Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-255/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin 1/6 hissəsinin iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin 1/6 hissəsinin iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı şəkildə tərəflər arasında bağlanmış barışıq sazişini təqdim etmiş və hazırki mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 qarşı iddiası üzrə tərəflər aşağıdakıları öz üzərinə götürürlər: - Tərəflər İddiaçı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzildəki 1/6 pay hayqının ümumi dəyərinin 13000 (on üç min) manat olması barədə qarşılıqlı razılığa gəlirlər. - Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X1 ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 pay haqqının razılaşdırılmış dəyəri olan 13000 (on üç min) manat pulun bu Saziş imzalanan gün İddiaçı ödənilməsini öhdələrinə götürürlər. - İddiaçı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 pay haqqının dəyəri olan 13000 (on üç min) manat pulun ona ödənilməsi (verilməsi) müqabilində həmin 1/6 hissəyə mülkiyyət hüququndan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyrinə imtina edir. - İddiaçı barışıq sazişinin şərtlərinə əsas götürərək Nəsimi rayon məhkəməsinin icraatında olan 2(006)-46292021, 2(006)-255/2022 saylı iş üzrə iddia tələbindən imtina edir. - Bu Sazişin 2-ci bəndində razılaşdırılan 13 (on üç min) manat pulun İddiaçı ödənilməsi ilə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 hisəyə mülkiyyət hüququ bərabər hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına keçir. - İddiaçı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 hissədə mülkiyyət hüququnun bu Saziş əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adlarına keçməsinə cavabdeh X2 razıdır və heç bir etirazı yoxdur. - Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan İddiaçı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 hissədə mülkiyyət hüququnun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adlarına keçməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin 1/6 hissəsinin iddiaçıya ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Tərəflər İddiaçı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzildəki 1/6 pay hayqının ümumi dəyərinin 13000 (on üç min) manat olması barədə qarşılıqlı razılığa gəlirlər. - Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X1 ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 pay haqqının razılaşdırılmış dəyəri olan 13000 (on üç min) manat pulun bu Saziş imzalanan gün İddiaçı ödənilməsini öhdələrinə götürürlər. - İddiaçı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 pay haqqının dəyəri olan 13000 (on üç min) manat pulun ona ödənilməsi (verilməsi) müqabilində həmin 1/6 hissəyə mülkiyyət hüququndan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyrinə imtina edir. - İddiaçı barışıq sazişinin şərtlərinə əsas götürərək Nəsimi rayon məhkəməsinin icraatında olan 2(006)-46292021, 2(006)-255/2022 saylı iş üzrə iddia tələbindən imtina edir. - Bu Sazişin 2-ci bəndində razılaşdırılan 13 (on üç min) manat pulun İddiaçı ödənilməsi ilə ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 hisəyə mülkiyyət hüququ bərabər hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına keçir. - İddiaçı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 hissədə mülkiyyət hüququnun bu Saziş əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adlarına keçməsinə cavabdeh X2 razıdır və heç bir etirazı yoxdur. - Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan İddiaçı ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 51,40 kv.m olan mənzil üzərindəki 1/6 hissədə mülkiyyət hüququnun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adlarına keçməsi üçün əsasdır. İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin 1/6 hissəsinin iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-255/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-255/2022
29.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver