Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2516/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı ASC-nin X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Qax rayon notariat ofisinin notariusu Cavabdeh qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı ASC X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Qax rayon notariat ofisinin notariusu Cavabdeh qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamış, həmçinin mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti normalarına riayət edilməmişdir.
4. İddia ərizəsində iddiaçı qismində İddiaçı ASC qeyd olunsa da ərizə X2 tərəfindən imzalanmış və onun səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir.
5. Bundan başqa cavabdeh Qax rayon notariat ofisinin notariusu Cavabdeh qeydiyyat ünvanının Nəsimi rayonu ərazisində olmadığı və hazırkı işə Nəsimi Rayon Məhkəməsində baxılmalı olmasına dair hər hansı bir sübut təqdim edilmədiyi üçün hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla verilmişdir. Qeyd olunan nöqsanlar iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. Həmin nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı yenidən məhkəməyə müraciət edə bilər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.1-ci maddə. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır; 149.1-ci maddə. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.2-ci maddə. İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.3-cü maddə. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır; 152.1.1-cü maddə. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
7. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X2 tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi 100 manat məbləğində pul ödənilmişdir.
8. Hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, həmçinin iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
Nəticə:
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 151-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı ASC-nin X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Qax rayon notariat ofisinin notariusu Cavabdeh qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul X1 geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova