Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-251/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 1985 manat maddi zərərin, 1000 manat mənəvi zərərə görə və ödənilmiş 50 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 90ZT888 dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli, 2020-ci il buraxılışlı X2 markalı avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobil cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalıdır. 02 yanvar 2024-cü il tarixdə axşam saatlarında Şəki rayonu ərazisində yerləşən X1 içərisindəki Nuxa restoranının qarşısında park vəziyyətində olan 2020-ci il itehsallı, X2 (SEL) modelli, tünd göy rəngli, 90ZT888 dövlət qeydiyyat nişanlı, 5NMS53AA7LH295752 ban nömrəli avtomobili Cavabdeh2 mülkiyyətində olan 77ER836 dövlət qeydiyyat nişanlı Nissan Tiida markalı avtomobil tərəfindən (avtomobili müliyyətçi, yəni Cavabdeh2 idarə etmişdir) vurulmuş, nəticədə avtomobilin qabaq buferində sınıqlar və yerdəyişmələr yaranmış, avtomobilin ön sol farası və sol aşağı düman əleyhinə fara, o cümlədən sol təkərinin üst və ön hissəsində yerləşən qanadaltı (podklinik) yararsız vəziyyətə düşmüşdür. Belə ki, sol ön fara və sol duman əleyhinə faranın arxa hissələri qırılmış və onları bərpa etmək mümkün olmamışdır. Avtomobili Paşa Sığorta ASC-də sığorta edilmişdir. Sığorta şəhadətnaməsinin № PPA**********-dır. Cavabdeh Paşa Sığorta ASC ilə danışıqlar, işin dostcasına həlli baş tutmamışdır. Avtomobili full komplektasiya (SEL) olduğundan və onun ön farası və duman əlehyinə fara xüsusisi sifarişlə gətirilmişdir (həmin fara rəsmi servisdə satışda yoxdur). Beləliklə, Premium Qiymətləndirmə MMC-nin ekspertləri tərəfindən 07 yanvar 2024-cü ildə avtomobilinə baxış keçirilmiş və avtomobilə dəyən zərərin qiyməti ümümilikdə 1985 manat təşkil etmişdir. 02 fevral 2024-cü il tarixdə cavabdehlərə vurulmuş zərərin ödənilməsi ilə bağlı tərəfindən peretenziya göndərilməsinə baxmayaraq cavabdehlər həmin pretenziyaya cavab verməmiş və vurulmuş zərərin ödənilməsi ilə bağlı heç bir tədbir görməmişlər. Cavabdeh sığorta şirkəti ilə telefonla əlaqə saxlasalar da onlar yalnız 200 manat ödəyə biləcəklərini qeyd etmişlər. Halbuki, sığorta müqaviləsində 5000 manatdək vurulmuş zərərin tam ödənilməsi qeyd edilmişdir. Cavabdeh2 iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2 yanvar 2024-cü il tarixdə axşam radələrində, Şəki şəhərinin Marxal ərazisində idarə etdiyi avtombili geriyə doğru hərəkət etdirərkən avtomobili İddiaçı məxsus avtomobilə sürtülmüş və iddiaçının avtomobilini cızmışdır. Həmin vaxt dərhal avtomobildən düşüb avtomobillərə nəzər yetirmiş və avtomobillərdə heç bir zədənin olmadığını, yalnız iddiaçıya məxsus avtomobilin duman işıq farasında yüngül cızıq olduğunu aşkarlamışdır. Dərhal ətrafa yığılan insanlardan avtomobilin sahibi olan iddiaçıya xəbər vermələrini xahiş etmişdir. Bununla belə ətrafda olan istirahət üçün gəlmiş qonaqlar və əməkdaşlar da iddiaçının avtomobilində heç bir ziyanın olmadığını, faranın şüşəsinin sınmadığını və sadəcə olaraq parıldadılması (polirovka) ilə gedən cızıq olduğunu bildirdilər. İddiaçı gəlib avtomobilinə onun və həmin yerə toplaşan insanların yanında baxmış, iddiaçının özü ilə də danışmış və ciddi bir ziyanın olmadığını iddiaçı özü də danışığı ilə təsdiqləmişdir. Buna baxmayaraq ona istirahətini böldüyü üçün və duman farasında gördüyü 2-3 sm-lik cızığın parıldadılması (polirovka) üçün ödəniş etməyi təklif etmiş, ancaq iddiaçı buna zərurət olmadığını bildirərək onun təklifini qəbul etməmişdir. Onun təklifini iddiaçı qəbul etməmiş, zərurət olmadığını bildirmiş və həmin yerdən ayrılmışlar. Ancaq iddiaçının iddia ərizəsində göstərdiyi maddi ziyan həqiqəti əks etdirməməklə şişirdilmiş, onun təqsirindən yaranmayan ziyan tələbidir. Belə ki, həmin vaxt həmin yerdə olan insanlar iddiaçının avtomobilin farasının şüşəsinin cızılmasını parıldadılmaqla (polirovka) ilə düzələcəyini, faranın şüşəsinin sınmadığını təsdiqləyə bilərlər. Bundan əlavə əgər həmin vaxt iddiaçıya məxsus avtomobilə iddia tələbində göstərilən məbləğdə ziyan vurulduğu müəyyən edilmiş olsa idi, iddiaçı ziyanı ondan tələb edərdi və o, da öz sığortası ilə əlaqə saxlayardı ki, vurulmuş zərər ödənilsin və ya nağd şəkildə ödəyərdi. Onun öz sığortasına zəng etməməsi, nağd şəkildə ondan pul tələb edilməməsinə və onunda təklif etdiyi faranın parıldadılması (polirovka) üçün məbləğin geri çevrilməsinə səbəb iddiaçının özünün ziyan məbləğinin cuzi olmasını bildirməsi olmuşdur. Bütün göstərilənlərlə yanaşı bildirmək istəmişdir ki, iddiaçının Bakı şəhərində yaşaması, hadisədən sonra iddiaçı idarə etdiyi avtomobillə Şəki şəhərindən Bakı şəhərinə getməsi və həmin hadisədən uzun müddət keçməsi onu deməyə əsas verir ki, iddiaçı həmin vaxtdan sonra hansı səbəbdən avtomobilində yaranmış zədəni onun təqsiri kimi göstərək ondan əsassız pul tələb edir. Cavabdeh "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət etməklə ərizəsində göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində Şəki rayonu ərazisində X2 markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə bağlı müraciət etmişdir. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. X2 markalı avtomobilə dəyən zərər qiymətləndirilmiş və avtomobilə dəyən zərər 200,00 məbləğində müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində avtomobilə dəyən zərərin 200,00 manat məbləğində yox, 1985,00 manat olduğunu iddia edir. Qeyd edilmişdir ki, "xxxx" ASC olaraq, iddiaçıya dəfələrlə əlaqə saxlanılmağa çalışılsa da, şəxs zənglərə cavab verməmişdir. Belə ki şəxs iddia ərizəsində “sol ön faranın və sol duman əleyhinə faranın arxa hissələrinin qırıldığını iddia etmişdir”. Əlaqə saxlamaq istəməklərində əsas səbəb kimi məhz iddiaçının qeyd etdiyi zərərlə bağlı əlavə sübutların (fotoşəkillərin) təqdim edilməsi idi. Hazırki işlə bağlı sənədləri (fotoşəkillər, şəxsin "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli müraciət ərizəsini və digər sənədləri) yükləmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi iddia tələbində göstərilən məbləğin şişirdiliyini və dəymiş ziyanın 200 manat məbləğində müəyyən olunmasını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatda göstərilmişdir ki, həmin müqavilə sığortaçı "xxxx" ASC ilə sığortalı İddiaçı arasında sonuncuya məxsus “X2” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə xx.xx.2024cü il tarixinədək 5000 manat məbləğində sığortalanması haqqında bağlanmışdır. Müqavilədə azadolma məbləği nəzərdə tutulmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş daşınar əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “X2” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1985 manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “X2” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 200 manat qiymətləndirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının və təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən baş vermiş hadisə nəticəsində 2020-ci il buraxılışlı “X2” markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1490 manat müəyyən edilir. Dəyişdirilməli hissələrin qiyməti 1140 manat, təmir bərpa işlərinin qiyməti 350 manat. Həmin rəydə qeyd olaraq göstərilmişdir ki, təqdim edilmiş qüsur aktında və cədvəlin 3-cü bəndində göstərilən qanad (krılo) altlığının satışına və qiymətinə dair məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat göstərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə-trasoloji ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “X2” markalı 90 T 888 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan (qabaq sol faraların, qabnaq sol dönmə işığının, qabaq sol qanad qoruyucusunun) detalların dəyişdirilməsi, qabaq bamperi isə təmir olunması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 110 manat göstərilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi sığorta ödənişi həyata keçirilir. Məhkəmə tələb edilən məbləğin müştərək qaydada Cavabdeh2 və "xxxx" ASC-dən tutulmasına münasibətdə qeyd edir ki, vurulmuş zərərin əvəzi sığortaçıdan tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında şirkətin nümayəndəsi iddianı qismən etiraf etməklə, vurulmuş ziyanın 200 manat miqdarında ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə vurulmuş zərərin məbləğini müəyyən edərkən iş materiallarında rəyi əsas götürərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi əsas götürülməli vurulmuş ziyanın məbləği 1490 manat müəyyən edilməlidir. Lakin, həmin rəydə qanadın (krılo) qiymətinə dair məlumatın olmaması səbəbi ilə ona dair hissədə "xxxx" MMC tərəfindən həmin detalın 80 manat hesablandığını nəzərə alaraq, ümumilikdə 1570 manat cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “1000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən alınaraq onlara ödənilməsi” barədə hissəsinə dair aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçıya mənəvi zərər dəyməsinin nədə ifadə edilməsi müəyyən olunmamaqla, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq müəyyən edilməklə 36 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 160 manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1570 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 14 manatı iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 160 manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-251/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-251/2025
08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver