çıxarılması eyni vaxtda icra olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğlundan tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. .Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Qulı̇ yeva Sevı̇ nc Abdı̇ l qızı tərəfindən cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğluna 10.000 (on min) manat məbləğində kompensasiya verilməklə, cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğlunun ünvan 7 ünvanına olan istifadə hüququna xitam verilsin və cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılsın. Qulı̇ yev Rüstəm Ədalət oğluna kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi və mənzildən əşyaları ilə birlikdə çıxarılması eyni vaxtda icra olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat cavabdeh Qulı̇ yev Rüstəm Ədalət oğlundan tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(006)-251/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-251/2024
27.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver